Məhkəmə qərarları › İş №2-1(120)-535/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-535/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-535/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı və onun vəkili-nümayəndəsi XN, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli 973 saylı qərarın dəyişdirilməsi, “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” cümləsinin “Xəstəlikdir, hərbi döyüş tapşırığını yerinə yetirərkən almışdır” cümləsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2022-ci il tarixli 973 saylı qərarın dəyişdirilməsi, “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” cümləsinin “Xəstəlikdir, hərbi döyüş tapşırığını yerinə yetirərkən almışdır” cümləsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırmışdır ki, o, keçmiş MTN-nin tərkibində olan Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmət keçmişdir. N996-cı ilin mart ayının əvvəllərində hərbi tapşırığı yerinə yetirərkən suya düşmüşdür. Sonra nizamnamə tələblərinə uyğun olaraq postunu tərk etmədən paltarı sulu halda xidməti davam etdirmişdir. Sonra sıra baxışı zamanı onun sifət nahiyənin şişkinliyini görən komandirləri onu tibb məntəqəsinə yerləşdirblər. Bundan sonra sağalmaz xəstəliyə düçar olduğu bilinib və uzun müddət hərbi hospitalda müalicə alındıqdan sonra hərbi xidmətə yararsız hesab edilmişdir. Bu barədə xx.xx.N996-xx.xx.N996-cı il tarixli 586 saylı xəstəlik tarixində hərbi xidmət dövründə xəstəliyə düçar olmağı qeyd edilib. Lakin o, hərbi tapşırığı yerinə yetirərkən həmin xəstəliyə tutulmuşdur. Bu haqda yenidən Dövlət Sərhəd Xidmətinin Mərkəzi Həkim Komissiyasına müraciət etmişdir. Həmin dövrdə onunla birgə xidmət keçmiş komandirlərinin natoriat qaydada təsdiq olunmuş ərizəsini də həkim komisiyasına təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2022-ci il tarixdə 973 saylı qərarında limfoqranulomatoz, limfohistositar variant diaqnozu xəstəliyini hərbi xidmət dövründə almağını qeyd edib. Lakin o, hesab edir ki, həmin qərarda onun hərbi döyüş tapşırığını yerinə yetirərkən həmin xəstəliyə tutulmağı qeyd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək, etirazda qeyd etmişdir ki, iş üzrə toplanmış müvafiq sənədləri məhkəməyə təqdim etməklə bildirir ki, İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 973 saylı qərarında (qoşmaya əlavə edilir) aşağıdakı mühüm nüanslar qeyd olunmuşdur: “Sabiq hərbi qulluqçu əsgər İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, NNN nömrəli göndərişinə əsasən, xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (DSX HH-nin xx.xx.N996-xx.xx.N996-cı il tarixli, 586 nömrəli xəstəlik tarixinə) əsasən aşağıdakı qərar verilmişdir. Diaqnoz: Limfoqranulomatoz, limfohistositar variant. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Digər tərəfdən adıçəkilən qərar AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “c)” varımbəndi və yuxarıda qeyd olunan DSX HH-nin xx.xx.N996-xx.xx.N996-cı il tarixli, 586 nömrəli xəstəlik tarixi (qoşmaya əlavə edilir) əsasında qəbul edilmişdir. Qeyd olunanlardan əlavə, İddiaçı iddia ərizəsində hərbi döyüş tapşırığını verinə yetirərkən xəsarət almasına dair hüquqi əhəmiyyət kəsb edən fakt və ya sübut qismində digər dəlil qeyd olunmamışdır. Bu barədə keçmiş hərbi qulluqçunun notarial qaydada təsdiq olunmuş ərizəsi mübahisələndirilən qərarda dəyişiklik edilməsi üçün əsas kimi çıxış edə bilməz. AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin (bundan sonra-Əsasnamə) 7.2-ci bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuzivadır), hərbi xidmət dövründə alınmışdır”; “Xəstəlikdir, Çernobil AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; “Ümumi xəstəlikdir”. «Xəstəlikdir xəsarətdir (yaralanmadır, travmadır; kontuzivadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər:yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə, əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Əlavə olaraq bildirir ki, Əsasnamənin 7.2-ci bəndinə əsasən, çıxarılan qərarların məzmunu konkret qevd olunub və iddiaçı Şaiq Balakişivevin arzuladığı öhdəlik (xəstəlikdir, hərbi döyüş tapşırığını verinə yetirərkən almışdır) adıçəkilən qərarlarda mövcud deyildir. Əsasnamənin 7.4-cü bəndinə əsasən, şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və va kontuziva alması faktının təyin edilməsi ücün əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək bildiririk ki, Əsasnamənin 7.2-ci bəndinə əsasən, çıxarılan qərarların məzmunu konkret qevd olunub, iddiaçı Şaiq Balakisiyevin arzuladığı öhdəlik (xəstəlikdir, hərbi döyüş tapşırığını verinə yetirərkən almışdır) adıçəkilən qərarlarda mövcud deyildir və iddiaçı Saiq Balakisivev iddia ərizəsində arzuladığı öhdəlik üzrə mübahisələndirilən qərarın dəyişdirilməsi ilə əlaqədar heç bir əsas göstərməmiş və va mötəbər sübut təqdim etməmişdir. Əsasnamənin 7.4-cü bəndinə əsasən isə iddia ərizəsində qevd olunan notarial qaydada təsdiq edilmiş ərizə sübut qismində çıxış edə bilməz. Bu halda iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir.Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin N54-cü maddəsini nəzərə alaraq, iddiaçı X7 Sərhəd Xidmətinə qarsı olan iddiasının əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsini Məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən, Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Salyan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə itərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respuiblikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 973 nömrəli qərarıdan görünür ki, sabiq hərbi qulluqçu əsgər İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin N9.N2.22-ci il tarixli NNN nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (DSX HH-nin 02.05.96-N8.N0.96-cı il tarixli. 586 nömrəli xəstəlik tarixinə) əsasən aşağıdakı qərar verilmişdir. Dz: Limfoqranulomatoz, limfohistositar variant. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. X4 ərizəsində qeyd edilmişdir ki, o, N993-cü ilin avqust ayından, N998-ci il ilin aprel ayınadək, həmin dövrdə MTN-nin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət etmişəm. N996-cı ildə mart ayında mən, N saylı hərbi hissənin N-ci təlim bölüyünün, N-ci təlim tağımının komandiri və eyni zamanda bölük komandirinin vəzifələrini müvəqqəti icra edən vəzifələrində, baş leytenant hərbi rütbəsində xidmət etmişəm. İddiaçı komandiri olduğum bölüyün və tağımın əsgəri olub. N996-cı ilin mart ayının əvvəllərində səhər baxışı keçirərkən əsgər İddiaçı sifətinin sol nahiyəsinin şişməsini əşakarlayıb müayinə olunması üçün hərbi hissənin tibb məntəqəsinə göndərdim. Sonradan mənə məlum olmuşdur ki, əsgər İddiaçı hərbi xidmət vəzifələrinin icrası zamanı, təyin olunmuş ərazidə patrul xidməti apararkən hərbi hissənin ərazisini özbaşına tərk etməyə çalışan əsgərin saxlanılması zamanı suya düşərək islanmış, xidmət yerini tərk etmədiyi üçün soyuqlamışdır. Hərbi Hissənin tibb məntəqəsindən sonradan əsgər İddiaçı sonrakı müayinə və müalicəsi üçün Sərhəd Qoşunlarının Hərbi Hospitalına göndərilməsi haqqında məlumat verilmişdir. Yazılanları imzamla təsdiq edirəm. AO ******* nömrəli, xx.xx.N996-cı il tarixli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.N996-cı il tarixdən xx.xx.N996-cı ilədək hərbi xidmətdə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N977-ci il təvəllüdlü İddiaçı xx.xx.N996-cı il tarixdə keçmiş Salyan RHK-ı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.N996- cı il tarixdə MTN-nin hospitalının HHK-sı tərəfindən xəstəliklər cədvəlinin İ qrafası 20 A maddəsinə (DZ:Limfoqranulomatoz) (MN-nin 260/N987 əmri) əsasən “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır” MHHK-nın rəyi ilə hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız şəhadətləndirilmişdir. xx.xx.N996-cı il tarixdə MTN SQKnın müvafiq fərmanı əsasında xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. 20N2 nömrəli hərbi hissənin komandirinin məruzə məktubunda qeyd edilmişdir ki, İstintaq və Təhqiqat İdarəsindən 20N2 nömrəli hərbi hissəyə xx.xx.2024-cü il tarixli 3-38/N- 573/24 nömrəli xidməti məktub ünvanlanmışdır. Həmən xidməti məktuba cavab olaraq bildirmək istəyirəm ki, 20N2 nömrəli hərbi hissədə adı çəkilən İddiaçı adlı şəxs haqqında heç bir məlumat yoxdur və xidmət etməmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Milli Hematologiya Və Transfuziologiya Mərkəzi” XN2 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, AR Səhiyyə Nazirliyinə ünvanlanmış məktubunuza Milli Hematologiya və Transfuziologiya Mərkəzində aidiyyatı üzrə baxılmışdır. Cavab olaraq olaraq bildiririk ki, “Limfoqranulomatoz” diaqnozu qanın bədxassəli xəstəlikləri qrupuna aiddir, məktubda qeyd olunan bədbəxt hadisə ilə sözü gedən xəstəliyin əlaqəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.N. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) 32.N. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir Tətbiq olunan hüquq normaları: “Hərbi Qulluqçuların Statusu" haqqında Azərbaycan Respubılikası Qanunun N-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusuyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqdan azad etsin və ya onların hüquqlarını məhdudlaşdırsın. Buna yalnız Azərbaycan Respublikasının Konstitusuyasına və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: N.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. N.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. N.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: hərbi qulluqçuların; N.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. 5.N -ci bəndinə əsasən, hərbi quluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi Hərbi Həkim Komissiyasına həvalə olunur. 7.N. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşdursa. "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin qeyd edilən müddəalarından göründüyü kimi, Hərbi Həkim Komissiyasının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağrılmış vətəndaşların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Göründüyü kimi Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» bəndinə aid olan halların dairəsi qanunvericiliklə konkret olaraq müəyyən edilmişdir. İşin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı şəhadətnamədə “xəstəlik hərbi xidmət dövründə alınmışdır” hissəsində dəyişiklik edilərək və “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır kimi qeyd edilməsini məhz onunla əsaslandırır ki, onda mövcud olan xəstəlik c yarımbəndinin təsir dairəsinə aiddir. Belə ki, o, hərbi tapşırığı yerinə yetirərkən suya düşdüyünü,sonra nizamnamə tələblərinə uyğun olaraq postunu tərk etmədən paltarı sulu halda xidməti davam etdiyini və bu hadisədən sonra onun sifət nahiyənin şişdiyini və tibb məntəqəsinə yerləşdirildiyini qeyd etmişdir. Lakin iddiaçı qeyd etdiyi bu hadisəni və xəstəliyinin məhz həmin hadisə nəticəsində yarandığını heç bir mötəbər sənədlə sübuta yetirə bilmir. Bundan əlavə məhkəmə araşdırması zamanı da həmin fakt öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, şəhadətnamədə qeyd edilən iddiaçıda olan xəstəlik qanunvericiliklə konkret olaraq dairəsi müəyyən edilmiş “hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aid olan halların heç biri ilə uyğunluq təşkil etmir. Yarımbəndin tələblərindən də göründüyü kimi ikinci və üçüncü (üçüncü abzasa, həmçinin xəstəlik də aiddir) beşinci, abzaslarda nəzərdə tutulmuş hallar hərbi qulluqçunun xəsarəti ilə bağlı, digər hallar isə xəstəliklərlə bağlıdır. İddiaçı isə onda mövcud olan hərbi xidmət dövründə suya düşməsi ilə əlaqəndirərək xəstəliyin hərbi travma olduğunu və hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındığını iddia edir. Halbuki, xəstəlik və suya düşmə arasında anlayış fərqinin nədən ibarət olması aydındır. Belə ki, xəsarət dedikdə (“Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”,“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunları və s) yaralanma, travma, kontuziya başa düşülür. Xəstəlik dedikdə isə morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması başa düşülür. Bu zaman xəstəliyin yaralanma, travma və kontuziya, başqa sözlə xəsarət nəticəsində meydana gəlməsi istisna edilməsə də, hər bir halda xəstəlik və xəsarət eynimənalı anlayışlar hesab edilmir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Milli Hematologiya Və Transfuziologiya Mərkəzi” XN0 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, AR Səhiyyə Nazirliyinə ünvanlanmış məktubunuza Milli Hematologiya və Transfuziologiya Mərkəzində aidiyyatı üzrə baxılmışdır. Cavab olaraq olaraq bildiririk ki, “Limfoqranulomatoz” diaqnozu qanın bədxassəli xəstəlikləri qrupuna aiddir, məktubda qeyd olunan bədbəxt hadisə ilə sözü gedən xəstəliyin əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçıda mövcud olan diaqnoz da nəzərdə tutulmuş xəstəlik hərbi xidmət vəzifələrinin icrası ilə bağlı xəsarət olmadığından, ümumiyyətlə xəsarət hesab edilmədiyindən şəhadətnamədə qeyd olunan formada dəyişikliyin edilməsindən söhbət gedə bilməz. Məhkəmə, həmçinin adıçəkilən Əsasnamənin 7.2-ci bəndinin ç) yarımbəndində «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aid olan halların da sadalanması zəruri hesab edir. Yarımbəndə əsasən «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Göründüyü kimi şəxsdə hərbi xidmət dövründə yaranmış xəstəliyi ç) yarımbəndində nəzərdə tutulmuş hallara uyğundur, qeyd olunan səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı hesab edilir və iddiaçının hüquqlarını pozmur. "İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun N.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.N -ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N -ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar