Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-539/2024 09.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri xx.xx.1986-cı il təvəllüdlü X5 barəsində verilmiş 14 avqust 2017-ci il tarixli, 1451 nömrəli X3 xəstəliyinin (xəsarətinin, yaralanmanın, travmanın, kontuziyanın) hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi və tibbi şəhadətləndirilməsi zamanı verilmiş “Xəstəlik hərbi xidmət zamanı alınmışdır” və “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qeyd edilmişdir. X5 xx.xx.2018-cı il tarixdə “Kəskin ürək damar çatışmazlığı,) leykoz” diaqnozu ilə vəfat etməşidir. Mərhum əri X5 xəstəliyinin başlanğıcı 2007-ci ilin fevral ayında Xocavənd-Füzuli istiqamətində kəşfiyyatçı şəhidlərinin neytral ərazidə qalan meyitlərinin götürülməsi üçün “Döyüş təminatı ilə əlaqədar” tapşırığın icra edilməsi zamanı yaranması olmuşdur. 14 avqust 2017-ci il tarixli, 1451 nömrəli X2 “Anamnez hissəsində” deməsinə görə 2 aya yaxındır ki, özünü xəstə hesab edir yazılması zamanı xəstəliyinin başlanğıcı 2017-ci ilin fevral ayında Xocavənd-Füzuli istiqamətində kəşfiyyatçı şəhidlərinin neytral ərazidə qalan meyitlərinin götürülməsi üçün “Döyüş təminatı ilə əlaqədar” tapşırığın icra edilməsi zamanı yaranmışdır. Mərhum əri X5 vəziyyətinin yaxşı olmamasından irəli gələrək özünü 2 aya yaxındır xəstə hesab edir deməsi, onun xəstəliyinin maksimum həddə çatması və verilən sualı tam başa düşməməsi olmuşdur. Odur ki, mərhum əri X5 xidmət etdiyi dövrdə onunla birlikdə olan hərbiçi (keçmiş hərbiçi) yoldaşlarının şahidliyi ilə yazılmış ərizələrinin surətlərini ünvanladığı məktuba əlavə edərək, mərhum əri X5 barəsində qəbul edilmiş Qərarda xəstəliyin “Hərbi travmadır, Azərbaycanın müdafiəsi zamanı alınmışdır” və yaxud “Hərbi travmadır, Hərbi xidməti vəzifələrinin icrası zamanı alınmışdır” kimi qəbul edilməlidir. Buna baxmayaraq ona rəhmətlik qayınatasına imtina cavabı verilmişdir. Bunu qanunsuz və əsassız hesab edir və mübahisənin başqa həlli mövcud olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən əri X6 şəhid statusunun verilməsini cavabdehin üzərinə öhdəlik qoyulması məhkəmədən xahiş olunmuşdur. İddiaçıya və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən ərinin şəhid, özünün isə şəhid ailəsi olmasının tanınması olmuşdur. Başqa sözlə, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh tərəfindən ərinin şəhid olmasını təsdiq edən sənəd vəsiqə) verildiyi halda, o, ərinin adını müvafiq qanunvericiliyə uyğun əbədiləşdirəcək və şəhid ailələrinə edilən güzəştlərdən istifadə edəcəkdir. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2019-cu il tarixli, M/2987 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş mərhum X6 “şəhid” statusunun verilməsinə dair məktubunuza baxılmışdır. Belə ki, Xidmətin Beyləqan rayon şöbəsinin arxiv uçot sənədlərinə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2017-ci il tarixli 1451 №-li xəstəlik haqqında şəhadətnaməsinə, eləcə də xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü, əsgər X9 xx.xx.2017-ci ildə “Qeyri-Hoçkin limfoması, sağ boyun və divararalığı limfa düyünlərinin zədələnməsı ilə, İİ B mərhələ diaqnozu ilə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilmiş. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmiş və “kəskin ürək-damar çatışmazlığı kəskin hüceyrəli leykoz" nəticəsində 07 06.2018-ci il tarixdə vəfat etmişdir. Məlum olduğu kimi, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Mövcud qanunvericilikdə xəstəliyi ilə əlaqədar sonradan vəfat etmiş şəxslərin “şəhid" hesab edilməsi nəzərdə tutulmadığı üçün mərhum X6 “şəhid" statusunun verilməsi mümkün deyil. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/A-394 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız elektron ərizəyə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 948593 saylı, 10 iyul 2018-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 07 iyun 2018-ci il tarixdə “kəskin ürək-damar çatmazlığı, kəskin hüceyrəli leykoz” səbəbindən Bakı şəhəri, Nəsimi rayonunda ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43- 11/2-234/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 2-1 (120)-2091/2023 saylı məktubuna və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatından daxil olmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli göstərişə əsasən, Şirvan İnzibati Məhkəməsinin məktubunda adı qeyd olunmuş İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı mərhum N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qaydanın 4.1-ci bəndinin birinci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, A.Ə.Aslanov xx.xx.2017-ci il tarixdə “Qeyri-hoçkin limfoması, sağ boyun və divararahğı limfa düyünlərinin zədələnməsi ilə, İİ B mərhələ” diaqnozu iiə Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, barəsində “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmiş, “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 354 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xdimət hərbi qulluqçusu əsgər X1 Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1451 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən qeyri-hoçkin limfoması, sağ boyun və divararalığı limfa zədələnməsi ilə, İİ mərhələ diaqnozu təyin edilmiş və “Həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir. N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X9 N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən Hərbi xidmət keçmə Haqqında Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyinə görə) görə istefaya buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43- 11/2-401/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, iş № 2-1(120)-539/2024 saylı “Məhkəmə Bildirişi”nə əsasən, adı qeyd olunmuş-İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı-mərhum N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları’nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ötmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qaydanın 4.1-ci bəndinin birinci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, A.Ə.Aslanov xx.xx.2017-ci il tarixdə “Qeyri-hoçkin limfoması, sağ boyun və divararalığı limfa düyünlərinin zədələnməsi ilə, İİ B mərhələ” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən şəhadətiəndirifmiş, barəsində “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmiş, “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız" hesab edilmişdir. (Əsas: xx.xx.2017-ci il tarixli 1451 nömrəli xəstəlik haqqında şəhadətnamə). A.Ə.Aslanov xx.xx.2017-ci il tarixdə "Kəskin ürək-damar çatışmazlığı, kəskin hüceyrəli leykoz" nəticəsində vəfat etmişdir. Hərbi xidmət dövrü səhhəti ilə əlaqədar (xəstəliyə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən istefaya buraxılmış və həmin xəstəlikdən vəfat etmiş A.Ə.Aslanova “şəhid", ailəsinə “şəhid ailəsi” statusunun verilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun deyil. Əlavə olaraq bildirirəm ki, SHXÇDX-nin Beyləqan rayon şöbəsində iş üzrə mövcud olan sübutları Şirvan İnzibati Məhkəməsinin ünvanına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43- 11/2-1321/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin məktubunda adı qeyd olunmuş-İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı mərhum N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər (MAHHXHQ-su) X6 “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” tələbinə dair inzibati işə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixil 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarımın 1.2.6-cı yarsmbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Xidmətlərində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı liə baqlı tapşırıqların verinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkirı düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid həsab edilirlər. Bu qaydanın 4.1-ci bəndinin birinci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, A.Ə.Aslanov xx.xx.2017-ci İİ tarixdə “Qeyrı-hoçkin limfoması, sağ boyun və divararalığs limfa düyünlərinin zədəiənməsi ilə, İİ B mərhələ” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, barəsində “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmiş, “Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. (Əsas: xx.xx.2017-ci li tarixli 1451 nömrəli xəstəlik haqqında şəhadətnamə). A.Ə.Aslanov xx.xx.2018-ci il tarixdə “Kəskin ürək-damar çatışmazlığı, kəskin hüceyrəli leykoz” nəticəsində vəfat etmişdir. Hərbi xidmət dövrü səhhəti ilə əlaqədar (xəstəliyə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən istefaya buraxılmış və həmin xəstəlikdən vəfat etmiş A.Ə.Aslanova “şəhid”, ailəsinə “şəhid ailəsi” statusunun verilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun deyil. Möhtərəm hakim, Məhkəmənin yekun qərarının SHXÇDX-nın Aparatına təqdim edilməsi üçün Xidmətin Beyləqan rayon şöbəsinin ünvanına göndərilməsinə aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, A.Ə.Aslanov xx.xx.2018-ci il tarixdə “Kəskin ürək-damar çatışmazlığı, kəskin hüceyrəli leykoz” nəticəsində vəfat etmişdir. Hazırda İddiaçı1 Əbülfət oğlu mərhum əri X5 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu qeyd edərək, ona «şəhid statusu” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddələrinə əsasən inzıbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati icraat haqqında Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçıların hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı mərhum əri X5 xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu qeyd edərək, X5 şəhid olduğunu hesab edir. Ona görə də mərhum əri X5 şəhid statusu olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, A.Ə.Aslanov xx.xx.2018-ci il tarixdə “Kəskin ürək-damar çatışmazlığı, kəskin hüceyrəli leykoz” nəticəsində vəfat etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X5 ölümü Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, A.Ə.Aslanov xx.xx.2018-ci il tarixdə “Kəskin ürək-damar çatışmazlığı, kəskin hüceyrəli leykoz” nəticəsində vəfat etdiyindən X6 şəhid adının verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı “şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-539/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-539/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver