Məhkəmə qərarları › İş №2-1(120)-539/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-539/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-539/2021 30.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh Hacıqabul rayonu Ələtli bələdiyyəsinin nümayəndəsi X5 və Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli bələdiyyəsinə qarşı Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında xx xxxxxx 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin xx xxxx 2017-ci il tarixli, 08 saylı və xx xxxxxx 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Ə.Əkbərov arasında xx.xx.2005-ci il tarixli 09 nömrəli torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx.xx.2005-ci il tarixli 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin xx.xx.2017-ci il tarixli 08 saylı və xx.xx.2019-cu il tarixli 08 saylı qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Hacıqabul rayonu Ələtli bələdiyyəsinə qarşı qərarların ləğv edilməsi barədə iddia tələbi üzrə X16, X17 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Hazırlıq icraatı üzrə məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 iddianı müdafiə edərək bildirdi ki, X11 icarə qaydasında istifadəsində olmuş bələdiyyə mülkiyyətinə aid 50 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə əlaqədar tərtib edilmiş sənədlərin həqiqiliyinin yoxlanılması ilə bağlı Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçınə daxil olmuş müraciətində göstərilən xüsusatların araşdırılması ilə əlaqədar idarə tərəfindən inzibati nəzarət icraatına başlanılmışdır. Müraciət əsasında görülmüş tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 04 saylı iclasında O.Əkbərovun xx xxxx 2005-ci il tarixli ərizəsi müzakirə olunaraq, bələdiyyənin ehtiyat fond torpaqlarından əkinçilik məqsədilə 50 ha torpaq sahəsinin O.Əkbərova ayrılması barədə qərar qəbul edilmiş və həmin qərar əsasında torpaq sahəsi 94 il müddətinə X13 icarəyə verilmiş və bələdiyyə ilə sonuncu arasında xx xxxxxx 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, qərar və qeyd edilən müqavilə bələdiyyə sədri Mahir Kərimovun imzası ilə təsdiq edilmiş, qərarın icrasına nəzarət isə sədr müavini İlham Abbasova tapşırılmışdır. Bundan sonra həmin torpaq sahəsi üzərində Oktay Əkbərovun hüquqları dövlət qeydiyyatına alınaraq, ona daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.3017-ci il tarixdə qeydiyyata alınmış seriya RX ******* nömrəli çıxarış verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Ələtli torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı xx xxxx 2017-ci il tarixli 08 saylı qərarı əsasında xx.xx.2017-ci il tarixdə O.Əkbərovun həmin torpaq sahəsinə dair icarə hüquqları alqı-satqı müqaviləsi əsasında X4 və Elçin Əliyevə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa bələdiyyənin xx xxxxxx 2019-cu il tarixli 08 saylı qərarı əsasında həmin torpaq sahəsi üzərində E.Əliyev tərəfindən icarə hüquqları alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə X2 və F.Əhədova daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı verilmiş məlumat və aidiyyəti şəxslərin izahatları əsasında müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid 50 ha torpaq sahəsinin O.Əkbərova icarəyə verilməsi ilə bələdiyyə şurasının xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir. Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısı isə Torpaq Məcəlləsinin 86-cı maddəsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. İcraat zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən verilmiş məlumatda, qeyd olunan icarə müqaviləsinin əsası olan bələdiyyə iclas protokolunun inzibati nəzarət qaydasında Mərkəzə təqdim edilmədiyi bildirilmişdir. Həmçinin araşdırma zamanı icarə hüquqlarının alqı-satqısının əsası olmuş Ələtli bələdiyyəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı xx xxxx 2017-ci il tarixli 08 saylı və xx xxxxxx 2019-cu il tarixli 08 saylı iclas protokollarının isə inzibati nəzarət qaydasında idarəyə daxil olmadığı müəyyən edilmişdir. Bundan başqa, Ələtli bələdiyyəsi tərəfindən verilmiş məlumatda, qeyd olunan torpaq sahəsi üzrə icarə haqqının yalnız 2020-ci il tarixdə ödənildiyi, 2005-2019-cu illər üzrə isə icarə haqlarının ödənilməsi ilə bağlı bələdiyyədə hər hansı məlumat olmadığı bildirilmişdir. Müraciətə baxılmasının nəticəsi olaraq, idarə tərəfindən 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında xx xxxxxx 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli 04 saylı həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı xx xxxx 2017-ci il tarixli 08 saylı və xx xxxxxx 2019-cu il tarixli 08 saylı qərarlarının ləğv edilməsi, icarə müqaviləsinin, icarə hüquqlarının alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilərək 50 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə məhkəmədə iddia qaldırılması ilə bağlı Ələtli bələdiyyəsinə təklif verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçınə daxil olmuş Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 21 saylı iclas protokoluna inzibati nəzarət qaydasında baxılarkən təklifin təmin edilmədiyi müəyyən olunmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Hazırlıq icraatı üzrə məhkəmə iclasında cavabdeh Hacıqabul rayonu Ələtli bələdiyyəsinin nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında göstərdi ki, icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin xx xxxx 2017-ci il tarixli 08 saylı qərarı əsasında Hacıqabul rayon notariat kontorunda xx xxxx 2017-ci il tarixdə bağlanılmış 3M-11 reyestr nömrəli icarə hüquqlarının alqı-satqı müqaviləsi Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(071)-186/2020 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmiş və nəticələri ləğv edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, ləğv edilmiş müqavilə üzrə digər nəticələr, yəni Hacıqabul rayon Ələtli Bələdiyyəsinin icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli 08 saylı qərarının nəticələri də ləğv edilmişdir. Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında xx xxxxxx 2005-ci il tarixli qərarının ləğv edilməsinə gəldikdə isə İddiaçı xx xxxxxx 2020-ci il tarixli 1656/682 saylı məktubu ilə göndərilmiş «Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 hektar torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı idarə tərəfindən aparılmış inzibati nəzarət icraatının nəticələri barədə» tövsiyə məktubu Hacıqabul rayon Ələtli Bələdiyyəsi üzvlərinin xx xxxxxx 2020-ci il tarixli iclasında müzakirə olunmuş və həmin tarixli 21 nömrəli protokol ilə təmin olunmaması barədə Qərar çıxarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı məsələni araşdırması zamanı təzadlara yol verilmiş, sənədlərdəki imzaların və yazıların saxta olduğu qənaətinə gəlməsinə baxmayaraq müvafiq ekspertizaları keçirməmiş, yalnız izahatlarla kifayətlənmişdir. Hazırkı vəziyyətdə ölkədə qeyri-neft sektorunun inkişafı siyasətinin aparılması baxımından sahibkarın əlindən kifayət qədər əkinə yararlı torpaq sahəsinin alınması, məhkəmələrdə süründürülməsi məqbul sayılmır. Bundan başqa, həmin vaxtdan kifayət qədər vaxt keçmiş və hazırda torpaq sahəsi səmərəli istifadə olunmaqdadır. Torpağı icarəyə vermə səlahiyyətində olan orqan olaraq Hacıqabul rayon Ələtli bələdiyyəsi həmin müqavilədən irəli gələn nəticələrdən razıdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hazırlıq icraatı üzrə məhkəmə iclasında üçüncü şəxs X10 izahat verərək bildirdi ki, qeyd olunan torpaq sahəsini X17 notarial qaydada alqı-satqı əsasında ona satmışdır. Bundan sonra torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair müqavilə bağlanılmışdır. İcarə hüququ əsasında aldığı həmin torpaq sahəsində xeyli işlər görmüş, torpağı yararlı vəziyyətə gətirmişdir. Lakin Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi ilə Hacıqabul rayonunun Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün X13 94 illik icarə müqaviləsi ilə ayrılmış 50 ha torpaq sahəsinə dair icarə hüquqlarının xx xxxx 2017-ci il tarixdə X3 dair icarə hüquqlarının alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və hüquqi nəticələri ləğv olunmuşdur. Bundan sonra o da həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün üçüncü şəxslər X13 və X15 məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işin hallarını və mübahisənin vəziyyətini onların iştirakı olmadan müzakirə etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı cavabdehə göndərdiyi xx xxxxxx 2020-ci il tarixli 1656/682 №-li məktubundan görünür ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında xx xxxxxx 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi, Ələtli bələdiyyəsinin həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı xx xxxx 2017ci il tarixli 08 saylı və xx xxxxxx 2019-cu il tarixli 08 saylı qərarlarının ləğv edilməsi, Ələtli bələdiyyəsi ilə X16 arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsinin, X11 istifadəsində olmuş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının X3 dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüquqlarının X1 dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı həmin şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilərək 50 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmədə iddianın qaldırılması təklif edilmiş, təklifin 05 iş günü müddətində bələdiyyə iclasında müzakirə olunması və müzakirənin nəticəsi barədə qəbul edilmiş qərarın surətinin İddiaçınə göndərilməsini təklif edilmişdir. İş materialında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 21 saylı iclas protokolunun surətindən görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixli 1656/682 №-li məktubu ilə göndərilmiş Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı idarə tərəfindən aparılmış inzibati nəzarət icraatının nəticələri barədə tövsiyə məktubunda Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı Ələtli bələdiyyəsi ilə Oktay Əkbərov arasında xx xxxxxx 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi, Ələtli bələdiyyəsinin həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı xx xxxx 2017-ci il tarixli 08 saylı və xx xxxxxx 2019-cu il tarixli 08 saylı qərarlarının ləğv edilməsi, Ələtli bələdiyyəsi ilə X16 arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli 09 saylı torpaq icarə müqaviləsinin, X11 istifadəsində olmuş 50 ha torpaq sahəsi üzərində icarə hüquqlarının X3 dair xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüquqlarının X1 dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı həmin şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilərək 50 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmədə iddianın qaldırılması barədə təklifinin təmin edilməməsi qərara alınmışdır. İş materialında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarının surətindən görünür ki, Hacıqabul şəhər sakini X13 Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün 94 illik icarə müqaviləsi ilə 50,0 hektar torpaq sahəsi ayrılmışdır. İş materialında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli iclasının protokolunun 08 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən, Ələtli bələdiyyəsinin mülkiyyətində olan, fiziki şəxs X13 icarəyə verilmiş 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materialında olan Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli iclas protokolunun 08 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən, Ələtli bələdiyyəsinin mülkiyyətində olan, fiziki şəxs X15 icarəyə verilmiş 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materialında olan Hacıqabul Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 402/2021 saylı məktubundan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 186/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X11 cavabdehlər X15, Hacıqabul rayon Notariat kontoruna, 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə, 3-cü şəxs Hacıqabul rayonunun Ələtli kənd bələdiyyəsinə və 3-cü şəxs Sabirabad rayonunun Həşimxanlı kənd sakini X7 qarşı icarə hüquqlarının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası üzrə iddia tələbi təmin edilmiş, Hacıqabul rayonunun Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün X13 94 illik icarə müqavilə ilə ayrılmış 50 ha torpaq sahəsinə dairə icarə hüquqlarının Hacıqabul rayon Notariat kontorunda xx xxxx 2017-ci il tarixdə cavabdeh X3 dair reyestrdə 3M-11 nömrə ilə qeyd edilmiş icarə hüquqlarının alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və hüquqi nəticələri ləğv olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və qətnamədən apelyasiya şikayəti verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hacıqabul rayonu Ələtli bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarı ilə X13 Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün 94 illik icarə müqaviləsi ilə 50,0 hektar torpaq sahəsi ayrılmışdır. Sonradan həmin bələdiyyənin xx xxxx 2017-ci il və xx xxxxxx 2019-cu il tarixli qərarları ilə sözügedən torpaq sahəsinə icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə mübahisələndirdiyi qərarların ləğvi barədə cavabdehə təklif göndərmiş, sonuncu təklifi təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. İnzibati Prosessual Məcəllənin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Belə ki, iddiaçı cavabdehin xx.xx.2005-ci il tarixli 04 nömrəli, xx.xx.2017-ci il tarixli 08 nömrəli və xx.xx.2019-cu il tarixli 08 nömrəli qərarlarını mübahisələndirməklə bağlı məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktların qəbul edilməsinə əsas olan ilkin xx.xx.2005-ci il tarixli 04 nömrəli qərarın qəbul edilməsindən 15 (on beş) ildən artıq, icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi barədə verilmiş xx.xx.2017-ci il tarixli 08 nömrəli qərarın qəbul edilməsindən 3 (üç) ildən artıq və xx.xx.2019-cu il tarixli 08 nömrəli qərarın qəbul edilməsindən 1 (bir) müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hacıqabul Rayon Məhkəməsinin hazırda qanuni qüvvədə olan 2(071)-186/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli qərar artıq hüquqi qüvvəsini itirmişdir. Belə ki, qətnamə əsasında Hacıqabul rayonu Ələtli bələdiyyəsinin fond torpaqlarından əkinçiliklə məşğul olmaq üçün X13 94 illik icarə müqaviləsi ilə ayrılmış 50 ha torpaq sahəsinə dair icarə hüquqlarının Hacıqabul rayon Notariat kontorunda xx.xx.2017-ci il tarixdə X3 dair reyestrdə 3M-11 nömrə ilə qeyd edilmiş icarə hüquqlarının alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və hüquqi nəticələri ləğv olunmuşdur. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə, xx xxxxxx 2021-ci il tarixli 2-1(120)-539/2021 nömrəli məktubla iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etsə də, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini və tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Hacıqabul rayonu Ələtli bələdiyyəsinə qarşı Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında xx xxxxxx 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin xx xxxx 2017-ci il tarixli, 08 saylı və xx xxxxxx 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Hacıqabul rayonu Ələtli bələdiyyəsinə qarşı Hacıqabul rayonu Ələtli bələdiyyəsinin mülkiyyətinə aid 50 ha torpaq sahəsinin X13 icarəyə verilməsi ilə bağlı bələdiyyə ilə O.Əkbərov arasında xx xxxxxx 2005-ci il tarixli, 09 saylı torpaq icarə müqaviləsinin bağlanması üçün əsas olmuş bələdiyyənin xx xxxxxx 2005-ci il tarixli, 04 saylı qərarının, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı bələdiyyənin xx xxxx 2017-ci il tarixli, 08 saylı və xx xxxxxx 2019-cu il tarixli, 08 saylı qərarlarının ləğv olunması tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar