Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-548/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, erməni silahlı birləşmələrinə qarşı 28.N4.1993-cü ildən N3.N2.1994-cü ilədək N saylı hərbi hissənin tərkibində (əsas MN N7.1N.2N19-cu il tarixli 14887 nömrəli arxiv arayışı) döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmağı məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona cavab verərək, döyüşlərdə iştirakını dolayısı ilə inkar etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin imtina məktubu əsassızdır, bununla razı deyildir. Belə ki, o, arxiv arayışından göründüyü kimi 28.N4.1993-cü ildən N3.N2.1994-cü ilədək N saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur və döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 may 2N2N-ci il tarixli 11/2378 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının xidmətə daxil olması barədə məlumat var. İddiaçının hərbi biletində 6-cı səhifədə qeyd edilib ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb. Sonradan barəsində hərbi hissəni özbaşına tərk etdiyi üçün (xidmət yerinə qayıtmamaq) 17.1N.1997-ci ilin Amnistiya aktı tətbiq edilmişdir (hərbi bilet 23-cü səhifə). İddiaçı müalicə müəssisəsinə getmiş və bir daha qulluq yerinə qayıtmamışdır. Burda hər hansı bir bəraətverici əsas yoxdur. Ümumiyyətlə, iddiaçının hərbi biletində N nömrəli hərbi hissədə xidmət keçməsi barədə məlumat yoxdur. N nömrəli hərbi hissənin verdiyi arayışda qeyd edilib ki, N nömrəli hərbi hissənin əsgəri 29.N1.1994-cü il tarixdən N3.N2.1994-cü ilədək müalicə alıb. Sonradan iddiaçının harda olması barədə sübut və məlumat yoxdur. Xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə məlumat yoxdur. Odur ki, iddiaçıya komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. İddiaçı tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12.N9.2N11-ci il tarixdə Lənkəran ŞRPŞ tərəfindən verilmiş Seriya AZE N9464581 nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı 27.N1.1975-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin N7.1N.2N19-cu il tarixli 9/2-14887 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin 28.N4.1993-cü il tarixli 118 №-li nizami hissə üzrə əmrilə (əsas; səh 13, § 2, sıra 12N) İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 7N4 №-li hərbi hissə komandirinin 29.N4.1993-cü il tarixli 1N7 №-li əmrilə (əsas; səh 33, § 11, 14N) İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 26.N9.1993-cü il tarixli 269 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 41, § 3, sıra 22) sıravi Axundov X1 döyüş bölgəsinə göndərilmişdir. N №-li hərbi hissə komandirinin 31.N1.1994-cü il tarixli N №-li əmrində (əsas: səh 3N, § 2, sıra 6, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəyə daxil edilərək, qazan təminatına qoyulmuş xəstələrin siyahısında N №-li hərbi hissənin sıravisi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N3.N2.1994-cü il tarixli 24 №-li əmrində (əsas: səh 36, §3, sıra 12, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi hissəsi N №-li yazılmışdır) qazan təminatından çıxarılmış xəstələrin siyahısında N №-li hərbi hissənin sıravisi İddiaçı adı qeyd edilmişdir. 7N4 (741) №-li hərbi hissə komandirinin yanvar-fevral, dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İş materialında olan İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 6-cı səhifəsində İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması, həmçinin 23-cü səhifəsində Azərbaycan Respublikası Milli Məclisinin amnistiya aktına əsasən onun 17.1N.1997-ci il tarixdən əvvəlki xidmətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinə hesablanmadığı qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 28.11.2N19-cu il tarixli 1/A-169N8 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizə «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 22.11.2N19-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin N7.1N.2N19-cu il tarixli 9/2-14887 nömrəli arayışına əsasən N3.N2.1994cu il tarixdən sonrakı xidmətiniz barədə məlumat olmadığına görə Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı N №-li hərbi hissə komandirinin 28.N4.1993-cü il tarixli 118 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 7N4 №-li hərbi hissə komandirinin 29.N4.1993-cü il tarixli 1N7 №-li əmrilə İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 26.N9.1993-cü il tarixli 269 №-li nizami hissə üzrə əmrilə sıravi Axundov X1 döyüş bölgəsinə göndərilmişdir. N №-li hərbi hissə komandirinin 31.N1.1994-cü il tarixli N №-li əmrində hərbi hissəyə daxil edilərək, qazan təminatına qoyulmuş xəstələrin siyahısında N №-li hərbi hissənin sıravisi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N3.N2.1994-cü il tarixli 24 №-li əmrində qazan təminatından çıxarılmış xəstələrin siyahısında N №-li hərbi hissənin sıravisi İddiaçı adı qeyd edilmişdir. 7N4 (741) №-li hərbi hissə komandirinin yanvar-fevral, dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin 6-cı səhifəsində onun hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması, həmçinin 23-cü səhifəsində Azərbaycan Respublikası Milli Məclisinin amnistiya aktına əsasən 17.1N.1997-ci il tarixdən əvvəlki xidmətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinə hesablanmadığı qeyd edilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 1N-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2N18-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Əsasnamənin 1-ci bəndinə edilmiş qeyddə göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. «Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 17.1N.1997-ci il tarixli, 383-İ QR qərarının 9-cu bəndinə əsasən qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 23.N1.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. 7N4 (741) №li hərbi hissə komandirinin yanvar-fevral, dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Hərbi biletində isə hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması və Azərbaycan Respublikası Milli Məclisinin amnistiya aktına əsasən onun 17.1N.1997-ci il tarixdən əvvəlki xidmətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinə hesablanmadığı qeyd edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmadığından, yəni ona amnistiya aktı tətbiq edildiyindən onun müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-548/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-548/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver