Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-55/2025 03.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Astara rayonu Pensər Bələdiyyəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Astara rayonu Pensər Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayonu, Pensər kəndində yerləşən Astara rayon Aqrar islahat Komissiyasının qərarına əsasən, 1994-cü ildə tikilmiş 192 kv.m qeyri qeyri-yaşayış (aptek) binasının üzərində Astara rayonu Pensər bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Astara rayonu Pensər bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 204 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində Astara rayonu Pensər bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2-1(120)-1262/2022 saylı qərardadı ilə, iddiaçı Astara rayonu Pensər bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 204 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində Astara rayonu Pensər bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X9 Agentliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2-1(120)-158/2024 saylı qərardadı ilə, iddiaçı Astara rayonu Pensər bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 204 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində Astara rayonu Pensər bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2-1(120)-55/2025 saylı qərardadı ilə, iddia tələbinə iddiaçı Astara rayonu Pensər bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «Astara rayonu, Pensər kəndində yerləşən Astara rayon Aqrar islahat Komissiyasının qərarına əsasən 1994-cü ildə tikilmiş 192 kv.m qeyri qeyri yaşayış (aptek) binasının üzərində Astara rayonu Pensər bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara XDS İcrayyə Komitəsinin 26 sentyabr 1986-cı il tarixli qərarı ilə 1987-ci ilin planına müvafiq olaraq rayonun “Sovet Azərbaycam” sovxozunda 5 işçi yeri olan aptek binasının tikintisi məqsədi ilə həmin sovxozun, indiki Pensər bələdiyyəsinin ərazisində 0,06 ha torpaq sahəsi ayrılmışdır. 1994cü ildə bu sahədə ümumi sahəsi 192 kv.m. olan yeni aptek binası inşa edilmişdir."Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli fərmanının icra edilməsi məqsədi ilə “Talış” X24 Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə Astara rayonu, Pensər kəndi ərazisində yerləşən, 1994-cü ildə tikilmiş yeni aptek binasının Astara rayonu, Pensər Bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Bu bina və digər əmlaklar “Talış" X24 Komissiyasının, həmçinin Astara rayonu, Pensər Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2000-ci il tarixli aktla təhvil verilmişdir. Astara rayon Pensər Bələdiyyəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 11.01,2022-ci il tarixli 1247 saylı hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən Astara rayonu, Pensər kəndi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 220 kv.m. torpaq sahəsi 2 il müddətinə Pensər Bələdiyyəsinə icarəyə verilmişdir.İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Astara rayonu, Pensər kəndi ərazisində yerləşən və “Talış” AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə Pensər Bələdiyyəsinin mülkiyyətinə verilmiş aptek binasının üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin, həmin idarənin xx.xx.2022-ci il tarixli, **********94 saylı "Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” bildirişi ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Bu səbəbdən də Astara rayon Pensər bələdiyyəsi hüquqlarının bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Astara rayonu Pensər bələdiyyəsinin nümayəndəsi X18 iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayonu Pensər bələdiyyəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən, Astara rayon “Talış' X21 Komissiyasının 22 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokolundan çıxarış və Astar rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986-cı il rarixli 13 saylı iclas protokolundan çıxarış əsasında Aptek tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılmasına dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair Ərazi idarəsinə təqdim etdiyi sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair Ərazi İdarəsinə təqdim etdiyi sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin qeyri-yaşayış binası Pensər çayı ilə həmsərhəd olmaqla, çayın 36 metrlik mühafizə zolağında yerləşir. Bu baxımdan “X15, X17 zolaqlarının, ölçülərinin, X2 müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli Qərarına əsasən Çayların başlanğıcından uzunluğu boyu X15 minimum eni onların ayrıayrı hissələri üzrə uzunluğu 10 km-dən 50 km-dək olduqda, 100 metrdən az olmamaq şərti ilə qəbul edilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 301/4 nömrəli məktubu ilə verilmiş Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 23 saylı iclas protokolundan çıxarışda göstərilmişdir ki, əmlakın özəlləşdirilməsini əsasən başa çatdırılmış X22 Komissiyalarında Kreditor borclar üçün ayrılmış əmlakın (bina və qurğuların) həmçinin əmlak payına bölünmüş lakin payçılara verilməsi təmin edilməmiş (bina və qurğularda) əmlakı müvəqqəti olaraq həmin ərazilərdə fəaliyyət göstərən bələdiyyələrə təhvil verilməkdə X22 Komissiyalarının fəaliyyətinə qanuna müvafiq qaydada xitam verilməsi üçün tədbirlər görsünlər. Rayon İcra Hakimiyyəti Aqrara məsələlər şöbəsinə (rayon Aqrar İslahat Komissiyasının işçi qrupuna) tapşırılsın ki, X22 Komissiyalarının fəaliyyətinə xitam verilməsi barədə məlumatı rayon Aqrar İslahat Komissiyasının növbəti iclasına təqdim etsin.Yerli rayon Aqrar İslahat Komissiyasının kreditor borclar üçün ayrılmış əmlakın həmçinin əmlak payına bölünmüş lakin payçılara obyektiv səbəbdən verilməmiş əmlakını təhvil almış bələdiyyələrin sədrlərinə tapşırılsın, kreditor borclarının ödənilməsi üçün müraciət edən hüquqi şəxslərə və həmçinin əmlak payını alacaq vətəndaşlara müvafiq sənədlər əsasında əmlakın verilməsini (bölünməsi) təmin etsinlər. -Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2022-ci il tarixli, 1247 nömrəli müqavilənin surətindən göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 2i ünvanındakı qeyri-yaşayış binasının yerləşəndiyi 220.0 kv.m torpaq sahəsini illik 87.96 manata: aylıq 7.33 manat icarə haqqı olmaqla xx.xx.2024-cü il tarixədək Astara rayonunun Pensər Bələdiyyəsinə icarəyə vermişdir. -Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 302/6 nömrəli arxiv arayışından görünür ki, Astar rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986- cı il tarixli 13 saylı iclas protokolundan çıxarış əsasında Aptek tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Astara rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986-cı il rarixli 176 saylı iclas qərarına əsasən, “Sovet Azərbaycanı” sovxozunda aptek tikintisi üçün 0.06 ha dəmyə örüş torpaq sahəsinin ayrılması qərara alınmışdır. -Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 311/2 nömrəli arayışında görünür ki, “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokoluna əsasən islahatın başa çatması ilə əlaqədar olaraq təsdiq edilmiş siyahı bələdiyyə mülkiyyətinə verilmişdir. - Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokoluna əsasən, Rayon İcra Hakimiyyəti aqrar məsələlər şöbəsinin müdiri, rayon aqrar islahat komissiyasının sədr müavini F.Axundova, şöbənin iqtisadçısı M.Bayramova tapşırılsın ki, əmlakın özəlləşdirilməsinin əsasən başa çatdırmış X24 komissiyalarında kreditor borclar üçün ayrılmış əmlakın (bina, qurğuların) həmçinin əmlak payına bölünmüş lakin payçılara verilməsi təmin edilməmiş əmlakın müvəqqəti olaraq həmin ərazilərdə fəaliyyət göstərən bələdiyyələrə təhvil verilməklə X24 komissiyalarının fəaliyyətlərinə qanuna müvafiq qaydada xitam verilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 26 saylı protokolu qərarından çıxarışa əsasən, Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu qərarına müvafiq olaraq rayonun 24 X24 komissiyaları üzrə aqrar islahatlarının başa çatdırılması nəzərə alınsın, Rayon İcra Hakimiyyəti aqrar məsələləri şöbəsinin iqtisadçısı, rayon aqrar islahat komissiyasının işçi qrupunun üzvü M.Bxşiyeva tapşırılsın ki, rayonda fəaliyyətinə xitam verilmiş 24 X24 komissiyalarının balans icmalını tərtib edib müvafiq qaydada Respublika Kənd Təsərrüfatı Nazirliyinə təqdim etsin. Rayon İcra Hakimiyyəti aqrar məsələlər şöbəsinin müdiri, rayon aqrar islahat komisiyasının üzvü R.Axundova tapşırılsın ki, fəaliyyətinə xitam verilmiş 24 YAİK-nin balans icmalları hesabatları əsasında kreditor borca saxlanılmış və qismən əmlak payçılarına verilməmiş əmlakın müvafiq qaydada X24 komissiyalarının fəaliyyət göstərdikləri ərazilərdəki bələdiyyə idarələrinə təhvil verilməsini və həmin bələdiyyələr tərəfindən əmlakın təyinatına müvafiq verilməsinin təmin edilməsi çün tədbirlər görülməsi qərara alınmışdır. - Astara rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixli 303/2 məktubu ilə təqdim edilmiş “Talış" X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışdan görünür ki, bələdiyyə mülkiyyətinə veriləcək siyahı təsdiq edilmiş, siyahı əlavə olunmuşdur. “Talış" X24 Komissiyasına tapşırılmışdır ki, islahatın başa çatması ilə əlaqədar olaraq həmin əmlakın tez bir zamanda bələdiyyəyə verilməsi üçün komissiya təşkil edib, təhvil-təslimi həyata keçirilmiş, qərara bir səslə (lehinə 11 səs, əleyhinə yox səsverməklə) qəbul edilmişdir. Siyahının 14-cü sırası: Yeni aptek binasıtikildiyi il 1994-cü il, 12x16=192 kv.m. - İşdə olan xx.xx.2000-ci il tarixdə “Talış" X24 Komissiyasının və Astara rayonu Pensər bələdiyyəsinin üzvləri akt tərtib etmiş və “Talış" X24 Komissiyasının balansında olan tikili binalar, qurğular, inventarlar Pensər bələdiyyəsinin hesbaına keçirilmişdir. Siyahıya alınmış əmlaklar arsında 14-cü sırada yeni aptek qeydə alınmışdır. - Astara rayonu Pensər bələdiyyəsinə məxsus qeyri-yaşayış (aptek) binasının isifadəsindəki dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətə uyğun baş planı təqdim edilmiş, qeyri-yaşayış binası (İ mərtəbəli) ümumi tikintialtı sahə 204.0 kv.m, ərazinin ümumi torpaq sahəsi 220.0 kvm qeyd edilmişdir. - Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 28 saylı məktubu ilə Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı, "Talış " X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı və Astara rayon XDS icraiyyə komitəsinin 26 sentyabr 1986-cı il tarixli 13 saylı iclas protokolunun təsdiq olunmuş sürətləri göndərilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********95 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən, mübahisələndirilən ümumi sahəsi 204 kv.m-dən ibarət qeyri-yaşayış binasına dair iddiaçı Astara rayonu Pensər bələdiyyəsi tərəfindən Ərazi İdarəsinə edilən müraciətin, habelə həmin müraciət əsasında aparılmış inzibati icraat materiallarının təqdim olunmasına münasibətdə, həmin əmlaka dair arxiv və baza məlumatları aid olan hissədə araşdırıldı. Qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar Pensər bələdiyyəsinin 17 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər icraata qəbul edilmişdir.İcraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq həmin müraciətdən imtina edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********96 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.0221 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixədək Astara rayonunun Pensər Bələdiyyəsinə icarəyə vermişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********96 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən 0.0221 ha torpaq sahəsi xx.xx.2026-cı il tarixədək Astara rayonunun Pensər Bələdiyyəsinə icarəyə vermişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-14663/2024 nömrəli məktubunda göstərilmişdir ki, X1 istifadəsində olan torpaq sahəsi və qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın, müsbət halda müvafiq sənədlərin surətlərinin təqdim edilməsi barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən X1 mülkiyyətində Astara rayonu, Pensər kəndində olan torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonunun Pensər Bələdiyyəsi ilə bağlanılmış icarə müqaviləsinin və onun bağlanılmasına əsas olmuş sənədlərin surətinin məhkəməyə təqdim edilməsi barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Astara rayonu, Pensər kəndi ünvanında yerləşən, icarəyə verilmiş torpaq sahəsinə dair Astara rayonunun Pensər Bələdiyyəsi ilə bağlanılmış 1247 nömrəli, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin və onun bağlanmasına əsas olmuş sənədlərin surətləri təqdim olunur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 4002/2024 nömrəli məktubunda göstərilmişdir ki, X1 istifadəsində olan torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış obyektinə dair X1 adına müvafiq çıxarışın olubolmamasına və əgər varsa, həmin əmlaka dair sənəd surətlərinin təsdiq olunmuş surətlərinin veriıməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1958/2024 qeydiyyat nömrəli məktuba baxılmışdır. Eyni qeydiyyat nömrəli sorğu məktubu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyyətinə daxil olmuş və həmin sorğu icra üçün aidiyyəti üzrə 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmişdir. Həmin sorğunun icrası tərəfimizdən təmin edilmiş və bu barədə cavab məktubu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə ünvanlanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********32 nömrəli məktubunda göstərilmişdir ki, iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə iddia ərizəsində göstərilən Astara rayonu, Pensər kəndi ərazisində yerləşən, Astara rayon “Talış” X21 Komissiyasının 22 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokolundan çıxarış əsasında ayrılmış 600 kv.m torpaq sahəsində Astara rayon “XDS” İctaiyyə Komitəsinin 26 sentyabr 1986-cı il tarixli, 13 saylı iclas protokolundan çıxarışla bələdiyyənin mülkiyyətinə verilmiş qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak obyekti olaraq Pensər bələdiyyəsinin adına yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh olaraq üzərimizə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildirilir ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki sərəncamın aidiyyəti üzrə icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Astara rayonu Pensər kəndi ərazisində yerləşən, Astara rayon “Talış” X21 Komissiyasının 22 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokolundan çıxarış əsasında ayrılmış 600 kv.m torpaq sahəsində Astara rayon “XDS” İctaiyyə Komitəsinin 26 sentyabr 1986-cı il tarixli, 13 saylı iclas protokolundan çıxarışla bələdiyyənin mülkiyyətinə verilmiş qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak obyekti olaraq Pensər bələdiyyəsinin adına yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin bələdiyyənin 2022-ci il 17 yanvar tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir.Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair Pensər bələdiyyəsi tərəfindən Ərazi idarəsinə təqdim olunmuş sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair Ərazi İdarəsinə təqdim olunmuş sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin qeyriyaşayış binası Pensər çayı ilə həmsərhəd olmaqla, çayın 36 metrlik mühafizə zolağında yerləşir.Bu baxımdan “X15, X17 zolaqlarının, ölçülərinin, X2 müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli Qərarına əsasən Çayların başlanğıcından uzunluğu boyu X15 minimum eni onların ayrı-ayrı hissələri üzrə uzunluğu 10 km-dən 50 km-dək olduqda, 100 metrdən az olmamaq şərtilə qəbul edilir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Xidmət orqanı olaraq bildiririk ki, həmin 600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair təqdim olunmuş sənəd üzrə və faktiki yerləşmə mexanizminə dair məlumatlarla DWG (xəritə) məlumatları arasında yaranmış uyğunsuzluqlar (həmin qeyri-yaşayış binası Pensər çayı ilə həmsərhəd olmaqla, çayın 36 metrlik mühafizə zolağında yerləşməsinə münasibətdə) səbəbindən həmin bələdiyyənin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 10 fevral 2022-ci il tarixli, **********94 qeydiyyat nömrəli “imtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən həmin qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq Pensər bələdiyyəsinin adına qeydiyyatın aparılması öhdəliyinin cavabdeh olaraq üzərimizə qoyulması məsələsinə münasibətdə isə bildirilir ki, iddia tələbinin qanunamüvafiq olaraq mümkünsüzlüyü barədə qərar qəbul edilməsini xahiş edirik. -Astara rayonunun Pensər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 056 nömrəli arayışında göstərilmişdir ki, Astara rayonu Pensər kəndində yerləşən 204 kv.m qeyri yaşayış Aptek binasının yaxınlığında Çayın mühafisəsində yerləşən çıxarışları olan X4 reyestr nömrəsi **********86 - 06301.300 kv.m,X13 200 kv.m, X14 reyestr nömrəsi **********37- 06301. 32 kv.m, X8 reyestr nömrəsi **********40-06301. 60 kv.m, X5 400 kv.m və həmin sözü gedən ərazidə digərlərinə verilmişdir. Şirvan İnzibati məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1262/2022 saylı qərardadı ilə, məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/601 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/601 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/601 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3654/2023 №-li mütəxəssis rəyinə əsasən, “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin konkret yerini göstərən sxemi (sərhəd, yerləşmə, həndəsi ölçüləri və.s. əks olunan) inzibati iş materiallarına əlavə olunmadığından və ya mövcud olmadığından həmin aptek binasının və yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Faktiki vəziyyətdə sözügedən daşınmaz əmlak obyektinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3654/2023 №-li mütəxəssis rəyinə əsasən, “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunun-dövlət mülkiyyətində, kateqoriyasının-yaşayış məntəqələrinin torpaqları, uqodiyasının-tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3654/2023 №-li mütəxəssis rəyinə əsasən, “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3654/2023 №-li mütəxəssis rəyinə əsasən, “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3654/2023 №-li mütəxəssis rəyinə əsasən, Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının Pensər çayının sahil beton bəndindən 25m-30m məsafədə yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış ilə sözügedən binanın yerləşdiyi 0,0221 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla Astara rayonu Pensər bələdiyyəsinin icarəsinə verilmişdir. (xx.xx.2022-ci il tarixli, 1247 saylı hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahhəsinin icarəyə verilməsi barədə Müqavilə; yüklülüyün müddəti xx.xx.2022-xx.xx.2024; 2 il) Sözügedən daşınmaz əmlak obyektinin magistral avtomobil yolunun, su kanalının, qaz xəttinin, yeksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi müşahidə edilməmişdir. Qərardadın altıncı sualı üzrə: Pensər bələdiyyəsinə məxsus qeyri-yaşayış (aptek) binasının istifadəsindəki dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətə uyğun baş planında qeyd olunanlara əsasən, ərazinin ümumi torpaq sahəsinin 220,0 kv.m olmaqla üzərində tikintialtı sahəsi 204 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası mövcud olması müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, Astara rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986-cı il rarixli 176 saylı iclas qərarı ilə “Sovet Azərbaycanı” sovxozunda aptek tikintisi üçün 0.06 ha dəmyə örüş torpaq sahəsinin ayrılması qərara alınmışdır. Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 311/2 nömrəli arayışında görünür ki, “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokoluna əsasən islahatın başa çatması ilə əlaqədar olaraq təsdiq edilmiş siyahı bələdiyyə mülkiyyətinə verilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000ci il tarixli, 26 saylı protokolu qərarı qəbul edilmişdir. “Talış" X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla bələdiyyə mülkiyyətinə veriləcək siyahı təsdiq edilmiş, siyahı əlavə olunmuşdur. “Talış" X24 Komissiyasına tapşırılmışdır ki, islahatın başa çatması ilə əlaqədar olaraq həmin əmlakın tez bir zamanda bələdiyyəyə verilməsi üçün komissiya təşkil edib, təhvil-təslimi həyata keçirilmiş, qərara bir səslə (lehinə 11 səs, əleyhinə yox səsverməklə) qəbul edilmişdir. Siyahının 14-cü sırası: Yeni aptek binası- tikildiyi il 1994-cü il, 12x16=192 kv.m. Astara rayonu Pensər bələdiyyəsinə məxsus qeyri-yaşayış (aptek) binasının isifadəsindəki dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətə uyğun baş planı təqdim edilmiş, qeyri-yaşayış binası (İ mərtəbəli) ümumi tikintialtı sahə 204.0 kv.m, ərazinin ümumi torpaq sahəsi 220.0 kvm qeyd edilmişdir. Hazırda iddiaçı cavabdeh orqana müraciət edərək, Astara rayonu, Pensər kəndində yerləşən Astara rayon Aqrar islahat Komissiyasının qərarına əsasən, 1994-cü ildə tikilmiş 192 kv.m qeyri qeyri-yaşayış (aptek) binasının üzərində Astara rayonu Pensər bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydə alınmaqla, bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. Məhkəmə tərəfindən ekspert rəyi və iş materiallarını araşdırılaraq hesab edilir ki, “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunun-dövlət mülkiyyətində, kateqoriyasının-yaşayış məntəqələrinin torpaqları, uqodiyasının-tikinti altında olan torpaqlar olması müəyyən edilmişdir. “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsi kimi iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur, sözügedən binanın yerləşdiyi 0,0221 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla Astara rayonu Pensər bələdiyyəsinin icarəsinə verilmişdir. Sözügedən daşınmaz əmlak obyektinin magistral avtomobil yolunun, su kanalının, qaz xəttinin, yeksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi müşahidə edilməmişdir. Pensər bələdiyyəsinə məxsus qeyri-yaşayış (aptek) binasının istifadəsindəki dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətə uyğun baş planında qeyd olunanlara əsasən, ərazinin ümumi torpaq sahəsinin 220,0 kv.m olmaqla üzərində tikintialtı sahəsi 204 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binası mövcud olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin mövqeyi ilə razılaşmır. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə imtina edərək göstərmişdir ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən, Astara rayon “Talış” X21 Komissiyasının 22 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokolundan çıxarış və Astar rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986-cı il rarixli 13 saylı iclas protokolundan çıxarış əsasında Aptek tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılmasına dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş qeyriyaşayış binasına dair Ərazi idarəsinə təqdim etdiyi sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair Ərazi İdarəsinə təqdim etdiyi sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin qeyri-yaşayış binası Pensər çayı ilə həmsərhəd olmaqla, çayın 36 metrlik mühafizə zolağında yerləşir. Bu baxımdan “X15, X17 zolaqlarının, ölçülərinin, X2 müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli Qərarına əsasən, Çayların başlanğıcından uzunluğu boyu X15 minimum eni onların ayrı-ayrı hissələri üzrə uzunluğu 10 km-dən 50 km-dək olduqda, 100 metrdən az olmamaq şərti ilə qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “X15, X17 Zolaqlarının Ölçülərinin, X2 Müəyyən Edilməsi” Qaydaları
2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
3. X15 hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.
4. X15 ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir.
7. X15 və sahil mühafizə zolaqlarının ölçüləri müəyyən edilir: çaylar və göllər üzrə—yay dövründə orta illik su səviyyəsi həddindən; su anbarları üzrə—suyun normal yığılma səviyyəsindən; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə— suyun maksimum səviyyəsi həddindən; bataqlıqlar üzrə—onların sərhədlərindən. Çayların başlanğıcında yerləşən bataqlıqlar, habelə su yığımı hövzələrində yaranan digər bataqlıqlar üzrə su mühafizə zonaları onlara bitişik ərazilərdə müəyyən edilir.
8. Çayların başlanğıcından uzunluğu boyu X15 minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir: uzunluğu 10 km-dək olduqda—50 m; uzunluğu 10 km-dən 50 km-dək olduqda—100 m; uzunluğu 50 km-dən 100 km-dək olduqda—200 m; uzunluğu 100 km-dən 200 km-dək olduqda—300 m; uzunluğu 200 km-dən 500 km-dək olduqda—400 m; uzunluğu 500 km-dən artıq olduqda—500 m.
9. Çayların başlanğıcında su mühafizə zonasının radiusu 50 metrdən az olmamaq şərti ilə qəbul edilir.
13. Şəhərlərin və digər yaşayış yerlərinin ərazisində X15 ölçüləri və sərhədləri ərazi planlaşdırılması sənədlərinə uyğun müəyyən edilir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/601 №-li ekspert rəyi üzrə “Talış” X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışla Astara rayonunun Pensər bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmış 192 kv.m ölçüdən (faktiki vəziyyətdə 204 kv.m) ibarət yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının Pensər çayının sahil beton bəndindən 25m-30m məsafədə yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə sözügedən binanın yerləşdiyi 0,0221 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla Astara rayonu Pensər bələdiyyəsinin icarəsinə verilmişdir. Sözügedən daşınmaz əmlak obyektinin magistral avtomobil yolunun, su kanalının, qaz xəttinin, yeksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi müşahidə edilməmişdir. Yeni aptek binasının və yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının Pensər çayının sahil beton bəndindən 25m-30m məsafədə yerləşməsi müəyyən edilsə də, 30 ildən artıq müddətdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının sahibliyinə və istifadəsində olmuşdur, “Talış" X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışa əsasən, islahatın başa çatması ilə əlaqədar olaraq həmin əmlakın tez bir zamanda bələdiyyəyə verilməsi üçün komissiya təşkil edib, təhvil-təslimi həyata keçirilmiş, qərara bir səslə (lehinə 11 səs, əleyhinə yox səsverməklə) qəbul edilmişdir. Siyahının 14-cü sırası: Yeni aptek binası- tikildiyi il 1994-cü il, 12x16=192 kv.m.Astara rayonu Pensər Bələdiyyəsinin mülkiyyətinə veriləcək siyahı təsdiq edilmiş, siyahı əlavə olunmuşdur. Həmin vaxtdan hal-hazıradək Pensər Bələdiyyəsinin sahibliyi və istifadəsindədir. Məhkəmə bununla bağlı bildirir ki, bu günə kimi hər hansı təbii fəlakət və ya forsımajor hadisə baş verməmiş və aptekə və onun ətrafına hər hansı ziyan dəyməmişdir, çayın (suyun) mühafizə zolağına müdaxilə, pozuntu, ziyan dəyməmişdir. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən qeyri-yaşayış sahəsinin (aptekin) çayın 36 metrlik mühafizə zolağında yerləşməsi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə əsassızdır. Belə olan halda Məhkəmənin qənaətinə görə, Astara rayonu, Pensər kəndində yerləşən 1994-cü ildə tikilmiş, 192 kv.m aptek (qeyri-yaşayış sahəsi) üzərində iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X11 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarına əsasən qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən hüquqi qeydiyyat obyekti olaraq inzibati ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər sırasına vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlardaxildir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. İş materiallarına əlavə edilmiş sənədlərlə (Astara rayonu “XDS” İcrayə Komitəsinin 26 sentyabr 1986-cı il rarixli 176 saylı iclas qərarı, Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 26 saylı protokolu qərarından çıxarış, “Talış" X24 Komissiyasının 22 yanvar 2000-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarış, xx.xx.2000-ci il tarixdə “Talış" X24 Komissiyasının və Astara rayonu Pensər bələdiyyəsinin üzvləri tərəfindən tərtib edilmiş akt, Astara rayonu Pensər bələdiyyəsinə məxsus qeyriyaşayış (aptek) binasının isifadəsindəki dövlət mülkiyyətinə aid torpaq sahəsinin faktiki vəziyyətə uyğun baş planı, Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu) Astara rayonu, Pensər kəndində yerləşən (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) 192.0 kv.m aptekin (qeyri-yaşayış sahəsinin) iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə baxılarkən və ekspert rəyinə əsasən, cavabdeh sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna ziddir və mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçını ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərc məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Astara rayonu Pensər Bələdiyyəsinə aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARAALDİ:
İddiaçı Astara rayonu Pensər Bələdiyyəsinin iddia ərizəsi təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2000-ci il tarixli, 23 saylı protokolu, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 26 saylı protokolu qərarına əsasən, Astara rayonu, Pensər kəndində 0.0221 ha torpaq sahəsində yerləşən 1994-cü il tarixdə tikilmiş 192 kv.m aptekə (qeyri-yaşayış binası) Astara rayonu Pensər Bələdiyyəsinin mülkiyyət hüququnun (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri Astara rayonu Pensər Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova