Məhkəmə qərarları › İş №2-1(120)-531/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-531/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-531/2024 06.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 İdarəsinə qarşı “X3 idarəsi ilə arasında son haqq hesabın aparılması və işlədiyi illərə görə istifadə etmədiyi məzuniyyət pulunun alınıb verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 idarəsinə qarşı “Kürdəmir regionsl mədəniyyət idarəsi ilə arasında son haqq hesabın aparılması və işlədiyi illərə görə istifadə etmədiyi məzuniyyət pulunun alınıb verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İmişli rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərərk cavabdeh X3 idarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 idarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə cavabdeh X3 idarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 idarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “işdən çıxmağı ilə əlaqədar son haq hesabın aparılaraq ödənilməsi və xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi işlədiyi illərə görə məzuniyyətə çıxmadığı nəzərə alınaraq ümumi məzuniyyət pulunun alınıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixli, 220 nömrəli əmrlə İmişli rayon Mədəniyyət Şöbəsində baş mühasib vəzifəsinə təyin olunmuş, İmişli rayon İçra Hakimiyyəti başcısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamina əsasən İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, öz ərizəsinə əsasən İmişli rayon İcra Hakimiyyəti başcısının xx.xx.2015-ci il tarixli, 271 nömrəli əmri ilə tutduğu vəzifədən azad olmuşdur. İşlədiyi dövr ərzində məzuniyyətdən istifadə etməmiş, işdən azad olunandan sonra dəfələrlə İmişli rayon Mədəniyyət şöbəsinə müraciət etmiş ki, onunla son haqq hesab edilsin, lakin ona son haq hesabın aparılmasi ücün pul vəsaiti olmadığı bildirilmişdir. İndiyə qədər məhkəməyə müraciət etməməyinin səbəbi xx.xx.2016-cı il tarixdə AR Maliyyə Nazirliyinin Ağcabədi X7 İdarəsi tərəfindən mədəniyyət və turizm şöbəsinin maliyyə təsərrüfat fəaliyəti yoxlanılıb və yoxlamanın nəticəsində CM-nin 179.2.3-cu maddəsi ilə onun barəsində cinayət işi acılıb və bundan sonra istintaq araşdırması aparılıb və onun həbs olunmagı ücün barəsində iki ay iyrimi gun Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilmişdir. 19 dekabr 2017-ci il tarixdən Lənkəran şəhər Agır Cinayətlər məkəməsində onun məhkəmə prosesi başlayıb 2018ci ilin sonlarina qədər məhkəmə prosesi davam etmişdir. Agır aciq urək əməlyatı keçirmiş İİİ-cü funkusyanal xroniki ürək catışmamazligindan əziyyət çəkir, ikinci qurup əlil, çox vaxt xəstə olmuş, hal-hazırda da xəsdədir. (hal-hazırda müalicə olunur ömürlük ambulator müaliçədə) Sonrakı ildə yəni, 2020-ci ildə məlum pandemiya infeksyasının ölkədə geniş yayılması və 27 sentyabr tarixindən torpaqların azadlığı uğrunda gedən müharibə və sairə bu kimi səbəblərdən vaxdında müraciət edə bilməmişdir. 18 dekabr 2020-ci il tarixdən Kürdəmir rayon məkəməsinə müraciət etmiş, Kürdəmir rayon məhkəməsi apardığı araşdrmalardan və qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərə əsasən xx.xx.2022-ci il tarixdə 2(041)-960/2022 nömrəli işlə ona çatası son hesabın ödənilməsi barədə qərar qəbul olunmuşdur. Qarşı tərəf ona çatası son hesabı ödəməkdən imtina etmiş və işə yenidən baxılması ücün Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsi 03 noyabr 2022-ci il tarixli, 2(106)-2039/2022 saylı qərarla ilə işə xitam vermiş və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Nüsrət Mirzəyev məhkəmə zalanda ona çatası son hesabın ödənilməsi ücün X3 idarəsinə ərizə ilə müraciət etməyi bildirmişdir. Ona çatası son hesabın ödənilməsə işə Kürdəmir rayon Məhkəməsi yox Şirvan İnzibati Məhkəməsi baxmalıdır olduğunu ona şifahi izah verilmişdir. Yenə X3 idarəsinə 12 dekabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və bir nəticə olmamışdır. Beləki, Əmək Məcələsinin 139-cu maddəsinin 1-ci və 2-ci bəndinə əsasən məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri və Əmək Məcələsinin 140- cı maddəsinin 1, 2, 3-cü bəndlərini rəhbər tutaraq məzuniyyət vaxtı ücün orta əmək haqqının hesablanması qaydasi və ödənilməsi, Əmək Məcələsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, ona catası əmək haqqi göstərilən maddələrə əsasən 24556.60 manat təşkil edir. 2018-ci ilin mart ayında dövlət quluqcularının əmək haqqı 10% artaraq 27012.26 manat olmuş, 2019-cu ilin sentyabr ayında dövlət qulluqcularının əmək haqqi 44% artaraq 38897.65 manat olmuşdur. 2019-cu ildən sonrakı əmək haqlarında olan artımlarda nəzərə alınmalıdır. Həmin artımları nəzərə almağı da xaniş etmişdir. Azərbaycan Respublikasi Əmək Məcələsinin 292- 294-cü maddələrinə əsasən işci əmək hüquqlarının pozulmasi ilə baglı pozulmuş hüquqlarının bərpası barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasi Əmək Məcələsinin 83-cü mədələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabcası və işçiyə ödəniləcək son haq hesab əmək müqaviləsinə xitam verilən gün işçiyə verilməlidir. Müdiriyyət qanunun həmin tələbini pozmuşdu. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək İmişli Rayon Mədəniyyət şöbəsində çalışmış, xx.xx.2015ci il tarixində İmişli Rayon İcra Hakimiyyəti başçısının eyni tarixli əmri ilə işdən azad edilmişdir. İşdən azad edildikdən sonra onunla son haqq-hesab aparılmamış, bu barədə aidiyyəti üzrə müraciət etsə də, nəticəsi olmamışdır. Hesab edir ki, istifadə etmədiyi məzuniyyət illərinə görə ona kompensasiya ödənilməlidir. İddia ərizəsinə etiraz edir və ilk növbədə hesab edirik ki, iddia tələbi cavabdeh X1 İdarəsinə aid hissədə mümkün sayılmamalıdır. Bununla yanaşı, həmin məsələ ilə əlaqədar dəlillərimiz məhkəmə tərəfindən qəbul edilmədiyi halda, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) 1.5-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq İnzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Qeyd olunmalıdır ki. Əsasnamənin 28 oktyabr 2016-cı il tarixinədək qüvvədə olmuş 4.1.9- cu bəndinə əsasən yerli mədəniyyət şöbələrinin rəhbərlərini yerli icra hakimiyyəti başçıları vəzifəyə təyin etmiş və vəzifədən azad etmişdir. Yerli icra hakimiyyəti başçılarının sözügedən səlahiyyəti yalnız Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 oktyabr tarixli 1088 nömrəli Fərmanı ilə aradan qaldırılmışdır. Adıçəkilən səlahiyyətdən irəli gələrək, həmçinin iddia ərizəsində iddiaçı tərəfindən də təsdiq edildiyi kimi, iddiaçı İmişli Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə işə qəbul edilmiş və işdən azad edilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə işəgötürən qismində İmişli Rayon İcra Hakimiyyəti çıxış etmiş, bu səbəbdən də iddiaçı ilə son haqq-hesabı da məhz adıçəkilən qurum həyata keçirməli idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqq və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, ödənilməli əmək haqqı və digər ödəmələrin ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyulmuşdur. Bundan irəli gələrək, iddiaçıya münasibətdə işəgötürən qismində X1 İdarəsi çıxış etməmiş, adıçəkilən İdarə mübahisə predmeti əmək münasibətlərinin mövcud olduğu və bitdiyi tarixdən sonrakı dövrdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olar regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azəroaycan Respublikası Prezidentinin 23 fevrai 2023-cü il tarixli Sərəncamı ilə Kürdəmir və X2 İdarələrinin bazasında X1 İdarəsi yaradılmışdır. Adıçəkilən Sərəncamlarla X1 İdarəsinin İmişli Rayon icra Hakimiyyətinin hüquqi varisi olması və (və ya) öhdəliklərinə görə cavabdehlik daşıması müəyyən edilməmişdir. Sözügedən məsələyə hətta qanunun analogiyası baxımından yanaşsaq, tərəflərindən qeyd olunanlar mülki qanunvericiliyin tələbləri, o cümlədən mülki qanunvericilik sahəsində yaranmış təcrübə ilə də təsdıq edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə gorə hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının barəsində hüquqi nəticə yaradan inzibati akt İmişli Rayon İcra Hakimiyyət tərəfindən qəbul edilmişdir. Bu baxımdan, iddiaçı hazırda məhz adıçəkilən qurum tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli əmrin icrası ilə əlaqədar yaranmış münasibətlər məhkəmə qaydasında mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq inzibati orqan öz qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətəri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə cavabdehir. Belə olan halda, digər (İmişli Rayon İcra Hakimiyyəti) inzibati orqanın hərəkətlərinə görə X1 İdarəsi məsuliyyət daşımamaqla bərabər, sonuncunun həmin orqan tərəfindən qəbul edilmiş qərara dəyişiklik etmək hüququ da yoxdur. Qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının hazırki iddia üzrə cavabdeh X1 İdarəsinə qarşı subyektiv hüququ yaranmamış, iddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Eyni zamanda, mübahisə predmeti əmrin (iddiaçının barəsində hüquqi nəticə yaratdığı üçün - inzibati aktın) mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Artıq qeyd olunduğu kimi, iddiaçı İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli əmri ilə bağlı yaranmış münasibətləri, faktiki olaraq həmin əmri məhkəmə qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddia düzgün cavabdehə qarşı qaldırılmamaqla yanaşı, iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddəti də ötürülmüşdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməiı olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun yaranmaması və İPM-də nəzərdə tutulmuş iddia müddətinə riayət edilmədiyindən, ilk növbədə hesab edirik ki, iddia mümkün sayılmamalıdır. Bununla yanaşı, işin mahiyyəti üzrə bildiririk ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi ilə (əmək münasibətləri baxımından - Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq) müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, hesab edirik ki, mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Qeyd olunan məsələyə dair vəsatət qanunvericiliyin tələblərinə uyğun olaraq, hazırki iddia ərizəsinə etiraza əlavə edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bildiririk ki, iddia müddətinin tətbiqi ilə bağlı məsələlər bu barədə vəsatətimizdə ətraflı təsvir edildiyindən, hazırki iddia ərizəsinə etirazda bununla bağlı əsaslandırma aparılmasını zəruri hesab etmirik. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun yaranmaması və İPM-də nəzərdə tutulmuş iddia müddətinə riayət edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Əks təqdirdə, işə mahiyyəti üzrə baxıldığı halda, mübahisəyə iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “pul tələbi" barədə iddiasının mümkün sayılmaması, birinci bənd üzrə irəli sürülmüş dəlillər qəbul edilmədiyi halda, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 64 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq xx.xx.2013-cü il tarixdən İmişli rayonunun Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. İş materiallarında olan İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin xx.xx.2013-cü il tarixli, 241 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı Rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi həmin tarixdən etibarən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 271 nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əlavəyə əsasən Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 960/2022 nömrəli qətnaməsi ilə 2010-cu il istisna olmaqla, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2013-cü ilə kimi İmişli rayon Mədəniyyət və Turizm şöbəsində baş mühasib, xx.xx.2013cü ildən xx.xx.2015-ci ilə kimi həmin şöbənin müdiri vəzifəsində işlədiyi illərə görə son hesablaşma hesabının aparılması və istifadə etmədiyi əmək məzuniyyət illərinə görə müvafiq kompensasiyanın ödənilməsi vəzifəsi cavabdeh X3 İdarəsinin (İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin hüquqi varisi kimi) üzərinə qoyulmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(106)-2039/2022 nömrəli qərardadı ilə cavabdeh X3 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-960/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X3 İdarəsinə qarşı iş yerindən son hesablaşma hesabının verilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (01 iyul 1999-cu ilədək qüvvədə olmuş: Maddə 228. İddia müddətləri Fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən üç ay ərzində, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar yaranan əmək mübahisələrinin həlli üçün isə bir ay ərzində müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab kitabçasının (vərəqəsinin) verildiyi, həmçinin fərdi və ya kollektiv əmək müqaviləsinin (kontraktın, sazişin) mühüm şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində əmək mübahisələrinə baxan orqana müraciət edə bilər. Həmin müddətlər üzürlü səbəblərdən (özünün xəstələnməsi, yaxın qohumunun ölməsi, işçinin ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması və s.) ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Əmək Məcəlləsi (ƏM): Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Yuxarıda qeyd olunan Əmək Qanunları Məcəlləsinin 228-ci maddəsindən və Əmək Məcəlləsinin 296-cı maddəsindən görünür ki, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilərdi. İşdən isə görünür ki, iddiaçı 07 dekabr 2015-ci il tarixli əmrlə işdən azad edilmiş, lakin iddiaçı 19 oktyabr 1994-cü il tarixdən 07 dekabr 2015-ci il tarixə kimi ona məzuniyyət pulunun verilmədiyini mübahisələndirərək 23 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı tərəfindən qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi pul tələbləri ilə əvvəllər məhkəməyə müraciət etməsi müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya verilməmiş pulların tələb olunması barədə iddia tələbləri üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə açdığı məsələnin br hissəsi İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində həmin dövr üzrə iddia etdiyi pul tələbləri ilə bağlı məhkəməyə müraciət etməsi müəyyən olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə də bu tələblərə əməl etməklə iddiaçıya müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış, eləcə də 10 oktyabr 2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçının ünvanına göndərilmiş və həmin yardım məktubu işə əlavə edilən poçt xəbərnaməsinə əsasən iddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilmiş, lakin iddiaçı məhkəmə iclasında iddianın mümkünlük şərtlərinin ödənildiyini bildirirək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş müddət ərzində istifadə edilməyən məzuniyyətə görə məzuniyyət pulunun ödənilməsini mübahisələndirmədiyindən iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar