Məhkəmə qərarları › İş №2-1(120)-534/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-534/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-534/2022 29.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “27 avqust 2018-ci il tarixli, **********701800 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi məbləğinin iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 29 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02 noyabr 2018-ci il tarxili, **********9860600 saylı qərarın ləğv edilməsi və əlavə hesablanmış 200510,63 manat vergi məbləğinin iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 06 mart 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********701800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********288900 nömrəli, xx.xx.2018-ci il tarixli, **********860600 nömrəli, xx.xx.2018-ci il tarixli, **********337000 nömrəli və xx.xx.2018-ci il tarxili, **********342700 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi məbləğinin iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2-1(086)-929/2019 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********701800 nömrəli, xx.xx.2018-ci il tarixli, **********288900 nömrəli, xx.xx.2018-ci il tarixli, **********860600 nömrəli, xx.xx.2018-ci il tarixli, **********337000 nömrəli və xx.xx.2018-ci il tarxili, **********342700 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi məbləğinin iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması kimi baxılmasının davan etdirilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinin həcmini azaldaraq, xx.xx.2018-ci il tarixli, **********791800 nömrəli qərarın ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış vergi məbləğinin iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2-1(086)- 929/2019 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin müvafiq sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində kameral vergi yoxlaması həyata keçirilmişdir. Aparılmış kameral vergi yoxlamasının nəticəsi olaraq 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən «Vergilərin hesablanması barədə» 02 noyabr 2018ci il tarixli, **********860600 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən 2018-ci ilin sentyabr ayına olan dövr üçün İddiaçı MMC-yə ümumilikdə 200510,63 manat vergi müəyyən edilmişdir. Cavabdeh iş üzrə mübahisələndirilən qərarın əsası kimi 2018-ci ilin yanvar-dekabr aylarında idxal edilmiş malların təqdim edilmiş bəyannamələrdə düzgün əks etdirilməməsini göstərmiş və bunu vergidən yayınma riski kimi dəyərləndirməklə, qeyd edilən risk meyarı üzrə 200510,63 manat əlavə vergi məbləği hesablamışdır. Lakin «Vergilərin hesablanması barədə» 02 noyabr 2018-ci il tarixli, **********860600 saylı qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qəbul edərkən vergi qanunvericiliyi ilə müəyyənləndirilmiş metodların hansından istifadə etdiyi, ümumiyyətlə, qərarı hansı əsaslı sübutlara istinad edərək qəbul etdiyi bəlli deyil. Elə qərarın qanunsuz olduğu buradan məlum olur. Qərara baxdıqda vergi orqanının analoji fəaliyyətə istinad etmə metodundan istifadə edərək belə bir qərar qəbul etdiyi qənaətinə gəlinir. Halbuki, vergi orqanı belə metoddan digər imkanlar tükəndikdə istifadə etməlidir. Buna qədər isə vergi orqanı ilk növbədə sənədlərin və məlumatların təqdim edilməsi tələbi ilə vergi ödəyicisinə sorğu göndərməli, əgər qanunla müəyyən edilmiş müddət ərzində vergi ödəyicisi tərəfindən sorğu cavablandırılmazsa, digər metodlardan istifadə etməlidir. Qeyd olunan bu məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 674-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçıya 02 noyabr 2018-ci il tarixdə «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub» göndərmiş, amma sorğunun cavablandırılması üçün qanunla müəyyən olunan vaxt (5 gün) bitmədən, elə həmin gün (1 saatdan da qısa bir zaman ərzində) vergilərin hesablanması barədə iddiaçı üçün əlverişsiz olan inzibati akt qəbul etmiş, bununla da iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Eyni zamanda, cavabdeh Vergi Məcəlləsinin 24.0.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəni (vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək) yerinə yetirməmişdir. Belə olan halda, iddiaçının vergi orqanına təqdim edəcəyi izahata və yaxud sənədlərə qiymət vermədən cavabdeh vergi orqanının gəldiyi nəticə tutarlı sübutlara istinad edilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxalamaların (o cümlədən, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Lakin cavabdehin keçirdiyi kameral vergi yoxlaması reyestrdə qeydiyyata alınmamışdır. Beləliklə, sadalanan hallardan aydın şəkildə görünür ki, sübutetmə yükü qanunverciliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanı kameral vergi yoxlamasının həyata keçirilməsi nəticəsində mübahisələndirilən qərarı əsasında iddiaçıya əlavə vergi məbləğinin hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlər mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim Zaur Allahyarov) 18 noyabr 2019-cu il tarixli, 2-1(086)-929/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında 6 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********701800 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesabından silinməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçındən tutularaq X2, Kod 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, AZ34CTRE******************** hesaba keçrilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2-1(086)- 929/2019 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2- 1(086)-929/2019 nömrəli qərarınnın ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Z.A.Zeynalov, hakimlər İ.Q.Əsədov və M.K.Həsənovdan ibarət tərkibdə) 02 iyul 2020-ci il tarixli, 2-1(106)- 191/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfində verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2-1(086)-929/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər N.İ.Rəsulbəyova (sədrlik edən və məruzəçi), İ.K.Hüseynov və K.N.Bədəlovdan ibarət tərkibdə) 20 oktyabr 2020-ci il tarixli, 2-1(102)-1893/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2020-ci il tarixli, 2-1(106)-191/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən T.S.Kərimov, hakimlər T.X.Heydərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 18 avqust 2021-ci il tarixli, 2- 1(106)-224/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019cu il tarixli, 2-1(086)-929/2019 nömrəli qərarının ləğv edilməsi, qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia tələbinə yenidən baxılması üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İşin faktiki hallarını Qanunvericiliyin yuxarıda şərh olunan normaları baxımından təşhlil edən kollegiya hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdən mübahisələndirdiyi xx.xx.2018 tarixli **********701800 nömrəli qərardan məlumatı olmuş və müddətin axımı iddiaçı tərəfindən elektron üsulla elektron qutusuna göndərilən həmin qərarın oxunduğu xx.xx.2018-ci il tarixi saat 23:34:49-dan başlamışdır. İddia ərziəsi isə ilkin olaraq 16 yanvar 2019-cu il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, sonradan isə xx.xx.2019-cu il tarixində dəqiqləşdirilmiş iddia tələbi verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməklə, apelyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv olunaraq, iddia ərizəsi üzrə zəruri prosessual hərəkətlərin edilməsindən ötrü inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X5 gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018 tarixli **********701800 nömrəli qərar xx.xx.2018-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə, saat 23:34:49-da oxunmuşdur. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 4 aydan çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia iddiaçı tərəfindən “iddia müddəti” buraxılmaqla qaldırıldığından, mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “27 avqust 2018-ci il tarixli, **********701800 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi məbləğinin iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçındən tutularaq X2, Kod 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, AZ34CTRE******************** hesaba keçirilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar