Məhkəmə qərarları › İş №2-1(120)-537/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-537/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-537/2025 01.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 01 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T Dİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı ilə yaşadığı evin yaxınlığında yaşıllıq və bağ salmaq üçün şəhərin H.Əliyev prospektində bələdiyyəyə məxsus boş torpaq sahəsindən alqı-satqı yolu aldığı 130 kv.m torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı protokol qərarına əsasən İmişli şəhəri, H.Əliyev prospektində sag tərəfdə, kitab evinin arxasında İmişli bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə ona satılmış 130 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İmişli bələdiyyəsi, İmişli Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı ilə yaşadığı evin yaxınlığında yaşıllıq və bağ salmaq üçün şəhərin H.Əliyev prospektində İmişlı Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən 130 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Bu fakt bələdiyyənin qərarı, torpağın alqısatqısına dair akt, torpaq şöbəsinin rəyi, arayış, plan-xəritə və aktlarla təsdiq olunur. Bu barədə X13 kitabında 10 sentyabr 2008-ci il tarixdə 254 nömrə ilə uçota alınmışdır və Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ona torpaq sahəsi tanıdılmış və yerində təhvil verilmişdir. O, ƏMDX-nin DƏDKRX-nin 6 saylı Ərazi İdarəsinə ərizə göndərmişdir ki, bələdiyyədən aldığı torpaq sahəsinə mülkiyyət sənədləri verilsin. ƏMDXnin DƏDKRX-nin 6 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir daxil olmuş sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyi müəyyən edilmiş, habelə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan arxiv sənədləri aşkar olunmamışdır, bu səbəbdən ona mülkiyyət sənədi verilməkdən imtina edilir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, dövlət və bələdiyyə orqanları ona qanunda nəzərdə tutulan qaydada torpaq sahəsi satılması və kadastrda qeydiyyata alınması barədə rəsmi sənədlər vermişlər. Rəydə tarix və nömrə qoyulması məsələsinə gəlincə, həmin orqanın verdiyi daha mötəbər Torpaq sahəsinin planı və ölçüsü sənədində tarix və nömrə qeyd edilmişdir. Ona görə də inzibati orqanı məhkəməyə verir. Belə ki, inzibati orqan araşdırma aparmamış və qanuni qaydada ona verilmiş torpaq sahəsinə çıxarış verməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, sözügedən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”-nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumat aşkarlanmamışdır. Bundan əlavə nəzərinizə çatdırırıq ki, X5 Uçotu və İnformasiya Sistemində sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edildiyi və təqdim edilən sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyi müəyyən edilmişdir. Belə ki, “Daşınmaz əmlakın döviət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu madaəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqlarm dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə uyğun olaraq torpaq sahəsi ayırırlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam veriiməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinə əsasən bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən ediimiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bıı qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı və cavabdehin nümayəndəsi X11 məhkəmə iclasına gəlmiş, üçüncü şəxslərin nümayəndələri isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaç İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materialarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin İmişli şəhəri, M.Əsədov küçəsi ərazisində yerləşən 0.013 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması barədə ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Cavab olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarix qeyd edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, müraciətinizə əlavə edilmiş sözügedən “Torpaq sahəsinin planı və ölçüsü sənədi”-nin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumat aşkarlanmadı. Əlavə olaraq bildiririk ki, X5 Uçotu və İnformasiya Sistemində sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri əsasında İmişli şəhəri, M.Əsədov küçəsi ərazisində yerləşən 0.013 ha olan torpaq sahəsi uzərındə mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı yaşıllıq və bağ salmaq üçün şəhərin H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 130 (bir yüz otuz) kv.m torpaq sahəsinin satılması, torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi üçün lazımi sənədlərin tərtibatının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan İmişli Bələdiyyəsinin sədri X3, İddiaçı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsinin müdiri X8 imzaladıqları və adları qeyd olunan təşkilatların möhürləri ilə təsdiq olunmuş 29 avqust 2007-ci il tarixli “Torpaqların alqısatqısına dair” Aktdan müəyyən edilir ki, İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı torpaq sahəsi almaq barədə ərizə ilə İmişli Bələdiyyəsinə müraciət etmiş, İmişli Bələdiyyəsi tərəfindən ona yaşıllıq və bağ salmaq üçün 130 (bir yüz otuz) kv.m torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, bununla əlaqədar iddiaçı tərəfindən İmişli Bələdiyyəsinin hesabına əvvəlcədən 26 manat haqq ödənilmişdir. İş materiallarında olan İmişli Rayonu Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri V.Məmmədov tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiq olunmuş 154 nömrəli arayışdan görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı satılması nəzərdə tutulan bələdiyyə mülkiyyətinə və 1-ci qiymət zonasına aid torpaq sahəsi olmaqla ilk dəfə satılır, həbs edilməyib, girov qoyulmayıb, normativ qiyməti 1 kv.m üçün 0, 340 manat olmaqla 44,2 manatdır. İş materiallarında olan İmişli Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri V.Məmmədov tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiq olunmuş rəyə əsasən İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı yaşıllıq və bağ salmaq üçün satılması nəzərdə tutulan 130 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə və 1-ci qiymət zonasına aid olmaqla alqı-satqı predmetidir və həmin məqsəd üçün satılması qanunamüvafiqdir. İş materiallarında olan İmişli Rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri V.Məmmədov tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiq olunmuş İmişli şəhər sakini İddiaçı yaşıllıq və bağ salmaq üçün ayrılmış 130 kv.m torpaq sahəsinin planından, 29 avqust 2007-ci il tarixli aktdan və X13 kitabında 10 sentyabr 2008-ci il tarixdə 254 ömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı ilə İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı satılmış, şəhərin H.Əliyev prospektində sağ tərəfdə yerləşən 130 kv.m torpaq sahəsinin yerquruluşu planı tərtib olunmuş, həmin torpaq sahəsi İmişli Bələdiyyəsinin sədri F.M.Vəliyev və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsinin müdiri V.Y.Məmmədov tərəfindən İddiaçı təhkim edilmiş və ona qeyd olunan torpaq sahəsi üzrə plan və ölçü sənədi verilmişdir. Yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərə əsasən İddiaçı İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı ilə ona satılmış şəhərin H.Əliyev prospektində sağ tərəfdə yerləşən 130 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərə qədər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun 6.5-ci maddəsinin qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra (hazırki iş üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsinin 154 nömrəli arayışı, rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı, ödəniş qəbzləri, İmişli Bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı və 29 avqust 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akt, 29 avqust 2007-ci il tarixli təhkim aktı, “Torpaq sahəsinin planı və ölçüsü”) torpaqayırma qaydasında həyata keçirilir. İddiaçı İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı protokol qərarına əsasən İmişli şəhəri, H.Əliyev prospektində sag tərəfdə, kitab evinin arxasında İmişli bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə ona satılmış 130 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan isə xx.xx.2023-cü il tarixli cavab məktubunda sənədlərin araşdırılması zamanı ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarixin qeyd edilmədiyini, müraciətə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumatın aşkarlanmadığını, habelə X5 Uçotu və İnformasiya Sistemində sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edildiyini bildirmiş və ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə istinad edərək sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və bu barədə reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı protokol qərarına əsasən İmişli şəhəri, H.Əliyev prospektində sag tərəfdə, kitab evinin arxasında İmişli bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X1 130 kv.m torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 05 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/3867 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı protokol qərarına əsasən, İmişli şəhəri, H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında İmişli bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı satılmış 130 kv.m torpaq sahəsinin naturada sərhədləri keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin mütəxəssisləri tərəfindən çəkilmiş, İmişli rayon şöbəsi və İmişli bələdiyəsinin sədri tərəfindən təsdiq olunmuş 1:10000 miqyasında olan yerquruluşu planında olan istinad nöqtələrindən istifadə etməklə koordinatları müəyyən edilmişdir. - Qərardadın ikinci sualı üzrə: Qeyd olunan 130 kv.m torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üstüstə düşmür. - Qərardadın ücüncü sualı üzrə: Qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zamanı bələdiyyə mülkiyyətinə aid boş torpaq sahəsi olmuşdur. İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli 08 saylı protokol qərarına əsasən, 130 kv.m torpaq sahəsi 29 avqust 2007-ci il tarixdə Torpaqların alqı-satqısına dair tərtib olunmuş akta əsasən İddiaçı satılmışdır. Hal-hazırda isə X5 X6 130 kv.m torpaq sahəsinin 71.64 kv.m hissəsi tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsi isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: Qeyd olunan 130 kv.m torpaq sahəsi ayrılan zamanı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmuşdur. Hal-hazırda da X5 X6 yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı müvafiq hüquqmüəyyənedici sənədlərə - İmişli bələdiyyəsinin hazırda qüvvədə olan 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarına, əlaqədar təşkilatların möhürləri ilə təsdiq olunmuş yerquruluşu planına, 29 avqust 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akta, 29 avqust 2007-ci il tarixli təhkim aktına, “Torpaq sahəsinin planı və ölçüsü”sənədinə əsasən qanuni əsaslarla mülkiyyət hüququnu əldə etdiyi 130 kv.m torpaq sahəsinin X5 X6 71.64 kv.m hissəsi tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsi isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Halbuki, mövcud DWG (xəritə) baza, habelə yeni elektron uçot xəritə məlumatları təsdiq edilənədək İddiaçı qanunvericiliyə əsasən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir. Həmin torpaq sahəsinin X5 X6 71.64 kv.m hissəsinin tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsinin isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmasının məsuliyyətinin isə iddiaçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin 65.1-ci bəndində inzibati aktın etibarsız sayılmasının əsasları göstərilmişdir: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması, həmçinin cavabdeh inzibati orqanın iddia tələbinə etirazının əsasını təşkil edən “ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarixin qeyd edilməməsi, müraciətə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumatın aşkarlanmaması” nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, nəinki cavabdeh inzibati orqanın iddiaçının İmişli bələdiyyəsinin hazırda qüvvədə olan 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarına əsasən mülkiyyət hüququnu əldə etdiyi 130 kv.m torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtina etməsinin səbəbləri kimi göstərilən “DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarixin qeyd edilməməsi, müraciətə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumatın aşkarlanmaması, hətta müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində belə qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göründüyü ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı İddiaçı qanuni əsaslarla mülkiyyət hüququ əldə etdiyi 130 kv.m torpaq sahəsinin X5 X6 71.64 kv.m hissəsinin tikinti altında olmaqla dövlət mülkiyyətinə və 58.36 kv.m hissəsinin isə ümumi istifadədə olan küçə və yollar kimi göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmasının məsuliyyətinin iddiaçının üzərinə qoyulmasını istisna edir. Həmçinin, cavabdeh inzibati orqanın hazırki iddia tələbinə etirazının əsasını təşkil edən “ləğv olunmuş DTXK tərəfindən verilmiş rəy sənədində nömrə və tarixin qeyd edilməməsi, müraciətə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş sənədlər toplusu barədə idarənin arxiv əsaslarında hər hansı bir məlumatın aşkarlanmaması, habelə X5 Uçotu və İnformasiya Sistemində sözügedən torpaq sahəsinin bir hissəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları ümumi istifadə, bir hissəsi isə yaşayış məntəqələri torpaqları dövlət olan torpaqlar kimi qeyd edilməsi” hallarına münasibətdə məhkəmə bildirir ki, Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına əsasən qeyd olunan hallar və bu hallara aid sənədlər maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçının İmişli bələdiyyəsinin hazırda qüvvədə olan 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarına əsasən mülkiyyət hüququnu əldə etdiyi 130 kv.m torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtinası qanuna zidd və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılaraq satıldığından və həmin torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının mülkiyyətçisi olduğu 130 kv.m torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə “dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda” hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İmişli şəhəri, M.Əsədov küçəsi ev 23, mənzil 1 ünvanında yaşayan İddiaçı İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı protokol qərarı əsasında ona satılmış 130 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və həmin torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından cavabdeh inzibati orqanın imtina etməsinin hüquqi əsası yoxdur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı əsasında yaşıllıq və bağ salmaq üçün ona satılmış, şəhərin H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında yerləşən 130 (bir yüz otuz) kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İmişli bələdiyyəsinin 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarı ilə yaşıllıq və bağ salmaq üçün satılmış, şəhərin H.Əliyev prospektində sağ tərəfdə, kitab evinin arxasında yerləşən 130 (bir yüz otuz) kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar