Məhkəmə qərarları › İş №2-1(120)-535/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-535/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-535/2022 01.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 0N fevral 2022-ci il tarixli, 2-N(N20)-535/2022 nömrəli qərardadı ilə “veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, N992-ci il tarixində Erməni işğalçılarının Azərbaycan torpağına hücumu ilə bağlı Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətə başlamış və hərbi hissədə “kiçik tibb bacısı” vəzifəsində çalışmışdır. Adı çəkilən hərbi hissədə təxminən N aya qədər xidmətdə olduqdan sonra ailə vəziyyəti ilə bağlı xidmətini başa vurmuşdur. Belə ki, Ağdam şəhəri erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra ailəvi olaraq Salyan rayonunda məskunlaşmışlar. Digər tərəfdən, həmin dövrdə azyaşlı uşağı ağır xəstələndiyi üçün onun müalicəsi ilə məşğul olmaq zərurəti yarandığından hərbi hissəni tərk etmək məcburiyyətində qalmışdır. Lakin buna baxmayaraq hal-hazırda onun döyüş bölgəsində xidmət etdiyi müəyyən edilməmiş və müharibə veteranı adı verilməmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə rəsmi müraciətlər etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin müraciətlərinə vermiş olduğu cavablarında hərbi hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat aşkar olunmadığı üçün “Müharibə veteranı” adı və vəsiqəsi verilməsindən imtina olunmuşdur. Lakin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin rəisi cənab Rəşad Qənbərovun xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 309 nömrəli əmrində İddiaçı reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə məlumat vardır. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 339 nömrəli əmrində onun Anesteziologiya-reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə məlumat vardır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində onunla eyni vaxtda hərbi xidmətdə olan şahidlər də yuxarıda qeyd olunmuş faktı təsdiq edirlər. Göründüyü kimi cavabdeh arxivdə olmaması səbəbindən onun döyüşdə iştirak etmə faktını qəbul etmir və ona “Müharibə veteranı” adını verməkdən imtina edir. Ona görə də, hesab edir ki, məhkəmə hərbi əməliyyatların aparılması müddətində onun həqiqətən də döyüş bölgəsində vətənə qulluq etməyi faktını hərtərəfli araşdıraraq qanuni qərar qəbul edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı mülki şəxs olduğundan ona “Müharibə veteram” adının verilməsinə dair rəy Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməlidir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının 20N8, 20N9 və 2020-ci il tarixli məktublarında həmin qayda izah olunmuş və İddiaçı müvafiq dövlət orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin deyil digər dövlət orqanının müvafiq komissiyası tərəfindən baxılmalı olduğundan əsl cavabdehlə əvəz olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N -ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir.Yuxarıda qeyd olunanlardan aydın görmək olar ki, İddiaçı iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyula bilməz. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adınının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndələri məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirаkları оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N8-ci il tarixli, N/Ə- 5842 saylı məktubuna əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə İddiaçı hərbi xidmət keçmədiyi üçün ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi məsələsinə baxılması mümkün deyil. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02 dekabr 202N-ci il tarixli 4/2-2066 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 309 №-li əmrində (əsas: səh.-22, bənd-7; qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı reanimasiya şöbəsinə “kiçik tibb bacısı" vəzifəsinə götürülməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 339 №-li əmrində (əsas: səh,- 522, bənd-3; qeyd: əmrdə atasının adı yazılmamışdır) Cərrahiyyə şöbəsinin kiçik tibb bacısı İddiaçı Anesteziologiya-reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 58 №-li əmrində (əsas: səh 96, əmrdə atasının adı yazılmamışdır) kiçik tibb bacısı İddiaçı öz ərizəsinə əsasən 0N.04.93-cü il tarixdən işdən azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək, döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin N5 dekabr 202N-ci il tarixli N473- nömrəli məktubundan görünür ki, xx.xx.N968-ci il təvəllüdlü İddiaçı barədə Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivindən Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olan xx.xx.20N9-cu il tarixli 9/2-N6628 nömrəli məktubun təsdiq olunmuş kseresurəti məhkəməyə göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvalamış olduğu xx.xx.20N9cu il tarixli 9/2-N6628 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin 0N.0N,N993-cü il tarixli 309 №-li əmrində (əsas: səh.-22, bənd-7; qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı reanimasiya şöbəsinə “kiçik tibb bacısı" vəzifəsinə götürülməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 339 №-li əmrində (əsas: səh,- 522, bənd-3; qeyd: əmrdə atasının adı yazılmamışdır) Cərrahiyyə şöbəsinin kiçik tibb bacısı İddiaçı Anesteziologiya-reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin sentyabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli münasibət məktubundan görünür ki, iddiaçı X3 İnzibati Məhkəməsinə müraciət edərək 3-cü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işə cəlb edilməklə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi" öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal- hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı X7 iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində “Kiçik tibb bacısı” vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmasını, əmrlər kitablarının həmin Nazirliyinin Mərkəzi Arxivində saxlandığını və yekun nəticədə “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün həmin Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiyasına müraciət etməsini nəzərə alaraq, bu iş Müdafiə Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarını rəhbər tutaraq məhkəmədən, iddiaçı X7 “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyəti xaricində olduğu üçün Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsini rəhbər tutaraq məhkəmə işinə iştirakları olmadan baxılmasını xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli 4/2-6808 nömrəli məktubundan görünür ki, XN2 barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N0-cu il tarixli 87 saylı iclasının protokolundan arxiv çıxarışını məhkəməyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin N aprel N992-ci il tarixli 38 №-li əmrilə XN2 (əsas: bənd 4, əmrdə hərbi rütbəsi göstərilməyib) xx.xx.N992-ci il tarixdən gözətçi vəzifəsinə təyin olunmuşdur. Hərbi xidməti vəzifəsini ləyaqətlə yerinə yetirdiyi üçün evakuasiya-nəqliyyat şöbəsinin rəisi, baş çavuş X8 N №-li hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N90 №-li əmrilə (əsas: bənd N, əmrdə atasının adı Bəndəli yazılmışdır, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) “starşina” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N993-cü il tarixli müvafiq əmrinə əsasən X9 N №-li hərbi hissə komandirinin N3 iyun N993-cü il tarixli N32 №-li əmrilə (əsas: bənd 4, səh N53) “gizir” hərbi rütbəsi verilərək nəqliyyat evakuasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N aprel N995-ci il tarixli NN2 №-li əmrində (əsas: bənd 2, səh 2N) şəxsi heyətin N №-li hərbi hissəyə təhvil verilməsi barədə məlumat vardır. Lakin əmrə adlı siyahı əlavə edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3- N0343 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2022-ci il tarixli NN/2946 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş XN0 “Müharibə Veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir, vətəndaş XN Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona xx.xx.20N3-cü il tarixli N68 nömrəli protokol ilə “Müharibə Veteranı” adı verilmişdir. Vətəndaş, N959-cu il təvəllüdlü X2 Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona xx.xx.20N0-cu il tarixli 87 nömrəli protokol ilə M/V-05380N nömrəli “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. Vətəndaş İ.Əliyevə “Müharibə Veteram” adının verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinə təhvil verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli NN/37N9 nömrəli məktubundan görünür ki, xx.xx.N953-cü il tarixdə Ağdam rayonu, Zəngişalı kəndində anadan olmuş, XN0, xx.xx.N969-cu il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndində anadan olmuş, X6 və X9 müharibə veteranı vəsiqəsinin verilməsi barədə məlumat məhkəməyə göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli NN/3944 nömrəli məktubundan görünür ki, X6 054987 №-li “Müharibə veteranı” vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin surətlərini məhkəməyə göndərilmişdir, həmin sənədlərə əsasən, N saylı Hərbi Hissə komandirinin NN9 saylı əmrdən çıxarışa əsasən, reanimasiya şöbəsinin kiçik tibb bacısı XNN xx.xx.N993-cü il tarixdən işdən azad edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99Nci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N993-cü il tarixli 58 saylı əmrlə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N8-ci il tarixli məktubu ilə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunaraq, müvafiq dövlət orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin məhkəməyə məktub göndərərək, hərbi qulluqçu statusuna malik olmadığından iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən baxılmalı olduğundan əsl cavabdehlə əvəz olunmalı olması göstərilmişdir. Lakin N nömrəli Hərbi Hissənin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmasını, əmrlər kitablarının həmin Nazirliyinin Mərkəzi Arxivində saxlandığını nəzərə alaraq, bu işin Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olması müəyyən edilmişdir, Həmçinin iddiaçı ilə birlikdə N saylı Hərbi hissədə xidmət etmiş kiçik tibb bacısı X6 054987 №-li “Müharibə veteranı” vəsiqəsi, N959cu il təvəllüdlü X9 ******* nömrəli “Müharibə veteranı” vəsiqəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 309 №-li əmrində İddiaçı reanimasiya şöbəsinə “kiçik tibb bacısı" vəzifəsinə götürülməsi, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 339 №-li əmrində Cərrahiyyə şöbəsinin kiçik tibb bacısı İddiaçı Anesteziologiya-reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 58 №-li əmrində kiçik tibb bacısı İddiaçı öz ərizəsinə əsasən 0N.04.93-cü il tarixdən işdən azad edilməsi barədə məlumat verilmiş, N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək, döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçı ilə birlikdə həmin dövrlərdə hərbi xidmət keçmiş X6 və X9 “Müharibə veteranı” vəsiqəsinin verilməsinə əsas olan sənədlər göndərilmişdir. Həmin məktuba əlavə olunmuş N saylı Hərbi Hissə komandirinin NN9 saylı əmrdən çıxarışa əsasən, reanimasiya şöbəsinin kiçik tibb bacısı XNN xx.xx.N993-cü il tarixdən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4 məktubuna əsasən, XN2 barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N0-cu il tarixli 87 saylı iclasının protokolundan arxiv çıxarışını məhkəməyə göndərilmiş, N №-li hərbi hissə komandirinin N aprel N992-ci il tarixli 38 №-li əmrilə XN2 xx.xx.N992-ci il tarixdən gözətçi vəzifəsinə təyin olunmuşdur. Hərbi xidməti vəzifəsini ləyaqətlə yerinə yetirdiyi üçün evakuasiya-nəqliyyat şöbəsinin rəisi, baş çavuş X8 N №-li hərbi hissə komandirinin 3N avqust N992-ci il tarixli N90 №-li əmrilə “starşina” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N993-cü il tarixli müvafiq əmrinə əsasən X9 N №-li hərbi hissə komandirinin N3 iyun N993-cü il tarixli N32 №-li əmrilə “gizir” hərbi rütbəsi verilərək nəqliyyat evakuasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar