Məhkəmə qərarları › İş №2-1(120)-54/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-54/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-54/2020 04.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, İddiaçı (Astara rayonu, Kijəbə qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçının nümayəndəsi X2 (Astara rayonu, Kijəbə qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı 0,12582 hektar torpaq sahəsinə Cavabdeh2 və qeyrilərinin adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan yolun situasiya planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı 0,12582 hektar torpaq sahəsinə Cavabdeh2 və qeyrilərinin adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan yolun situasiya planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X21, X16, X22 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Daha sonra Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 cavabdehlər siyahısından çıxarılaraq iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqqi əsaslarını və qaydalarını müəyyən etməkdən ötrü xx.xx.1996-cı tarixdə “Torpaq islahatı haqqında” Qanun qəbul edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri qanunvericilikdə müəyyən edilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Həmçinin həmin Qanuna əsasən sovxozların, kolxozların torpaq sahələri özəlləşdirilmiş hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin xüsusi mülkiyyətinə verilmişdir. Beləliklə, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən 97,1 kv.m sahəsi olan fərdi yaşayış evi və 0,15633 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi 1963-cü ildən babası X9 mülkiyyətində olmuşdur. Babası X24 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Babası sağlığında fərdi yaşayış evini və torpaq sahəsini ona vəsiyyət etmişdir. Astara rayon notariat kontoru tərəfindən ona xx.xx.2017-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu şəhadətnaməyə əsasən fərdi yaşayış evi və torpaq sahəsi adına reyestr xidmətində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Ona verilmiş texniki pasportda qeyd edilir ki, faktiki torpaq sahəsi 0,2156 hektar, sənəd üzrə isə 0,15633 hektardır. Güya 0,05927 hektar torpaq sahəsi zəbtdir. Bununla əlaqədar izah edir ki, Astara rayonu, Nizami Gəncəvi adına təsərrüfatda hər bir subyektə təxminən 0,10 hektar torpaq payı müəyyən edilmişdir. Astara rayonu, Nizami Gəncəvi adına yerli X18 xx.xx.1999-cu il tarixli, 1 saylı qərarı ilə vətəndaşlara qanuni təhkim olunmuş həyətyanı torpaq sahəsindən artıq hissəsinin qaytarılması mümkün olmadığı üçün razılığına əsasən həmin zəbt edilmiş hissə pay torpaqlarından çıxılmışdır. Hesab edir ki, zəbt edilmiş torpaq sahəsi pay torpaq sahəsindən çıxılmaqla onlara pay torpaq sahəsi verilmişdir. Yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində RX seriyalı, ******* saylı çıxarışa və ona əlavə edilmiş texniki pasportda, həmçinin ilkin sənədlərə və situasiya planına əsasən 60 ildən artıq müddətdir ki, ümumi yoldan istifadə olunur. Bütün sənədlərdə ümumi yol kimi göstərilməsinə və istifadə olunmasına baxmayaraq, həmin yola Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Çıxarışa istinad edən Cavabdeh2 ümumi istifadədə olan yolu bağlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə həqiqi hüquq vəziyyətinə uyğun olmayan qeydlər aparılmışdır. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişir. Qeyd edilənlərə əsasən 0,12582 hektar torpaq sahəsinə Cavabdeh2 və qeydilərinin adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydə, həqiqi hüquqi vəziyyətə uyğun olmadığından düzəliş aparılması və ümumi istifadədə olan yolun situasiya planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsi nə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iş üzrə iddia ərizəsində barəsində qeyd olunan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, 1978-ci ilin may ayında tərtib olunmuş 207 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əsasında iddiaçının babası X6 miras qalmış fərdi yaşayış evinə və onun yerləşdiyi 0.15633 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən mərhumun adına xx xxxxxxx 2017-ci il tarix ********** qeydiyyat nömrəli çıxarış verilmiş, sonradan həmin əmlaka dair vərəsəlik üzrə yaranmış hüquqların (Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə qeydiyyata alınması ilə əlaqədar mərhum şəxsin yeganə vərəsəsi sayılan İddiaçı təqdim etdiyi sənədlər həmin şəxsin xx xxxx 2018-cı tarixli ********** qeydiyyat nömrəli ərizəsi ilə tərəflərindən icraata qəbul edilmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Həmçinin qeyd olunan Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, eynilə 1978-ci ilin may ayında tərtib olunmuş 108 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əsasında iddiaçının yaxın qohumu X11 miras qalmış, hazırda mübahisələndirilən fərdi yaşayış evinə və yerləşdiyi 0,12582 ha torpaq sahəsinə dair tərəflərindən mərhumun adına xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş, sonradan həmin əmlaka dair vərəsəlik üzrə yaranmış hüquqların (Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə) qeydiyyata alınması ilə əlaqədar mərhum şəxsin vərəsələrindən sayılan Cavabdeh2 təqdim etdiyi sənədlər həmin şəxsin xx xxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizəsi ilə tərəflərindən icraata qəbul edilmiş, onun və ümumilikdə vərəsələrin adına daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq olaraq xx xxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Yuxarıda barəsində qeyd olunan tərəflərin adına müvafiq qeydiyyat aparılarkən hər-hansı bir məhkəmə mübahisəsi olmamış və Ərazi İdarəsi olaraq məhkəmə prossesinə cəlb olunmamışlar. Belə ki, hazırki iş üzrə iddiaçının atası xx xxxx 2019-cu il tarixində 10 saylı X36 gələrək yuxarıda barəsində qeyd olunan yaxın qohumu Cavabdeh2 tərəfindən Astara rayon məhkəməsinə verildiyini bildirmiş, həmçinin tərəflərindən həmin şəxsin və ümumilikdə vərəsələrin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 03 mart tarixli ********** qeydiyyat nömrəli çıxarışın və sözü gedən əmlaka dair tərtib olunmuş texniki pasportun düzgün verilmədiyini qeyd etmişdir. Bu baxımdan hazırki iş üzrə iddiaçının tələb etdiyi və düzgün verilmədiyi ehtimal edilən ümumi yol hissəsi Astara rayon icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin, Astara rayonu Kijəbə qəsəbə X37 üzrə İcra Nümayəndəliyinin və Kijəbə qəsəbə bələdiyyəsi tərəfindən təsdiqlənmiş “Baş plandan çıxarışa” əsasən mərhum X17 mülkiyyətində olan torpaq sahəsinin tərkib hissəsidir. Belə ki, mərhum şəxsdən miras qalmış əmlaka dair təqdim olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında vərəsələrdən sayılan hazırki iş üzrə Cavabdeh2 və digərlərinin adına ümumbirgə mülkiyyət hüququ üzrə həmin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxx 2019-cu il tarixli 208 inventar nömrəli texniki pasport tərtib edilməklə xx xxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli tam qanunamüvafiq çıxarış verilmişdir. İddiaçı şəxsin yaxın qohumu Cavabdeh2 Astara rayon Məhkəməsində “Qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi” tələbi ilə iddia qaldıraraq hazırki iş üzrə iddiaçının atası X3 məhkəməyə vermişdir. Astara rayon Məhkəməsinin icraatına qəbul edilmiş 2(018)- 546/2019 saylı iş üzrə mübahisəyə dair Ərazi İdarəsi cəlb olunmadan xx xxx 2019-cu il tarixində ilkin prosses keçirilmiş və iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti cəlb olunmaqla məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunması barədə qərardad qəbul olunmuşdur. Həmin qərardadla ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və mülki iş materialları ilə birlikdə baxılmasından ötrü aidiyyəti quruma göndərilmişdir. Gələcəkdə tərəflər arasında mövcud olan mübahisə ilə əlaqədar (qanunsuz tutulmuş torpaq sahəsinin azad edilməsi) müvafiq məhkəmə qərarı daxil olduğu təqdirdə tərəflərindən baxılacaqdır. Lakin hazırki sərəncamın daşınmaz əmlakı dövlət reyestrindən Cavabdeh2 adına verilmiş hüquqmüəyyənedici və texniki sənədlərdə dəyişiklik edilməsi (torpaq sahəsinə münasibətdə) məsələsinə münasibətdə isə bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X40 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki iş üzrə tərəflərindən verilmiş həmin hüquqmüəyyənedici və texniki sənədlərdə dəyişiklik edilməsinə dair (faktiki yerində keçirilən ekspertizanın nəticələrinə uyğun olmaqla) aidiyyəti hissədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki,ilk öncə hazırki iddianın mümkünlüyü məsələsi həll olunmalıdır. İddia tələbinə gəldikdə də hesab edir ki, iddia ərizəsi əsassız sayılmaqla rədd edilməlidir. Belə ki, inzibatı məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 №-li qərarının 1.1-ci və 1.3-cü bəndlərinin tələblərinə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 4.1-ci bəndində bildirilir ki, Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddia ərizəsinin məzmunu eləcə də iddia ərizəsinə qoşma olunduğu bildirilən sənədlərin siyahısı onu deməyə əsas verir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməmişdən öncə inzibati orqana müraciət etməyib və tələbinə inzibati orqanın hər hansı münasibətini öyrənmədən hazırkı iddia ərizəsini məhkəməyə təqdim edib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə görə isə belə bir müraciət olunmadan məhkəməyə ərizənin verilməsi iddianın mümkünsüz sayılmasına əsaslardan biri sayılır və iddia mümkün sayılmadıqda bu barədə bu Məcəllənin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edilir. İddia tələbinə gəldikdə də yuxarıda qeyd etdiyi kimi iddia tələbini əsassız hesab etməklə yanaşı, bu tələbi onların qanuni mülkiyyət hüquqlarına müdaxilə hesab edir. Belə ki, onun və digər beş nəfərin ümumi paylı mülkiyyətində olan ərazi xüsusi mülkiyyət hüququ üzrə adlarına dövlət reyesrtrində tam qanuni əsalarla qeydiyyata alınıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsində bildirilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Onun və digərlərinin paylı mülkiyyətində olan əmlak hüquqlarının dövlət reyestrində qeydiyyatının əsassızlığını təsdiq edən mötəbər sayıla biləcək sübutunu iddiaçı məhkəməyə təqdim edə bilmir. Lakin bunun əksi olaraq iddiaçının, həyətinə giriş yolunu guya bağlanılması ilə əlaqədar iddiasının əsassız olduğunu təsdiq edən kifayət qədər əsasllı dəlillər mövcuddur. Belə ki, iddiaçı 2011-ci ildə cavabdeh X19 qarşı, Astara rayon Məhkəməsində iddia qaldıraraq, yol kimi istifadə edilən torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi və qəsəbənin küçə yoluna çıxışda cavabdehin qoyduğu qapının sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. Həmin tələb təmin edilib və bu barədə xx xxxxx 2011-ci il tarixli, 2(018)-150/2011 saylı qətnamə qəbul edilib. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də dəyişdirilmədən saxlanılıb və bu barədə də Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci iltarixli, 2(106)-655/11 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-18/12 saylı, xx xxxxxx 2012-ci il tarixli qərarı qəbul edilib. Nəhayətdə də tələb icra olunub. İddiaçı onun sitifadəsinə qaytarılmış həmin yoldan tam istifadə edə bildiyi halda evinə giriş-çıxış üçün yolun olmadığını və onlardan tələb etdiyi yolun da guya ümumi istifadə üçün nəzərdə tutlduğunu iddia edir. Yuxarıda göstərdiyi işin həqiqi halları olan bu faktlar aşkar surətdə iddiaçının nəinki iddiasında əsassız olduğunu, eləcə də bu iddiasında iddiaçının məqsədinin başqalarının, yəni bizlərə qanuni əsaslarla məxsus olan, paylı mülkiyyətindəki ərazinin bir hissəsini özünün mənfəəti üçün istifadəsinə keçirmək olduğu sübut olunur. İddiaçı özünün qanunsuz istəyini məhkəməni yanlış istiqamətə yönəltməklə, işin həqiqi hallarını gizlətməklə həyata keçirməyə çalışır. Dövlət reyestrini əsassız yerə reyestrdə qanunsuz, düzgün, olmayan qeydiyyatın aparılmasında təqsirləndirir. İddiaçı yuxarıda göstərildiyi kimi hazırkı iddia tələbinin təmin olunmasına əsas verən heç bir sübutunu məhkəməyə təqdim edə bilmir. Əksinə həmin iddianın əsassızlığını, iddiaçının iddiasında qanunsuz niyyətini həyata keçirmək məqsədli olduğunu təsdiq edən məhkəmə aktı və sair kimi faktlar var. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1). İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Astara rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı və onun nümayəndəsi əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciətlər etmiş, lakin cavabdeh tərəfindən müraciətləri təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı 0,12582 hektar torpaq sahəsinə Cavabdeh2 və qeyrilərinin adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan yolun situasiya planına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Astara rayonu, Kijəbə qəsəbəsində doğulmuş, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,15633 hektar torpaq sahəsində yerləşən 97,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Kijəbə qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,12582 hektar torpaq sahəsində yerləşən 147,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********71 nömrəli məktubunda qeyd olunmuşdur ki, tərəflər arasında mövcud olan mübahisə ilə əlaqədar yekun məhkəmə qərarı Xidmətin 10 saylı ərazi idarəsinə daxil olduğu təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu X1 Layihə- Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, M-060 nömrəli mütəxəssis rəyində və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31440 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X4, X12, X5, X13, X14 mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən sahəsi 0.12582 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 147.1 m2 fərdi yaşayış evinə dair tərtib edilmiş **********47-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış X17 adına tərtib edilmiş **********47-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa uyğun tərtib edilmişdir, uyğunsuzluq mövcud deyildir. Həmçinin qeyd olunur ki, fərdi yaşayış evinin texniki göstəriciləri (eni, uzunu, hündürlüyü, torpaq üzərində yerləşdiyi yer və s.) uyğunluq təşkil edir. **********47-10301 reyestr nömrəli xx.xx.2018-ci il tarixli çıxarış və texniki pasport və 1978-ci ilin may ayında tərtib edilmiş 208 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya qiymətləndirilməsinə aid pasporta və ev sahibliyi kartoçkası üzrə tədqiqat aparılan zaman hər iki sənəddə mübahisəli torpaq sahəsi 0.12582 ha olaraq qeyd olunsa da sənədlər arasında bir sıra uyğunsuzluqlar vardır. Belə ki, ilkin olaraq 1978-ci ilin may ayında tərtib edilmiş 208 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta və ev sahibliyi kartoçkasında sözügedən torpaq sahəsi düzbucaqlı formasında (41.8 m x 30.1 m) olsa da, həmin torpaq sahəsi **********47-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış və texniki pasportda müxtəlif bucaqlı təsvir olunmuşdur. Yəni, sənədlərdə qeyd olunan torpaq sahələri arasında konfiqursiya fərqi vardır. Daha sonra sənədlərdə sözügedən torpaq sahəsinə giriş qapılarının müxtəlif yerlərdə olması, həmin torpaq sahəsində yerləşən A tikilisinin tikintialtı sahəsinin müxtəlif (texniki pasporta əsasən 207.6 m2, kartoçkaya əsasən 181.9 m2) olması həmin sənədlər arasında uyğunsuzluqların yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********5-10301 reyestr nömrəli, xx.xx.2018ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aparan faktiki olaraq naturada iki yol möcuddur, bu yollardan biri (mübahisə predmeti olan) **********47-10301 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən X17 mülkiyyətinə verilmiş 0.12582 ha olan torpaq sahəsinin daxilindən keçir, digər yol isə faktiki naturada İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub-şərq hissəsində yerləşir. Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluşu layihəsində (baş planda) sözügedən ərazinin situasiyası plana alınarkən İddiaçı istifadəsində olan torpaq sahəsinə bir istiqamətdən yol nəzərdə tutulmuşdur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluğu layihəsinə (baş plana) əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin cənub-şərq hissəsində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********47-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən sahəsi 0.12582 ha olan torpaq sahəsinin içindən keçməklə **********5-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aparan yol faktiki naturada mövcuddur və bu yol yalnız **********5-10301 reyestr nömrəli texniki pasportun situasiya planında göstərilmişdir. Bu yoldan başqa da faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub-şərq hissəsində yol mövcuddur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluşu layihəsində (baş planında) mövcuddur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 16-cı maddəsinə əsasən: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçı qeyd edir ki, yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə gediş-gəliş ümumi yoldan istifadə edir. Bütün sənədlərdə ümumi yol kimi göstərilməsinə və istifadə olunmasına baxmayaraq, həmin yola Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Çıxarışa istinad edən Cavabdeh2 ümumi istifadədə olan yolu bağlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə həqiqi hüquq vəziyyətinə uyğun olmayan qeydlər aparılmışdır. İddiaçı Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsində yaranmış mübahisəli məsələnin araşdırılmasına köməklik göstərilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. Məhkəmə işdə olan mütəxəssis və ekspert rəyləri ilə müəyyən etdi ki,X4, X12, X5, X13, X14 mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən sahəsi 0.12582 ha olan torpaq sahəsi və onun üzərində yerləşən 147.1 m2 fərdi yaşayış evinə dair tərtib edilmiş **********47-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış X17 adına tərtib edilmiş **********47-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa uyğun tərtib edilmişdir, uyğunsuzluq mövcud deyildir.Bundan başqa,**********5-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aparan faktiki olaraq naturada iki yol möcuddur, bu yollardan biri (mübahisə predmeti olan) **********47-10301 reyestr nömrəli çıxarış və texniki pasporta əsasən X17 mülkiyyətinə verilmiş 0.12582 ha olan torpaq sahəsinin daxilindən keçir, digər yol isə faktiki naturada İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub-şərq hissəsində yerləşir. Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluşu layihəsində (baş planda) sözügedən ərazinin situasiyası plana alınarkən İddiaçı istifadəsində olan torpaq sahəsinə bir istiqamətdən yol nəzərdə tutulmuşdur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluğu layihəsinə (baş plana) əsasən İddiaçı istifadəsində olan torpaq sahəsinin cənub-şərq hissəsində yerləşir.**********47-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən sahəsi 0.12582 ha olan torpaq sahəsinin içindən keçməklə **********5-10301 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aparan yol faktiki naturada mövcuddur və bu yol yalnız **********5-10301 reyestr nömrəli texniki pasportun (İddiaçı mıxsus texniki pasport) situasiya planında göstərilmişdir. Bu yoldan başqa da faktiki olaraq İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cənub-şərq hissəsində yol mövcuddur. Bu yol Astara rayonu, Kijəbə qəsəbəsinin kompleks yerquruluşu layihəsində (baş planında) mövcuddur. Мəhkəmə iş materiallarında olan xx.xx.2020-ci il tarixli, M-060 nömrəli mütəxəssis rəyini və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31440 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Yuxarıda qeyd olunanları, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı 0,12582 hektar torpaq sahəsinə Cavabdeh2 və qeyrilərinin adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan yolun situasiya planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı tutulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78 – 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı 0,12582 hektar torpaq sahəsinə Cavabdeh2 və qeyrilərinin adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeydə düzəliş edilməsi və ümumi istifadədə olan yolun situasiya planına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərcinə görə 247,10 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu X7 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapitalbank ASC Xətai filialı, kod: 200071 VÖEN **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab № AZ23AİİB********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar