Məhkəmə qərarları › İş №2-1(120)-551/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-551/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-551/2021 05.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa оğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının nümayəndəsi X1 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının baş mütəxəssisi, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı «iş illərinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş və sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin tərəflər işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün ilk dəfə xx xxxxxx 2021-ci il tarixə, saat 10:30-а məhkəməyə dəvət olunmuşlar. Göstərilən vaxtda məhkəmənin hazırlıq icraatı ilə bağlı iclasına gəlmədiklərindən işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər təkrarən xx xxxxx 2021-ci il tarixə saat 14:30-a məhkəməyə dəvət olunmuşlar. Həmçinin iddiaçıya məhkəmə icraatından yayınması səbəbindən iddianın geri götürülmüş sayılması ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələbləri izah olunmuşdur. Buna baxmayaraq iddiaçı təkrarən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən «Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir». Cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, hesab edir ki, iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 83 və 85-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı «iş illərinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi ilə bağlı inzibati mübahisə üzrə iddia geri götürülmüş sayılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar