Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-540/2020 22.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi XN, İddiaçı (Astara şəhəri, Nizami küçəsi, ev 204-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 27.06.N974-cü il tarixdə Astara rayonunda anadan olmuşdur. N992-ci ildən N996-cı ilədək Azərbaycan Respublikasının Slahlı Qüvvələrinin tərkibində olan N saylı hərbi hissənin tabeliyindəki N saylı hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində, yəni 06.02.N993-cü il tarixdən 08.09.N994-cü il tarixədək N saylı hərbi hissə komandirinin əmrinə əsasən Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Bu barədə ona məxsus hərbi biletin 7-ci səhifəsində hərbi hissə komandirinin təsdiqedici qeydləri vardır. Bundan əlavə Ağdam istiqamətində gedən döyüşlərdə iştirakını təsdiq edən Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Məhkəzi Arxivinin 09.06.2020-cu il tarixli, 9/2-63N7 nömrəli arxiv arayışını da sübut kimi göstərmək olar. Lakin Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyinə baxmayaraq bu və ya digər səbəblərdən müharibə veteranı adını və vəsiqəsini ala bilməmişdir. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, xidmət etdiyi N () saylı hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Hərbi xidmətdə olduğu dövrdə ona verilən bütün döyüş tapşırıqlarını və əmrləri vaxtında və layiqincə yerinə yetirmişdir. Müharibə veteranı adının və vəsiqəsinin almasına əngəl türədən amillərin səbəb kimi göstərilməsinin heç bir hüquqi əsası yoxdur. Çünki, bir əsgər kimi göstərilən səbəblər onun vəzifə borcu deyildir və onun səlahiyyəti xaricində olmuşdur. Buna görə də ona verilən imtina cavabı tam əsassızdır və heç bir qanunauyğunluğu yoxdur. Halbuki onunla birlikdə eyni vaxtda döyüş bölgəsinə ezam olunmuş X3 və X2 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə-müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti, hərbi hissələr, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı subut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci bəndininon birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arayışda qeyd edilib ki, iddiaçının xidmətə daxil olması və xidmətdən ehtiyata buraxılması barədə məlumat var. Lakin döyüşlərdə iştirakı barədə sübut yoxdur, iddiaçı döyüş növbəsində olub. Müvafiq komissiya tərəfindən təqdim edilmiş arayışa əsasən N nömrəli hərbi hissə iddiaçının xidməti dövründə döyüş əməliyyatlarında iştirak etmədiyi üçün iddiaçıya veteran adının verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli, 2N6 nömrəli Qərarına 28.09.20N8-ci il tarixdə 422 nömrəli qərarla edilmiş dəyişiklikə əsasən hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə hərbi biletlə birlikdə təqdim edildiyi halda mötəbərdir. İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, hərbi biletinin surətini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 09.06.2020-cu il tarixli, 9/2-63N7 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyətin Baş İdarəsinin 20.N2.20N9-cu il tarixli, N/D-N8285 nömrəli məktubu, 22.05.20N4-cü il tarixli, M/V 055490 nömrəli və 22.0N.20N8-ci il tarixli, M/V 085024 nömrəli vəsiqələrin surətləri əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06939557 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 27.06.N974-cü il tarixdə Astara rayonunun Vəznəş kəndində anadan olmuş, Astara şəhəri, Nizami küçəsi, ev 204-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 28.07.N992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28.07.N992-ci il tarixdən N3.NN.N996-cı il tarixədək N nömrəli hərbi hissələrin tərkibində xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 09.06.2020-cu il tarixli, 9/2-63N7 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli N №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı N6.0N.N993-cü ildən 23.0N.N993-cü il tarixinədək Ağdam döyüş əməliyyatları rayonundadöyüş növbəsində olduğu 3 (üç) qat məbləğində pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N aprel N993-cü il tarixli NN7 №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı 30.04.N993-cü ildən döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları bölgəsinə ezam olunduğundan, N nömrəli hərbi hissənin qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N4 may N993-cü il tarixli N3N №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı Ağdam döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı 20.N2.20N9-cu il tarixli, N/D-N828 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 2N.02.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin N2.09.20N9-cu il tarixli, 9/2-N30N6 nömrəli arayışına əsasən və xidmət etdiyi N () nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı N7.02.2020-ci il tarixli, 9/2-2299 nömrəli məktubunda qeyd edilmişdir ki, MDB-dən gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin 02.07.N992-ci il tarixli N №-li əmrilə N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 06.02.N993-cü il tarixli N №-li əmrində N №-li hərbi hissənin hərbi qulluqçusu İddiaçı N6.0N.N993-cü il tarixdən 23.0N.N993-cü il tarixədək Ağdam döyüş əməliyyatları rayonunda döyüş növbəsində olduğu üçün 3 qat məbləğində pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Müdafiə nazirinin 30.09.N996-cı il tarixli N94 №-li əmrinə əsasən, Silahlı Qüvvələri sıralarında ehtiyyata təxris olunmuş N №-li hərbi hissənin manqa komandiri siravi X4 N №-li hərbi hissə komandirinin N3.NN.N996-cı il tarixli 236 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Astara RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin N992- N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li və N hərbi hissələrin əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin məhkəməyə ünvanladığı 2N.02.2020-ci il tarixli, 239 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara şəhərində 27.06.N974-cü il tarixdə anadan olmuş İddiaçı 28.07.N992-ci il tarixdə keçmiş Astara RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissəyə göndərilmişdir. Onun adına olan qeydiyyat sənədlərində 06.02.N993-cü ildən 08.09.N994-cü ilədək Ağdam rayonunda gedən döyüşlərdə iştirak etməsi barədə qeydlər vardır. N3.NN.N996-cı il tarixdə Azərbaycan Respublikası MN-nin 30.09.N996-cı il tarixli, N94 saylı əmrinə əsasən ehtiyyata buraxılmışdır. 25.NN.N996-cı il tarixdən hərbi vəzifələrinin qeydiyyatındadır. Onun yaralanması, fərarilik etməsi barədə heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 22.05.20N4-cü il tarixli, M/V 055490 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X5 müharibə veteranıdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 22.0N.20N8-ci il tarixli, M/V 085024 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, X6 müharibə veteranıdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı 28.07.N992-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılaraq N saylı hərbi hissənin tərkibinə daxil olmuş, 28.07.N992-ci il tarixdən N3.NN.N996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində xidmət edərək oradan ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin N0.N2.20N9-cu il tarixli, N/D-N8285 nömrəli məktubu ilə N () nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya müharibə adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçının xidmət etdiyi N () nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə cavabdeh ona müharibə adının və vəsiqəsinin verilməsində imtina etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və Mərkəzi Arxivin N2.09.20N9-cu il tarixli, 9/2-N30N6 nömrəli arayışında N () nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığını qeyd olunsa da, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 09.06.2020-cu il tarixli, 9/2-63N7 nömrəli arxiv arayışında iddiaçının 30.04.N993-cü ildən döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları bölgəsinə ezam olunduğu qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin digər N2.09.20N9-cu il tarixli, 9/2-N30N6 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin N fevral N993-cü il tarixli N №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı N6.0N.N993-cü ildən 23.0N.N993-cü il tarixinədək Ağdam döyüş əməliyyatları rayonunda döyüş növbəsində olduğu 3 (üç) qat məbləğində pul təminatı ilə təmin olunması barədə məlumatın olduğu, N nömrəli hərbi hissə komandirinin N aprel N993cü il tarixli NN7 №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı 30.04.N993cü ildən döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları bölgəsinə ezam olunduğundan, N nömrəli hərbi hissənin qazan təminatından çıxarılması barədə məlumatın olduğu, N nömrəli hərbi hissə komandirinin N4 may N993-cü il tarixli N3N №-li əmrində N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı Ağdam döyüş əməliyyatları bölgəsindən ezamiyyətdən qayıtdığı üçün qazan təminatına qoyulması barədə məlumatın olduğu qeyd olunmuşdur. Bundan başqa, iddiaçı məhkəmə iclasında onunla birlikdə eyni vaxtda döyüş bölgəsinə ezam olunmuş X3 və X2 müharibə veteranı adının və vəsiqəsinin verildiyi bildirmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-540/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-540/2020
22.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver