Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-544/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “cavabdehin yenidən araşdırmaqla əmək pensiya işinin qeyd edilən illər üzrə (əmək kitabçasında qeyd edilən illəri) iş stajı kimi qəbul edərək tam hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “cavabdehin yenidən araşdırmaqla əmək pensiya işinin qeyd edilən illər üzrə (əmək kitabçasında qeyd edilən illəri) iş stajı kimi qəbul edərək tam hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun, yaş həddinə görə pensiya hüququ 24 mart 2020-ci il tarixində yaranmış ancaq yeni qaydalara görə tətbiq edilən vaxt müddətini bilmədiyi üçün yaşa görə pensiya üzrə müraciyyətini aprel 2021-ci il tarixinə yəni gec etmişdir. Pensiya hesablamaları ilə əlaqədar 2-3 dəfə 7-saylı regional ərazi filalında olmuş tərəflərindən tələb edilən sənədləri (hansını tapa bilmişəmsə) filala təqdim etmişdir. Apardığı sorğuya əsasən əmək kitabçasında işlədiyi illər üzrə qeyd edilən idarələrdən işlədiyi hər bir il üçün 12- ayı olmaqla əmək haqqı arayışı tələb ediblər. Arayışları hazirda fəliyyəti olan müəssisələrdən alıb filala təqdim etmişdir. 1976,1979-1987 və 2002 -2003-cü illərə görə aşağıda adları cəklən idarə və müəssisələrdən illər üzrə əmək haqqı arayışlarını ala bilmədiyi üçün ona o dövürlərə görə pensiyya hesablanmamışdır. Bu idarə bə müəssisələrin hər biri tərəfindən fəaliyyətinin müddətini (yəni işə girib - görünsədə işlədiyi illər filal tərəfindən staj kimi pensiya hesablanması qəbul edilməmişdir və bu illərə hesablama aparılmadır. 7-saylı filal əmək kitabçasında qeyd edilən təşkilatlara işləməyi barədə Dövlər Arxivlərinə sürgü edib və əmək kitabçasında qeyd edilən müəsissə və təşkilatlarda işlədiyi bildiriblər ancaq bu surğulara baxlayaraq yenədə mütəxəsis tərəfindən 11 il iş stajım pensiya hesablanmasına qəbul edilməmişdir. Belə ki, 1976-1977-ci il tarixlərində Kasbmorburstroy- Trestdə gözətçi işləməyi, 1978-1980-cı illərdə X15 Texnika Birliyində, 1980-1981-ci il Astara Rayon Maşin Hesablama Stansiyasınad (aylar azaldılmaqla tam götüraüməmişdir), 1981-1988-ci il Azərbaycan SSR-İ Məişət Xidməti Nazirliyin Astara Rayon Məişət Xidməti İdarəsi (bu barədə Məişət Xidməti Nazirliyin arxivindən işləməyini təsdiq edən əmir və tarixini özləri tapa bilmişdirlər). 1987-2014-ci ilə kimi Ekologiyya və Təbbi Sərvətlər Nazirliyinin Astara Rayon Meşə Mühafizəsi Müəssisəsində 27-28 il fasiləsiz işəmiş buna baxmayaraq işlədiyi 2002- 2003-cü il yəni dediklərinə görə hazırki qurum bu 2-ilə əmək haqqı arayışı təqdim etmədiyinə görə pensiya ili azaldılmışdır. Əvəllər bu müəssisə 1987-ci ildə Meşə Təsərüfatı adlanmış və X5 tabeli idi 2001- ci ilin dekabr tarixində Meşə Təsərrüfatı Nazirliyi Eko və Təbii Sərvətlər Nazirliyin tərkibinə verildiyi üçün onlarda işdən azad edərək ,yenidən ETSN-nə işə qəbul etdilər 1987-ci ildən Meşə Təsərüfatına vəzifəyə keçməyinə baxmayaraq onun Məişət Xidməti Kombinatından mütəxəsis olmadığına görə 1988- ci ilin fevral ayında 6-ay sonra işdən azad etmiş və işlədiyi müddətdə hər iki müəssisədən aldığı əmək haqqından iki qat 25 faiz DSMF-na ödəməsi olmuşdur. 1970-1972-ci il də Azərbaycan SSR- X16 Təhsili Komitəsinin Bakı Şəhər 2-saylı Texniki Təcrübə Məktəbində Qaz istisimar üzrə oxumuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən tərəflər məhkəmə iclasında iştirak etmişdirlər. Şifahi məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı R.İddiaçı iddia ərizəsində xx.xx.1978-xx.xx.1980-cı il dövr üzrə Azərselxoztexnika müəssisəsində, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.2004-xx.xx.2005-ci il dövr üzrə Astara rayon Meşə Təsərrüfatında, xx.xx.1980-xx.xx.1981-ci il dövr üzrə əməkhaqqı almadığı 5 ay müddətin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş edir. Qeyd edirlər ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt əsasında xx.xx.2019-cu il tarixində iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının cavabdeh orqan tərəfindən sosial sığorta stajına daxil edilən əmək fəaliyyəti müddəti 26 il 03 ay 16 gün təşkil edir. Onun xx.xx.1978-xx.xx.1980-cı il dövr üzrə Azərselxoztexnika müəssisəsində, xx.xx.1987-xx.xx.1992, xx.xx.2004-xx.xx.2005-ci il dövr üzrə Astara rayon Meşə Təsərrüfatında, xx.xx.1980- xx.xx.1981-ci il dövr üzrə Astara rayon Statistik İdarəsində əməkhaqqı almadığı 05 ay müddət, ümümilikdə, 08 il 07 ay 23 gün olmaqla sosial sığorta stajına daxil edilməmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı T.R.Hüsevnovun iddia tələbi qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanılara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 17552333 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional filialının məhkəməyə ünvanladığı 26 yanvar 2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Azərselxoztexnikada işlədiyi illərin əmr və əmək haqqı kitabları təhvil verilmədiyi üçün 1 il 10 ay 6 gün, əmək kitabçasında qeyd olunmuş xx.xx.1987-ci ildən xx.xx.1992-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Astara rayon Meşə təsərrüfatında işlədiyi illərdə əmək haqqı almadığı müddət 6 il 4 ay 17 gün, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Astara rayon statistik idarəsində işlədiyi müddətdə iyun, iyul, avqust, sentiyabr, oktyabr aylarında əmək haqqı almadığı müddət 5 ay cəmi 8 il 7 ay 23 gün. İddiaçı mübahisəsiz sığorta stajı aşağıdakı illərdir: 01,09.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixdək -Peşə məktəbində təhsil aldığı müddət 1 il 10 ay 4 gün, xx.xx.1972-ci il tarixdən xx.xx.1978-ci il Bakı Maliyyə Texnikomunda təhsil aldığı müddət 5 il 6 ay 2 gün, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək (əmək haqqı aldığı müddət) Astara rayon məişət xidmət idarəsində işlədiyi müddət 5 il 11 ay 10 gün, xx.xx.1992-ci ildən 31,12.2003-cü ilədək Astara rayon Meşə təsərrüfatında işlədiyi illərdə əmək haqqı aldığı müddət 12 il, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Astara rayon statistik idarəsində işlədiyi müddətdə əmək haqqı aldığı müddət 1 il, cəmi 26 il 3 ay 16 gün təşkil edir. Qeyd xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixdək Kaspmorburstroy trestində işlədiyi müddət və xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət təhsil dövrü ilə eyni vaxtda olduğu üçün üst-üstə düşən stajlardan biri hesablanır (yəni nəzərə alınmışdır). Qeyd olunmuş Kaspmorburstroy trestin, X10 birliyinin, Astara rayon məişət xidməti idarəsinin fəaliyyətinə dair Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemi üzrə müvafiq alt sistemdə heç bir məlumat aşkar edilməmişdir və göstərilən illərdə sığorta ödənişlərinə dair DSMF-nin 1 saylı Lənkəran-Astara regional filialında məlumatlar mövcud deyildir. Astara rayon Statistika İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Astara rayon X7 hal- hazırda fəaliyyətin olmasına dair məlumatlar aşkar edilmişdir. İşdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, məhkəmənin xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq bildirirlər ki, Astara rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 2018-ci ilin iyun ayında ləğv olunaraq X12 Təsərrüfatı Mərkəzinin tərkibinə daxil olunmuşdur. İşçilərin əmək haqqı qeydiyyatı kitablarından başqa heç bir sənəd yəni, əmək haqqı hesablama cədvəlləri, tabellər, ödəniş cədvəlləri, ödəniş tapşırıqları Mərkəzə təqdim olunmamışdır. Onları tələb edəndə mövcüd olmadığını bildirmişlər. İddiaçı yazılmış illər üzrə əmək haqqı arayışı ancaq qeydiyyat kitabına əsasən tərtib olunmuşdur. 1988 və 2004-cu illərin əmək haqqı qeydiyyat kitabları mövcüd olmadığı üçün həmin illərin yazılması mumkun deyildir. İşdə olan Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli məktubundan görünür ki, Kasbmorburstroy-Trest, X10 Texnika Birliyin 1978-1980-ci illərin, Astara rayon X2, Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Astara rayon X3 arxiv sənədləri rayon arxivinə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə baza və arxiv məlumatlarına əsasən "Kasbmorburstroy” trestinin 1976- 1977-ci illərdə vəhal-hazırda, X10 TexnikiBirliyin1978-1980-cı illərdə və hal-hazırda, Astara rayon Masın Hesabiama Stansiyasının 1980-1981-ci illərdə və hal-hazırda, Azərbaycan SSR-i MəişətXidməti Nazirliyinin Astara Rayon Məişət İdarəsinin 1981-1988-ci illərdə və hal-hazırda, vergi ödəyicisi kimi qeydiyyatda olması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində məlumat aşkar edilmədi Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Astara rayon Meşə Mühafizəsi və X6 və Təbbi Sərvətlər Nazirliyinin xx.xx.2001 -ci il tarixli 226/Ü saylı Əmri ilə ləğv edilmiş X8 bazasında xx.xx.2001 -ci il tarixli 228/Ü saylı Əmri ilə yaradılmışdır. Astara rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi xx.xx.2004-ci il tarixli vergi ödəyicisinin-hüquqi şəxsin uçota alınması haqqında Ərizəsinə (VÖEN: **********) əsasən vergi uçotuna alınmışdır. Astara rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi xx.xx.2019-ci il tarixdə ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Astara Rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kasbmorburstroy-Tresti, X10 Texnika Birliyi, Astara Rayon Maşın Hesablama Stansiyası, Azərbaycan SSR-i Məişət Xidməti Nazirliyinin Astara Rayon Məişət İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Astara Rayon Meşə Mühafizəsi müəssisəsinə dair Astara Rayon Statistika İdarəsində məlumat mövcud deyildir. Məlumat üçün bildirirlər ki, Astara Rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsi 19 iyun 1996-cı ildən 04 yanvar 2019-cü ilədək statistik vahidlərin Dövlət Reyestrində Astara rayonu üzrə qeydiyyatda olmuşdur. Bununla yanaşı bildirirlər ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X13 1 saylı Lənkəran- Astara regional filialına müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətinə əsasən yenidən hesablanma apararaq pensiyanı 317,50 manatdan 323,93 manata çatdırmışdır və yaranmış fərq məbləğini iddiaçının kart hesabına ödəmişdir. Lakin İddiaçı işlədiyi xx.xx.1978-xx.xx.1980-cı il dövr üzrə Azərselxoztexnika müəssisəsində, xx.xx.1987xx.xx.1992, xx.xx.2004-xx.xx.2005-ci il dövr üzrə Astara rayon Meşə Təsərrüfatında, xx.xx.1980- xx.xx.1981-ci il dövr üzrə Astara rayon Statistik İdarəsində əməkhaqqı almadığı 05 ay müddət, ümümilikdə, 08 il 07 ay 23 gün olmaqla sosial sığorta stajına daxil edilməmişdir. Cavabdeh inzibati orqan imtinasını və məhkəmə icraatı zamanı etirazını onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək Azərselxoztexnikada işlədiyi illərin əmr və əmək haqqı kitabları təhvil verilmədiyi üçün 1 il 10 ay 6 gün, əmək kitabçasında qeyd olunmuş xx.xx.1987-ci ildən xx.xx.1992-ci il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Astara rayon Meşə təsərrüfatında işlədiyi illərdə əmək haqqı almadığı müddət 6 il 4 ay 17 gün, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Astara rayon statistik idarəsində işlədiyi müddətdə iyun, iyul, avqust, sentiyabr, oktyabr aylarında əmək haqqı almadığı müddət 5 ay cəmi 8 il 7 ay 23 gün mübahisəli dövr hesab edildiyindən sosial sığorta stajına daxil edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixənədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxıılaraq, sığortaolunanana əmək pensiyası təyin edilir. Qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təəsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Əlavə olaraq cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubunda qeyd etmişdir ki, İddiaçı əmək pensiyası yenidən hesablanmış və mübahisəsiz illər üzrə pensiya məbləği illər üzrə indeksləşdirilərək xx.xx.2021-ci il üzrə 310,08x11,4%=345,43 manat, xx.xx.2022-ci il üzrə isə 345,43x3,4%=357,17 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmamış, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən yenidən hesablamalar aparmış, hər yoxlama üzrə fərqli pensiya məbləğləri müəyyən etmiş və təqdim etdiyi sorğu cavablarına fərqli məlumatlar qeyd etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan İddiaçı işlədiyi xx.xx.1978-xx.xx.1980-cı il dövr üzrə Azərselxoztexnika müəssisəsində işlədiyi illərin əmr və əmək haqqı kitabları təhvil verilmədiyi üçün mübahisəli hesab etmişdir. Lakin İddiaçı təqdim etdiyi əmək kitabçasında mübahisəli kimi göstərilən dövr tam formada qeyd edilmişdir. əmr və əmək haqqı kitablarının arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Həmin dövrlər üzrə müəssisənin fəaliyyətdə olan müəssisə olub-olmaması inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı həmin dövrlərdə işlədiyini və əmək haqqı aldığını bildirmişdir. Cavabdeh İddiaçı işlədiyixx.xx.1987-xx.xx.1992, xx.xx.2004-xx.xx.2005-ci il dövr üzrə Astara rayon Meşə Təsərrüfatında illərdə əmək haqqı almamasını bildirərək həmin dövrü mübahisəli hesab etmişdir. həmin dövrlər iddiaçının əmək kitabçasında qeyd edilmiş və həmin fakt məhkəmə sorğusu nəticəsində təqdim edilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X12 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışlarında da öz əksini tapmışdır. Belə ki, həmin məktub və arayışdan görünür ki, Astara rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 2018-ci ilin iyun ayında ləğv olunaraq X12 Təsərrüfatı Mərkəzinin tərkibinə daxil olunmuşdur. İşçilərin əmək haqqı qeydiyyatı kitablarından başqa heç bir sənəd yəni, əmək haqqı hesablama cədvəlləri, tabellər, ödəniş cədvəlləri, ödəniş tapşırıqları Mərkəzə təqdim olunmamışdır. Onları tələb edəndə mövcüd olmadığını bildirmişlər. İddiaçı yazılmış illər üzrə əmək haqqı arayışı ancaq qeydiyyat kitabına əsasən tərtib olunmuşdur. 1988 və 2004-cü illərin əmək haqqı qeydiyyat kitabları mövcüd olmadığı üçün həmin illərin yazılması mümkun deyildir. Məktuba əmrin surəti və əmək haqqı arayışı əlavə olunmuşdur ki, həmin əmək haqqı arayışında iddiaçının xx.xx.1987-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi aylar tam qeyd edilmişdir. Lakin cavabdeh inzibati orqan bu məsələlərə diqqətsiz yanaşmış, bu barədə hər hansı araşdırma aparmamışdır. Bu baxımdan müraciətə təkrar baxılan zaman və iddiaçının həmin dövrləri ilə bağlı araşdırma apararkən cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından əsaslı və ətraflı araşdırma aparmalıdır. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla iddiaçının yaşa görə əmək pensiyasını hesablamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparmamış, işin faktiki və hüquqi halları tam müəyyən etməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional filialının üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-544/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-544/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver