Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-550/2024 22.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İddiaçı nümayəndəsi X3, Üçüncü şəxs Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “Masallı şəhəri, İ Dadva küçəsində yerləşən yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış üç mərtəbəli qeyriyaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında (ünvan: ünvan 2 İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “Masallı şəhəri, İ Dadva küçəsində yerləşən yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış üç mərtəbəli qeyriyaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2024-cü il tarixli 2-1(120)2174/2023 nömrəli qərardadı ilə, iş üzrə Masallı rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında cavabdeh ilə aralarında mübahisə predmeti qalmadığı üçün işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddiaçı ilə cavabdehin arasında mübahisə predmeti qalmadığı üçün işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliynin xx.xx.2024-ci il tarixli 01235 nömrəli rəyi nəzərə alınaraq Masallı Rayon İcra Hakimiyyəti Başçısının 09 aprel 2024-cü il tarixli, 05 nömrəli icazə sənədi ilə X1 Masallı şəhəri, Dadva küçəsində yerləşən və istifadəsində olan (əvvəllər Cavabdeh istifadəsində olan) qeyri-yaşayış təyinatlı 3 mərtəbəli tikinti obyektinin istismarına icazə verilmişdir.Bundan sonra qeyri-yaşayış obyekti X1 adına rəsmləşdirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə mübahisəsi artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Yuxarıda qeyd edirlən hüquq normalarının tələbindən aydın görünür ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “Masallı şəhəri, İ Dadva küçəsində yerləşən yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış üç mərtəbəli qeyriyaşayış binasının şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-550/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-550/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver