Məhkəmə qərarları › İş №2-1(120)-55/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-55/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-55/2020 21.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20, İddiaçı, Üçüncü şəxslər X8 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 8 saylı X23rşı “Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 8 saylı X23rşı “Cəlilabad rayonu, Maşlıq kəndində yeləşən 0,42 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(086)- 2171/2019 saylı qərardadı ilə X3 və Cəlilabad rayon Maşlıq bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(086)- 2171/2019 saylı qərardadı ilə X8, X11, X9, X10 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(086)- 2171/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)-55/2020 saylı qərardadı ilə iddia tələbinə “Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona ümumilikdə 0,42 hektar torpaq sahəsi verilmişdir. Belə ki, “Bakı fəhləsi” adına sovxozun xx.xx.1992-ci il tarixli, 14 nömrəli əmrinə və Cəlilabad Rayon XDSİK-nın xx.xx.1992-ci il tarixli, 166 nömrəli qərarına əsasən ona Cəlilabad rayonu, Maşlıq kəndində 0,12 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra Cəlilabad Rayon X22 xx xxxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə torpaq sahəsinin planı və ölçüsünə dair sənədinə əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,8 hektar torpaq sahəsi verilmişdir. Bildirir ki, dövlət aktına əsasən ona 0,30 ha torpaq sahəsi verilmişdir. Müvafiq arayışın alınmasından ötrü cavabdehə müraciət etmiş və inzibati orqanın xx xxxx 2019-cu il tarixli arayışı ilə də təsdiq edilmişdir ki, 0,22 hektar torpaq sahəsi zəbt edilmişdir. Bundan sonra o, qeyd edilən torpaq sahələrinə reyestrdən çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi üçün müraciət etmiş və ona bildirilmişdir ki, müayinə olunan torpaq sahəsi təhkim aktı ilə uyğunsuzluq təşkil edir və torpaq sahəsi üzərində başqa vətəndaşlarla mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan əlavə qeyd edir ki, mübahisəyə əsas səbəb onun xəbəri və məlumatı olmadan Cəlilabad Rayon Maşlıq bələdiyyəsi onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq torpağını satmışdır. Halbuki, ona məxsus ümumilikdə 0,42 hektar torpaq sahəsi verilmiş və 0,22 hektar torpaq sahəsinin üzərində onun tərəfindən 2005-ci ildə ev inşa edilmişdir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X18 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X6 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X26 nümayəndəsi, üçüncü şəxslər X21, X9, X19, X25 və Cəlilabad rayon Maşlıq bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X26 nümayəndəsinin, üçüncü şəxslər X11, X9, X10, X17 və Cəlilabad rayon Maşlıq bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X26 iddiaçıya ünvanladığı xx xxxx 2019-cu il tarixli, **********60 nömrəli məktubunda qeyd edilmişdir: “siz xx xxxx 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X28 Cəlilabad rayonu, Maşlıq kəndidnə yerləşən 0.12 ha torpaq sahəsinə reyestrdən çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədini almaq üçün müraciət etmisiniz. Kadastr ekspertizası zamanı müəyyən olunmuşdur ki, müayinə olunan torpaq sahəsi təhkim aktı ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsi üzərində başqa vətəndaşlarla mübahisə vardır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub işin icrasından imtina edilir və sənədlərin əsli sizə qaytarılır”. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X26 iddiaçıya ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, **********99 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X28 ünvanladığınız xx xxxxxxxx 2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, 0.12 ha torpaq torpaq sahəsinin təhkim aktında ləvğ edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi və Cəlilabad rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin möhürü və imzası yoxdur. Ərizənizdə qeyd olunan 0.22 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri təqdim edilməmişdir. X26 mütəxəssisi tərəfindən yerində araşdırılan zaman məlum olmuşdur ki, tələb etdiyiniz Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən 0.22 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Həmin 0.22 ha torpaq sahəsi Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən X14 və onun ailə üzvlərinin adına 0.23 ha həyətyanı torpaq sahəsi kimi JN-214B saylı şəhadətnamə tərtib edilmiş və onun əsasında X34 tərəfindən xx xxxxxx 2019-ci il tarixdə çıxarış verilmişdir. Həmçinin sözü gedən 0.12 ha həyətyanı torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsi tərəfindən X14 və onun ailə üzvlərinin adına 0.11 ha (1147 kv.metr) həyətyanı torpaq sahəsi kimi JN-214C saylı şəhadətnamə tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxanda qeyd olunan sənədlərdə yaranan ziddiyyətlərə görə Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və 0.22 ha torpaq sahəsinin qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Torpaq sahəsinə verilmiş şəhadətnamələrin və çıxarışının ləğv edilməsi ilə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət edə bilərsiniz. İşdə olan xx.xx.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşdə olan “Bakı” fəhləsi” adına sovxozun xx.xx.1992-ci il tarixli, 14 nömrəli əmrindən çıxarışdan görünür ki, Cəlilabad rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 66 nömrəli qərarına əsasən 0,12 hektar torpaq sahəsi Maşlıq kənd sakini İddiaçı verilmişdir. Həmçinin ona verilən yerdən kənara çıxıb artıq torpaq sahəsindən istifadə edərsə və Cəlilabad AİK-nin arxitektura şöbəsindən layihə smeta sənədləri olmadan həyətində hər hansı bir tikinti işi apararsa məsuliyyət daşıyacaqdır. İşdə olan JN 1031, kod 80617048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Cəlilabad rayon X22 xx xxxx 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 0.08 ha torpaq sahəsi Cəlilabad rayonu Maşlıq kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan “Bakı” fəhləsi” adına sovxozun 14 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 66 nömrəli qərarına əsasən 0,12 hektar torpaq sahəsi Maşlıq kənd sakini İddiaçı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X26 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, 23/2727 nömrəli arayışından görünür ki, DT və XK-nin təqdim etdiyi elektron məlumat bazasına əsasən İddiaçı adına Cəlilabad rayonu Maşlıq kəndində 2-ci keyfiyyət qrupuna aid 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.22 ha zəbt torpaq sahəsi vardır. İşdə olan xx.xx.1996-cı il tarixli torpağın təhkim aktından görünür ki, Cəlilabad rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 66 nömrəli qərarına əsasən 0,12 hektar torpaq sahəsi Maşlıq kənd sakini İddiaçı verilmişdir. Həmçinin ona verilən yerdən kənara çıxıb artıq torpaq sahəsindən istifadə edərsə və Cəlilabad AİK-nin arxitektura şöbəsindən layihə smeta sənədləri olmadan həyətində hər hansı bir tikinti işi apararsa məsuliyyət daşıyacaqdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X26 iddiaçıya ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli, **********94 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X28 ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki,təqdim etdiyiniz torpağa mülkiyyət hüququna dair JN-1031 nömrəli dövlət aktında olan torpaq sahəsi 0.08 ha göstərilmişdir. Məlumat üçün bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı X34 daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. Torpağa mülkiyyət hüququna dair JN-1031 nömrəli dövlət aktında torpaq sahəsinin 0.22 ha kimi sənədləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidmətinin 8 saylı X34 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün deyildir. İş materialında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində olan 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Muğan bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 04 saylı qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Muğan bələdiyyəsinin alqı-satqı predmeti olan 900 kv.metr və ya 0.09 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maşlıq kənd sakini İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Muğan bələdiyyəsinin alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Muğan bələdiyyəsinin 04 saylı qərarı əsasında 0,09 (900) kv.metr torpaq sahəsi X1. İş materiallarında olan torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Muğan bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 04 saylı qərarı əsasında 0,09 (900) kv.metr torpaq sahəsi X1. İş materiallarında olan mülkiyyətə verilən həyətyanı torpaq sahəsinin seçilməsi barədə aktın təsdiq olunmuş surətindən görünür ki, Maşlıq kənd sakini X5 torpaq sahəsi tanıtdırılaraq təqdim edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin xx xxxxxx 2006-cı il tarixli, 14 saylı rəyin təsdiq olunmuş surətindən görünür ki, X3 mülkiyyətinə verilməsi nəzərdə tutulan 0.09 ha torpaq sahəsi Muğan bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materialında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində olan 0,23 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3, X11, X8, X9, X10, X17 və X14 birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN 214B, kod 80617048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayon X22 xx xxxx 1998-ci il tarixli qərarı ilə 0.23 ha torpaq sahəsi X14 və onun ailə üzvləri X3, X11, X8, X9, X10, X17 mülkiyyətinə verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayonu, Maşlıq kəndində olan 0,1657 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3, X11, X8, X9, X10, X17 və X14 birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN 214a, kod 80617048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayon X22 xx xxxx 1998-ci il tarixli qərarı ilə 0.17 ha torpaq sahəsi X14 və onun ailə üzvləri X3, X11, X8, X9, X10, X17 mülkiyyətinə verilmişdir. İşdə olan JN 789, kod 80617048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayon X22 xx xxxx 1998-ci il tarixli qərarı ilə 0.81 ha torpaq sahəsi X14 və onun ailə üzvləri X3, X11, X8, X9, X10, X17 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC X31 İdarəsinin xx.xx.2020-ci il tarixli, C-084 saylı mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadda qoyulmuş suallar tərəflərin və mütəxəssislərin iştirakı ilə yerində araşdırıldı, iddiaçının iddia tələbinə görə mübahisələndirilən torpaq sahələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında X35 və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. JN-1031 (kod 80617048) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilmiş 0,08 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin naturadakı istifadə vəziyyəti arasında müəyyən fərqliliyin olmasına baxmayaraq Cəlilabad rayonu Maşlıq kəndinin kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə görə cizgisi tərtib edilməklə döngə nöqtələrinin koordinatları müəyyənləşdirildi. Bu rəyə əlavə olunmuş 1 №-li planda öz əksini tapmışdır. Cəlilabad Rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 168 saylı qərarına və "Bakı Fəhləsi” üzümçülük sovxozunun 14 saylı əmri ilə İddiaçı fərdi yaşayış evi tikməkdən ötrü verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin təhkim aktı cizgisinin istinad ölçüləri və qonşuluqları olmadığından bu həyətyanı torpaq sahəsinin cizgiyə uyğun naturadakı yerini dürüstləşdirmək müəyyənləşdirmək mümkün olmadı. Elektron məlumat bazasında İddiaçı adına zəbt torpaq sahəsi kimi qeydə alınmış, iddia tələbinə əsasən X8 faktiki istifadəsində olan Cəlilabad rayonu Maşlıq kəndinin kompleks yerquruluşu layihəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-214B nömrəli şəhadətnaməyə görə X14, X4 və ailə üzvlərinin, həm də bu şəhadətnamə əsasında **********79 reyestr nömrəli X2, X14 və ailə üzvlərinin yaşayış məntəqələrinin torpaqları kimi mülkiyyətlərinə verilmiş 0,23 ha (faktiki 0,22 hektaradək) həyətyanı torpaq sahəsinin cizgisi tərtib edilməklə döngə nöqtələrinin koordinatları naturada müəyyənləşdirildi. Bu həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçülən 5 №-li planda göstərilmişdir. İddiaçı Kami oğlunun iddia etdiyi 0.12 ha və 0,22 ha torpaq sahələri Cəlilbad rayonu Maşlıq kəndinin kompleks yerquruluşulayihəsinə və torpağa mülkiyyət hüququna dair JN- 789 nömrəli Dövlət Aktına görə X14 və onun ailə üzvlərinin (6 nəfər) mülkiyyətlərinə verilmiş üç hissəli (789/ 0,78 ha. 789A/ 0 29 ha və 789B/ 0.78 ha) cəmi 1.81 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə, həm də elektron məlumat bazasında xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********72 reyestr nömrəli X2 mülkiyyətində olan 0,09 ha, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat və **********82 reyestr nömrəli çıxarışa əsasən X3 və digər ailə üzvlərinin (6 nəfər) mülkiyyətində olan 0.1657 ha torpaq sahələri üst-üstə düşmür. İddiaçının iddia etdiyi 0.12 ha həyətyanı torpaq sahəsi Cəlilabad rayonu Maşlıq kəndinin kompleks yerquruluşu layihəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN- 214C nömrəli şəhadətnaməyə görə X14, X4 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə 0,22 ha zəbt torpaq sahəsi isə elektron məlumat bazasında xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat və **********79 reyestr nömrəli X2 və digər ailə üzvlərinin (6 nəfər) mülkiyyətində olan 0,23 ha həyətyanı torpaq sahəsi ilə tamamilə üst-üstə düşür. Mübahisə predmeti olan torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri rəyə əlavə olunmuş müvafiq nömrəli planlarda öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1414 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, JN-1031 (kod 80617048) saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilmiş 0,08 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin naturadakı istifadə vəziyyəti arasında müəyyən fərqliliyin olmasına baxmayaraq Cəlilabad rayonu, Maşlıq kəndinin kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə vəziyyətinə görə cizgisi tərtib edilməklə döngə nöqtələrinin koordinatları müəyyənləşdirildi. Cəlilabad Rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 166 saylı qərarına və “Bakı Fəhləsi” üzümçülük sovxozunun 14 saylı əmri ilə İddiaçı fərdi yaşayış evi tikməkdən ötrü verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin təhkim aktı cizgisinin istinad ölçüləri və qonşuluqları olmadığından bu həyətyanı torpaq sahəsinin cizgiyə uyğun naturadakı yerini dürüstləşdirmək, müəyyənləşdirmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Elektron məlumat bazasında İddiaçı adına zəbt torpaq sahəsi kimi qeydə alınmış iddia tələbinə əsasən X8 faktiki istifadəsində olan Cəlilabad rayonu, Maşlıq kəndinin kompleks yerquruluşu layihəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN- 214B nömrəli Şəhadətnaməyə görə X14, X3 və ailə üzvlərinin həm də bu Şəhadətnamə əsasında **********79 reyestr nömrəli X2, X14 və ailə üzvlərinin yaşayış məntəqələrinin torpaqları kimi mülkiyyətlərinə verilmiş 0,23 ha (faktiki 0,22 hektaradək) həyətyanı torpaq sahəsinin cizgisi tərtib edilməklə döngə nöqtələrinin koordinatları naturada müəyyənləşdirildi. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı iddia etdiyi 0,12 ha və 0,22 ha torpaq sahələri Cəlilabad rayonu, Maşlıq kəndinin kompleks yerquruluşu layihəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-789 nömrəli Dövlət Aktına görə X14 və ailə üzvlərinin (6 nəfər) mülkiyyətlərinə verilmiş üç hissəli (789/0,76 ha, 789A/0,29 ha və 789B/0,76 ha) cəmi 1,81 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri ilə həm də elektron məlumat bazasında xx.xx.2017-ci il tarixli ********** qeydiyyat və **********72 reyestr nömrəli X2 mülkiyyətində olan 0,09 ha, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat və **********82 reyestr nömrəli çıxarışa əsasən Şəfiqə Məmmədqulu qızının və ailə üzvlərinin (6 nəfər) mülkiyyətində olan 0,1657 ha torpaq sahələri üst-üstə düşmür. İddiaçının iddia etdiyi 0,12 ha həyətyanı torpaq sahəsi Cəlilabad rayonu, Maşlıq kəndinin kompleks yerquruluşu layihəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN- 214C nömrəli Şəhadətnaməyə görə X14, Şəfiqə Məmmədqulu qızının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi ilə, 0,22 ha zəbt torpaq sahəsi isə elektron məlumat bazasında xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat və **********79 reyestr nömrəli X7 və ailə üzvlərinin (6 nəfər) mülkiyyətində olan 0,23 ha həyətyanı torpaq sahəsi ilə tamamilə üst-üstə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cəlilabad rayonu X22 xx xxxx 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,08 ha torpaq sahəsi verilmişdir və bu barədə Torpağın mülkiyyət hüququna dair JN-1031, kod 80617048 olan Dövlət Aktı tərtib edilmişdir. Hazırda iddiaçı Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində qanuni istifadəsində olan 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əlavə zəbt kimi uzun müddət istifadə etdiyi 0,22 ha zəbt torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasını və buna dair müvafiq çıxarışın verilməsini xahiş edir. İddiaçı onun zəbtində olduğu 0,22 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması üçün heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da bu halı təsdiq edən hər hansı bir subut müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olan sənəd Cəlilabad Rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 166 saylı qərarı və “Bakı Fəhləsi” üzümçülük sovxozunun 14 saylı əmrdir. Eyni zamanda müəyyən edilmişdir ki, torpaq sahəsi ayrılarkən təhkim aktı cizgisinin istinad ölçüləri və qonşuluqları olmadığından bu həyətyanı torpaq sahəsinin cizgiyə uyğun naturadakı yerini dürüstləşdirmək, müəyyənləşdirmək mümkün deyildir. Həmçinin müəyyən edilmişdir idiaçının iddia etdiyi hər iki topraq sahələri (0,22 ha və 0,12 ha) üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. İlk öncə məhkəmə iddiaçının iddia etdiyi 0,22 ha zəbt torpaq sahəsi ilə bağlı tələbinin qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8, 8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yenə həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınmanın əsaslarının dairəsini konkret müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı 0,22 ha torpaq sahəsini qanuni əsaslarla əldə etməsini təsdiq edən sübutları, başqa sözlə həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən, eləcə də məhkəmə araşdırması zamanı da bu hallar müəyyən olunmadığından onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddia tələbinin qanuni əsasları yoxdur. İddiaçının iddia etdiyi 0,12 torpaq sahəsi ilə bağlı tələbinin əsaslığını isə məhkəmə aşağıdakı hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi Cəlilabad Rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 166 saylı qərarı və “Bakı Fəhləsi” üzümçülük sovxozunun 14 saylı əmri ilə verildiyindən işin müəyyən edilmiş faktiki hallarına həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR-nin xx.xx.1970-ci il tarixli Torpaq Məcəlləsinin tələbinə əsasən qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilmiş Torpaq Məcəlləsinin (xx.xx.1991-ci ildə qüvvəyə minmişdir) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Onu da qeyd etmək yerinə düşərdi ki, qüvədən düşmüş Torpaq Məcəlləsində müəyyən edilmiş yuxarıda qeyd eilən şərtlər hazırda qüvvədə olan Torpaq Məcəlləsində də öz əksini tapmışdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı vaxt (1992-ci ildə) və hazırda, torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin yerdə (naturada) hüdudlarının müəyyən edilməsi vacib şərtdir. Məhz həmin sənəd olduqdan sonra iddiaçıya məxsus torpaq sahəsinin dəqiq yeri və hüdudları müəyyən edilib, həmin sahəyə dair iddiaçının hüquqlarını qeydiyyata almaq mümkün ola bilərdi. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi topraq sahəsinin hüdudlarını və cəhətlərini özündə əlks etdirən hər hansı sənəd mövcud deyildir.Belə ki, iş materiallarında olan mütəxəssis və ekspert rəylərindən görünür ki, sözügedən torpaq sahəsi ayrılarkən təhkim aktı cizgisinin istinad ölçüləri və qonşuluqları olmadığından həmin torpaq sahəsinin cizgiyə uyğun naturadakı yerini dürüstləşdirmək, müəyyənləşdirmək yerini (kordinatlarını) müəyyən etmək mümkün deyildir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi hər iki torpaq sahəsi yəni Cəlilabad Rayon XDS İK-nin xx.xx.1992-ci il tarixli, 166 saylı qərarına və “Bakı Fəhləsi” üzümçülük sovxozunun 14 saylı əmri ilə İddiaçı fərdi yaşayış evi tikməkdən ötrü verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi və 0,22 ha zəbt torpaq sahəsi üçüncü şəxslərin mükiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipindən çıxış edərək hesab edir ki, üçüncü şəxslərin qeydiyyatı mübahisələndirilmədiyindən və Daşınmaz Əmlakın Dövlət Reyestrində onların adına aparılmış qeydiyyat ləğv edilmədiyindən və iddiaçının iddia etdiyi topraq sahəsi üçüncü şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyündən hazırkı iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 16.6-ci maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 8 saylı X23rşı “Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan smetadan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri 474,23 manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər (ekspertiza və mütəxəssis rəyinə görə xərc) İddiaçı tutulmalıdır və həmçinin ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 8 saylı X23rşı “Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Həmçinin torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssis xərclərinə görə 474,23 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu X15 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital bankın 1 saylı Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab № AZ23AİİB********************) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar