Məhkəmə qərarları › İş №2-1(120)-535/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-535/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-535/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin edilmiş əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2007-ci il tarixdə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə imtina edilmiş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 07 iyul 2022-ci il tarixli qərardadı ilə “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə ona TSEK-də ilkin qaydada müayinə edilərək onun barəsində ümumi səbəbdən bir il müddətinə 3-cü dərəcə əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmiş və bu qərar Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində yoxlanılaraq təsdiq edilmişdir. Bu hal periodik olaraq davam etmiş və xx.xx.2021-ci ilədək o, 3-cü dərəcəli əlil olmuş və bununla əlaqədar müvafiq pensiya almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasında göndəriş əsasında müayinədən keçmiş, müayinələrin nəticəsi olaraq əlilliyin bərpasından imtina edilmişdir. Xəstəliyinin adı «Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar» adlanır. Heç bir müayinədə sağalmağı müəyyən edilməmişdir. Xəstəlik xroniki hal daşıyır və ömürlükdür. Belə olan halda 14 ildən çox müddətdə təyin olunmuş əlillikdən imtina edilməsini əsassız və qanunsuz sayır. İmtina səbəbi kimi sağalmağı qeyd olunmamışdır. Xəstəlik diaqnozu dəyişilməmişdir. Yuxarıda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilə qədər dəfələrlə komissiyadan, müayinədən keçmiş və stasionar şəraitdə müalicə olunmuşdur. Lakin axırıncı müayinədən sonra həmin prosedurları təkrar tələb edirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2007-ci ildə ilkin təyin edilmiş üçüncü dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Vətəndaşın əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən altı göndəriş (Forma-088) daxil olmuşdur. Şəxsin əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında 2 dəfə (xx.xx.2021-ci ildə 0311003AAQ8G nömrəli, xx.xx.2021-ci ildə 0311003AASM6 nömrəli göndərişlər) qiymətləndirilmiş (Diaqnoz: Epilepsiya xəstəliyi. Tez-tez (ayda 10-12 dəfə) təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə) və hər iki halda müalicə potensialı tükənmədiyindən, stasionar müalicə müddəti yetərli olmadığından “əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının müvafiq olaraq 0311003AATTF nömrəli, 0311003AAVA4 nömrəli göndərişləri əsasında qiymətləndirimiş və ağırlaşmaları təsdiqləyən yardımçı müayinələr ətraflı qeyd edilmədiyindən, göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAXA5 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və stasionar müalicə müddəti yetərli olmadığından növbəti dəfə “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçın əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAX3W nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və müalicə müddəti yetərli olmadığından, “Əlavə müalicəyə ehtiyacın olması qərarı qüvvədə saxlanılmışdır. Qeyd edirlər ki, bütün hallarda İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmiş və qəbul edilmiş qərarlar düzgün və əsaslıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, o, xx.xx.2007-ci il tarixdə Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən tibbi nəzarətə götürülmüş, iddiaçı ilkin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında xx.xx.2007-ci il tarixdə müayinə olunmuş və Səbəbi: Ümumi xəstəlik; Əmək zəmanəti: Qismən əmək qabiliyyətsizdir; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 – Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial... Diaqnozun mətni: Epilepsiya teztez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: “Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə” səbəbi ilə ona 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə təkrar müayinə olunmuş və Səbəbi: Ümumi xəstəlik; Əmək zəmanəti: Qismən əmək qabiliyyətsizdir; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 – Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial... Diaqnozun mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: “Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə” səbəbi ilə ona yenidən 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə təkrar müayinə olunmuş və Səbəbi: Ümumi xəstəlik; Əmək zəmanəti: Qismən əmək qabiliyyətsizdir; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Diaqnozun mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: “Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə” səbəbi ilə ona daha 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli ******* AAHC5 nömrəli göndərişi əsasında xx.xx.2016-cı il tarixdə təkrar müayinə olunmuş və Səbəbi: Ümumi xəstəlik; Əmək zəmanəti: Xüsusi yaradılmış şəraitdə işləyə bilər; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya xəstəliyi. Tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik =>2.3.4. “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9)” səbəbi ilə ona 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 6 göndərişi, o cümlədən xx.xx.2021-ci il tarixli ******* AAQ8G nömrəli, xx.xx.2021-ci il tarixli ******* AASM6 nömrəli, xx.xx.2021-ci il tarixli ******* AATTF nömrəli, xx.xx.2021-ci il tarixli ******* AAVAA nömrəli, xx.xx.2022-ci il tarixli ******* AAXA5 nömrəli və xx.xx.2022-ci il tarixli ******* AAX3W nömrəli göndərişləri əsasında baxılmış, ilk iki dəfə “əlavə müalicəyə ehtiyacın olması”, növbəti iki dəfə “göndərişin natamam doldurulması”, son iki dəfə yenə “əlavə müalicəyə ehtiyacın olması” səbəblərindən ona əlilliyin təyinatından imtina edilmişdir. Sonuncu xx.xx.2022-ci il tarixli ******* AAX3W nömrəli göndəriş əsasında aparılmış müayinənin nəticəsi olaraq İddiaçı X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40- G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 – Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial... Diaqnozun mətni: “Epilepsiya xəstəliyi. Tez-tez (ayda 10-12 dəfə) təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə; Epilepsiya xəstəliyi. Tez-tez (anamnezdə ayda 10-12 dəfə) qıcolma tutmaları ilə və nevrotik əlamətlər. Tez-tez (ayda 10-12 dəfə) təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə.OU-zəif dərəcəli hipermetropiya. Arterial hipertenziya İİİ dərəcə çox yüksək risk ilə” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, İddiaçı xəstəliyi son müayinə tarixinə daha da ağırlaşmış, buna baxmayaraq onun iradəsindən asılı olmayan hallara görə cavabdeh orqan ona 6 dəfə əlillik təyinatından imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X4 verdikləri 18 avqust 2022-ci il tarixli, T 335/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində qeyd edilən “epilepsiya və epileptik sindromlar, dəqiqləşdirilməmiş qıcolamalar, tez-tez (ayda 10-12 dəfə) təkrarlanan generalizə olunmuş klinik-tonik qıcolma tutmaları ilə, üzvi mənşəli şəxsiyyət pozğunluğu, zəif dərəcəli hipermetropiya, arterial hipertenziya” xəstəliklərinə düçar olmuş və bu diaqnoz şəxsin stasionarlarda müayinə və müalicələri zamanı klinik, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Şəxsin əyani müayinəsi nəzərə alınmaqla aşkar olunan diaqnoz və onun hal-hazırki saglamlıq durumu əlillik dərəcəsinin təyininə imkan vermir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 30 yanvar 2023-cü il tarixli, 1028 saylı rəydə göstərilmişdir ki, 1-3. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” phş-də tərtib edilmiş xx.xx.2022-ci 0311003AAX3W saylı göndərişə əsasən, İddiaçı müayinə zamanı “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya xəstəliyi, teztez (ayda 10-12 dəfə) təkrarlanan generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Digər və dəqiqləşdirilməmiş qıcolmalar. Hipermetropiya, OU-zəif dərəcəli hipermetropiya. Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİİ dərəcə çox yüksək risk ilə” müəyyən edilmişdir. Əlilliyin təyini məhkəmətibbi ekspertlərin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqlan haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalan tərəfindən həyata keçirilir. Qeyd olunduğu kimi, İddiaçı xəstəliyi son müayinə tarixinə (xx.xx.2022-ci il) qoyulmuş diaqnoza əsasən daha da ağırlaşmış, buna baxmayaraq onun iradəsindən asılı olmayan hallara görə cavabdeh orqan ona 6 dəfə əlillik təyinatından imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Həmçinin, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 verdiyi 18 avqust 2022-ci il tarixli, T 335/2022 saylı rəyi ilə 30 yanvar 2023-cü il tarixli, 1028 saylı rəyi arasında ciddi uyğunsuzluqlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 18 avqust 2022-ci il tarixli, T 335/2022 saylı rəyində “Şəxsin əyani müayinəsi nəzərə alınmaqla aşkar olunan diaqnoz və onun hal-hazırki saglamlıq durumu əlillik dərəcəsinin təyininə imkan vermir” qeyd olunsa da, 30 yanvar 2023-cü il tarixli, 1028 saylı rəyi ilə İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin “Epilepsiya” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəliyi ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar