Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-540/2024 05.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “şəhidin dəfn mərasiminin təşkili üçün 3000 manat maliyyə yardımının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyinində Dövlət Sosial Müdafiə X5rşı “şəhidin dəfn mərasiminin təşkili üçün 3000 manat maliyyə yardımının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bütün dünyada müharibədə iştirak edən şəxslərə xüsusi həssasiyyət göstərilir, onların döyüş şəraitində ağır psixoloji zərbə aldıqları nəzərə alınır. Eyni zamanda belə şəxslər dövlətlər tərəfindən xüsusi qayğı ilə əhatə olunurlar. Azərbaycanda da 90-cı illərdən üzübəri torpaqların işğaldan azad olunması uğrunda aparılan müharibələrdə on minlərlə insan iştirak edib. Onların bir çoxu həyatını itirib, digərləri yaralanaraq əlil olub. Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan istər birinci, istərsə də ikinci müharibədə iştirak edən vətəndaşlara həssas yanaşmanı təmin etmək üçün yaralanan, sağlamlığına ömürlük zərbə dəyən insanlara, həmçinin şəhid olanların ailələrinə yönəlik çoxsaylı dəstək mexanizmləri həyata keçirir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarix yazaraq torpaqları 28 illik erməni işğalından azad edən igidlərə dövlət qayğısı elə müharibə gedən günlərdən təmin edilib. X13 Əliyev dəfələrlə yaralı qazilərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olan şəxslərə verilən Prezident təqaüdü artırılıb, belə şəxslərin və şəhid ailələrinin müraciətləri ilə məşğul olan xüsusi komissiya yaradılıb. Prezidentin təşəbbüsü ilə formalaşdırılan YAŞAT Fondu bilavasitə müharibə iştirakçıları və şəhid ailələrinin problemlərinin həlli ilə məşğul olur. X12 xx.xx.2013-cü il tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhidin bütün dəfn xərcləri özü tərəfindən qarşılanmışdır. Bu yaxınlarda məlumatı olmuşdur ki, şəhid ailələrinə dəfn mərasimin təşkili və keçirilməsi məqsədi ilə cənab prezidentin sərəncamı əsasında 3000 ( üç min) manat yardım ödənilir. O, həmin pulu almamışdır. Ailə vəziyyəti çox pisdir. Həmçinin şəhidin adına bir sıra işlərin görülməsi üçün maddi yardıma ehtiyacı vardır. Bununla bağlı aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. Bütün orqanlardan rədd cavabı alır. Məhz buna görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehdən 3000 (üç min) manat şəhidin dəfn mərasiminin təşkili üçün maliyyə yardımının alınaraq ona ödənilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 iyul 2023-cü il tаriхli, 2-1(120)-2094/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyinində Dövlət Sosial Müdafiə X5rşı “şəhidin dəfn mərasiminin təşkili üçün 3000 manat maliyyə yardımının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının, iddia tələbinin və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyinində Dövlət Sosial Müdafiə X11 Şəxsinin cavabdeh sırasından çıxarılması qərara alınmışdır. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdirlər. İddiaçı və cavabdeh məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakları оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiacı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəhidin dəfn mərasiminin təşkili üçün 3000 manat maliyyə yardımının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan xx.xx.2013-cü il tarixdə, AZ-İ 613603 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2013-cü ildə odlu silah yarası, baş-beyin dağılması səbəbindən vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2022-ci il tarixli, 22/A-4083-059 nömrəli məktubla daxil olmuş müraciətinizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli, 374 nömrəli Qərarına əsasən dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən verilir. Odur ki, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, A/3401 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız ərizəyə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli 374 №-li Qərarı qüvvəyə mindiyi tarixdən sonrakı dövrlərə şamil olunduğu üçün xx.xx.2016-cı il tarixə qədər şəhid olan hərbi qulluqçunun vərəsələrinə sözügedən maliyyə yardımının ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanları nəzərə alaraq, yaşadığınız ərazi üzrə “DOST” mərkəzinə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Regional Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, A/3592 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Adminrstirasiyasına ünvanladığınız ərizəyə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Məlumat üçün bildiririk ki, “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli 374 №-li qərarı qüvvəyə mindiyi tarixdən sonrakı dövrlərə şamil olunur. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2016cı il tarixə qədər şəhid olan hərbi qulluqçunun vərəsələrinə sözügedən maliyyə yardımının ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 2/1057-9 nömrəli məktubunda qeyd edilmişdir ki, oğlunuz Kainat Abdullayevin xx.xx.2013-cii il tarixində şəhid olduğunu bildirərək, dəfn mərasiminin təşkili üçün maliyyə yardımının Sizə verilmədiyinə görə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış ərizənizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, Sizinlə əlaqə saxlanılmış, ətraflı söhbət aparılmışdır. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 sentyabr 2016-cı il tarixli 374 nömrəli qərarına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri və ya digər Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qərar imzalandığı tarixdən şəhid olmuş şəxslərin ailələrinə verilməsi Sizə izah olunmuşdur. Odur ki, dəfn mərasiminin təşkili üçün maliyyə yardımının verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə və ya məhkəməyə müraciət etməyiniz tərəfimizdən Sizə tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-33/2-1408/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 2-1(120)- 2094/2023 nömrəli məktubunuza baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 374 №-li Qərarının tətbiqinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyun 2023-cü il tarixli iclası keçirilmişdir. Plenumun Qərarına əsasən dəfn mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991 -2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqi istisna edilir. Eyni zamanda, dövlətin diqqət və qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin davam etdirilməsi və daim nəzərdə saxlanılması müvafiq dövlət qurumlarının nəzərinə çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yuxarıda göstərilən maliyyə yardımının ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin etirazında qeyd edilmişdir ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “şəhidin dəfn mərasiminin təşkili üçün müəyyən edilmiş 3000 (üç min) manat məbləğində maliyyə yardımının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Hesab edirik ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli, 39-VQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nə dəyişiklik edilərək 16 saylı “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin əlavənin 1.7-ci bəndinə görə Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. Bu dəyişikliyə qədər isə həmin maliyyə yardımının göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən edib və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydası və məbləği” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarın 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir. Həmin Qərarın 5-ci hissəsinə əsasən, müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli, 374 nömrəli qərarı ilə dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının 1991-2016-cı illər ərzində həlak olmuş (vəfat etmiş) və şəhid statusu verilmiş müvafiq hərbi qulluqçulara (təqribi 13000 (on üç minə) yaxın şəxsə) şamil edilib-edilməməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Xidmət tərəfindən göndərilən məktuba baxıb münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 12 may 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə gəldikdə isə bildirmişdilər ki, həmin maddənin Vİİ hissəsində fiziki və hüquqi şəxslərin maddi vəziyyətini deyil, hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 13 may 2022-ci il tarixli məktubla və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 may 2022-ci il tarixli məktubla bildirmişdilər ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Hər üç nazirlik yuxarıda adıçəkilən maliyyə yardımının ödənilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları, həmçinin 3000 (üç min) manat maliyyə yardımın sırf yas mərasimlərinin təşkili üçün nəzərdə tutulduğunu, 1991- 2016-cı illər ərzində həlak olmuş (vəfat etmiş) və şəhid statusu verilmiş müvafiq hərbi qulluqçuların dövlət səviyyəsində dəfn mərasimlərin keçirildiyini, habelə yuxarıda adıçəkilən qərarın 2016-cı il 29 sentyabr tarixdə qüvvəyə mindiyini nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq iddiaçı X4 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsini rəhbər tutaraq işə iştirakımız olmadan baxasınız. İşdə olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-56-3/2-757/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 2023-cü il 18 aprel tarixli, 2-1(120)-2094/2023 saylı məktubunuz ilə əlaqədar bildiririk ki, xx.xx.2013-cü il tarixdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Kürdəmir rayonunun Topalhəsənli kənd sakini X1 yas mərasiminin keçirilməsi ilə bağlı ailəsinə Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən heç bir maliyyə yardımı ayrılmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2016-cı il tarixli 374 nömrəli qərarının: 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilsin. Həmin qərarın 2-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsinə əsasən hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) tərəfindən yaşadığı yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə aşağıdakılar təqdim edilməlidir. Həmin qərarın 2-ci bəndinə əsasən həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlilərin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmri; Həmin qərarın 2.2-ci bəndinə əsasən ehtiyatda və istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə; Həmin qərarın 3-cü bəndinə əsasən 2.1-ci və 2.2-ci yarımbəndlərdə göstərilən sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və X3 Xidmətinin, Azərbaycan Respublikası Strateji X8 Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi hissə (müəssisə, idarə və təşkilatı), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən verilir. Həmin qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 (üç) iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ödənilməsini təmin edir. Həmin qərarın 5-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidin dəfn mərasiminin təşkili üçün 3000 manat maliyyə yardımının verilməsindən imtinası qanuna zidd sayıla bilməz. Məhkəmə, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, sadalanan qanunvericilik normaları ilə müəyyən edilir ki, sırf dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilməsi məqsədi ilə yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində pul vəsaiti ödənilir. İddiaçının şəhid X12 xx.xx.2013-cü il tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş və ondan 3 il sonra 29 sentyabr 2016-cı il tarixli, 374 nömrəli Qərar qəbul edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “şəhidin dəfn mərasiminin təşkili üçün 3000 manat maliyyə yardımının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “şəhidin dəfn mərasiminin təşkili üçün 3000 manat maliyyə yardımının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-540/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-540/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver