Məhkəmə qərarları › İş №2-1(120)-543/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-543/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-543/2020 22.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X4 (Biləsuvar şəhəri, S.Vurğun prospekti, ev 74-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X11 Biləsuvar rayon şöbəsinə qarşı hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuş, Biləsuvar şəhəri, S.Vurğun prospekti, ev 68dəyaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X11 Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, **********5 nömrəli məktubla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi müxtəlif sahələrdə işləyərək qazanmış olduğu 5 il sığorta stajını, sosial sığorta stajı kimi müəyyən edərək cavabdehin üzərinə xx.xx.2017-ci il tarixdən 2 qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi pensiya kapitalını sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı xx.xx.1993-cü ildə ünvan 1 anadan olmuş, hal-hazırda həmin ünvanda yaşayır. xx.xx.2011-ci il tarixdən 2-ci qrup əlillik növü üzrə sosial müavinət alır. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi müxtəlif sahələrdə işləyərək 5 il sosial sığorta stajı qazanmışdır. İddiaçı 2-ci qrup əlilliyə görə əmək pensiyası almaq üçün 2017-ci ilin mart ayından Dövlət X11 Biləsuvar rayon şöbəsinə müraciətlər etmiş, Dövlət X11 Biləsuvar rayon şöbəsi ona xx.xx.2019-cu il tarixli, **********5 nömrəli imtina məktubu vermişdir. Cavabdeh 2017-ci ilin iyulun 1-nə kimi olan qanunvericiliklə yox, hazırki qanunu tətbiq etməklə iddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyasının düşmədiyini bildirmişdirlər. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X11 Biləsuvar rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət X11 Biləsuvar rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsini, sahibkarlıq uçotu haqqında şəhadətnaməsini, dövlət sosial sığorta şəhadətnaməsini, Dövlət X11 Biləsuvar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********7 nömrəli arayışını, əmək kitabçasının surətini, X1 sonuncu müayinəyə dair məlumatın surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X6 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdehBiləsuvarrayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X14 Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X14 adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya X15 Komissiyasının SER TSE-02-188390 nömrəli müayinə aktına əsasən xx.xx.2011-ci il tarixdən 2-ci dərəcəli əlil növü üzrə sosial müavinət təyin olunmuşdur. İddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə tələb olunan sosial sığorta stajı yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuş, Biləsuvar şəhəri, S.Vurğun prospekti, ev 74-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.2011-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Biləsuvar rayon Asif Abdulov adına məktəbdə xadimə işləmişdir. İşdə olan Dövlət X11 Biləsuvar rayon şöbəsinin ştampı ilə təsdiq edilmiş sosial arayışdan (cədvəldən) görünür ki, 2011-2017-ci illərdə İddiaçı adına məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında (VÖEN) ********** nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 6 saylı X9 qeydiyyatdadır. İşdə olan **********123 nömrəli dövlət sosial sığorta şəhadətnaməsinin surətindən görünür ki, həmin şəhadətdamə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı məxsusdur. İşdə olan Dövlət X11 Biləsuvar rayon şöbəsinin iddiaçıya ünvanladığı xx xxxxxxx 2019cu il tarixli, **********5 nömrəli imtina məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il 9 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1800,80 manat pensiya kapitalı vardır. Bu səbəbdən sosial müavinətin əlilliyə görə əmək pensiyası növünə keçirilməsi mümkün deyildir. İşdə olan Dövlət X11 Biləsuvar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********7 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi (qəyyumu anası-X5) sağlamlıq imkanları məhdud 18 yaşadək sosial müavinət almış və 18 yaşı tamam olduqdan sonra X15 Komissiyasının SER TSE-02-188390 nömrəli müayinə aktına əsasən ona xx.xx.2011-ci il tarixdən 2-ci dərəcəli əlil növü üzrə öz adına sosial müavinət təyin olunmuşdur. İddiaçı hal-hazırda şöbədən xx.xx.2021-ci il tarixə kimi aylıq məbləği 130 manat olmaqla 2-ci dərəcəli əlil kimi sosial müavinət alır. İşdə olan Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə X1 təkrar müayinə edilmiş və ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Mujgan Heydərova xx.xx.2016-cı il tarixdə təkrar müayinə olunmuş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İşdə olan Dövlət X11 Biləsuvar rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd etmişdir ki, TSEK tərəfindən xx.xx.2014-cü il tarixdən İİ dərəcəli əlilliyi qiymətləndirilmişdir. İddiaçı hal-hazırda İƏ dərəcəli əlil kimi aylıq məbləği 130 manat məbləğində sosial müavinət alır. xx xxxxxxx 2010-cu il tarixli, 4027 saylı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.3-cü bəndinə əsasən halhazırda İddiaçı müavinətdən əlilliyə görə əmək pensiyası növünə keçirilməsindən ötrü 5 il sığorta stajı, fərdi hesabının sığorta hissəsində 9000 manat pensiya kapitalının olması tələb olunur. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək5 il 9 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1800,80 manat pensiya kapitalı olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəliAzərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olan“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxildir. Мəhkəmə cavabdehin pensiyanın təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə, iddiaçıya məxsus 096341 nömrəli, xx.xx.2011-ci il tarixli əmək kitabçasını və Dövlət X11 Biləsuvar rayon şöbəsinin ştampı ilə təsdiq edilmiş sosial arayışı (cədvəli) mötəbər sübut kimi qəbul edir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi iş illəri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajını (5 il) topladığından o, xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia tələbi təmin olunmalı, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Dövlət X11 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il kimi işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Dövlət X11 Biləsuvar rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar