Məhkəmə qərarları › İş №2-1(120)-549/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-549/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-549/2023 11.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ölüm haqqında akt qeydində dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 11 may 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata adı və soyadının dəyişdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, “xx.xx.2009cu il tarixdə Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində anasının adına tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”dan “Paşayeva”ya, ata adının “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhumə X6 onun doğma anasıdır. 1925-ci ildə anadan olmuş, xx.xx.2008-ci ildə vəfat etmişdir. Anası yaşadığı müddətdə uzun müddət X6 adı ilə Ağcabədi rayon Böyük Kəhrizli kəndində yaşamışdır. Anası vəfat etdikdən sonra ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq istəsə də bu mümkün olmamışdır. Belə ki, onun doğum haqqında şəhadətnamədə və qardaşının şəhadətnaməsində anası X3 yazılmışdır. Verilən sənədlərin həqiqiliyini müəyyən etmək məqsədi ilə Cavabdehndən valideynlərinin nikah şəhadətnaməsini aldıqda anasının qızlıq familyasının “Hüseynova”, ailə qurduqdan sonra isə “Paşayeva” olduğu qeyd edilmişdir. Göründüyü kimi onun doğum haqqında şəhadətnaməsində mərhum anasının adı X10 göstərilmiş və bu fakt nikah haqqında şəhadətnamədə də təsdiqini tapmışdır. Ona görə də mərhumə anasının X3 tanınması barədə Cavabdehnə müraciət etmişdir ki, sənədlərdə müvafiq düzəliş aparılsın və yol verilmiş səhv düzəldilsin. Lakin Cavabdehndə məsələyə baxıldıqdan sonra “soyad” “ata” adında düzəlişin edilməsi üçün əsaslar olmadığı qeyd edilərək məhkəməyə müraciət etməyinin zəruriyyəti göstərilmişdir. Bu səbəbdən də ad və soyadın dəyişdirilməsi vəzifəsinin vəzifəli şəxsin üzərinə qoyulması zəruriyyəti yarandığı üçün məhkəməyə müraciət edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2009-cu il tarixdə Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində anasının adına tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”dan “Paşayeva”ya, ata adının “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-189/09 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2009-cu il tarixdə Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”, ata adı “Əyyub”, təqdim olunan sənədlərdə isə soyadı “Paşayeva”, ata adı “Səməd” yazılmışdır. Eyni zamanda onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxlər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün xx.xx.2009cu il tarixdə Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”dan “Paşayeva”ya, ata adı “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/70-562/69 nömrəli Arayışdan görünür ki, X11 və X4 nikahı haqqında 18 mart 1946-cı il tarixdə 01 №-li akt qeydi ilə tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. Qeyd: Nikaha İ.S.Paşayev xx.xx.1981-ci ildə ölməsi (ölüm xx.xx.1982-ci ildə 02 №-li akt qeydi ilə Ağcabədi rayonu, Kəhrizli kənd İƏN-də dövlət qeydiyyatına alınmış), Ş.S.Paşayeva xx.xx.2008-ci ildə ölməsi (ölüm xx.xx.2009-cu ildə 01 №-li akt qeydi ilə Ağcabədi rayonu, Kəhrizli kənd İƏN-də dövlət qeydiyyatına alınmış) ilə bağlı xitam verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, xx/xx-2220/69 nömrəli Arayışdan görünür ki, İddiaçı xx xxxx 1951-ci ildə Ağcabədi rayonu, Kəhrizli kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1951-ci il tarixdə Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 11 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X11; Anası: X10. İş materiallarında olan Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2003-cü il tarixli, АЗ-İ № 667280 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1950-ci ildə Ağcabədi rayonu, Kəhrizli kəndində anadan olmuşdur. Həmin şəhadətnamədə onun valideynləri kimi X11 oğlu və X10 göstərilmişdir. İş materiallarında olan Ağcabədi rayonu, Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ъi il tarixli АЗ-İİ № 152698 nömrəli «Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 31 dekabr 2008-ci il tarixdə Ağcabədi rayonunun Böyük Kəhrizli kəndində vəfat etmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Əsas Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - övladlığa götürmə barədə məhkəmənin qərarı; - nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; - adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; - yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; - övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; - atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; - atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi; - cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi; - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. Əsas Müddəaların 8-ci bəöndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı 18 may 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2009-cu il tarixdə Ağcabədi rayonu Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”, ata adı “Əyyub” yazılsa da, təqdim olunan sənədlərdə soyadı “Paşayeva”, ata adı “Səməd” yazılmışdır. ünvan 3 ünvanladığı 02 noyabr 2022-ci il tarixli məktubunun məzmunundan isə müəyyən olunur ki, X1 rayonunun Kəhrizli kəndində yaşamış və 31 dekabr 2008-ci ildə vəfat etmişdir. X7 çoxdan vəfat etmiş, oğlanları Elxan Paşayev Bakı şəhərində, İddiaçı isə Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayır. X2 nikahının X6 ilə deyil, X10 ilə bağlanması, Elxan və İddiaçılərin doğum haqqında akt qeydlərində atalarının X11; analarının isə X10 yazılması, X6 ilə X5 doğum və ölüm tarixlərinin eyni olması məhkəməyə Ağcabədi rayonu Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydində 31 dekabr 2008-ci ildə vəfat etmiş şəxsin X6 deyil, məhz X10 olduğu qənaətinə gəlməyə tam əsas verir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı anasının ölümünə dair xx.xx.2009-cu il tarixdə Ağcabədi rayon Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”dan “Paşayeva”ya, ata adının “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi ilə yetərli əsaslar təqdim etdiyindən, Cavabdeh imtinası qanuna zuddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı anası X5 ölümünə dair xx.xx.2009-cu il tarixdə Ağcabədi rayon Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində anasının adına tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”dan “Paşayeva”ya, ata adının “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı anası X5 ölümünə dair xx.xx.2009-cu il tarixdə Ağcabədi rayon Kəhrizli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində anasının adına tərtib edilmiş 01 saylı ölüm haqqında akt qeydinin ölən şəxsin soyadı qrafasında “Ələsgərova”dan “Paşayeva”ya, ata adının “Əyyub”dan “Səməd”ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar