Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5323/2025 26.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi N0), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N972-ci ildə doğulmuşdur. xx.xx.N993-xx.xx.N993-cü ildə N saylı hərbi hissədə, xx.xx.N993-xx.xx.N997-ci ildə N saylı hərbi hissədə, xx.xx.N997-xx.xx.N997-ci ildə N nömrəli hərbi hissədə hərbi xidmət etmişdir.O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N993- N994-cü ildə erməni qəsbkarlarına qarşı döyüş əməliyyatlarında iştirak edərək döyüşmüşdür Döyüşlərdə iştirak etməyinə baxmayaraq hal-hazıradək müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N2 oktyabr 2023-cü il tarixli N647 nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissənin tərkibində N fevral N993cü ildən N2 may N994-cü ilədək hərbi xidməti barədə məlumat olmadığına görə Hərbi Dəniz Qoşunları Hərbi Tribunalının məhkəmə qərarı ilə 42-ci maddənin tətbiq edilməsini nəzərə alaraq ona Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət tətbiqi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “üharibə veteranı” sayılmırlar. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun N.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Müdafiə Nazirliyinin 3-25-29 /2-827/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.N993-cü il tarixdə Əli Bayramlı RHK-dan çağırılmış, Azərbaycan Respublikası Hərbi Komissarlığından təcili həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, N972-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 40 Nə-li əmrilə (əsas: §-6, səh-83, sıra-N, əmrdə vəzifəsi göstərilməmişdir) xx.xx.N993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 49 Nə-li əmrilə (əsas: §- 7 səh-N04, sıra-N6, əmrdə vəzifəsi göstərilməmişdir) sıravi İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 63 Nə-li əmrilə (əsas: §-N, səh-N36, sıra-26) N №-li hərbi hissənin hərbi qulluqçusu, sıravi İddiaçı baş radioteleqrafçı vəzifəsinə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN Nə-li əmrində (əsas: §-6, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməmişdir) N №-li hərbi hissənin kimyadan müdafiə və mühafizə tağımının hərbi qulluqçusu, sıravi İddiaçıqn hospitala müalicəyə göndərilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 39 №-li əmrilə (əsas: §bənd-3, əmrdə adı “Natik”, atasının adı “Adıl” yazılmışdır, vəzifəsi göstərilməmişdir) sıravi X5 xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılaraq xidmətini davam etdirmək üçün 985”B” №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: səh 46, sıra 23) Əli Bayramlı RHK-dan çağırılmış, N972-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına salınması və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, komandirin xx.xx.N997-ci il tarixli N3 №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin yanvar N997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir.N №-li hərbi hissə komandirinin N993-N994-cü il və yanvar N997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.Hərbi Dəniz Qoşunları Hərbi Tribunalının məhkəmə icrasının qərarı ilə Azərbaycan Respublikası CM-nin 24N-ci maddəsinin “v” bəndi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, əsgər İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.N997-ci il tarixli müvafiq nömrəli sərəncamına əsasən, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək gələcək hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N72 №-li əmrilə (əsas: §-N0, səh-39, əmrdə vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmiş və X2 Batareyasında müvafiq vəzifəyə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N7 Nə-li əmrində (əsas: §-6, səh-2N, sıra-36) xx.xx.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərinin davam etdirmək üçün N8N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən hərbi qulluqçuların siyahısında, X2 Batareyasının 3-cü tağımının 4-cü manqasının zenit atıcısı, sıravi İddiaçı adı qeyd olunmuşdur.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilmiş, sıravi İddiaçı xidməti zərurətlə əlaqədar “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin sərəncamı əsasında N №-li hərbi hissədən göndərildiyindən N8N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 237 №-li əmrilə (əsas: §-5, səh-N7, sıra-N0) xx.xx.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və 3-cü motoatıcı taborun 2-ci MAB-nın N-ci MAT-nın 2-ci manqasında baş atıcı vəzifəsinə təyin olunmuşdur.Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli N60 №-li əmrinə, əsasən, 3-cü motoatıcı taborun hərbi qulluqçusu, atıcı, N976-cı il təvəllüdlü, sıravi X6 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N8N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 3N5 Nə-li əmrilə (əsas: §-3, səh-35, sıra-5, əmrdə adı “Namiq” yazılmışdır, təvəllüdü “N976-cı il” qeyd olunmuşdur) xx.xx.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Əli Bayramlı RHK-a göndərilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3N3N2/20283779/2025 saylı məktubu ilə təsdiq olunaraq məhkəməyə geri qaytarılmış Tələbnamədə xx.xx.N972-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş İddiaçı xx.xx.N997-ci ildə X3 və Hərbi Hava Qüvvələri Hərbi Prokurorluğu tərəfindən fərarilik etdiyi üçün həbs edildiyi, Azərbaycan Respublikası Hərbi Hava Qüevvəöləri Hərbi Tribunalın xx.xx.N997-ci il tarixli N5N0, 23/N4492 №-li hökmü ilə CM-nin 24N-ci maddəsinin “V” bəndinə; (42 AR) 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün icrası Hərbi əməliyyat bitənədək təxirə salınmışdır. Höküm xx.xx.N997-ci il tarixdə qüvvəyə minmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin 3-43-87/2-N3766/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.N972-ci il təvəllüdlü İddiaçı (Ş/V AA 433067N) məxsus NZ ******* N-li hərbi biletdəki qeydlər əsasında tərtib olunmuş uçot kartasında onun keçmiş Əli Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.N993-cü il tarixdə müddətli həqiqi hərbi xidmət keçməsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə göndərilməsi, Müdafiə Nazirliyinin N N-li hərbi hissəsində xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək hərbi xidmətdə olması, N №-li hərbi hissəsinə xx.xx.N993-cü il tarixdə daxil olması, N N-li hərbi hissəsində xx.xx.N997-ci il tarixdən xx.xx.N997-ci il tarixədək və N8N N-li hərbi hissədə xx.xx.N997-ci il tarixdən xx.xx.N997-ci il tarixədək hərbi xidmət keçməsi, Bakı Qornizon Hərbi Tribunalı tərəfindən 3 il azadlıqdan məhrum edilməsi və Hərbi Dəniz Qornizonu Hərbi Tribunalının xx.xx.N997-ci il tarixli 429/92 saylı qərarına əsasən ailənin tək övladı olduğu üçün verilmiş cəzadan azad edilərək hərbi xidmətini tamamlaması üçün X4 göndərilməsi və ARMN-nin xx.xx.N997-ci il tarixli N60 N-li əmrinə əsasən xx.xx.N997-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydlər mövcuddur. Lakin döyüş əməliyyatlarında iştriakı barədə məlumat aşkar edilmir. Müdafiə Nazirliyinin 3-25-29/2-2089/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li, N №-li hərbi hissələrin N993-N994-cü illərdə və Azərbaycan Respublikası Müdafiə nazirinin N994-N997-ci il tarixli məxfi əmrlərində döyüş şəraitində hesab edilən hərbi hissələr olması barədə məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli 3-25-N4/2-D-5Nxx-xx/2020 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N647 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin tərkibində xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək hərbi xidmətiniz barədə məlumat olmadığına görə və Hərbi Dəniz Qoşunları Hərbi Tribunalının məhkəmə qərarı ilə 42-ci maddənin tətbiq edilməsini nəzərə alaraq Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;( Maddə 3.) Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir ( Maddə 7). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (Maddə 3) “Hərbi vəzifə və hərbi xidmət” Azərbaycan Respublikasının Qanunu: Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır (Maddə 37). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N7-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin (“XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı) məsələyə dair şərhindən irəli gələn nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər.Bundan əlavə yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Başqa sözlə şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Nəzərə almaq lazımdır ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki,Müdafiə Nazirliyinin 3-25-29 /2- 827/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.N993-cü il tarixdə Əli Bayramlı RHK-dan çağırılmış, Azərbaycan Respublikası Hərbi Komissarlığından təcilli həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, N972-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 40 Nə-li əmrilə (əsas: §-6, səh-83, sıra-N, əmrdə vəzifəsi göstərilməmişdir) xx.xx.N993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və “sıravi” hərbi rütbəsi verilmişdir. Hərbi Dəniz Qoşunları Hərbi Tribunalının məhkəmə icrasının qərarı ilə Azərbaycan Respublikası CMnin 24N-ci maddəsinin “v” bəndi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, əsgər İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.N997-ci il tarixli müvafiq nömrəli sərəncamına əsasən, barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək gələcək hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N72 Nə-li şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmiş və X2 Batareyasında müvafiq vəzifəyə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 2N7 №-li əmrində xx.xx.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətlərinin davam etdirmək üçün N8N №-li hərbi hissəyə göndərilmişdir. xx.xx.N997-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Əli Bayramlı RHK-a göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin 3-43-87/2-N3766/2025 saylı cavab məktubunda iddiaçının döyüş əməliyyatlarında iştriakı barədə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Eyni zamanda Müdafiə Nazirliyinin 3-25-29/2-2089/2025 saylı cavab məktubunda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li, N №-li hərbi hissələrin N993- N994-cü illərdə və Azərbaycan Respublikası Müdafiə nazirinin N994-N997-ci il tarixli məxfi əmrlərində döyüş şəraitində hesab edilən hərbi hissələr olması barədə məlumat aşkar olunmadığı qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 №li N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir. İş materiallarından da görünür ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı təsdiqlənmədiyinə (arxivdə aşkar edilməmişdir) görə iddia sübüta yetirilmiş sayıla bilməz. Bundan əlavə iş materiallarından görünür ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı hərbi hissəsini özbaşına tərk etməsi faktı üzrə cinayət işinin başlanmış ( Hərbi Hava Qüvvələri Hərbi Tribunalı xx.xx.N997-ci il tarixli N5N0, 23/N4492 № höküm) və barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək gələcək hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə göndərilmişdir. İddiaçının bəraətverici əsaslarla cəzadan azad olması barədə məlumat aşkar olunmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İPM-nin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə iddiaçının izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-5323/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5323/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver