Məhkəmə qərarları › İş №2-1(120)-533/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-533/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-533/2023 29.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 22 noyabr 2022-ci il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə Saatlı Rayon Mərkəzi X4 şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 22 noyabr 2022-ci il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, xəstədir. 62 yaşı var. Saatlı Rayon Mərkəzi Xəstəxanasında və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona “Kəllədaxili travmaların nəticələri QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)” diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma halında "Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Teztez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)”, “Digər koordinasiya pozğunluğu. Koordinator pozulmalar” və “Yüngül koqnitiv pozğunluq. Koqnitiv-koordinator pozulmalar” diaqnozu qoyulmuşdur. Həmçinin, digər yanaşı “Stenokardiyamn digər formaları. ÜİX, gərginlik stenokardiyası İİ f/sinif. 150.0. Xroniki ürək çatışmamazlığı İİ f/sinif (AF-43%)”, “Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ dərəcə”, “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ ağır forma insulin tələbi. H36.0. Diabetik retinopatiya. OS- Artifakiya. 179.2. Aşağı ətrafların diabetik angiopatiyası”, “Şüşəyəbənzər cisimin digər bulanmaları. OU-Şüşəyəbənzər cismin bulanıqlığı”, “Digər neqativ pozğunluqlar. Asteno-nevrotik vəziyyət”, “Vertebrobazilyar arterial sistem sindromu. Vertebro-bazilyar arterial sindromu, vegetativ krizlər” və “Dəqiqləşdirilməmiş ensefalopatiya. Postravmatik ensefalopatiya xəstəliyi” xəstəlikləri də mövcuddur. Xəstəliklərinə görə mütəmadi müalicə kursu keçir. Əvvəllər İİ qrup əlil olmuşdur. Ona pensiya təyin edilmişdir. Lakin 2021-ci ilin sonundan etibarən pensiyası əsassız olaraq dayandırılmışdır. Ağır xəstədir. Özünü idarə edə bilmir. Müddət ötdükcə xəstəliyi ağırlaşır. Ümumiyyətlə 1990-cı ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günügündən ağırlaşır, artıq müalicəyə tabe olmur və həmçinin səhhətində heç bir irəliləyiş yoxdur. Müalicə və xəstəlikləri barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etmişdir. Maddi vəziyyəti çox ağırdır. Müalicə almağa maddi imkanı yoxdur. Ümidi pensiyaya idi, lakin onu da dayandırıblar. xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər və xx.xx.2021-ci ildə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər və xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər “Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də və həmçinin xx.xx.2022-ci ildə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicə kursu keçmişdir. Tibb müəssisəsi tərəfindən (“Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ) Tibbi Sosial Ekspert Komissiyasına 3 dəfə ayrı-ayrı vaxtlarda (xx.xx.2021-ci il tarixdə-0311003AAVWP saylı göndəriş, xx.xx.2022-ci il tarixdə-0309003AAQ2K saylı göndəriş və həmçinin xx.xx.2022-ci il tarixdə- 0309003AARBB saylı göndəriş) göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Hesab edir ki, ona qarşı haqsızlıq olur. 6 (altı) aydır ki, döymədiyi qapı qalmayıb. Lakin mıiraciətləri heç bir nəticə vermir. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti, səhiyyə müəssisəsinin 0309003AARBB saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmişdir. Nəticədə “dövlət səhiyyə müəssisəsi tərəfındən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması və həmçinin xəstəliyin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, aktiv sürücülük vəsiqəsinə malik olmağı səbəbindən” ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Bildirir ki, qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün məlumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə tam və dolğun məlumat verilsədə, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır. Bundan əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən ona verilən “BC 404098” seriyalı sürücülük vəsiqəsi məhdudlaşdırılmışdır və sistemdən silinmişdir. Bu barədə Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən ona göndərilmiş xx.xx.2022-ci il tarixli, 016-306-21887Ə-3222 saylı məktubun surətini iddia ərizəsinə əlavə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası İİİ fs. Hiperoniya xəstəliyi İİ dərəcə. Qan dövran pozğunluğu İİ İİ dərəcə. Qapalı kəllə beyin travması davamlı qalıq əlamətləri. ensofolopatiya. hipertenzion sindrom. xroniki bronxit astmatik komponentlə.; “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20-Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası İİİ fs. Hiperoniya xəstəliyi İİ dərəcə. Qan dövran pozğunluğu İİ dərəcə. Qapalı kəllə beyin travması davamlı qalıq əlamətləri. ensofolopatiya. hipertenzion sindrom. xroniki bronxit astmatik komponentlə.; “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] -> 120.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, İİİ fs.Durğunluq ürək çatmamazlığı, İİ dərəcə.Essensial [birincili] hipertenziya, İİ mərhələ Hipertenziv ensefalopatiya, Qapalı kəllə beyin travmasının qalıq əlamətləri; “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyristabil stenokardiya Şiddətlənən stenokardiya, İİİ fs.Durğunluq ürək çatmamazlığı, İİ dərəcə. Essensial [birincili] hipertenziya, İİ mərhələ Hipertenziv ensefalopatiya, Qapalı kəllə beyin travmasının qalıq əlamətləri.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ılə (ayda 8- 10 dəfə); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin adına aktiv sürücülük vəsiqəsi var” səbəbi ilə imtina verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinır sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polinevropatiya Ağırlaşma Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik retinopatiya. OS- Artifakiya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental muayinələr dəqiqləşdirilsin və ətrafl qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Nevrasteniya, Nevroza bənzər sindrom, astenik əlamətlər, vegetativ krizlər Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin adına sürücülük vəsigəsi var” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, “Kəllədaxili travmaların nəticələri, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromiar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə);” - göstərilən bu xəstəliklərlə İddiaçı sürücülük vəsiqəsi ala bilməzdi. Qeyd olunan xəstəliklərlə sürücülük vəsiqəsinin eyni vaxtda olması əks göstərişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarmın bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazhqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1960-cı il tarixində Saatlı rayonunun Sarıcalar kəndində doğulmuş İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası İİİ fs. Hiperoniya xəstəliyi İİ dərəcə. Qan dövran pozğunluğu İİ İİ dərəcə. Qapalı kəllə beyin travması davamlı qalıq əlamətləri. ensofolopatiya. hipertenzion sindrom. xroniki bronxit astmatik komponentlə.; “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20-Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası İİİ fs. Hiperoniya xəstəliyi İİ dərəcə. Qan dövran pozğunluğu İİ dərəcə. Qapalı kəllə beyin travması davamlı qalıq əlamətləri. ensofolopatiya. hipertenzion sindrom. xroniki bronxit astmatik komponentlə.; “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] - > 120.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, İİİ fs.Durğunluq ürək çatmamazlığı, İİ dərəcə.Essensial [birincili] hipertenziya, İİ mərhələ Hipertenziv ensefalopatiya, Qapalı kəllə beyin travmasının qalıq əlamətləri; “Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, İİİ fs.Durğunluq ürək çatmamazlığı, İİ dərəcə. Essensial [birincili] hipertenziya, İİ mərhələ Hipertenziv ensefalopatiya, Qapalı kəllə beyin travmasının qalıq əlamətləri.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” səbəbi ilə ona beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya xəstəliyi, qıəəə.colma tutmaları ılə (ayda 8-10 dəfə); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin adına aktiv sürücülük vəsiqəsi var” səbəbi ilə ona əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: Vİ Sinif - Sinır sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə) Ağırlaşma Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polinevropatiya Ağırlaşma Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik retinopatiya. OS- Artifakiya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental muayinələr dəqiqləşdirilsin və ətrafl qeyd olunsun” səbəbi ilə ona əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Nevrasteniya, Nevroza bənzər sindrom, astenik əlamətlər, vegetativ krizlər Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin adına sürücülük vəsigəsi var” səbəbi ilə ona əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin” səbəbi ilə ona əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan İddiaçı əlillik dərəcəsinin təyinatından imtina edilməsini “Kəllədaxili travmaların nəticələri, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromiar, tez-tez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə);” – müşayiət olunan xəstəliklərlə ona sürücülük vəsiqəsi verilə bilməzdi. Belə ki, qeyd olunan xəstəliklərlə sürücülük vəsiqəsinin eyni vaxtda olması əks göstərişdir” səbəbi ilə əsaslandırmış və bununla əlaqədar iddia tələbini əsassız və qanunsuz hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1960-cı ildə Saatlı rayonunda anadan olmuş və Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X5 verdikləri 13 iyun 2023-cü il tarixli, T 386/2023 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi ilə bağlı müvafıq tibb müəssisəsində tərtib olunmuş 88 saylı formada qeyd olunan diaqnoz “Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə)” şəxsin stasionarlarda müayinə və müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olduğundan əmək qabiliyyətini itirməmişdir. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə zərurət yoxdur, lakin xəstəliklər kəskinləşərkən xəstənin vəziyyətinin ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Kəllədaxili travmaların nəticələri, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez qıcolma tutmaları ilə (ayda 8- 10 dəfə) diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”nın “Sinir sistemi xəstəlikləri”nin təsbit olunduğu 6-cı bölmənin təsir dairəsinə daxil edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, “Kəllədaxili travmaların nəticələri, QKBT. Postravmatik ensefalopatiya xəstəliyi, qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) diaqnozu qoyulmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 22 noyabr 2022-ci il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 22 noyabr 2022-ci il tarixli, xxxxxxx0010 saylı qərarının ləğv edilməsi və ona İİ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar