Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-538/2022 25.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 оğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində “Cəfərov” soyadından “Hacızadə” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “doğum haqqında akt qeydində “Cəfərov” soyadından “Hacızadə” soyadına düzəliş edilərək adının “İddiaçı” kimi qeyd olunması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, doğum haqqında akt qeydində soyadı “Cəfərov” olaraq qeyd edilmiş, lakin iddiaçı barəsində tərtib edilmiş bütün digər sənədlərdə adı “Hacızadə” olaraq yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, doğum haqqında akt qeydində “Cəfərov” soyadından “Hacızadə” soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Masallı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.1991-ci il tarixli, 39 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Cəfərov Hicran Gülbaba oğlunun xx.xx.1991-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası Cəfərov Gülbaba Hacıbaba oğlu, anası X6 qeyd edilmişdir. - xx.xx.2016-cı iı tarixdə ASAN 4 tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Masallı rayonunda doğulması barədə qeydiyyat aparılmışdır. - xx.xx.2021-ci il tarixli, 3740 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1991-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası Cəfərov Gülbaba Hacıbaba oğlu, anası X6 qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, 653/1 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1991-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası Cəfərov Gülbaba Hacıbaba oğlu, anası X6 qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, 653/1 nömrəli arayışdan görünür ki, X2 xx.xx.1992-ci ildə doğulması barədə qeydiyyat aparılmış, atası Cəfərov Gülbaba Hacıbaba oğlu, anası X6 qeyd edilmişdir. - Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının xx.xx.2021-ci il tarixli, 374 nömrəli məktubundan görünür ki, İddiaçı 2008ci ildə həqiqətən əyani təhsil forması üzrə Milli Aviasiya Akademiyasına (MAA) qəbul olmuş, 2012-ci ildə MAA-nı “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə B №253722 (qeydiyyat nömrəsi:337, verilmə tarixi: xx.xx.2012-ci il) bakalavr diplomu verilmişdir. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-20200-1221 nömrəli məktubunda görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 63 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 819 nömrəli arayışından görünür ki, İddiaçı Qaraçuxur qəsəbəsi, məh 4048, ev 10, mənzil 89 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Masallı rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1275 nömrəli arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü X4, Hicranın əmisi uşaqları xx.xx.1922-ci il təvəllüdlü X10, xx.xx.1997-ci il təvəllüdlü X7 və xx.xx.1998-ci il təvəllüdlü X1 RİHB-nin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə ev təsərrüfatlarının uçotu kitabında soyadları Hacızadə yazılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində soyadı “Cəfərov” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə soyadı “Hacızadə” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında soyadının “Hacızadə” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də iddiaçının soyadı “Hacızadə” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə soyadının “Hacızadə” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində soyadının “Hacızadə” olaraq düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Doğum haqqında akt qeydində iddiaçının (İddiaçı ilə bağlı) “Cəfərov” soyadından “Hacızadə” soyadına düzəliş edilməsi öhdəliyi cavabdeh Masallı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-538/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-538/2022
25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver