Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-532/2024 12.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X1, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi işləməklə 18 il 03 ay 21 gün əmək sığorta stajı vardır. Həmçinin xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi (2 il 06 ay 03 gün) “X19 Texnikomu”nda əyani təhsil almışdır. Təhsillə birgə ümumi 20 il 09 ay 24 gün ümumi stajı vardır. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, hesab edir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İddiaçı cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətin, əmək kitabçasının əslin, tərcümə edilmiş notarial sürətin, güzəştli arayışı, diplomun notarial təsdiq edilmiş sürətin və arxiv arayışlarını əlavə edərək ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli (imtina məktubu xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə alınmışdır), **********4 №-li məktubla cavab verərək təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajınız 20 ildən az (19 il 13 gün (xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Lakin güzəştli iş stajınız yoxdur. Həmçinin qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz Hacıqabul 2 №-li Mənzil İstismar Sahəsi sizə dair xx.xx.2022-ci il tarixli, 79 №-li arayışında xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kanalizasiya sahəsinin təmiri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi işlədiyiniz Hacıqabul rayon 2 №-li Mənzil İstismar Sahəsinin fəaliyyət sahəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri sahəsinə aid deyil. Bu səbəbdən sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbinin dəlilləri: Möhtərəm məhkəmə cavabdeh iddiaçının xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi “kanalizasiya sahəsinin təmiri üzrə çlingər” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”-nda nəzərdə tutulmadığına dair münasibətinə gəldikdə isə onu bildirirəm ki, cavabdeh qeyd edilən siyahıda işlədiyi vəzifənin Hacıqabul rayon 2 №-li Mənzil İstismar Sahəsinin fəaliyyət sahəsinə aid olmadığına istinad edir, lakin işlədiyi vəzifənin mahiyyət baxımından zərərli iş olduğunu və gördüyü işin nədən ibarət olduğunu, həmçinin zərərli işə görə əmək haqqına 12-24 % və məzuniyyət gününə isə 6 təqvim gününün əlavə edildiyini müəyyən etmədən, güzəştli iş stajının olmaması qənaitinə gəlməklə səhvə yol vermişdir. Belə ki, iddiaçının işlədiyi sahə bina və qurğularda yerləşən zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sualrın) xətlərinin təmiri və bərpasından, qəza vəziyyətində yaranmış halların yerindəcə müəyyən etməklə təmir və bərpa edilməsindən ibarət olmuşdur. Ona görə də işlədiyi vəzifə xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” peşəsi (2290000a- 18447) koduna uyğunlaşdırılmışdır. Belə ki, su və kanalizasiya xətlərinin təmiri və bərpası məhz mənzil istismar sahəsinin fəaliyyətinə aiddir. Mənzil istismar sahəsinin fəaliyyət növləri bina və qurğularda - binanın bloklarının və binaların çardaqlarının təmiri və bərpası, binaların liftlərinin təmiri və bərpasının təşkili, binaların zirzəmilərindən keçən su, istilik və kanalizasiya (məişət texniki sualrın) xətlərinin təmiri və bərpasından ibarətdir. Bunu həmin sahənin təlimatın nəzərdən keçirtdikdə belə müəyyən etmək olar. Bundan başqa cavabdeh iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi Əli Bayramlı DRES-in tərkibində podratçı müəssisə kimi fəaliyyət göstərmiş “Azərbaycan-X5 Cənub Xüsusi Enerji Mühafızə İdarəsinin Əli Bayramlı sahəsi”-ndə “izolyasiyaçı-plyonkaçı” vəzifəsini ümumi iş stajı kimi tanısa da, lakin zərərli iş stajı kimi tanımamışdır. Belə ki, iddiaçının işlədiyi vəzifə qazan-turbinlərdən və enerji bloklarından keçən yüksək istilik sistemlərinin korroziyaya uğramaması üçün şüşəli liftlərlə izolyasiya edilməsindən ibarət olmuşdur. İşlədiyi idarənin arxiv sənədləri ilə bağlı Arxiv İdarəsinin Şirvan şəhər filialına ərizə ilə müraciət edilsə də, lakin həmin idarənin sənədlərinin arxivə təhvil verilmədiyi bildirilmişdir. Lakin həmin idarənin Əli Bayramlı DRES-in tərkibində podratçı müəssisə kimi fəaliyyət göstərməsi ilə bağlı Şirvan İES (Cənubelektrik Stansiyasına)-na müraciət olunsa, həmin idarənin podratçı kimi iş fəaliyyətlərinin antikorroziyaya qarşı mühafizəsindən ibarət olunduğu və işlədiyi izolyasiyaçı-plyonkaçı vəzifəsinin zərərli və ağır sahə olduğunu təsdiq edərlər. İddiaçının işlədiyi idarədən 12 % zərərli işə görə əmək haqqına əlavə və məzuniyyət gününə isə 6 təqvim günü əlavə edilirdi, həmin vaxtlarda süd, qatıq və sabunla təmin edilirdi. Məhz iddiaçı işlədiyi sahə izolyasiyaçı-plyonkaçı vəzifəsi zərərli və ağır iş sahəsi olduğuna görə uzun illər üzrə işlədiyi sahədə yüksək səs-küylü, qazan-turbinlərin və enerji bloklarının yerləşdiyi ərazidə olduğu üçün 1-ci dərəcəli nevroloji xəstəlik tapmış və uzun illərdən bəri və hal-hazırda da Şirvan MXPŞ-in poliknikasında ruhi-əsəb şöbəsində qeydiyyatda olmaqla mütəmadi olaraq müalicə alır. İddiaçı ilə birgə işləmiş şəxslərin işlədiyi vəzifə əsasında və həmçinin yuxarıda qeyd etdiyi Şirvan İES (Cənubelektrik Stansiyasına)-nın sorğu nəticəsində verdiyi məktubda zərərli və ağır iş olduğu öz təsdiqin tapmışdır. Ona görə də iddiaçının işlədiyi izolyasiyaçı-plyonkaçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx.xx.1993-cü il tarixli, 320 nömrəli 1 №-li Siyahısının Xİİ. ELEKTROTEXNİKA İSTEHSALATİ VƏ ELEKTROTEXNİKİ AVADANLİĞİN TƏMİRİ Bölməsinin “elektrik izolyasiya lakları, qatran və mastika bişirənlər” vəzifəsi (1120000a-11410), 2 №-li Siyahısının XXVİİ. BİNA, QURĞU VƏ DİGƏR OBYEKTLƏRİN İNŞAASİ, YENİDƏN QURULMASİ, TEXNİKİ TƏCHİZATİ, BƏRPASİ VƏ TƏMİRİ Bölməsinin “izolyasiyaçılar” peşəsi (2290000a-12520), “izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar” peşəsi (2290000a-12533) kodu ilə qeyd edilmişdir və həmin vəzifələrə uyğundur. Həmçinin cavabdehin ümumi iş stajının 20 ildən az 19 il 13 gün olduğunu bildirməsi, hesab edir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi (2 il 06 ay 03 gün) “X19 Texnikumu”-da əyani təhsil almasını nəzərədən qaçırtması olmuşdur. Həmin dövrləri iş stajı kimi nəzərə almamışdır. Halbuki, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə əsasən ali, texniki və peşə təhsili iş stajı kimi qəbul edilməklə heab edilir. Bu səbəbdən də iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi (2 il 06 ay 03 gün) olan dövr təhsil illəri iş stajı kimi tanınmaqla xx.xx.2006-cı il tarixə kimi ümumi iş stajı 20 il 09 ay 16 gün və güzəştli iş stajı isə 11 il 03 ay 22 gün təşkil edir. Ümumi iş stajı olan illər - xx.xx.1984xx.xx.1987-ci il (2 il 05 ay 25 gün), xx.xx.1987-xx.xx.1996-cı il (09 il 05 ay 19 gün) və xx.xx.1997-xx.xx.2005-ci il (8 il 10 ay 02 gün) = 20 il 09 ay 16 gün; Güzəştli iş stajı olan illər - xx.xx.1987-xx.xx.1996-cı il (09 il 05 ay 19 gün) və xx.xx.1997- xx.xx.1998-ci il (01 il 10 ay 03 gün) = 11 il 03 ay 22 gün; “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən həmin tarixə kimi hüquqi yaranmış şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Möhtərəm məhkəmə həmçinin qeyd edim ki, cavabdeh “İnzibati icraat haqqında” Qanununun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə inzibati akt qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktları göstərməli idi. Bu səbəbdən də hesab edir ki, cavabdeh İnzibati icraat haqqında” Qanununun 28.1, 21.2, 24.1, 45.1, 52.1 və 61.1-ci maddələrin tələblərini kobud sürətdə pozmuşdur. Tətbiq edilən hüquq: “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynalxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası D.S.M.F. tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-cı il tarixdən edilmiş dəyişiklər iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edirəm ki, qeyd edilən dəyişiklər iddiaçıya münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə iddiaçının 52 yaşdan tamam olduğum, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğum ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Belə ki, «lnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd edilmiş əsaslara və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ-cü hissələrini, 149, 60-cı, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 3.1, 5, 4.1, 21.1,7, 30.2, 31.1, 32, və 37.7-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci, 14.3 və 73.1-ci maddələrinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X11 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İşdə olan iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasının və onun notarial qaydada tərcüməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1987- 04.xx.xx.1993-cü illərdə və xx.xx.1993-xx.xx.1996-cı illərdə Xüsusi Enerji Mühafizə idarəsində izoləedici-plyonkaçı vəzifəsində işləmiş, xx.xx.1997-xx.xx.2005-ci illərdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının xx.xx.2022-ci il tarixli, 596 nömrəli arayışında qeyd edilmişdir ki, sizin 28 oktyabr 2022-ci il tarixli, 87 №-li (daxil olma tarixi 02 noyabr 2022) sorğunuza cavab olaraq bildiririk ki, Əli Bayramlı DRESin tərkibində fəaliyyət göstərmiş “Azərbaycan Rusiya Müştərək müəssisəsi” nin sənədləri filiala təhvil verilməyib. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Hacıqabul filialının xx.xx.2022ci il tarixli, 140 nömrəli arayışında qeyd edilmişdir; verilir İddiaçı ona görə ki, onun adı Hacıqabul rayon Dövlət Arxivində fond-88-də qorunub saxlanılan Hacıqabul rayon 2 nömrəli Mənzil İstismar İdarəsinin 1997, 1998-2005-ci illərə aid əmr kitablarında adı aşağıda qeyd edildiyi kimi göstərilmişdir. Əmr № 4, xx.xx.1997-ci il tarixdən Kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər qəbul edilsin. Əmr № 56, xx.xx.1998-ci il tarixdən fəhlə işinə keçirilsin. Əmr № 112, xx.xx.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilsin. Əsas: Fond-88, sax.vah-2 İşdə olan Hacıqabul rayonu 2 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 79 nömrəli arayışında qeyd edilmişdir; verilir Şirvan şəhər sakini İddiaçı ondan ötəri ki, o xx.xx.1997-ci il tarixdə, 04 №-li əmrlə Hacıqabul rayon İcra Hakimiyyəti 2 №-li Mənzil İstismar Sahəsinə konalizasiya sahəsinin təmiri üzrə çlingər vəzifəsinə qəbul edilmişdir. Mənzil İstismar Sahəsinin xx.xx.1998-ci il tarixdə, 56 №-li əmrlə fəhlə işinə keçirilmiş və xx.xx.2005-ci il tarixdə, 112 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Onun xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi işlədiyi dövrlərdə peşə və vəzifə təlimatına əsasən gördüyü işlər bina və qurğularda yerləşən zirzəmilərdən keçən su, istilik sistemlərinin, konalizasiya (məişət texniki sualarının) xətlərinin təmiri və bərpasından, qəza vəziyyətində yaranmış halların yerindəcə müəyyən etməklə təmir və bərpa edilməsindən ibarətdir. Əmək fəaliyyəti müddətində ona əmək haqqıya 12-24 %-ə kimi əlavə pul və məzuniyyət gününə 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi vəzifə ağır olduğundan sabun və süd məhsulları ilə təmin edilmişdir. İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti 2 №-li Mənzil İstismar Sahəsində işlədiyi dövrlərin və həmçinin 2011-ci il tarixə kimi həmin idarədə işləmiş şəxslərin əmrlərindən çıxarışlar (işə girmə və işdən çıxma əmrləri) Hacıqabul rayon İcra Hakimiyyəti Milli Arxiv İdarəsinin Hacıqabul rayon Dövlət arxivinə təhvil verilmişdir. Belə ki, Quliyeva X9 rayon İcra Hakimiyyətinin 2 №-li Mənzil İstismar Sahəsində işlədiyi 8 il 11 ay 02 gün işlədiyi dövrlərdən 1 il 10 ay 03 gün əmək stajı üzrə olan «kanalizasiya sahəsinin təmiri üzrə çlingər» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində «yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri (2290000a—18447)» koduna uyğundur və qeyd edilmişdir. Onun işlədiyi vəzifə ağır iş stajı olduğundan, siyahıda göstərilən koda əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeiiyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 noyabr 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminat na imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-ci il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İMQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işilərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (XXVİİ) 2290000a-18447 kodu üzrə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (19 il 13 gün (xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filiala təqdim etdiyiniz Hacıqabul rayon 2 nömrəli Mənzil İstismar Sahəsinin sizə dair xx.xx.2022-ci il tarixli 79 nömrəli arayışında xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kanalizasiya sahəsinin təmiri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz Hacıqabul rayon 2 №li Mənzil İstismar Sahəsinin fəaliyyət sahəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri sahəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan NT № 034420 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi (2 il 06 ay 03 gün) “X19 Texnikomu”-nda əyani təhsil almışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-40170/2023 nömrəli məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 17 fevral 2023-cü il tarixində daxil olmuş 2-1(120)-2065/2023 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X16 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (XXVİİ) 2290000a—18447 kodu üzrə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaş İradə Əbiş qızı X8 təqdim etdiyi sənədlərdə göstərilən məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (19 il 13 gün (xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin təqdim etdiyi Hacıqabul rayon 2 №-li Mənzil İstismar Sahəsinin ona dair xx.xx.2022-ci il tarixli 79 nömrəli arayışında xx.xx.1997xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kanalizasiya sahəsinin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi Hacıqabul rayon 2 №-li Mənzil İstismar Sahəsinin fəaliyyət sahəsi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri sahəsinə aid deyil. Bu səbəbdən də, adıçəkilən şəxsin ümumiyyətlə güzəştli iş stajı yoxdur. Qeyd olunan səbəblərdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Eyni zamanda, İradə X8 müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini sizə təqdim edirik. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Hacıqabul filialının xx.xx.2022-ci il tarixli, 140 nömrəli arayışından görünür ki, İddiaçı 2001-2005-ci illərdə 2 nömrəli Mənzil İstismar Sahəsində işləmiş və həmin cədvəldə göstərilən məbləğlərdə əmək haqqı almışdır. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti «X14 Stansiyası» MMC-nin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 206/17-xx/xx-2024 nömrəli arayışında qeyd edilmişdir ki, sizin “X14 Stansiyası” MMC-yə ünvanladığınız məktuba təkrar olaraq tərəfimizdən baxılmışdır. Məlum edirik ki, “X14 Stansiyası” MMC uzun illərdir fəaliyyətini dayandırmışdır və hal hazırda da istehsal müəssisəsi olaraq fəaliyyət göstərmir. Bildiririk ki, məktubda göstərilən “Cənub Xüsusi Enerji Mühafizə” müəssisəsi həmin dövr ərzində "xxxx" ASC-nin struktur vahidi olmamış, digər müəssisələr kimi müəyyən işlərin görülməsi məqsədi ilə müqavilə şərtləri əsasında podrat işləri görmüşdür. Həmin dövr ərzində da izolyasiyaçılar kərpiclə hörgü, qazan təmizləyənlər tərəfindən bilavasitə zərərli materiallarla (maye şüşə, şüşə lifli döşəklər, azbest parçalar,kvars qumu və s) yüksək təzyiqli temperaturlu boru kəmərləri, çənləri, qazanları izolyasiya edilmişdir. Qeyd olunmuş işləri görən işçilərə zərərli işə görə əlavə əmək haqqı və əlavə məzuniyyət günü verilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının XXVİİ bölümünün (2290000 kod üzrə) Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000a-12533 şifrəsinə əsasən izolyasiyaçılar-plyonkaçılar güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün əsasların olduğu müəyyən olunur. Büna əsasən də hesab edirik ki, izolyasiyaçılar-plyonkaçılar güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olunub-olunmaması məhkəmənin mülahizəsinə əsasən müəyyən olunur. Əlavə olarq bildiririk ki, “X14 Stansiyası” MMC-də izolyasiyaçı-plyonkaçı ştat vahidi olmadığından həmin vəzifə üzrə vəzifə təlimatının təqdim olunması qeyri mümkün olmuşdur. Xahiş edirik nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti «X14 Stansiyası» MMC-nin Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi xx.xx.2021-ci il tarixli, 20/206/1/21 nömrəli arayışında qeyd edilmişdir ki, sizin 10 fevral 2021-ci il tarixli, iş № 2- 1(103)-563/2021 üzrə bizim idarəyə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, “Cənubxüsüsienerjimühafizə” müəssisəsi X14 Stansiyası” MMC-nin (Əli Bayranılı DRESin) ərazisində podratçı təşkilat olaraq fəaliyyət göstərmişdir. “X14 Stansiyası” MMC-də izolyasiyaçılar, odadavamlı kərpiclə hörgü hörənlər, qazan təmizləyənlər tərəfindən bilavasitə zərərli materiallarla (maye şüşə, şüşə lifli döşəkçələr, azbest parçalar, kvars qumu və s.) yüksək təzyiqli və temperaturlu boru kəmərləri, çənləri, qazanları izolyasiya edilmişdir. Qumrovçular tərəfindən buxar turbinin roloru və digər metal məmulatların (hissələrin) kvars qumu ilə yuyulması işləri yerinə yetirilmişdir. Qeyd olunan vəzifələrdə çalışanların əmək haqqına ağır və zərərli iş şəraitinə görə 12-24 faiz əlavə əmək haqqı və əsas məzuniyyətə 6 gün əlavə məzuniyyət müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, göstərilən vəzifələr və yerinə yetirilən işlərin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 №-li əlavəyə əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısında izolyasiyaçı vəzifəsi XXVİİ bölüm 2290000a-12520, Xİİİ bölüm 2140000a-15416, Xİİİ bölüm 2140000a-13148 şifrəsi ilə, qumrovçu vəzifəsi isə 1 №-li siyahısında XXİİİ bölüm 12100000 19568 şifrəsi ilə qeyd edilmiş göstəricilərinə tam uyğun olması səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1967-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona xx.xx.1997-xx.xx.2005-ci illərdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində işlədiyi kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmaması əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. İşin hallarından da görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının ona xx.xx.1997-xx.xx.2005-ci illərdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində işlədiyi kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamasına əsaslanmışdır. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası və arayışlar əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılaraq məhkəmə xidməti vəzifəsinə uyğun olaraq qeyd edir ki, iddiaçının xx.xx.1997-xx.xx.2005-ci illərdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində işlədiyi kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində «yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri (2290000a—18447)» kodu ilə qeyd olunan siyahıda güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Həmçinin iddiaçının xx.xx.1987-04.xx.xx.1993-cü illərdə və xx.xx.1993-xx.xx.1996cı illərdə Xüsusi Enerji Mühafizə idarəsində izoləedici-plyonkaçı vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının XXVİİ bölümünün (2290000 kod üzrə) Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri hissəsinin 2290000a-12533 şifrəsinə əsasən izolyasiyaçılar-plyonkaçılar adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 18 ildən çox iş stajı mövcuddur. Bundan əlavə iş materiallarında olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəmənin sorğusu əsasında göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-300496/2023 nömrəli məktubundan və ona əlavə olunmuş 040210 və 002270 nömrəli pensiya işindən görünür ki, X2 və X4 pensiya təyin olunarkən onların “Cənub Xüsusi Enerji” Mühafizə müəssisəsində işlədiyi dövlər nəzərə alınaraq ümumi iş stajına daxil edilmişdir. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəmənin sorğusu əsasında göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-30387/2024 nömrəli məktubundan görünür ki, X12 “Cənub Xüsusi Enerji” Mühafizə müəssisəsində işlədiyi dövlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni xx.xx.1997-xx.xx.2005-ci illərdə Hacıqabul rayonu 2 nömrəli mənzil istismar sahəsində kanalizasiya şəbəkəsinin təmiri üzrə çilingər işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Hacıqabul filialının xx.xx.2022-ci il tarixli, 140 nömrəli arayışından və Hacıqabul rayonu 2 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 79 nömrəli arayışında da öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-532/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-532/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver