Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-551/2023 28.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 nömrəli qərarının X6 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına və iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə 28 fevral 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzinin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə- Tədqiqat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Dövlət torpaq kadastr kitabında xx.xx.2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmış A № 136910 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdehlər X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzinin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştiraklarına xitam verilməsi, X4 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdehlər X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzinin tabeliyində olan 8 saylı Cəlilabad Ərazi Lahiyyə-Tədqiqat İdarəsinin hazırkı inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştiraklarına xitam verilmiş, X9 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bundan əlavə İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 nömrəli qərarının X6 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Masallı Rayon İcra Hakimiyyəti ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşı qızıdır. xx.xx.1948-ci ildə anadan olmuş və hazırda ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Mərhum atası X11 xx.xx.1984-cü ildə və mərhum anası X7 xx.xx.2001-ci ildə vəfat etmiş və onların vəfatından sonra, Masallı rayon Kolatan kəndində 0.20 hektar torpaq sahəsi və fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etmişdir. Lakin mübahisə olunan 0.20 ha torpaq sahəsi Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarına əsasən qanunsuz olaraq X4 adına keçirilmişdir. Həmin qərar əsasında cavabdehin adına şəhadətnamə əsasında isə torpaq sahəsinə plan və ölçü verilmişdir. Lakin verilmiş qərar, şəhadətnamə, plan və ölçü qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, ilk öncə qeyd edir ki, Masallı Rayon Aqrar İslahat Komissiyası tərəfındən 1998-ci ildə torpaq sahəsinin ayrılmasma dair qərar verilərkən və şəhadətnamə tərtib edilərkən mərhum anası X7 həyatda olmuş, həmin həyətdə olan evdə yaşamışdır. Anası 2001-ci ildə həmin həyətdə olan evdə vəfat etmişdir. Lakin anasının yaşadığı qanunsuz olaraq gizlədilərək anasının adının Masallı Rayon Aqrar İslahat Komissiyasınm qərarında və şəhadətnamədə qeyd olunmasının qarşısı qanunsuz olaraq alınmışdır. Onuda qeyd edir ki, 1986-cı ilin təsərrüfatbaşına kitabında cavabdehin Kolatan məktəbinin 10-cu sinifındə oxuduğu qeyd edilmiş, bu isə tam təhrif olunmuş, sonradan kimlərsə tərəfındən qanunsuz yollarla əlavə edilmişdir. Çünki 1986-cı ildə cavabdehin 13 yaşı olmuş və o, 13 yaşında 10-cu sinif şagirdi ola bilməz, çünki 10-cu sinifdə oxuyan birinin ən azından 16 yaşı olmalıdır. Eləcədə cavabdehin valideynləri həmişə Bakı şəhərində yaşamışlar. Cavabdehdə hazırda da Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. Həmçinin həmin 1986-1987-ci illərə kimi cavabdehin adı təsərrüfatbaşına kitablarda rast gəlinmir. Həmçinin o, mərhum anasının vərəsəsi olduğu üçün ondan miras qalmış 0.20 ha torpaq sahəsində onunda payı vardır, lakin onun payı olan torpaq sahəsi qanunsuz olaraq onun payı nəzərə alınmadan X6 ayrılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Masallı Rayon İcra Hakimiyyəti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edirdilər. Rayon Aqrar İslahat Komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirdi. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət etmək hüququ var idi. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirdi. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmayan fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilərdi. Rayonda Yerli Aqrar İslahat Komissiyasiyaları 1999-cu ildə ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı Fərmanı ilə «X14 Komissiyasının yaradılması haqqında» 1995-ci il 02 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş və Rayon Aqrar İslahat Komissiyalarının da fəaliyyətlərinə xitam verilmişdir. Bu və ya digər fərmanla Rayon İcra Hakimiyyətləri rayon X3 varisi kimi müəyyən edilməmişdir. Odur ki, Rayon icra Hakimiyyətini rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi kimi cavabdeh qismində tanınmasına etiraz edirlər. Üçüncü şəxs X9 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəflərin adlarını və statuslarını dəqiq müəyyən edə bilməmişdir. Cavabdeh kimi DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi ilə onun adı qeyd edilmişdir. İnzibati mübahisələr inzibati orqana qarşı qaldırıla bilər. O, inzibati orqan deyil. Bu səbəbdən də cavabdeh kimi göstərilə bilməzdi. Ən uzağı 3-cü şəxs kimi qeydə edilə bilərdi. DƏDRX-nin 8 saylı Cəlilabab Ərazi İdarəsinə gəlincə isə bu adla qrum hazırda mövcud deyildir. Mövcud qrumun adı «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi»dir. Bu isə iddiaçının tərəfləri hələ dəqiqləşdirə bilməməsini göstərir. İddiaçı mübahisəli torpağın onun valideynlərinə məxsus olmasını, onun özünün də vərəsə olmasını, onun adının təsərrüfatbaşına kitaba əsassız olaraq daxil edilməsini, Bakı şəhərinndə yaşayıb, orada qeydiyyatda olmağını göstərmiş və bunlara görə də ona məxsus olan şəhadətnamənin və X12 Kitabında xx.xx.2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmış AA9İ36910 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsini tələb edir. İddiaçı mübahisəli şəhadətnamənin hansı qanunvericiliyə görə və hansı əsasla ləğv edilməli olmasını göstərməmiş və bunu əsaslandırmamışdır. Belə çıxır ki, iddiaçı xoşuna gəlmədvi istənilən şəxsin hüquqi sənədlərini mübahisələndirə bilər. Bu isə absurddur. İddiaçının göstərdiyi arqumentlər də onun mübahisələndirdiyi sənədlərin ləğvi üçün əsas deyildir. Hazırda Bakı şəhərində qeydiyyatda olsa da, islahatdan öncə və islahat vaxtı nənəsinin yanında yaşamışdır, orada orta məktəbə getmiş və orta məktəbi də orada bitirmişdir. Həmin vaxt iddiaçı Bakı şəhərində yaşamaqla kənddə qeydiyyatda olmamışdır. Kənddə olan torpaq sahəsi islahat vaxtı onun, digər hissəsi isə iddiaçının qeyri rəsmi nikahda olduğu arvadının mülkiyyətinə verilmişdir. İddiaçı mübahisələndirdiyi şəhadətnamənin nömrə və tarixini qeyd etməmiş, konkret olaraq hansı şəhadətnamənin ləğv edilməsini istədiyini göstərməmiş, belə bir şəhadətnaməni ərizəsinə əlavə etməmiş, şəhadətnamənin mövcud olmasına dair sübut verməmişdir. İddiaçı anasının vərəsəsi olmasını qeyd etsə də, anasından miras əmlak qalması, anası ilə bağlı vərəsəlik işi açılması, həmin vərəsəlik işi üzrə adına şəhadətnamə verilməsi və ya anasından qalmış mirası faktiki qəbul etməsinə dair heç bir sübut təqdim etməmişdir. Onun anasının ölümündən isə 20 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən mübahisəli plan və ölçü sənədində olan torpağın iddiaçıya aidiyyəti olmamaqla, həmin plan və ölçü sənədinin tərtib edildiyi əraziyə iddiaçının hər hansı hüquqi sənədi olmamaqla mübahisəli plan və ölçü sənədi iddiaçının hər hansı hüqununu pozmadığından onun iddiası mümkün sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi sənəd torpağa mülkiyyət hüququna dair Aqrar İslahat Komissiyasının qərarı əsasında tərtib edilən sənəddir. Həmin qərarı isə iddiaçı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafıq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşmmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşmmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının mübahisələndirdiyi plan və ölçü sənədinin verilməsi üçün əsas olan Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilmədiyindən həmin qərar əsasında verilmiş sənəd ləğv edilə, bununla bağlı tələb təmin edilə bilməz. Bildirmək istəyir ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sənədlə mülkiyyətində olan torpaq sahəsində 2020-ci ildə fərdi yaşayış evi tikməsinə görə aralarında mübahisə yaranmış və sonda Masallı Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək onun inşa etdiyi evin sökülərək mülkiyyətində olan həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə ilə bir daha sübut edilmişdir ki, İddiaçı qeyd olunan torpağa heç bir hüququ yoxdur. Bu isə hazırkı iş üzrə iddiaçının mübahisəli torpağa hüququnun olmamasına dair qanuni qüvvəsini almış məhkəmə aktının olmasını göstərir. Azərbaycan Respublikası MPM-nın 82.3-cü maddəsinə əsasən həmin məhkəmə aktı qeyd olunan xüsusat üzrə preyudisial əhəmiyyət kəsb edərək hazırkı iş üzrə mübahisələndrilə bilməz. Bundan başqa hazırkı iş üzrə iddiaçıya qarşı mübahisəli plan və ölçü sənədinə istinad edib qaldırdığı iddia xx.xx.2020-ci il tarixdə Masallı Rayon Məhkəməsinə daxil olmaqla məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə tikili üzərinə həbs qoyulmuşdur. Bu isə mübahisəli plan və ölçü sənədindən iddiaçının ən azı 1 il 6 aydan artıqdır ki, məlumatının olmasını göstərir. Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun tələbinə əsasən iddiaçı özünün hiiquqlarının pozulduğunu hesab etdiyi mübahisəli plan və ölçü sənədi barədə 1 ay müddətində məhkəməyə müraciət etməli idi. İddiaçı isə bu barədə iddia ərizəsi ilə məhkəməyə göstərilən müddət ərzində deyil, mübahisəli sənədin mövcudluğunu bildiyi ən azı 1 il 6 aydan sonra müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili X5 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçı iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli predmetin mübahisələndirilməsi iddiası üzrə Torpağın plan-ölcusu barədə (kadastr) məlumatı olmamışdır. Mübahisəli torpağa dair X15 Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarının olmasından 27 may 2022-ci il tarixdən xəbəri olmuşdur. Ona görə də iddia müddətin axımını öz hüquqlarının pozulduğunu bildiyı 27 may 2022-ci il tarixindən başlanmalıdır. Odur ki, iddia müddətinin ötürülməsi üzürlü hesab edilib bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X5 “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı əsasında Masallı rayonu, Bağıroba kəndi ərazisində yerləşən, 4396,66 kv.m həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X12 kitabında xx.xx.2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmışdır. İddiaçı iddia edir ki, mərhum atası X11 xx.xx.1984-cü ildə və mərhum anası X7 xx.xx.2001-ci ildə vəfat etmiş və onların vəfatından sonra, Masallı rayon Kolatan kəndində 0.20 hektar torpaq sahəsi və fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etmişdir. Lakin mübahisə olunan 0.20 ha torpaq sahəsi Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarına əsasən qanunsuz olaraq X4 adına keçirilmişdir. Həmin qərar əsasında X4 adına adına şəhadətnamə əsasında isə torpaq sahəsinə plan və ölçü verilmişdir. Masallı Rayon Aqrar İslahat Komissiyası tərəfındən 1998-ci ildə torpaq sahəsinin ayrılmasma dair qərar verilərkən və şəhadətnamə tərtib edilərkən mərhum anası X7 həyatda olmuş, həmin həyətdə olan evdə yaşamışdır. Anası 2001-ci ildə həmin həyətdə olan evdə vəfat etmişdir. Lakin anasının yaşadığı qanunsuz olaraq gizələdilərək anasının adının Masallı Rayon Aqrar İslahat Komissiyasınm qərarında və şəhadətnamədə qeyd olunmasının qarşısı qanunsuz olaraq alınmışdır. 1986-cı ilin təsərrüfatbaşına kitabında X4 Kolatan məktəbinin 10-cu sinifındə oxuduğu qeyd edilmiş, bu isə tam təhrif olunmuş, sonradan kimlərsə tərəfındən qanunsuz yollarla əlavə edilmişdir. Çünki 1986-cı ildə X4 13 yaşı olmuş və o, 13 yaşında 10-cu sinif şagirdi ola bilməz, çünki 10-cu sinifdə oxuyan birinin ən azından 16 yaşı olmalıdır. X8 valideynləri həmişə Bakı şəhərində yaşamışlar. Aygün Tağıyeva da hazırda da Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. Həmçinin həmin 1986-1987-ci illərə kimi Aygün Tağıyevanın adı təsərrüfatbaşına kitablarda rast gəlinmir. Həmçinin o, mərhum anasının vərəsəsi olduğu üçün ondan miras qalmış 0.20 ha torpaq sahəsində onunda payı vardır, lakin onun payı olan torpaq sahəsi qanunsuz olaraq onun payı nəzərə alınmadan X6 ayrılmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsindən çıxarılması” barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-30/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X4 mülkiyyətində olan 4396,66 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli yeni inşa edilmiş ev cavabdeh İddiaçı hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdeh İddiaçı torpaq sahəsindən çıxarılması qət edilmişdir İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən X15 Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarın qəbul olunmasından 23 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində mübahisəli torpağa dair X15 Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarının olmasından 27 may 2022-ci il tarixdən xəbəri olduğunu, ona görə də iddia müddətin axımının öz hüquqlarının pozulduğunu bildiyı 27 may 2022-ci il tarixindən başlanmalı olduğunu qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs X9 tərəfindən dəfələrlə İddiaçı mübahisəli torpaq sahəsinin X15 Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı əsasında ona məxsus olduğunu bildirərək, torpaq sahəsindən çıxmasını tələb etsə də, İddiaçı hər dəfə torpaq sahəsinin onun valideynlərinə məxsus olduğunu bildirməklə mübahisəli torpaq sahəsindəm çıxmaqdan imtina etmiş, nəhayət X9 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsindən çıxarılması” barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-30/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qeyd edir ki, hətta İddiaçı sözügedən qərardan yalnız X9 ona qarşı “qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etdikdən sonra bildiyi və bundan sonra onun tərəfindən məhkəməyə müraciət edilməsi qəbul olunsa belə, iddiaçı yenə də bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı X1 iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində də mübahisəli torpaq sahəsinin X15 Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı əsasında ona məxsus olduğunu bildirmiş, iddia ərizəsinin surəti İddiaçı təqdim edilmiş və o, həmin iddia ərizəsinin məzmunu ilə tanış olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 nömrəli qərarının X6 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 nömrəli qərarının X6 aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-551/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-551/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver