Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-55/2021 17.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair işə 17 dekabr 2021-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər idarəsinə qarşı «Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********560109 nömrəli qərar”ının qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 19.05.2020-ci il tarixli, 2-1(120)-904/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə 10.09.2020-ci il tarixli, 9/2161 nömrəli ekspert rəyi verilərək, inzibati iş 25.09.2020-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(120)-55/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə 19.11.2021-ci il tarixli, 9/7611 nömrəli ekspert rəyi verilərək, inzibati iş 30.11.2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2-1(120)-55/2021 nömrəli qərardadı ilə iddia tələbinə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi kimi 8 saylı ərazi vergilər idarəsində qeydiyyatdan keçmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi 27 fevral 2020ci il tarixli, **********288500 nömrəli “Kamreral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub” la dəqiqləşdirilmiş bəyannamə verilməsini tələb etmişdir. Hesab edir ki, 8 saylı Ərazi Vergilər İdarəsi 27 fevral 2020-ci il tarixli, **********288500 nömrəli “Kamreral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”u əsassızdır, qanuniliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin normalarına istinad edilməklə əsaslandırılmayıb. Məktubun yalnız son abzasında zəruri sənədlərin təqdim edilmədiyi təqdirdə Vergilər Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən vergi orqanının vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinin yenidən hesablanması hüququ xatırladılmışdır. “Öhdəliklərin yenidən hesablanması” anlayışı ona məlum olmamış, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin qəbulunda olarkən bu ifadəyə aydınlıq gətirilməmişdir. Digər tərəfdən 27 fevral 2020-ci il tarixli, **********288500 nömrəli “Kamreral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”un səbəblər bölməsində göstərilən rəqəmlərlə bağlı ondan izahat tələb edilməmişdir. Ondan yazılı izahat tələb edilmədən icrası məcburi olan 27 fevral 2020-ci il tarixli, **********288500 nömrəli “Kamreral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub”un göndərilməsi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən yenidən qanunsuz hesablama aparılmasına zəmin yaratmaqla mülkiyyət hüquqlarını pozur. Bununla bağlı iddiası Şirvan İnzibati Məhkəməsinin icraatındadır. İddia ilə məhkəməyə müraciətindən sonra cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********560109 nömrəli qərar qəbul edərək qərarın əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği bəndində göstərilən 81816,51 manat vəsaitinin həmin qərarın “Bank ödənişi təfsilatı” bölməsi ilə tutulmasına sərəncam vermişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan əlavə dəyər vergisinin bəyannaməsindən və əlavə dəyər vergisinin bəyannaməsinə (1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 nömrəli əlavələr) əlavələrdən görünür ki, İddiaçı ********** nömrəli VÖEN nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan kemiş, əsas fəaliyyəti neft məhsullarının və səmt qazının topdan satışı ilə məşğul olmaq olmuşdur. İş materiallarında olan 8 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı 27 fevral 2020-ci il tarixli, **********288500 nömrəli “Kamreral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”dan görünür ki, 11 fevral 2020ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: Vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində tərəfinizdən 01.01.2018-ci il tarixdən 31.01.2020-ci il tarixədək olan dövr ərzində elektron qaimə faktura əsasında 7428574,65 manat dəyərində (ƏDV daxil olmaqla) neft məhsulları alındığı və təqdim edilmiş bəyannamələr üzrə dövriyyənizin 7518464,77 manat (ƏDV daxil olmaqla) təşkil etdiyi müəyyən edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində müəyyən edilmiş 46418,4 manat (ƏDV daxil olmaqla) dəyərində mal qalığı nəzərə alınmaqla həmin dövr ərzində elektron qaimə faktura əsasında satılmış malın dəyəri 792000,92 manat (ƏDV daxil olmaqla) pərakəndə qaydada satılmış malın dəyəri 7364734,11 manat (ƏDV daxil olmaqla) olmaqla cəmi satış dövriyyəsinin 8156735,03 manat (ƏDV daxil olmaqla) olması ehtimal edildiyi üçün dövriyyədə 638270,26 manat (ƏDV daxil olmaqla) kənarlaşma yaranmışdır. Qeyd olunan səbəblərə görə İddiaçı dəqiqləşdirilmiş bəyannamə verilməsi tələb edilmişdir. İş materiallarında olan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə 13.02.2020-ci il tarixli, **********2321 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə (YDM-də) nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 13.02.2020-ci il tarixdən 06.03.2020-ci il tarixədək (06.03.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin aparılması qərara alınmışdır. İş materiallarında olan vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarından görünür ki, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 272,45 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 65.118,96 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin 30 mart 2021-ci il tarixli **********037200 nömrəli məktubunun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 01.01.2018-ci il tarixdən 31.01.2020-ci il tarixədək olan dövr üzrə vergi orqanına bəyannamələr təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin 15 may 2020-ci il tarixli, **********417800 nömrəli etirazdan görünür ki, İddiaçı (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13.03.2020-ci il tarixli, **********560100 nömrəli Qərarın qanunsuz hesab edilməsinə dair iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış-malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, neft məhsullarının topdansatışı elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməlidir. Neft məhsullarının topdansatışı həyata keçirilərkən elektronqaimə faktura təqdim edilmədiyi halda satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə cəlb edilməlidir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İddiaçı tərəfindən 01.01.2018-ci il tarixdən 31.01.2020-ci il tarixədək olan dövr ərzində elektron qaimə faktura əsasında Tarif Şurasının müəyyən etdiyi topdan satış qiymətləri ilə 7428574,65 manat dəyərində (ƏDV daxil olmaqla) neft məhsulları alındığı və təqdim edilmiş bəyannamələr üzrə dövriyyənin 7518464,77 manat (ƏDV daxil olmaqla) təşkil etdiyi müəyyən edilmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində 46418,4 manat (ƏDV daxil olmaqla) dəyərində mal qalığı və həmin dövr ərzində elektron qaimə faktura əsasında satılmış malın dəyəri 792000,92 manat (ƏDV daxil olmaqla) olduğu müəyyən edilmişdir. Elektron-qaimə faktura təqdim edilmədiyi üçün satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə nəzərə alınaraq, pərakəndə qaydada satılmış malın dəyəri 7364734,11 manat (ƏDV daxil olmaqla) olmaqla cəmi satış dövriyyəsinin 8156735,03 manat (ƏDV daxil olmaqla) olması ehtimal edildiyi üçün dövriyyədə 638270,26 manat (ƏDV daxil olmaqla) kənarlaşma yaranması vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə 27.02.2020-ci il tarixli **********288500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Məktubla kameral vergi yoxlamasının başa çatdırılması üçun işi üçun əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin 5 (beş) gün ərzində vergi orqanına təqdim edilməsi tələb olunsa da, qeyd olunan sənədlər təqdim edilməmişdir. Yaranmış uyğunsuzluq əsasında Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin yanvar ayı üçün 64846,51 manat ƏDV hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13.03.2020-ci il tarixli **********560100 nömrəli Qərar qəbul olunmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13.03.2020-ci il tarixli, **********560100 nömrəli Qərarın qanunsuz hesab edilməsinə dair iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə craatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli, 9/2161 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında yoxlanılan dövrdə mühasibat uçotu və vergi registirlərində olan məlumatlar hər ay ilk sənədlərdə öz əksini tapmışdır. Muhasibat uçotu məlumatları hər ay yekunlaşdırılaraq Vergilər Nazirliyinə ƏDV bəyannamələri təqdim edilmişdir. Hazırki tədqiqatla mühasibat uçotu məlumatları ilə Vergilər Nazirliyinə təqdim edilmiş bəyənnamələr üzləşdirilmiş və kənarlaşma müəyyən olmadı. Yəni, kameral vergi yoxlması zamanı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin yanvar ayı üçün 64846,51 manat ƏDV hesablanmış və “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 13.03.2020-ci il tarixli **********560100 nömrəli qərar qəbul olunmuşdur. 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul edilmiş qərar mühasibat uçotu və Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Belə olan halda bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq ekspert qeyd edir ki, hazırki ekspertiza tədqiqatı ilə iş materiallarında olan fiziki şəxs İddiaçı 2018-ci il, 2019-cu il və 2020-ci ilin yanvar ayının mühasibat uçotu məlumatları ilə hər ay təqdim edilmiş ƏDV bəyannamələrindəki məlumatların öz əksini tapdığı, bununla da 2018-ci il, 2019-cu il və 2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannamələri ilə balans məlumatları arasında heç bir uyğunsuzluq aşkar edilmədiyi müəyyən edilir. Qeyd edilir ki, hazırki aparılmış tədqiqatla Vergi qanunvericiliyinin tələbinin pozulması yəni, ƏDV azaldılması halları müəyyən olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 9/7611 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 01.01.2018-ci il tarixdən 31.01.2020-ci il tarixədək olan dövr ərzində mühasibatlıqda Neft məhsullarının fəaliyyəti pərakəndə və topdan satış qaydasında uçotu hər bir əməliyyat üzrə aparılmışdır. Qeyd edilir ki, yanacaq-doldurma məntəqəsində topdan satış həm nağd, həm də nağdsız aparıla bilər. Nağd ödəniş aparılan zaman yanacağın nəzarət kassa aparatına və post terminala vurulmaqla aparıla bilər. Nağdsız ödənişlər isə satılan mallara dair qarşı tərəfə verilən qaimə faktura əsasında həyata keçirilir. Ödəniş bank köçürmələri ilə aparılır. Pərakəndə satış üzrə aparılmış əməliyyatlar nağd qaydada aparılmalıdır. Ekspert qeyd edir ki, İddiaçı fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlaması, yoxlamanın nəticələrinə görə çıxarılmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 13.03.2020-ci il tarixli, **********560100 nömrəli qərar vergi qanunvericiliyinə aşağıdakı səbəblərə görə uyğun deyildir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Məcəllənin 3.8-ci maddəsinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir. Göründüyü kimi vergilərin hesablanması ilə bağlı qanunvericilikdə ehtimal əsasında vergilərin hesablanması nəzərdə tutulmamışdır. Digər tərəfdən, pərakəndə satışın anlayışı Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində təsbit olunmuşdur. Belə ki, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. Məcəllənin 16.1.11-7-ci maddəsinə görə pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı mallaarın (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək; Bildirilir ki, vergilərin hesablanması ilə bağlı yuxarıda göstərilən maddələrin (maddə 13.2.62. və 16.1.11-7) tələblərinə əsasən isə iş materiallarında vergi orqanı tərəfindən ehtimal ilə müəyyən edilən pərakəndə satışın həyata keçirilməsi ilə bağlı sənədlər öz əksini tapmamışdır. Belə olan halda kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci ilin yanvar ayı üçün hesablanmış vergilər və “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 13.03.2020-ci il tarixli, **********560100 nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Eyni zamanda bildirilir ki, 10.09.2020-ci il tarixli, 9/2161 saylı ilkin ekspert, rəyində cavabdeh 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən vergi ödəyicisi olan iddiaçı fiziki şəxs İddiaçı üzrə aparılmış 13.03.2020-ci il tarixli, **********560100 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın Vergi qanunvericiliyinə uyğun tərtib olunmaması, vergi ödəyicisnin fəaliyyəti üzrə həmin qərar əsasında hesablanmış vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının düzgün olmaması nəticəsinə gəlinmişdir ki, bununda səbəbləri ətraflı şəkildə həmin rəydə öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından və iş materiallarında olan sənədlərdən, o cümlədən tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək, əsas fəaliyyəti neft məhsullarının və səmt qazının topdan satışı ilə məşğul olmaq olmuşdur. Cavabdeh 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı barəsində kameral qaydada 13.03.2020-ci il tarixli, **********560100 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan qərarını belə əsaslandırmışdır ki, iddiaçı satdığı neft məhsullarının bir hissəsini Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətlərindən aşağı satdığından və bu hal həmin məhsulları topdan satılması kimi qiymətləndirildiyindən, lakin həmin mallara dair Elektron-qaimə faktura təqdim edilmədiyindən, elektron qaimə fakura təqdim edilmədən satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə nəzərə alınaraq, vergiyə cəlb olunmalıdır. İddiaçı satılan məhsullara dair bütün sənədlərinin olduğunu və 13.03.2020-ci il tarixli, **********560100 nömrəli qərar ilə razı olmadığını və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına, iddiaçının dəlillərinə və cavabdehin etirazının əsaslarına aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 50.1-ci və 50.1.13-cü maddələrinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələlərini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 58.8-ci və 58.8.3-cü maddələrinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinəşıtasnadpot , ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri (67.1.1); vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar (67.1.2); vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar (67.1.3); vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar (67.1.4); vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar (67.1.5.); vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar (67.1.6); vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar (67.1.7); vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri (67.1.8); vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar (67.1.9). Həmin Məcəllənin 67.14-cu maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehsal olunan neft məhsulları üçün vergi tutulan əməliyyatın məbləği vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında, aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləğidir. Azərbaycan Respublikası ərazisində istehsal olunan digər aksizli mallar üçün vergi tutulan əməliyyat istehsal olunan malların miqdarı hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan elektron-qaimə faktura təqdim edilmədən satılan malları Tarif Şürasının müəyyən etdiyi pərakəndə satış qiymətləri həcmində qiymətləndirərək vergi borcunun hesablanmasında haqlı olmamışdır. Başqa sözlə bu qaydada vergi borcunun hesablanması vergi qanunvericilyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinin tələbindən aydın olur ki, topdansatışla məşğul olan şəxs malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirməlidir. Bu qaydada satışı həyata keçirməyən sahibkarın məhsuliyyətinin nədən ibarət olması müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı satışını həyata keçirdiyi məhsulları topdan satdığından (bu hal cavabdeh tərəfindən mübahisə edilmir), lakin bu satışını qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədiyindən, yəni elektron qaimə faktura təqdim etməklə həyata keçirmədiyindən, bu zaman iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə uyğun (elektron qaimə faktura təqdim etmədiyinə görə) maliyyə sanksiya tətbiq edilməli idi. Yəni, iddiaçı tərəfindən neft məhsullarını topdan satdığına və buna dair elektron qaimə faktura təqdim etmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə uyğun maliyyə sanksiyası tətbiq oluna bilərdi. Yuxarıda sadalanan hüquq normalarının mətnindən açıq-aydın görünür ki, vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulmuş halı (elektron qaimə fakturanın olub-olmamasını) kameral qaydada deyil, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı müəyyən etməli və pozuntu aşkar etdiyi halda maliyyə sanksiyası tətbiq etməli idi. Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, cavabdeh inzibati orqan özü də İddiaçı məxsus obyektdə (YDM-də) operativ vergi nəzarəti həyata keçirərkən məqsədi nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında təqdim edilməsinə dair qaydalara əməl olunub-olunmamasını yoxlamaq olmuşdur. Hansı ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8-ci maddəsi maliyyə sanksiyasının tətbiqi ilə bağlı normadır. Lakin, qəbul edilmiş inzibati aktdan görünür ki, elektron qaimə faktura təqdim etmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində maliyyə sanksiyası deyil, əlavə vergi borcu hesablanmışdır. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama qaydasında vergi ödəyicisi barəsində elektron qaiməfaktura təqdim edilməməsinə görə vergi borcunun bu qaydada hesablanmasının hüquqi əsasları barədə məhkəməyə məlumat verilməmişdir. Bundan başqa məhkəmənin qənaətinə görə vergi orqanı (cavabdeh) kameral qaydada yoxlama apararkən əslində iddiaçının topdan şəkildə satdığı məhsulları pərakəndə qiymətinə uğunlaşdırmaq əvəzinə, həmin malların Tarif şurasının müəyyən etdiyi topdan satış qiymətinə uyğun olub-olmadığını müəyyən etməli idi. Çünki Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə qərarı yalnız pərakəndə satış qiymətlərini deyil, həmçinin topdan satış qiymətlərini də tənzimləyir ki, iddiaçı da satdığı neft məhsullarını topdan satışın həyata keçirmişdir, lakin satışına dair elektron-qaimə faktura sənədi təqdim etməmişdir. Cavabdeh inzibati orqan iddiaçının topdan satışla məşğul olduğunu və buna görə elektron qaimə faktura təqdim etməli olduğunu iddia etdiyi halda, belə bir sənədin təqdim edilmədiyinə görə elektron qaimə faktura təqdim edilmədən satılan malları pərakəndə satış qiymətinə uyğunlaşdırılması ilə bağlı mövqeyi (hərəkətləri) anlaşılan deyildir və bu qaydada verginin hesablanmasının hüquqi əsası yoxdur. Məhkəmə fikrini daha aydın ifadə edərək qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının pərakəndə satış ilə məşğul olduğunu iddia etmiş olsaydı və iddiaçı satılan məhsulları Tarif şurasının müəyyən etdiyi pərakəndə satış dəyərindən aşağı satmış olsaydı bu zaman satılan məhsullar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddəsinə əsaslanaraq Tarif şurasının müəyyən etdiyi pərakəndə satış dəyərinə uyğunlaşdırıla bilərdi. Yəni, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddəsinə əsaslanaraq hazırki qərarı o vaxt qəbul edə bilərdi ki, iddiaçının satdığı neft məhsullarını pərakəndə qaydada satsın və həmin neft məhsullarının dəyəri Tarif şurasının müəyyən etdiyi pərakəndə satış dəyərindən aşağı olsun. Məhz bu halda cavabdeh inzibati orqan iddiaçıdan elektron qaimə faktura tələb etməməli (çünki vergi borcunun hesablanmasında onun heç bir əhəmiyyəti yoxdur), sadəcə olaraq iddiaçının topdan və pərakəndə satdığı məhsulların Tarif şurasının müəyyən etdiyi topdan və pərakəndə satış dəyərinə uyğun olub-olmadığını müəyyən etməli və kənarlaşma olduğu halda vergi borcu hesablamalı idi. Əks halda yuxarıda qeyd edildiyi kimi elektron qaimə faktura təqdim edilmədiyinə görə maliyyə sanksiyası tətbiq oluna bilərdi. Beləliklə də məhkəmənin bu məsələdə gəldiyi yekun nəticə budur ki, elektron qaimə faktura təqdim edilmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddəsinə əsaslanaraq vergi borcunun hesablanması Vergi Məcəlləsinin tələbinə ziddir. Bu halda inzibati orqan yalnız maliyyə sanksiyası tətbiq edə bilər. Həmçinin cavabdeh inzibati orqan iddiaçının topdansatışla məşğul olduğunu iddia etdiyi halda satdığı məhsulları Tarif şurasının müəyyən etdiyi pərakəndə satış dəyərinə uyğunlaşdırması ilə bağlı mövqeyi (yanaşması) əsaslı və qanuni olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı satılan məhsulların satışını təsdiq edən sənədləri həm vergi orqanına həm də məhkəməyə təqdim etmişdir və satış sənədlərinə uyğun vergi borcunun olmadığı müəyyən edilir (ekspert rəyinə əsasən). Lakin, həmin sənədlər qanunla müyyən edilmiş sənədlər (elektron-qaimə faktura) olmadığından cavabdeh inzibati orqan tərəfindən qəbul edilməmişdir. Bundan başqa cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktı və iddiaya qarşı verdiyi etirazının dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan etirazında qeyd edir ki, iddiaçı satdığı neft məhsullarına dair Elektron-qaimə faktura təqdim edilmədiyindən, elektron qaimə fakura təqdim edilmədən satılan mallar vergiyə Tarif Şurasının müəyyən etdiyi pərakəndə satış qiymətləri ilə nəzərə alınaraq, vergiyə cəlb olunmuşdur. Lakin mübahisələndirilən inzibati aktda və iddiaya qarşı verilən etirazda Tarif şurasının hansı qərarına uyğun vergi hesablandığı qeyd edilməmişdir. Hansı ki, sözügedən Tarif şurasının qərarı müəyyən dövrlər ərzində dəyişikliklərə məruz qalmış və sonuncu qərar 4 yanvar 2021-ci il tarixində qəbul edilmişdir. Yəni, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarına 28 noyabr 2016-ci il tarixində və 14 iyul 2017-ci il tarixində dəyişikliklər edilmiş və həmin dəyişiklərin həyata keçirilməsi ilə bağlı qərarlar 4 yanvar 2021-ci il tarixində ləğv edilmişdir. Hazırda inzibati orqan tərəfindən mübahisəli qərarı qəbul edilərkən konkret olaraq Tarif şurasının hansı qərarına istinad edilməsi və hansı əmsalın götürüldüyü məlum deyildir. Bu isə həmin qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 58.1-ci maddəsi və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbi baxımdan əsaslı olmaması anlamına gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı ayrı-ayrı dövrlərdə idxal etdiyi məhsulların satışını müəyyən dövrlər ərzində həyata keçirmiş və həmin dövrlərə (01.01.2018-31.01.2020-ci illərə) görə hesabat və bəyannamələr təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan aşağıda qeyd edilən hüquq normasının tələbinə zidd çıxaraq, sonuncu hesabat dövrü üçün təqdim edilmiş bəyannaməyə əsasən əvvəlki dövrlərə görə də vergi hesablamışdır. Hansı ki, həmin dövrlər üçün iddiaçı tərətindən bəyannamə və hesabat təqdim edilmiş, lakin cavabdeh inzibati orqan həmin bəyannaməyə əsasən kameral qaydada vergi hesablamamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Görüdüyü kimi qanunvericilik tələb edir ki, kameral qaydada yoxlama bəyannamə təqdim edildikdən sonra 30 iş günü ərizndə həyata keçirilsin. Lakin, hazırki işdə müəyyən olunur ki, təqdim edilmiş sonuncu bəyannamə üzrə 30 iş günü keçməsə də, əvvəlki dövrlər üçün təqdim olunmuş bəyyannamələr üzrə 30 iş günü keçmişdir. Yəni, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş və 30 iş günü keçmiş bəyannamələrin əhatə etdiyi dövrlərə (01.01.2018-31.01.2020-ci illərə) görə vergi borcu hesablamışdır. Cavabdeh inzibati orqan iddiaçının satışının həyata keçirdiyi və hazırda vergiyə cəlb olunan dövriyyəsinin məhz sonuncu bəyannamə üzrə təqdim olunan dövrü əhatə etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq cavabeh inzibati orqan etirazında qeyd edir ki, iddiaçının idxal etdiyi məhsullar 01.01.2018-31.01.2020-ci illər aid dövrlər üçün olmuşdur. Həmçinin, iddiaçı da vergiyə cəlb olunan dövriyyənin müəyyən dövrlər ərzində hayata keçirilmiş satışa aid olduğunu, həmin dövrlərə görə vergi bəyannaməsinin və hesabatların vaxtında vergi orqanına təqdim edildiyini və hazırki mübahisələndirilən qərar istisna olmaqla təqdim edilmiş bəyannamələrdəki uyğunsuzluğa görə maliyyə sanksiyası və yaxud əlavə vergi hesablanmadığını qeyd edir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozaraq, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş və təqdim edildiyi vaxtdan 30 iş günü keçmiş əvvəlki bəyannamələr (01.01.2018-31.01.2020-ci illər aid dövrlər) üzrə həmin bəyannamələrin əhatə etdiyi dövrə görə kameral qaydada yoxlama aparmış və nəticədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.03.2020-ci il tarixli 2-1(102)-827/2020 nömrəli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarı ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 300 (üç yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2020-ci il tarixli, **********560100 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 300 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-55/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-55/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver