Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-550/2020 29.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 (Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı 3 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyi üçün 57 yaşı tamam olduğu gündən sosial müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyi üçün 57 yaşı tamam olduğu gündən sosial müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Məhkəmənin 02.06.2020-ci il tarixə saat 10:00-a və 29.07.2020-ci il tarixə saat 14:00-a təyin edilmiş iclasları barədə sərəncam və bildiriş məktubları göndərilərək İddiaçı həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. İddiaçıya məhkəmə iclasına təkrarən gəlmədiyi halda iddianın geri götürülmüş hesab olunacağı barədə iddiaçıya məhkəmə bildirişi göndərilmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinə əsasən məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial X4 şəhər şöbəsinə qarşı 3 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyi üçün 57 yaşı tamam olduğu gündən sosial müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddiası geri götürülmüş hesab edilsin.
2. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim Orxan İsmayılov