Məhkəmə qərarları › İş №2-1(120)-538/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-538/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-538/2021 09.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxxx 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran şəhər filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 29.10.2020-ci il tarixli, **********2 saylı imtina məktubu verilərək, iddiaçının işlədiyi “Hünər” kiçik müəssisəsinin 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi işlədiyi dövrdə müəssisənin 1 il 6 ay fəaliyyəti olmadığından, əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi “Hünər” kiçik müəssisəsində işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(120)-538/2021 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının işlədiyi “Hünər” kiçik müəssisəsinin 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi işlədiyi dövrdə müəssisənin 1 il 6 ay fəaliyyətinin olmadığını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, yaşayış yerindən arayışını, əmək kitabçasının təsdiq edilmiş surətini, əmək kitabçasının əslini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 01 fevral 2021-ci il tarixli, **********621000 nömrəli məktubunun və ona əlavə olunmuş nizamnamənin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 06 may 2021-ci il tarixli, **********9 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 18 avqust 2021-ci il tarixli, **********78 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X19 Filialının 14 sentyabr 2021-ci il tarixli, **********6 nömrəli məktubuna əlavə olunmuş pensiya işinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 19 noyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X19 Filialının 09 aprel 2021-ci il tarixli, **********9 nömrəli etirazının məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. 11 aprel 2020-ci ildə 64 yaş yarımı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi “Hünər” kiçik müəssisəsində işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrlərinin cəmi 25 ildən çox (25 il 10 ay 02 gün) olduğu müəyyən olunur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək fəaliyyətinin (mübahisəli və mübahisəsiz dövrlərinin) cəminin 25 ildən artıq olması cavabdeh tərəfindən məhkəməyə göndərilən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 12 avqust 2021ci il tarixli, **********78 saylı məktubun və iddiaçının ilkin müraciətindən imtinaya dair Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran şəhər filialının 29.10.2020-ci il tarixli, **********2 saylı məktubun məzmunundan da müəyyən olunur. Belə ki, hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 18 avqust 2021-ci il tarixli, **********78 nömrəli məktubunda qeyd edilmişdir: ”X8” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027- ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lənkəran rayon Hirkan kənd sakini İddiaçı təqdim etdiyi sənədlərdə (əmək kitabçasındakı əmrlər əsasında, hərbi biletdə qeyd olunmuş illər əsasında) 25 il 10ay 1 gün sığorta stajı qeyd edilmişdir. Lakin vətəndaşa 15 yaşdan (11.10.1970-ci ildə 15 yaşı tamam olub) sığorta stajı qəbul etdikdə cəm staj 24 il 5 ay təşkil edir. İddiaçı mübahisəli sığorta stajı aşağıdakı illərdir: 17.05.1969-cu il tarixdən 11.10.1970-ci il tarixədək (15 yaşadək olan illər) sabiq “Avrora” çay sovxozunda işlədiyi illər, 02.02.1976-03.09.1976-cı illərdə PMK-1 işlədiyi müddətin əmr və əmək haqqlarının yoxlamaq mümkün olmadı (X9 filialına təhvil veriməyib), vətəndaşın 17.09.1976-cı il tarixdən 09.02.1987-ci il tarixədək “Lənkəransutikinti” trestinin 26 saylı SMD-də işləməsinə dair 1982 və 1984-ci illərin əmək haqqları aşkarlanmadı (X11 filialına təhvil verilməyib), 26.01.1989-cu il tarixdən 26.05.1992-ci illərdə 36 nömrəli Lənkəran rayon sabiq TTSMD-də işləməsinə dair işə daxil olmaq və işdən azad olunmaq barədə əmrlər olmadığı (kitablar arxivə təhvil verilməyib) və aylar üzrə əmək haqqlarında fasilələr var, 1992-1995-cı illər üzrə 1 il 6 ay sosial sığorta ödənişi var və stajına daxil etmək Qanunamüvafiq deyildir (1992-1995-ci illər üzrə “Hünər”kiçik müəəssisəsinin 3 il ərzində cəmi 1 il 6 ay məcburi dövlət sosial sığoria haqlarının ödənişi vardır). ”X8” Azərbaycan Respublikasınin Qanunun 21.1 maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Lənkəran şəhər filialının 29.10.2020-ci il tarixli, **********2 saylı imtina məktubunda qeyd edilmişdir ki, sizin 16.09.2020-ci il tarixli ərizənizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlərə əsasən (əmək kitabçası, hərbi bilet) əmək stajınız 25 il 10 ay 2 gün təşkil edir. Son iş yerində “Hünər” kiçik müəssisəsində 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi işlədiyiniz dövrdə müəssisənin 1 il 6 ay fəaliyyəti olmadığından sizə əmək pensiyası təyin etmək qanuna müvafiq deyil. Halhazırda əmək pensiyası təyin etməkdən ötrü 25 il staj tələb edilir. (sosial sığorta haqqları ödənilən illər nəzərə alınır) Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının ilkin müraciətindən imtina edilərkən 01.06.1992-ci il tarixdən 01.06.1995-ci il tarixədək işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında olan digər iş illəri və hərbi xidmət dövrü) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (01.06.1992-01.06.1995-ci illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. X8» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «X8» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01.06.1992-ci il tarixdən 01.06.1995-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən və əmək kitabçasının əslindən görünür ki, İddiaçı 1969-cu ildən əmək fəaliyyətinə başlamış, 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi “Hünər” kiçik müəssisəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 01 fevral 2021-ci il tarixli, **********621000 nömrəli məktubundan görünür ki, “Hünər” kiçik müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində 02.11.1998-ci il tarixdə 5/331 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 01 fevral 2021-ci il tarixli, **********621000 nömrəli məktubuna əlavə olunmuş nizamnamədən görünür ki, “Hünər” kiçik müəssisəsi 02 noyabr 1998-ci il tarixdə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində 5/331 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 06 may 2021-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı 01.06.1992-ci il tarixdən 01.06.1995-ci il tarixədək “Hünər” kiçik müəssisəsində işləməsi əmək kitabçasında qeyd olunmuşdur. Lakin “Hünər” kiçik müəssisəsinin Dövlət Sosial Müdafiə Fonduna 1992-ci ilin 3-cü və 4-cü rübündə, 1993-cü ilin 1-ci və 2-ci rübündə, 1994-cü ilin 1-ci rübündə, 1995-ci ilin 1-ci rübündə hesabatları olmuşdur (cəmi 1 il 6 ay). Eyni zamanda iddiaçının 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi “Hünər” kiçik müəssisəsində işləməsi 12 aprel 2021-ci il tarixdə məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş şahidlər X6 və X7 ifadəsi ilə də təsdiq olunur. Şahid X1 Gülağa Əli oğlunu tanıdığını, iddiaçının həmin müəssisədə iş icraçısı işlədiyini, ona əmək pensiyası təyin olunarkən “Hünər” kiçik müəssisəsində işlədiyi illərin sığorta stajı kimi nəzərə alındığını bildirmişdir. X4 “Hünər” kiçik müəssisəsində fəhlə işlədiyini, İddiaçı həmin müəssisədə iş icraçısı işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və işdən xaric olması, o cümlədən iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, fəaliyyəti olmuş və iddiaçı da həmin müəssisədə işləmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi “Hünər” kiçik müəssisəsində işlədiyi iş illəri “X8” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi “Hünər” kiçik müəssisəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə (müəssisənin hesabat təqdim etməməsi və yaxud tam təqdim etməməsi) bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Yəni başqa şəxsin (işə götürənin) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Başqa sözlə işə götürən tərəfindən qanunvericilik ilə üzərinə düşən vəzifələrin tam və ya lazımınca yerinə yetirməməsi özü özlüyündə heç bir halda həmin müəssisədə işləyən işçinin onun Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinin qarşısını ala bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və 17.11.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa cavabdeh etirazında qeyd edir ki, iddiaçının 17.05.1969-cu il tarixindən 11.10.1970-ci il tarixinə kimi olan əmək fəaliyyəti zamanı 15 yaşı olmadığından həmin dövrləri sığorta stajı kimi nəzərə alınmamalıdır. Yəni, cavabdeh inzibati orqan hesab edir ki, iddiaçının sığorta stajı kimi nəzərə alınmalı əmək fəaliyyəti 15 yaşdan götürülməlidir. Məhkəmə cavabdeh inzibati orqanın etirazında göstərdiyi həmin dəlilləriilə qismən razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (işə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. İş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən və əmək kitabçasının əslindən görünür ki, İddiaçı 17.05.1969-cu il tarixindən “Avrora” çay sovxozunda işləmişdir. İş materiallarında olan X9 filialının 05.11.2021-ci ikl tarixli b/318-1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1969-1970-ci illərdə “Avrora” çay sovxozunda əmək haqqı almışdır. Məhkəmə yuxarıda qey olunan hüquq normasını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının 14 yaşda əmək fəaliyyətində olması, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçının 11.10.1969-cı il tarixində 14 yaşı tamam olduğundan və həmin vaxtda işləyib, əmək haqqı aldığından və həmin əmək fəaliyyəti nəzərə alındıqda tələb olunan 25 il sığorta stajını topladığından o, huqunun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «X8» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «X8» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı 01.06.1992-ci ildən 01.06.1995-ci ilə kimi “Hünər” kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar