Məhkəmə qərarları › İş №2-1(120)-550/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-550/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-550/2023 07.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs X6 və onun vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 07 mart 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması və ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs, X12, X10 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26 oktyabr 2005-ci il tarixdə Astara şəhəri, Nizami küçəsi, ev 216-da yaşayan Maraqlı şəxs ilə torpağın alqı-satqısına dair müqavilə bağlamışdır. Həmin müqavilənin 1-ci bəndində qeyd edilir ki, “mən, Maraqlı şəxs, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Şöbəsi tərəfındən 30 aprel 2005-ci ildə verilmiş JN-439A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətııaməyə və xx.xx.2005-ci il tarixli, 139 saylı arayışa əsasən mənə və ailə üzvlərim X13, X8, X12 və X11 məxsus olan, Astara şəhəri “Çay fabriki” ərazisində yerləşən 0,06 ha torpaq sahəsini vətəndaş İddiaçı satdım”. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, “mən, satıcı-Maraqlı şəxs satılan torpaq sahəsinə görə alıcı İddiaçı bir milyon beş yüz min manat aldım”. Müqavilədən də göründüyü kimi, o, Maraqlı şəxs və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini onların razılığı ilə almış və buna görə onlara pul ödəmişdir. Lakin artıq 15 ildir ki, o, aldığı torpaq sahəsinə girə bilmir Bu barədə dəfələrlə Maraqlı şəxs bildirsə də, o, satdığı torpaq sahəsini ona təhvil vermir və oradan çıxmır. “V. Q Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycaıı Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsiııin 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alıııması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi əmlakı qanunvericiliyə müvafıq olaraq əldə etmiş şəxslərin həmin əmlaka sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Daşınmaz əşyaların alqı-satqı miiqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına ahnması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərətlndən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafıə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd etdiyi qanunvericilik prinsiplərinə əsasən alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin titul sahibi təmsil etdiyi şəxs İddiaçıdur və onun mulkiyyət hüquqları qorunmalıdır. Bu barədə Astara Rayon Məhkəməsinə 2019-cu ildə iddia ərizəsi ilə müraciət olunmuş və məhkəmə 02 iyun 2020-ci ildə həmin iddiaya baxaraq iddianın qismən təmin olunması haqqında qətnamə qəbul edilmişdir. Sonradan həmin məhkəmə qətnaməsinə əsasən onun adına çıxarış almaq istəyərkən məlum oldu ki, cavabdeh Maraqlı şəxs 01 mart 2003-cü ildə həmin torpaq sahəsi üzrə öz adına Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Bu səbəbdən də o, həmin torpaq sahəsinə öz adına çıxarış ala bilmir. Hal-hazırda Azərbaycan Respublikasının adından çıxarılmış və qüvvədə olan məhkəmə qətnaməsinə əsasən həmin torpaq sahəsinin mülkiyyətçisi odur. Ona görə də həmin çıxarış ləğv olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən, Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçıya məxsus 600 kv.m həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əvvəllər həmin şəxsin 2021-ci il 16 fevral tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında ünvan 2 ünvanında yerləşən, hazırki iş üzrə İddiaçı məxsus həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim edilmiş sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, yuxarıda barəsində qeyd olunan notarial müqavilə üzrə alqı-satqı predmeti olan mövcud DBF (siyahı) məlumatlarında JN-439 saylı “Şəhadətnamə” ilə göstərilən 0.06 ha torpaq sahəsi həmin müqavilə üzrə əvvəlki hüquq sahibi olaraq tərəflərdən sayılan hazırki iş üzrə ləğvi qoyulmuş “Çıxarış” əsasında Maraqlı şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin olduğu məlum olmuşdur. Faktiki olaraq müayinə olunan torpaq sahəsi Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (hazırki iş üzrə ləğvi qoyulmuş) xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışla Maraqlı şəxs və onun ailə üzvlərinin adına qeydiyyata alındığı məlum olmuşdur. Arxiv və baza məlumatları üzrə aparılan təkrar araşdırmaların, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evi və JN-439A nömrəli şəhadətnamə üzrə göstərilən 600 kv.m torpaq sahəsi vahid daşınmaz əmlak obyekti kimi Maraqlı şəxs ilə X2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 4Ə-01-53 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında artıq özgəninkilşdirilmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən qanunamüvafiq olaraq xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində (Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair) hazırki iş üzrə iddiaçının adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmiş və onun ünvanına 04 mart 2021-ci il tarixli, **********29 qeydiyyat nömrəli “imtina” bildirişi göndərilmişdir. Odur ki, hazırki iddia tələbi ilə ləğvi qoyulmuş 0.0598 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın iddiaçıya satılmış 600 kv.m torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2005-ci il tarixli, 4-Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə ona JN-439 nömrəli şəhadətnamə üzrə ayrılmış torpaq sahəsinin satıldığı məlum olur. Bu səbəbdən hazırki iddia tələbində barəsində qeyd olunan ünvan 2 ünvanında yerləşən 0.0598 ha torpaq sahəsinə dair (xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX-№-1501256 saylıya münasibətdə) “Çıxarış”ın ləğv edilməsi hissəsinə qanunamüvafiq olaraq etiraz edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X14 və onun vəkili X15 məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər Maraqlı şəxs, X12 və X10 isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə qeyd olunan üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş üzrə üçüncü şəxs X14 və onun vəkili X15 məhkəmə iclasında verdikləri izahztlarında iddianın əsassız olduğunu bildirdilər və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan 09 sentyabr 1984-cü il tarixli İİ–ЖГ 485721 nömrəli nikahın bağlanması haqqında şəhadətnəmənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ilə X5 arasında nikah bağlandıqdan sonra sonuncunun soyadı “Rəsulova” qeyd edilmişdir. İş materiallarında olan cavabdeh təşkilatın məhkəməyə ünvanladığı 20 fevral 2023cü il tarixli, 3-21-3-43/2-389/2023 nömrəli etiraz məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 30 sentyabr 1996-cı il tarixli 32 saylı qərarının icrası ilə əlaqədar Astara Rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 1997-ci il tarixli, 24 saylı sərəncamı ilə Astara rayon Çiləkəran sovxozunun ərazisindən Astara şəhər sakini X3 fərdi yaşayış evinin tikintisi üçün 0,06 hektar torpaq sahəsinin ayrılması qərara alınmış, sovxozun xx.xx.1997-ci il tarixli, 15 nömrəli əmrinə əsasən qeyd olunan torpaq sahəsi ayrılaraq 11 aprel 1997-ci il tarixli Aktla vətəndaşın (X5) istifadəsinə verilmiş, Maraqlı şəxs həmin torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********054, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü”ndən, həmçinin, Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahatı Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə Dadaşova (Rəsulova) İntizar Eldar qızına ailə üzvləri X13, X8, X12 və X14 ilə birlikdə 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-439A, kod 80101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Dövlət Notariat Arxivinin məhkəməyə ünvanladığı 4Ə-02-206 reyestr nömrəsi ilə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli müqaviləyə dair notariat işinin materiallarının surətlərindən görünür ki, Maraqlı şəxs ilə İddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə əsasən Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Şöbəsi tərəfındən 30 aprel 2005-ci ildə verilmiş JN- 439A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətııaməyə və xx.xx.2005-ci il tarixli, 139 saylı arayışa əsasən ona və ailə üzvləri X13, X8, X12 və X11 məxsus Astara şəhəri “Çay fabriki” ərazisində yerləşən 0,06 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə vətəndaş İddiaçı satmış, bununla əlaqədar İddiaçı bir milyon beş yüz min manat pul vəsaiti almışdır. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli, **********94 nömrəli məhkəmə sərəncamına münasibət məktubunda bildirilir: hazırki iş üzrə sorğunun icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən, Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçıya məxsus 600 kv.m həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən plan və ölçü sənədinin, habelə müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əvvəllər həmin şəxsin 2021-ci il 16 fevral tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında ünvan 2 ünvanında yerləşən, hazırki iş üzrə İddiaçı məxsus həmin 600 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması xahiş edilmişdir. Bu baxımdan təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim edilmiş sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, yuxarıda barəsində qeyd olunan notarial müqavilə üzrə alqı-satqı predmeti olan mövcud DBF (siyahı) məlumatlarında JN- 439 saylı “Şəhadətnamə” ilə göstərilən 0.06 ha torpaq sahəsi həmin müqavilə üzrə əvvəlki hüquq sahibi olaraq tərəflərdən sayılan hazırki iş üzrə ləğvi qoyulmuş “Çıxarış” əsasında Maraqlı şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin olduğu məlum olmuşdur. Faktiki olaraq müayinə olunan torpaq sahəsi Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (hazırki iş üzrə ləğvi qoyulmuş) xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışla Maraqlı şəxs və onun ailə üzvlərinin adına qeydiyyata alındığı məlum olmuşdur. Yuxarıda qeyd olunan səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, həmin daşınmaz əmlak üzərində (Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən 600 kv.m həyətyanı torpaq sahəsinə dair) hazırki iş üzrə iddiaçının adına yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmiş və onun ünvanına 04 mart 2021-ci il tarixli, **********29 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********29 nömrəli “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alinmasından imtina edilməsi haqqında” bildirişdə aşağıdakılar qeyd olunmuşdur: ünvan 2 ünvanında yerləşən Astara rayon Notariat Kontorunda bağlanmış xx.xx.2005-cı il tarixli 4Ə-02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyiniz 0,06 ha həyətyanı torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözügedən 0.06 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, yuxarıda barəsində qeyd olunan müqavilə üzrə alqısatqı predmeti olan JN-439 saylı “Şəhadətnamə” ilə göstərilən 0.06 ha torpaq sahəsi həmin müqavilə üzrə əvvəlki hüquq sahibi olaraq Maraqlı şəxs qızma məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsidir. Faktiki olaraq müayinə olunan torpaq sahəsi Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, **********54 reyestr nömrəli çıxarışla Maraqlı şəxs və onun ailə üzvlərinin adına qeydiyyata alınmışdır. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla mövcud arxiv və baza məlumatları arasında hüquqi anlaşılmazlıq yaranmışdır. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsi üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru Ərazi İdarəsinin imkanları xaricindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Astara rayon Aqrar İslahatı Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə Dadaşova (Rəsulova) İntizar Eldar qızına ailə üzvləri X13, X8, X12 və X14 ilə birlikdə ayrılmış və xx.xx.2003-cü il tarixli, JN-439A, kod 80101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,06 hektar həyətyanı torpaq sahəsi Maraqlı şəxs ilə İddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair bağlanmış və 4Ə-02-206 reyestr nömrəsi ilə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli müqaviləyə əsasən İddiaçı satılmış, lakin iddiaçı ünvan 2 ünvanında yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatının aparılması və həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin tərtib olunması barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, təqdim etdiyi sənədlərlə tələbindəki uyğunsuzluqlar səbəbindən əlaqədar müraciəti təmin edilməmişdir. İş materiallarında olan cavabdeh təşkilatın 20 fevral 2023-cü il tarixli, 3-21-3-43/2- 389/2023 nömrəli etirazından, 26 iyul 2022-ci il tarixli, **********94 nömrəli məhkəmə sərəncamına münasibət məktubundan, həmçinin xx.xx.2021-ci il tarixli, **********29 nömrəli “mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alinmasından imtina edilməsi haqqında” bildirişdən, habelə cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, İddiaçı satılmış, 4Ə-02-206 reyestr nömrəsi ilə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli müqavilənin predmeti olan, xx.xx.2003-cü il tarixli, JN- 439A, kod 80101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə rəsmiləşdirilmiş, üzərindəki fərdi yaşayış evi ilə vahid daşınmaz əmlak obyekti olan 0,06 hektar həyətyanı torpaq sahəsi Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşir. İş materiallarında olan cavabdeh təşkilatın məhkəməyə ünvanladığı 20 fevral 2023cü il tarixli, 3-21-3-43/2-389/2023 nömrəli etiraz məktubuna əlavə edilmiş sənədlərdən isə görünür ki, Astara Rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 1997-ci il tarixli, 24 saylı sərəncamı, Astara rayon Çiləkəran sovxozunun xx.xx.1997-ci il tarixli, 15 nömrəli əmrinə əsasən, 11 aprel 1997-ci il tarixli Aktla Dadaşova (Rəsulova) İntizar Eldar qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və istifadəsinə verilmiş, mülkiyyət hüququ xx.xx.2019cu il tarixli, reyestr nömrəsi **********054, qeydiyyat nömrəsi ********** olan seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş 0,06 hektar torpaq sahəsi ünvan 2ndə yerləşir. İddiaçının iddia ərizəsində istinad etdiyi və iş materiallarına əlavə olunmuş Astara rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(018)-10/2020 nömrəli qətnaməsinin nəticəvi hissəsinin ikinci abzasında İddiaçı 26 oktyabr 2015-ci il tarixli, 4Ə-02-206 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş müqavilə əsasında aldığı Astara şəhəri “Çay fabriki” (Əhəd Muxtarov küçəsi) ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə köçürülməsi qət edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Dadaşova (Rəsulova) İntizar Eldar qızı ilə İddiaçı arasında 4Ə-02-206 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə 26 oktyabr 2015-ci il tarixdə deyil, 26 oktyabr 2005-ci il tarixdə bağlanmışdır və hazırki iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, həmin müqavilənin predmeti olan 0,06 hektar həyətyanı torpaq sahəsi qətnamədə qeyd olunduğu kimi Astara şəhəri “Çay fabriki” (Əhəd Muxtarov küçəsi) ərazisində deyil, fərdi yaşayış evi ilə vahid daşınmaz əmlak obyekti olaraq Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşir və Astara şəhəri “Çay fabriki” (Əhəd Muxtarov küçəsi) ərazisinə heç bir aidiyyəti yoxdur. Qeyd olunduğu kimi, cavabdeh təşkilatın 20 fevral 2023-cü il tarixli, 3-21-3-43/2- 389/2023 nömrəli etirazında hazırki iddia tələbi ilə ləğvi qoyulmuş 0.0598 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın iddiaçıya satılmış 600 kv.m torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2005-ci il tarixli, 4-Ə- 02-206 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə ona JN-439A nömrəli şəhadətnamə üzrə ayrılmış torpaq sahəsi satılmışdır. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********054, qeydiyyat nömrəsi ********** olan seriya RX ******* nömrəli çıxarış xx.xx.2003-cü il tarixli, JN-439A, kod 80101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən və İddiaçı ilə Dadaşova (Rəsulova) İntizar Eldar qızı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 4-Ə- 02-206 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olan, Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən torpaq sahəsinə deyil, Astara rayon İcra Hakimiyyəti Başçısının 29 yanvar 1997-ci il tarixli, 24 saylı sərəncamı, Astara rayon Çiləkəran sovxozunun xx.xx.1997-ci il tarixli, 15 nömrəli əmrinə əsasən, 11 aprel 1997-ci il tarixli Aktla Dadaşova (Rəsulova) İntizar Eldar qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, ünvan 2ndə yerləşən 0,06 hektar torpaq sahəsinə verilmiş çıxarışdır ki, bu çıxarış İddiaçı hüquq və maraqlarına toxunmur. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanunamüvafiq olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «Çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar