Məhkəmə qərarları › İş №2-1(120)-529/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-529/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-529/2025 29.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Astara rayon Astara bələdiyyəsinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 17053.63 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 20600 manat məbləğində siyahıya alınmış əmlakın satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(120)-1473/2024 nömrəli qərardadı ilə, iş üzrə X18, X19, X9 və X15 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Azərbaycan Respublikasi Astara Rayonunun Astara Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafıə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir.Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir.Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023 tarixli Qərar çıxarmışdır.Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023 tarixə yaranan 20043.63 manat borcuna görə 20600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir.Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx/xx/2023 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna 17053.63 manat ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. VM-in 52.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafıq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.VM-in 52.3-cü maddəsinə əsasən məhkəmənin maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. VM-in 77.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Eyni zamanda həmin Məcəllənin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Bu da, Azərbaycan Respublikasının ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion vəzifə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Qeyd olunmalıdır ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Bakı Apellyasiya və Ali Məhkəmələrinin mövqeyləri də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, "Sosial sığorta haqqında" Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 17053.63 manat məbləğində borcu yaranmışdır. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında xx/xx/2023 tarixli **********7 saylı protokolla, həmin protokola 1 nömrəli əlavədə qeyd olunan, mülkiyyət hüququ cavabdehə məxsus əmlak – Astara rayonu, Astara şəhəri ünvanında yerləşən dəyəri 1600.00 manat məbləğində siyahıya alınmış 0,08 hektar, ********* reyestr nömrəli torpaq sahəsi, dəyəri 1600.00 manat məbləğində siyahıya alınmış 0,08 hektar, **********69 reyestr nömrəli torpaq sahəsi, dəyəri 1200.00 manat məbləğində siyahıya alınmış 0.06 hektar, **********36 reyestr nömrəli torpaq sahəsi, dəyəri 1200.00 manat məbləğində siyahıya alınmış 0.06 hektar, **********12 reyestr nömrəli torpaq sahəsi, dəyəri 1200.00 manat məbləğində siyahıya alınmış 0.06 hektar, **********03 reyestr nömrəli torpaq sahəsi, dəyəri 1200.00 manat məbləğində siyahıya alınmış 0.06 hektar, **********22 reyestr nömrəli torpaq sahəsi və dəyəri 12600.00 manat məbləğində siyahıya alınmış 30 hektar, **********17 reyestr nömrəli torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarından görünür ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarından görünür ki, cavabdehə 20600 manat məbləğində siyahıya alınmış əmlaklara qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-75/2024 saylı məktubunda bildirilmişdir ki, **********58, **********69, **********36, **********12, **********03, **********22 və **********17 reyestr nömrəli çıxarışların və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin arxiv nüsxəsinin təsdiq olunmuş ksero surətlərinin təqdim edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı 11 dekabr 2023-cü il tarixli, 2-1(120)-4260/2023 qeydiyyat nömrəli məktuba baxılmışdır. Eyni qeydiyyat nömrəli sorğu məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyyətinə daxil olmuş və həmin sorğu icra üçün aidiyyəti üzrə 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmişdir. Həmin sorğunun icrası təmin edilmiş və bu barədə cavab məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1171/2024 saylı məktubunda bildirilmişdir ki, **********58, **********9, **********36, **********12, **********03, **********22 və **********17 reyestr nömrəli çıxarışlarla Astara bələdiyyəsinə məxsus olan torpaq sahələri üzərində hər-hansı bir əməliyyatın aparılıb-aparılmaması barədə məlumat və bu əməliyyatı təsdiqləyən sənədlərin arxiv nüsxəsini təsdiq olunmuş ksero surətini təqdim edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı 28 mart 2024-cü il tarixli, 2-1(120)- 1473/2024 qeydiyyat nömrəli məktuba baxılmışdır. Həmin məktuba müvafiq olaraq, **********36 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.04 ha həyətyanı torpaq sahəsi bələdiyyə tərəfindən özgəninkiləşdirilərək vətəndaş X4 və hal-hazırda **********01 reyestr nömrəli çıxarışa əsasən X13 mülkiyyətindədir. **********69 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.08 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilərək vətəndaş X1 və hal-hazırda **********78 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətindədir. **********22 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.06 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilərək vətəndaş X3 və hal-hazırda **********82 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətindədir.Sorğuda qeyd olunan digər reyestr nömrəli daşınmaz əmlaklar hal-hazırda Astara bələdiyyəsinin mülkiyyətindədir və qeyd olunan məlumatları təsdiqləyən sənədlərin arxiv nüsxəsinin təsdiq olunmuş ksero surətlərini təqdim edilmişdir. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində **********01 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində **********78 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq ümumi birgə mülkiyyət hüququ üzrə X12, X8 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində **********78 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində **********82 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********58 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Astara şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən sənəd üzrə sahəsi 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********12 reyestr nömrəsi və ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən sənəd üzrə sahəsi 30.0 ha kənd təsərrüfatı təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********03 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********22 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********36 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır İş materillarına təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********69 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3469/2024 saylı məktubunda bildirilmişdir ki, Bələdiyyə mülkiyyətinə aid **********58, **********69, **********36, **********12, **********03, və **********22 reyestr nömrəli daşınmaz əmlakların özgəninkiləşdirilməsi və ya icarəyə verilməsi barədə məlumatı və bu məlumatı təsdiqləyən sənədlərin arxiv nüsxələrinin təsdiq olunmuş ksero surətlərini təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə 15 oktyabr 2024-cü il tarixli, 2-1 (120)-1473/2024 nömrəli məktuba tərəfimizdən baxılmışdır. Həmin məktuba müvafiq olaraq, yuxarıda qeyd olunan **********58, **********12 və **********03 reyestr nömrəli daşınmaz əmlaklar hal-hazırda Astar rayon Astara Bələdiyyəsinin mülkiyyətindədir.Cavabdeh mülkiyyətində olmuş **********69 reyestr nömrəli torpaq sahəsi AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə, Astar rayon Astara Bələdiyyəsinin mülkiyyətində olmuş **********36 reyestr nömrəli torpaq sahəsi xx.xx.2014-cü il tarixli, 01 saylı iclas protokolundan çıxarışı, Torpaqların alqı-satqısına dair Aktı ilə və Astar rayon Astara Bələdiyyəsinin mülkiyyətində olmuş **********22 reyestr nömrəli torpaq sahəsi AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Yuxarda qeyd olunan məlumatlara aid sənədlərin və həmçinin digər sənədlərin arxiv nüsxələrinin təsdiq olunmuş ksero surətini təqdim edir. Qeyd olunan reyestr nömrəli daşınmaz əmlaklar üzərində icarə müqavilələrinin bağlanması barədə məlumat idarənin arxivində aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-4128/2024 saylı məktubunda bildirilmişdir ki, **********58, **********9, **********36, **********12, **********03, **********22 və **********17 reyestr nömrəli çıxarışlarla Astara bələdiyyəsinə məxsus olan torpaq sahələri üzərində hər-hansı bir əməliyyatın aparılıb-aparılmaması barədə məlumat və bu əməliyyatı təsdiqləyən sənədlərin arxiv nüsxəsini təsdiq olunmuş ksero surətini təqdim edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı 28 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1473/2024 qeydiyyat nömrəli məktuba baxılmışdır. Həmin məktuba müvafiq olaraq, **********36 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.04 ha həyətyanı torpaq sahəsi bələdiyyə tərəfindən özgəninkiləşdirilərək vətəndaş X4 və hal-hazırda **********01 reyestr nömrəli çıxarışa əsasən X13 mülkiyyətindədir. **********69 reyestr nömrəli çıxarışa əsasən, Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.08 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilərək vətəndaş X1 və hal-hazırda **********78 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətindədir. **********22 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.06 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilərək vətəndaş X3 və hal-hazırda **********82 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətindədir. Sorğuda qeyd olunan digər reyestr nömrəli daşınmaz əmlaklar hal-hazırda Astara bələdiyyəsinin mülkiyyətindədir və qeyd olunan məlumatları təsdiqləyən sənədlərin arxiv nüsxəsinin təsdiq olunmuş ksero surətlərini təqdim edir. Qeyd olunan reyestr nömrəli daşınmaz əmlaklar üzərində icarə müqavilələrinin bağlanması barədə məlumat idarənin arxivində aşkarlanmamışdır. İş materiallarında olan Astara rayon Astara bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-190 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Astara bələdiyyəsinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair 2-1(120)-1473/2024 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə olan borc məbləği 29 dekabr 2024-cü il tarixində 793,60 (yeddi yüz doxsan üç manat 60 qəpik) manat “AzərPoçt MMC-nin X22 Şöbəsi tərəfindən Astara bələdiyyəsinin hesablaşma hesabından tam ödənilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Astara bələdiyyəsinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məktuba ödənilmiş vəsait barədə ödəniş tapşırığının surətini əlavə edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 3-21-2-13/2-31678/2025 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh (VÖEN: **********) yaranmış borcları və ödənişləri barədə müraciətinə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Cavabdeh məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 20043.63 manat borca görə “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixli Protokolla bələdiyyənin əmlakları siyahıya alınmışdır. Borc təqdim edilmiş bəyannamələrə əsasən yaranmış və xx.xx.2023-cü il tarixdən hal hazırki tarixədək bələdiyyə tərəfindən borcdan 2940.8 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Şəxsi hesab vərəqəsinin xx.xx.2025-ci il tarixə olan göstəricilərinə əsasən Cavabdeh 17698.21 manat sosial sığorta haqqı üzrə borcu vardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 7.2-ci maddəsinin tələblərinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 12-ci maddəsinə əsasən, kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyi ilə tənzimlənir. İstifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı bələdiyyə torpaqları olan hüquqi və fiziki şəxslər torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması və yüksəldilməsi üçün müvafiq mədəni-texniki, meliorativ və aqrotexniki tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Belə ki, qanunverici bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakın (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və s.) müəyyən edilmiş ardıcıllıqla siyahıya alına biləcəyini tələb etdiyi halda, vergi orqanının əməkdaşı tərəfindən birbaşa bələdiyyənin əsas gəlir mənbəyini təşkil edən örüş torpaq sahəsi siyahıya alınmışdır. Əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən siyahıya alınmış **********36 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.04 ha həyətyanı torpaq sahəsi bələdiyyə tərəfindən özgəninkiləşdirilərək vətəndaş X2 və hal-hazırda **********01 reyestr nömrəli çıxarışa əsasən X13 mülkiyyətindədir. **********69 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.08 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilərək vətəndaş X1 və hal-hazırda **********78 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətindədir. **********22 reyestr nömrəli çıxarışa əsasən Astara bələdiyyəsinin mülkiyyətində olmuş 0.06 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilərək vətəndaş X3 və hal-hazırda **********82 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətindədir. Həmçinin ünvan 9 ünvanında yerləşən sənəd üzrə sahəsi 30.0 ha kənd təsərrüfatı təyinatlı torpaq tam mülkiyyət hüququ üzrə Astara rayon Astara bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır, əkin sahəsidir. Belə olan halda, torpaq münasibətlərini tənzimləyən qanunvericilik aktlarına əsasən tələb həmin torpaq sahələrinə yönəldilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktub göndərərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Astara bələdiyyəsinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair 2-1(120)- 1473/2024 nömrəli inzibati iş vardır. Həmin iş üzrə bildirmək istəyirik ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə olan borc məbləği 29 dekabr 2024-cü il tarixində 793,60 ( yeddi yüz doxsan üç manat 60 qəpik) manat AzərPoçt MMC-nin X22 Şöbəsi tərəfindən Astara bələdiyyəsinin hesablaşma hesabından tam ödənilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Astara bələdiyyəsinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məktuba ödənilmiş vəsait barədə ödəniş tapşırığının surətini təqdim etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış 20043.63 manat borca görə “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixli Protokolla bələdiyyənin əmlakları siyahıya alınmışdır. Borc təqdim edilmiş bəyannamələrə əsasən yaranmış və xx.xx.2023-cü il tarixdən hal-hazırki tarixədək bələdiyyə tərəfindən borcdan 2940.8 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Şəxsi hesab vərəqəsinin xx.xx.2025-ci il tarixə olan göstəricilərinə əsasən Cavabdeh 17698.21 manat sosial sığorta haqqı üzrə borcu vardır. Məhkəmə tərəfindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nəzərinə çatdırılır ki, onun tərəfindən verilmiş iddia tələbi üzrə mübahisə “cavabdeh Astara rayon Astara bələdiyyəsinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 17053.63 manat məbləğində borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 20600 manat məbləğində siyahıya alınmış əmlakın satılması” barədədir. Astara rayon Astara bələdiyyəsinin məhkəməyə təqdim etdiyi 793.60 manat borc məbləğinin ödənilməsi barədə qəbz üzrə məhkəmə qeyd edir ki, müvafiq pul məbləğinin konkret olaraq hansı borcunun ödənildiyi məlum deyildir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq hesab edir ki, ünvan 7ndə yerləşən 1600.00 manat məbləğində siyahıya alınmış 0.08 ha yaşayış məntəqəsi torpaqları təyinatlı torpaq sahəsi (**********58 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli çıxarış üzrə), Astara şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 1200.00 manat məbləğində siyahıya alınmış 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi (**********12 reyestr nömrəsi və ********* qeydiyyat qeydiyyat nömrəli çıxarış üzrə), ünvan 7 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi (**********03 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli çıxarış üzrə) müvafiq qurum tərəfindən satılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1 və 24.0.12-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəlləinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. 90.3-1-ci maddəsinə əsasən, Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasıl Prezidenti 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, iddia təmin edilərək, cavabdehin borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan siyahıya alınmış əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində borcu ilə əlaqədar xx.xx.2023-cü il tarixli, **********7 saylı protokolla siyahıya alınmış (ünvan 7ndə yerləşən 1600.00 manat məbləğində siyahıya alınmış 0.08 ha yaşayış məntəqəsi torpaqları təyinatlı torpaq sahəsi (**********58 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli çıxarış üzrə), Astara şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən 1200.00 manat məbləğində siyahıya alınmış 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi (**********12 reyestr nömrəsi və ********* qeydiyyat qeydiyyat nömrəli çıxarış üzrə), 1200.00 manat məbləğində siyahıya alınmış ünvan 7 ünvanında yerləşən sənəd üzrə sahəsi 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi (**********03 reyestr nömrəsi və ********** qeydiyyat nömrəli çıxarış üzrə)) əmlaklar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılsın. Əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdehnə qaytarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar