Məhkəmə qərarları › İş №2-1(120)-536/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-536/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-536/2025 19.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “koordinatların uyğunlaşdırılması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “koordinatların uyğunlaşdırılması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 0.63 ha torpaq sahəsinin sənədləri üzrə “X13 X21”ndə düzəliş edilərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarış üzrə verilmiş koordinatların həmin çıxarışın verilməsinə əsas olmuş JN-0056 kod 80220018 nömrəli Dövlət Aktı ilə müəyyən olunmuş koordinatlara uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X23, X14, X10, Lənkəran rayonu Separadi Bələdiyyəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 nömrəli qərarı ilə Lənkəran rayonu Separadi kəndində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvləri ilə onun mülkiyyətinə verilmişdir. Bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-0056 Kod 80220018 saylı Dövlət Aktı tərtib edilmişdir. Sonradan isə qeyd olunan torpağa dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onlara xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli Çıxarışla plan və ölçü sənədi verilmişdir. Lakin sonradan qeyd olunan torpaq sahəsi ilə bağlı X13 uçot informasiya sistemində uyğunsuzluq olması müəyyən edildiyindən Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ-yə müraciət etməli olmuşlar. Lakin nəticəsi olmamış, cavabdeh müxtəlif vaxtlarda bir-birindən fərqli olmaqla onlara aidiyyəti olmayan xüsusatlarla bağlı məktublar yazmaqla müraciətinin təminindən imtina edilmişdir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müəyyən tədbirlər görüləcəyi qeyd edilmişdisə, xx.xx.2023-cü il tarixi məktubunda payçıların ölçü işlərinə dair aktı imzalamaqdan imtina etməsi, torpaq sahəsi ilə bağlı mübahisəyə Şirvan Apellyasiya Məhkəməsində baxılması göstərilmişdir. Halbuki payçılar ailə üzvləri olmaqla torpaqla bağlı hansısa akt tərtib edilməmiş və onlar hansısa aktı imzalamaqdan imtina etməmişlər. Sözügedən pay torpağına dair Dövlət Aktı və ərazinin kompleks yerquruluşu xəritəsini onlar deyil, dövlətin adından çıxış edən müvafiq qrumu tərtib etmişdir. 1998-ci ildən ötən ilədək həmin torpaq sahəsi istifadələrində olmuş və kimsə onlara qarşı pretenziya irəli sürməmişdir. Bütün bunlardan sonra necə ola bilər ki, pay torpağının koordinatları istifadə etdikləri, Dövlət Aktına, torpaq islahatının kompleks yerqruluşu xəritəsinə uyğun yerə deyil, tamamilə başqa yerə düşsün. Bunun bir cavabı var. X13 uçot informasyia sistemi hazırlanarkən payıbəlli torpaq sahələri ilə bağlı koordinatlar düzgün işlənməmişdir. Bu isə həm hazırkı vəziyyətin Dövlət Aktına, həm islahatın kompleks yerqruluşu xəritəsinə uyğun olmamasını, həm də isalahat zamanı ailə üzvləri ilə birlikdə ona verilməklə uzun illərdir istifadəsində olan topağa mülkiyyət hüququnun pozulmasını göstərir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun icraata başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: JN: 0056, KOD 80220018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.63 ha torpaq sahəsi verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2i ərazisində yerləşən, sizə məxsus pay torpaq sahəsinin faktiki vəziyyətində yaranmış uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi barədə müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, ünvan 2i ərazisindən sizə və ailə üzvlərinizə ayrılmış 0,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, A№-421046 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Lakin X13 uçotu işləri aparılan zaman sözügedən torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq qeydə alınarkən digər mülkiyyətçinin faktiki istifadəsində, mülkiyyətinizdə olan torpaq sahəsi isə faktiki istifadənizdə olmayan digər yerdə göstərilmişdir. Mövcud vəziyyət və müraciətləriniz nəzərə alınaraq, mütəxəssislər tərəfindən qeyd edilən uyğunsuzluğun araşdırılması məqsədilə mülkiyyətinizə verilmiş torpaq sahəsi faktiki vəziyyətə uyğun ölçülmüş və müvafiq akt tərtib olunmuşdur. Digər torpaq mülkiyyətçiləri əraziyə dəvət olunsa da, onlar ölçmə işlərində iştirak etməkdən və ölçmə işlərinin nəticələrinə dair tərtib olunmuş akta imza etməkdən imtina etmişlər. Bildiririk ki, sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun hazırlanmış elektron məlumatları tərəfimizdən X13 X21ndə düzəliş edilməsi məqsədilə aidiyyəti üzrə təqdim olunmuşdur. Lakin sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı elektron kadastr baza məlumatlarında düzəlişin edilməsi digər mülkiyyətçilərin mənafeyinə toxunduğundan və tərtib olunmuş aktda həmin mülkiyyətçilərin və Lənkəran rayonu Separadi bələdiyyəsinin nümayəndəsinin iştirakının olmaması səbəbindən işin icrası mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, sözügedən torpaq sahəsi ilə bağlı mübahisəyə hal-hazırda Şirvan Apellyasiya Məhkəməsində baxılır. Qeyd olunan məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı daxil olacağı təqdirdə məsələyə qanunamüvafiq qaydada baxıla bilər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2i ərazisindən sizə və ailə üzvlərinizə ayrılmış 0,63 ha pay torpaq sahəsinin sənədləri ilə faktiki istifadə vəziyyəti arasında yaranmış uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız xx.xx.2023-cü il tarixli elektron müraciətə (daxilolma qeydiyyatı: 3-21/1-H-4xx-xx/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, ünvan 2i ərazisindən sizə və ailə üzvlərinizə JN-C056 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən, ayrılmış 0,63 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, A№-421046 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, “Azərbaycan Respublikasında torpaq, münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X13 X21nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli, 250S nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X13 X21nin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq, mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Məlumat üçün bildiririk ki, aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra müraciətlərə qanunamüvafiq qaydada baxılacaqdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6253 ha torpaq sahəsinin 1/6 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. A№ 421046 nömrəli, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6253 ha torpaq sahəsinə dair İddiaçı adına Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6253 ha torpaq sahəsinin 3/6 hissəsi X12 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.6253 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Hədiyyə alanın” mülkiyyətinə verirlər. Hədiyyə verənlər X24 və X19 0.6253 ha sahəsinin onlara məxsus olan hissəsini - bacısı olan hədiyyə alan X15 hədiyyə etmişlər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.10 ha torpaq sahəsi X16 adına qeydiyyata alınmışdır. 15 aprel 2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 vərəsəsi X5 rayonu, Separadi kəndi ərazisində 0.10 ha torpaq sahəsindən miras əmlak kimi irs almışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.42 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsi X2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.0926 ha torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.0926 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma-Bölgü müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.555629 ha olan torpaq sahəsinin tərəflər arasında bölünmüşdür. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/9480 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3005/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 2i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazidə yerləşməsi, lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək ölçüsünün 0,60 ha olması məlum olmuşdur. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 2i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və iddiaçının faktiki istifadəsində olan 0,60 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı çoxillik əkmə torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 2i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0,60 ha hissəsinin iddiaçının faktiki istifadəsində olması müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 2i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onların faktiki istifadəsində olan torpaq sahəsinin eyni ərazi olması, lakin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uygunsuzluğun (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 2inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən 0,6253 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahəsinin iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən yerdən kənarda, kəndin digər yerində 0,404 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 2i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 2inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. X13ı uçotu məlumat bazasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə düzgün olmayaraq digər şəxslərin faktiki istifadələrində olan torpaq sahəsi qeydə alınmışdır. Belə ki, X13ı uçotu məlumat bazasında iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən 0,60 ha torpaq sahəsinin 0,10 ha hissəsi **********71 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0050 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X16, 0,42 ha hissəsi **********74 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN- 0017 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X8, 0,079 ha hissəsi **********64 reyestr nömrəli X3 və 0,0020 ha hissəsi isə **********62 reyestr nömrəli X1 faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia və istifadə edilən torpaq sahəsi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 2inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində üstüstə düşən hissələrin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, JN: 0056, KOD 80220018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Lənkəran rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.63 ha torpaq sahəsi verilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin torpaq sahəsinin 1/6 hissəsi İddiaçı adına, xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.6253 ha torpaq sahəsinin 3/6 hissəsi X12 adına qeydiyyata alınaraq A№ 421046 nömrəli, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçü sənədi tərtib edilmişdir. Torpaq sahəsi ilə bağlı iddiaçı ilə üçüncü şəxslər arasında mübahisə yarandığından İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin uyğunsuzluq aşkar edildiyi üçün tələbi icrasız qalmışdır. Bundan sonra o, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X13 uçot informasiya sistemində düzəliş edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan payıbəlli torpaq sahəsinin koordinatlarının əvvəlki yerinə tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 15 aprel 2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 vərəsəsi X5 rayonu, Separadi kəndi ərazisində 0.10 ha torpaq sahəsindən miras əmlak kimi irs almış və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin torpaq sahəsi X16 adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.42 ha olan torpaq sahəsi X4 və xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında həmin torpaq sahəsi X8 adına qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma-Bölgü müqaviləsindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.555629 ha olan torpaq sahəsinin tərəflər arasında bölünmüş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.0926 ha torpaq sahəsi X8 və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 2i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 0.0926 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/9480 nömrəli ekspert rəyində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan ünvan 2i ərazisində yerləşən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən mübahisəli ərazidə yerləşməsi, lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək ölçüsünün 0,60 ha olması, həmin torpaq sahəsinin və iddiaçının faktiki istifadəsində olan 0,60 ha torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı çoxillik əkmə torpaq sahəsi olması, həmin 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi, sözügedən 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onların faktiki istifadəsində olan torpaq sahəsinin eyni ərazi olması, lakin torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uygunsuzluğun (sərhəd və konfiqurasiya fərqlərin) mövcud olması, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 2inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən 0,6253 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahəsinin iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən yerdən kənarda, kəndin digər yerində 0,404 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Həmçinin həmin 0,6253 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq, ünvan 2inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. X13ı uçotu məlumat bazasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə düzgün olmayaraq digər şəxslərin faktiki istifadələrində olan torpaq sahəsi qeydə alınmışdır. Belə ki, X13ı uçotu məlumat bazasında iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən 0,60 ha torpaq sahəsinin 0,10 ha hissəsi **********71 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0050 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X16, 0,42 ha hissəsi **********74 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-0017 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) X8, 0,079 ha hissəsi **********64 reyestr nömrəli X3 və 0,0020 ha hissəsi isə **********62 reyestr nömrəli X1 faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuş və ünvan 2inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində üst-üstə düşən hissələrin faktiki olaraq İddiaçı istifadəsində olması müəyyən olunmuşdur. Məhkəmə proses zamanı iddiaçının izahatlarından da müəyyən edir ki, iddiaçının hüquqi marağı onun mülkiyyətində olan sözügedən torpaq sahəsinin koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğunlaşdırılmasından ibarətdir. Belə ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi mövcud koordinatlar üzrə torpaq ayrılan vaxtdan hal-hazıradək onun istifadəsindədir. Lakin məhkəmə mötəbər sübutlarla müəyyən edir ki, ünvan 2inə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində sözügedən 0,6253 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olmayaraq təsvir edilməsi müəyyən olunmuşdur. Belə ki, tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahəsinin iddiaçı tərəfindən faktiki vəziyyətdə istifadə edilən yerdən kənarda, kəndin digər yerində və göstərilən ölçüdən az, yəni 0,404 ha ölçüdə öz əksini tapması müəyyən olunur ki, bu da iddiaçının hüquqi marağının təmin edilməsinə xidmət etməyəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mübahisəli payıbəlli torpaq sahəsinin koordinatlarının nə qədər ki, həmin torpaq sahəsinin müəyyən hissəsi 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahələri kimi təsvir edilib, faktiki vəziyyətə uyğunlaşdırılaraq tərtib edilməsi mümkün olmayacaqdır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, iş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, plan-ölçü sənədi üzrə faktiki istifadəsində olan torpaq sahələrinin ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə X13ı uçotu məlumat bazasında digər şəxslərin faktiki istifadələrində olan torpaq sahələri kimi işlənilmiş, təsvir edilmiş və mülkiyyətçilərə çıxarışlar verilmişdir. Belə olan halda İddiaçı və digər mülkiyyətçilər birgə 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin plan-ölçü sənədlərini mülkiyyətlərində olan torpaq sahəsi üzrə üstüstə düşən hissədə mübahisələndirmək hüquqları mövcuddur. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya müxtəlif tarixlərdə hüquqi yardım məktubları ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə işin faktiki və hüquqi əsaslarına istinadən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar