Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-551/2024 24.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarının İddiaçınə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 22 nömrəli qərarı ləğv edilməsi və qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X4 üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı təşkilata verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafiq Dağ-Mədən ayırma aktının ləğvi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 nömrəli qərardadı ilə, İddiaçı "Zamiq-X” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı "qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 nömrəli qərardadının ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-280/2022 saylı qərardadı ilə, İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilmiş və Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 saylı qərardadı ləğv edilərək iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-645/2023 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi qalmaqla, iddia tələbinə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 xx.xx.2020-ci il tarixli, 23/20 saylı qərarı və həmin qərarla bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 22 saylı qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-645/2023 nömrəli qərardadı ilə,iş üzrə məhkəmə yerquruluşu və tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(120)-551/2024 nömrəli qərardadı ilə, İddia tələbinə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “xx.xx.2020-ci il tarixli, 23/10 nömrəli qərarının İddiaçı MMC-yə aid olan hissədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 22 saylı qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(120)-551/2024 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı İddiaçınə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 22 nömrəli qərarı ləğv edilməsi və qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X4 üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdə İmişli rayonu, Buludlu kəndində qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı təşkilat müvafıq olaraq, xx.xx.2018-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyindən müvafıq Dağ-mədən işləri, dağ-buruq qazmalarının aparılmasına dair lisenziya almış və fəaliyyətə başlamışdır. İddiaçı təşkilat qeydiyyatdan keçdikdən sonra İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kənd ərazisindən 2,0 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmiş, İmişli Rayon İcra Hakimiyyəti tərəfındən 03 avqust 2017-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarıması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmiş, bundan sonra tərəflər arasında eyni tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müvafıq olaraq, ona torpaq sahəsinin yerquruluşu planı verilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan sonra aidiyyəti üzrə cavabdeh təşkilata müvafiq müraciət edilərək, Qum-Çınqıl hasilatı üçün “Bəhrəmtəpə-İ” yatağında və ona ayrılan torpaq sahəsinin hüdudlarında fəaliyyətə başlanmasına dair müvafıq icazə istəmişlər. Cavabdeh təşkilat tərəfındən 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktına əsasən 5 il müddətinə icazə verilmişdir. Bundan sonra iddiaçı təşkilat tərəfındən aidiyyəti üzrə cəmiyyətə ayrılan torpaq sahəsində müvafıq fəaliyyətə başlanmışdır. Həmçinin Milli Sertifıkatlaşdırma Sistemi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli uyğunluq sertifkatına əsasən iddiaçı təşkilatın istehsalı etdiyi məhsul müvafıq tələblərə uyğundur. Eləcə də iddiaçı təşkilatın fəaliyyəti həmçinin Sənayedə X10 və X15 Agentliyi tərəfındən verilən 17 iyul 2020 saylı müvafıq çıxarışa əsasən dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı təşkilat tərəfındən 2022ci ilin mart ayına qədər işlədiyi həmin ərazidə həmişə müvafıq qanunverciliyin tələblərinə, o cümlədən ekoloji qaydalara və müvafıq istismarla bağlı təlimatlara, ətraf mühutun qorunması və s. hallara həmişə diqqətlə yanaşmış və fəaliyyəti dövründə bunla bağlı hər hansı nöqsana yol verilməmişdir. Lakin 2022-ci ilin aprel ayının 08-də İmişli Rayon İcra Hakimiyyəti tərəfındən İddiaçı MMC-ə ayrılan Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinə dair 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamı və 03 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. (müvafıq olaraq tərəflərindən mübahisələndirilmişdir). Həmin sərəncamın məzmununa diqqət yetirdikdə məlumatlı olmuşlar ki, məhz buna əsas cavabdeh təşkilat tərəfindən onlara ayrılmış 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktının ləğvi əsas olmuş, yəni onlar tərəfındən cəmiyyətə verilmiş müvafıq akt ləğv edildiyindən hazırda torpaq sahəsinə dair müvafıq sərəncam da ləğv edilməlidir. Bundan sonra şifahi maraqlanarkən məlum olmuşdur ki, həmin cavabdeh təşkilat tərəfındən həmin akt 29 aprel 2021-ci il tarixli qərarla ləğv edilmiş, səbəb kimi isə həmin toraq sahəsindən istifadə edilmədiyi qeyd edilmişdir. Lakin həmin qərarın surəti cəmiyyətə hazırkı vaxta kimi rəsmi qaydada təqdim edilməmişdir. (bunla bağlı hazırda aidiyyəti quruma müvafiq sorğu ilə müraciət edərək, həmin qərarın surətinin onlara təqdim edilməsini xahiş etmişlər). Lakin hazırda müvafiq iddia müddətinin keçməməsi ilə əlaqədar həmin icra hakimiyyətinin sərəncamı və onlardan aldıqları şifahi məlumat əsasında iddianı qaldırırlar. Həmin aktı isə hesab edirlər ki, aşağıdakılara görə tamamilə qanunsuz və əsassız olmaqla əlverşsiz inzibati akdır. Belə ki, ilk öncə qeyd edirlər ki, həmin qərar əlverşsiz inzibati akt olmaqla iddiaçı təşkilatın hüquqlarını tamamilə məhdudlaşdırır və ona verilmiş hüquqdan əsassız məhrum etməsinə səbəb olur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.11 -ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfındən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv oluıımalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan əlavə hesab edirlər ki, həmin əlverişsiz inzibati akt qəbul edilərəkən bu barədə iddaçıya hər hansı bir məlumat verilməmiş, ümumiyyətə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq inzibati icraat haqqında qanunun tələbləri tamamilə pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 20.1ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfındən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1 -ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qanunverciliyin qeyd edilən tələbindən görünür ki, inzibati orqan inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən xidməti vəzifəsindən irəli gələn öhdəliklərinə əməl etməyərək, mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, yalnız öz mülahizələrinə əsaslanmaqla inzibati akt qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati akt əlverşsiz inzibati akt olmaqla iddiaçının hüquqlarını pozmaqla qəbul edilmişdir. Digər tərəfdən həmin izibati aktın hansısa monitorinq apararaq cavabdeh tərəfındən hansısa pozuntulara yol verildiyi, həmin torpaq sahəsindən təyinatı üzrə iki il müddətində istifadə edilmədiyi qeyd edilmişdir. Hansı ki, bununla bağlı hər hansı bir sübut olmadığı halda inzibati orqanın heç bir inzibati araşdırma aparmadan birtərəfli qaydada həmin nəticəyə gəlməsi də tamamilə əsassızdır. "Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı abzastına əsasən Yerin təkindən istifadə hüququnun ləğvi "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 7-ci abzastında Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 4-cü bəndində isə yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılması göstərilmişdir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində isə lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafıq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə Lisenziya və icazə dayandırılır. Hazırkı iş üzrə isə qanunverciliyin qeyd edilən yerin təkindən istifadənin göstərilən şərtlərlə ləğv edilməsi üçün müəyyən qaydaları imperativ şəkildə müəyyən etmişdir. Belə ki, həmin maddənin tələbi isə iki hissədən ibarətdir. 1 -ci hissə müvafıq olaraq, yerin təkinin istifadəçisinin icazədə göstərilən müddətdə bu hüququ həyata keçirməsi, 2-ci hissə isə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamaması. Hər iki şərtin məcmu halında olması məhz müvafiq səlahiyyətli orqana ilk öncə həmin hüququnun ləğvi əsasını vermir və inzibati orqan tərəfindən həmin hüququ dayandırılması öhdəliyi qoyur. Yəni, icazə verən orqan ilk öncə həmin halların hər ikisi baş verdikdə yerin təkindən istifadə hüququ dayandırılmalı, bundan sonra həmin qanunun və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan digər şərtləri icra etməlidir. Belə ki, bundan sonra icazə verən orqan müvafiq yerin təkinin isitifadəçisinə qanunla müəyyən edilmiş qaydada müvafiq xəbərdarlıq edərək, ona lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair xəbərdarlıq etməli idi. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya belə bir dayandırma qərarı, habelə xəbərdarlıq barədə məlumat yollamamış, ümumiyyətlə qeyd edilən qanunun göstərilən müdəallarına əməl etməmişdir. Bundan sonra inzibati orqan tərəfındən həmin xəbərdarlığın müvafıq nəticəsi olaraq, həmin inzibati icraat haqqında qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq, araşdırma aparmaqla iddiaçının müvafıq xəbərdarlığa əməl edib-etməməsini, bununla bağlı nöqsanların aradan qaldırlıb-qaldırılmaması barədə halları araşdırmaqla maraqlı şəxsin istirakını təmin etməklə müvafıq qərar qəbul etməli olduğu halda inzibati orqan göstərilən qanunverciliyin bütün müddəalarını pozaraq, birtərəfli əlverşsiz inzibati qərar qəbul etmişdir. Ona görə də, həmin əlverşsiz inzibati akt ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X5 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Agentlik "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Məlumat üçün bildirirlər ki, Agentliyin əməkdaşları tərəfindən Araz çayının hövzəsində yerləşən qum-çınqıl karxanalarının monitorinqi zamanı İmişli rayonu ərazisində "Bəhrəmtəpə-İ” yatağından qum-çınqıl çıxarılması üçün "Zamiq-X” MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli "Dağ-mədən ayırması” Aktı ilə ayrılmış 2 ha yer təki sahəsində baxış zamanı böyük (ümumi sahəsi 3.20 ha olan) süni göl aşkar edilmiş, lakin baxış zamanı hasilat işlərinin aparılmaması aşkar edilmiş, bununla bağlı vətəndaş sahədə artıq işləmədiyini bildirmişdir. Bu səbəbdən X13 xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarı ilə "Zamiq-X” MMC-yə verilmiş 21 fevral 2018- ci il tarixli, 01021 nömrəli "Dağ-mədən ayırması” aktının əsli, ayrılmış yer təki sahəsinin istifadə olunmadığı təqdirdə, Agentliyə təhvil verilməsi tələb olunmuşdur. Eyni zamanda Agentliyin əməkdaşları tərəfindən 21 sentyabr - 23 oktyabr 2020-ci il tarixlərində Aran coğrafi-iqtisadi rayonunun İmişli rayonunda fəaliyyət göstərən karxanaların monitorinqi zamanı müəyyən olunmuşdur ki, "Dağ-mədən ayırması aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsinin daxilində 182 800 m3, xaricində isə 109 936 m3 faydalı qazıntı hasil edilmişdir. "Dağmədən ayırması” aktı ilə 2 ha ərazi yer təkində istifadə üçün ayrılmasına baxmayaraq, istismarçı 3.2 ha ərazidə qadağan olunmuş hidromexaniki qurğu ilə hasilat işləri aparmışdır. Ərazinin bir qismi “Bəhrəmtəpə-1” yatağı hüdudlarından kənarda yerləşir. Qeyd olunanlar 2018 və 2021-ci ilin peyk şəkillərində öz əksini tapır (əlavə olunur). Eyni zamanda bildirirlər ki, İddiaçı MMC tərəfindən Mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmaların ödənişi təmin edilməmişdir. Yer təki sahəsindən kənarda aparılmış hasilata görə X17 X3 29 aprel 202l-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya verilmiş “Dağ-mədən ayırması” aktı ləğv edilmişdir. Ləğv edilmiş “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədə artıq faydalı qazıntı ehtiyatı tükənmişdir, həmin əraziyə “Dağ-mədən ayırması” aktı verilə bilməz, çünki 2 ha sahədən artıq ərazidə qazıntı işləri aparılmışdır. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən, yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4cü bəndlərində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizəsi zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu il bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikası qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı MMC iddia müddətini ötürmüşdür. Belə ki, X17 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 22 saylı qərarı müvafiq qaydada iddiaçıya poçt göndərişi vasitəsilə xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə X17 X5 tərəfindən Şirvan İnzibati Məhkəməsinə müraciət olunur. Göründüyü kimi, İddiaçı MMC-yə “Bəhrəmtəpə- İ” yatağından qum-çınqıl hasilatı məqsədilə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayırması” Aktının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 nümayəndəsi X14 iddia tələbinə etiraz edərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarları ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarları mübahisələndirmişdir. Cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərarlardan iddiaçının məlumatlı olduğunu bildirsə də, buna dair rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarını deyil, istismar edilməyən sahənin geri qaytarılması haqqında xx.xx.2020-ci il tarixli, 36/237 saylı İddiaçı MMC-yə ünvanladığını məktubu məhkəməyə təqdim etmişdir. Bundan sonra məhkəməyə xəbərnamələr (poçt qəbzinin çatıdırlması barədə) təqdim etmiş və həmin xəbərnamələr əsasında İddiaçı MMC-nin əməkdaşının mübahisələndirilən 29 aprel 2021-ci il tarixli, 22 nömrəli qərarının qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” nın 1.4. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunmuşdur: .... 1.4.33. poçt göndərişinin çatdırılması haqqında xəbərnamə (çatdırma haqqında xəbərnamə) – qeydiyyatlı poçt göndərişinin verilməsi barədə verilmə tarixi və alıcının soyadı (fiziki xəbərnamədə həm də alıcının imzası) göstərilməklə göndəriciyə və ya onun səlahiyyət verdiyi şəxsə kağız və ya elektron şəkildə məlumatın ötürülməsi. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMC-yə ünvanlanmış poçt göndərişinin çatdırılması haqqında xəbərnamələr (çatdırma haqqında xəbərnamə) xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixdə naməlum şəxslər tərəfindən imzalanmışdır, xəbərnaməni qəbul edən şəxsin kimliyi və ya soyadı qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC X20 Filialının İddiaçı MMC-yə ünvanladığı 13 may 2022-ci il tarixli 77 nömrəli məktubunda göstərilmişdir ki, ETSN-nin X17 X5 tərəfindən 29 aprel 2021-ci il tarixdə sizə ünvanlanan məktubun "xxxx" MMC-yə və onun səlahiyyətli nümayəndəsinə təqdim olunmasının aşkar edilməsi müəyyən edilməmişdir. Belə ki,həmin vaxtdan uzun müddət keçdiyi üçün həmin dövrə aid qeydiyyat və çatdırma sənədlərini əldə etmək mümkün deyildir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Bundan başqa iddiaçının nümayəndəsi də izahatında qeyd edir ki, mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı inzibati icraatın vaxtı və yeri barədə məlumatlandırılmamış və qəbul edildikdən sonra həmin inzibati akt iddiaçıya təqdim edilməmişdir. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Hazırda hər iki qərarın mübahisələndirilməsi eyni məsələ ilə əlaqəli olduğundan və bir məhkəmə icraatı üzrə həyata keçirildiyindən hazırkı işin hallarını nəzərə alaraq hər iki qərarın mübahisələndirilməsi üzrə iddia müddətlərinə ayrı-ayrılıqda fərqli qaydada qiymət verilə bilməz. Belə ki, iddiaçı ikinci qərarı iddia müddətini ötürmədən mübahisələndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Əsaslandırma hissəsi: İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-i xx.xx.2014-cü il taridə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 19 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İmişli rayonu İcra Hakimiyyəti başçısı ilə İddiaçı MMC-i arasında Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 nömrəli sərəncamı əsasında 25 il müddətinə müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 89 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə rayonun Xubyarlı kəndi ərazisində yerləşən dövlət fondundan qum-çınqıl materialının çıxarılması üçün 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayonu İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamı və 03 avqust 2017ci il tarixli, 19 saylı icarə müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-i rəhbərliyinin müraciəti nəzərə alınaraq Cəmiyyətə qum-çınqıl materialının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüquqi ilə ayrılıb icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Aktın surətindən görünür ki, İmişli rayonu İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov, böyük məsləhətçisi Orxan Nağıyev, İddiaçı MMC-nin rəhbəri Namiq Xankişiyevin iştirakı ilə, İddiaçı MMC-nə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli dağmədən ayırması Aktından görünür ki, “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçı MMC-yə verilən dağ-mədən ayırması Azərbaycan Respublikası İmişli rayonu inzibati ərazisində 2,0 ha torpaq sahəsi təşkil edir. Dağ-mədən ayırması müddəti 5 il olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verdiyi EL-366/2018 nömrəli, xx.xx.2018-ci il tarixli lisenziyadan görünür ki, İddiaçı MMC-nə dağmədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növünü həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X10 və X15 Agentliyi tərəfindən İddiaçı MMC-nə göstərilən hüquqi və fiziki şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli A-11763 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 xx.xx.2021-ci il tarixli, 22 nömrəli qərarından görünür ki, 21 fevral 2018-ci il tarixli 01021 nömrəli “Dağ-mədən ayırması" aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən, bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 xx.xx.2020-ci il tarixli, 000258 nömrəli Aktından görünür ki, “Azərbaycan Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2118 sərəncamının icrası ilə əlaqədar olaraq Ekologiya və təbii sərvətlər Nazirliyinin tapşırığı ilə İmişli rayonu ərazisində yerləşən İddiaçı MMC-yə məxsus qum-çınqıl karxanasına baxış keçirilmişdir. İddiaçı MMC-nin əlaqələndirici şəxsi ilə əlaqə saxlanılmış və həmin şəxs bildirmişdir ki, onlar artıq karxana fəaliyyəti göstərmirlər. “Dağ-mədən ayırması" aktı üzrə hüquqi şəxsə verilmiş karxana sahəsində daxildə 20000 kv.m sahədə orta istismar dərinliyi 9,14 metr olmaqla 182700, xaricində 12028 kv.m sahədə orta istismar dərinliyi 9.14 metr olmaqla 109936 kv.m həcmində hasilat aparılmışdır. Markseyder planında və İmişli rayonu İcra Hakimiyyətinin torpaq sahəsinin planında kordinatlar şərti olduğundan ərazidə kənarlara çıxmalar müəyyən edilə bilinmədi. Ərazinin bir qismi “Bəhrəmtəpə-İ” yatağı hüdudlarından kənarda yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 xx.xx.2022-ci il tarixli, 000054 nömrəli Aktında göstərilmişdir ki, “14” oktyabr 2022-ci il tarixində İmişli rayonu “Bəhrəmtəpə-1-ci” qum-çınqıl yatağında yerləşən İddiaçıMMC-yə məxsus karxana sahəsinə baxış keçirən zaman aşağıdakılar aşkar edildi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022ci il tarixli, 951/V nömrəli əmrinin icrası ilə əlaqədar olaraq İmişli rayonu ”Bəhramtəpə-İ” qum-çınqıl yatağında yerləşən İddiaçı MMC-yə məxsus karxana sahəsinə nümayəndə İlham Məhərrəmovun iştirakı ilə baxış keçirilmiş. İddiaçı MMC-yə 21 fevral 2018-ci il tarixli 01021 nömrəli “Dağ-mədən ayırması" aktı ilə 2,0 ha sahə qum-çınqıl hasilatı məqsədi ilə 5 il müddətinə istifadəyə verilmişdir.Əraziyə bundan əvvəl xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş 258 nömrəli akt tərtib edilmişdir.Həmin aktın nəticəsinə əsasən X17 X3 İdarə heyətinin xx.xx.2021-ci il tarixli, 24 nömrəli qərarı ilə Azərbaycan Respublikasının “Yerin təki haqqında” qanunun 19- cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr” haqqında qanunun 26.1.9-cu maddəsinə əsasən İddiaçı MMC-nin yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Buna baxmayaraq fəaliyyəti davam etdirilmişdir. Sahədə ölçü işləri aparılan zaman müəyyən olunmuşdur ki, əraziyə bundan əvvəl keçirilmiş xx.xx.2020-cu il tarixli baxışdan hazırki baxışadək olan dövr ərzində X-756739 Y-4406851, X-756754, Y- 4406809, X-756711, Y-4406786, X-756692, Y-4406802, X-756711, Y-4406852 kordinatları daxilində 2654 kv.m sahədə orta istismar dərinliyi 8 metr olmaqla 21232 kv.m həcmində faydalı qazıntı hasilatı aparılmışdır. Markseyder planında qeyd olunan kordinatlar şərti olduğundan hasilat sahəsinin ayrılmış sahəsinin daxilində və ya kənarında olduğunu müəyyən etmək mümkün olmadı. Lakin qeyd etmək lazımdır ki, xx.xx.2020-cı il tarixli 258 nömrəli akt nəzərə alındıqda MMC-nin hasilat apardığı ümumi ərazi ona ayrılmış 2.0 ha ərazidən böyükdür. Nəticə olaraq yerin təkindən istifadə hüququnun ləğv edilməsinə baxmayaraq fəaliyyət davam etdirilməklə İddiaçı MMC tərəfindən “Yerin təki haqqında” Qanunun 9,10,21,46-cı maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı MMC-nin hasilat sahəsinin peyk vasitəsilə çəkilmiş fotoları təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalovun xx.xx.2023-cü il tarixli, 23-12-xx-xx- 000081 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə qarşı cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/9265 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamına əlavə edilmiş cizgidə koordinatlar, döngə nöqtələri arasında məsafələr, istinad nöqtələrindən məsafələr qeyd olunmadığından, eləcə də xx.xx.2018-ci il tarixli, 01021 nömrəli "Dağmədən ayrılması” aktının əlavəsi olan markşeyder planında döngə nöqtələrinin koordinatları şərti olaraq göstərildiyindən (künc nöqtələrinin X və Y koordinatları altı və yeddi rəqəmli olmalı olduğu halda, markşeydər planında həmin koordinatlar beş rəqəmli göstərilmişdir), qeyd olunan sənədlər əsasında İmişli rayonunda yerləşən “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır.İddiaçı faktiki istifadəsində olan (İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı ilə "Zamiq-X” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar torpaq sahəsi kimi iddia olunan) torpaq sahəsinin koordinatları müəyyən edilmişdir, “kadastrportali.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən İddiaçı faktiki istifadəsində olan (iddia olunan) torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Dövlət Ehtiyyat fondu torpaqlarına aiddir.Torpaq sahəsinin cizgisi və koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir.İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə İmişli rayonunda yerləşən “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmadığından, qeyd olunan torpaq sahəsinin sənəd üzrə koordinatları ilə İddiaçı faktiki istifadəsində olan (iddia olunan) torpaq sahəsinin üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmamışdır.İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə İmişli rayonunda yerləşən “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmadığından, həmin sənədlərdə qeyd olunan torpaq sahəsindən kənarda hasilat aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamışdır.İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar torpaq sahəsi kimi iddia olunan sahənin ərazinin yanında yerləşən gölün kənarında yerləşdiyi, hasilat aparılmayan boş ərazi olduğu, ərazinin daxilində iddiaçının istifadəsində olan bir mərtəbəlitikililərin və müxtəlif qurğuların yerləşdiyi müəyyən olundu. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 X16 rayonu ərazisində “İmişli”, “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” qum-çınqıl yataqlarında keçirilmiş monitorinqlərin nəticələrinə dair xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarının 2-ci bəninə əsasən göstərilmişdir ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən istifadə etməyən İddiaçınə müvafiq bildirişlər göndərilərək icazə sənədinin əslinin Agentliyə qaytarılması təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 3-16-5/2-14-785/23 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X17 X5 X22 tərəfindən Zamiq-X” MMC-də (VÖEN **********) 2020-2021-ci illərdə keçirilən yoxlamaların 'Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri”ndə qeydiyyatı ilə bağlı müraciətə baxılmışdır. Bildiririk ki, sorğu edilən dövr ərzində adıçəkilən qurum tərəfindən İddiaçı MMC-də yoxlamanın keçirilməsi ilə bağlı Reyestrə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X5 tərəfindən Zamiq-X” MMC-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 36/237 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayonu ərazisində yerləşən “Bəhrəmtəpə-1” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 21 fevral 2018-ci il tarixli 01021 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə sizə ayrılmış yer təki sahəsinə tərəfinizdən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə baxış keçirilmişdir. Baxış keçirilən vaxt ayrılmış sahədə hasilat işlərinin aparılmaması müəyyən edilmişdir, lakin sahə əvvəllər istismar edilmiş və yerin təkindən 293 052 m3 qum-çınqıl qarışığı hasil edilmişdir.Fəaliyyət göstərdiyi vaxtlarda yer təkindən çıxarılmış faydalı qazıntılara görə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə mineral-xammal bazasının bərpasına yönəldilmiş ayırmaların ödənilməsini və 5 gk (geoloji-kəşfiyyat) statistik hesabatın verilməsini təmin etməlidir. Sahədə fəaliyyəti təmin olunmazsa, bu barədə Agentliyi müəyyən olunmuş qaydada məlumatlandıraraq müvafiq icazə sənədinin əslini təhvil vermək tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 3-16-5/2-11-4910/24 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X17 X5 X22 tərəfindən İddiaçınə (VÖEN **********) məxsus ərazilərdə 2020-2021-ci illərdə keçirilən yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınıb-alınmaması barədə sorğuya baxılmışdır. 2020-2021-ci illərdə adıçəkilən sahibkarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X17 X5 X22 tərəfindən yoxlamanın aparılması ilə bağlı məlumat “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X17 X5 X22 tərəfindən qəbul edilmiş “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 22 nömrəli qərara əsasən, xx.xx.2018-ci il tarixli, 01021 saylı “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən, bu qərar imzalandığı gündən ləğv edilməsi, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi bu Qərarı 2 iş günü müddətində İddiaçınə təqdim olunması və ya sifarişli poçt göndərişi vasitəsi ilə göndərilməsini yerin təki istifadəçisinə aid torpaqayırma sənədlərinin (sərəncam, qərar, müqavilə və s.) ləğv olunması ilə bağlı aidiyyatı üzrə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət göndsərilməsi təmin edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdə İmişli rayonu, Buludlu kəndində qeydiyyatdan keçmişdir və təşkilat müvafıq olaraq, xx.xx.2018-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyindən müvafıq Dağ-mədən işləri, dağ-buruq qazmalarının aparılmasına dair lisenziya almış və fəaliyyətə başlamışdır. İmişli Rayon İcra Hakimiyyəti tərəfındən 03 avqust 2017-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarıması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmişdir, bundan sonra tərəflər arasında eyni tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müvafıq olaraq, ona torpaq sahəsinin yerquruluşu planı verilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan sonra cavabdeh təşkilat tərəfındən 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktına əsasən 5 il müddətinə icazə verilmişdir və iddiaçı təşkilat tərəfındən aidiyyəti üzrə cəmiyyətə ayrılan torpaq sahəsində müvafıq fəaliyyətə başlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X17 X3 21 fevral 2018-ci il tarixli, 01021 saylı aktı ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilməsinə dair xx.xx.2020-ci il tarixdə 000258 nömrəli akt tərtib edilmişdir. Cavadeh inzibati orqan həmin akta əsaslanaraq iddiaçının barəsində xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərar qəbul edilmiş və həmin qərarın 2-ci bəndinə əsasən göstərilmişdir ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən istifadə etməyən İddiaçınə müvafiq bildirişlər göndərilərək icazə sənədinin əslinin Agentliyə qaytarılması təmin edilməsi qərara alınmışdır. Həmin qərarı qəbul etdikdən sonra cavabdeh inzibati orqan həmin qərara əsaslanaraq xx.xx.2018-ci il tarixli, 01021 saylı “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən, bu qərar imzalandığı gündən ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 22 nömrəli qərarı qəbul etmişdir. Hazırda iddiaçı onun hüquqi marağına uyğun olmayan həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2020-ci ildə monitorinq (yoxlama) keçirilərkən həmin yoxlama və onunla bağlı müraciət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır (bax Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 3-16-5/2-11-4910/24 nömrəli məktubuna). Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 2 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüş və həmin ərazidən kənarda qumçınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi : Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur, iddiaçının qanunsuz apardığı hasilat nəticəsində dövlətə külli miqdarda ziyan vurulmuş, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi: Yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Agentlik tərəfindən qtjibul edilən qərar ilk növbədə ətraf mühitin mühafizəsinə və faydalı qazıntıların səmərəli istifadəsinə yönəlmişdir. Lakin məhkəmə araşdırması zamanı bu maddənin tələbləri nəzərə alınmamışdır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi: İddiaçı dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyətlə məşğul olmuşdur, iddiaçı bu maddənin tələbini pozaraq ətraf mühitə zərər vuran hərəkətlərə yol versə də, məhkəmə araşdırması zamanı bu maddənin tələbi nəzərə alınmamışdır. Agentliyin Nizamnaməsinin 3.1.4-cü bəndi: Yerin təkindən səmərəli istifadəyə, onun mühafizəsinə və geoloji öyrənilməsinə nəzarəti həyata keçirmək Agentliyin vəzifələrindən biridir. Agentlik bu vəzifəni icra etmək məqsədilə yerin təki sahələrində monitorinqlər aparır. Apellyasiya məhkəməsi həmin monitorinqlərə sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qiymət verərək yanlışlığa yol vermişdir. Belə ki, Agentlik tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti yoxlanmamış, yerin təkinin vəziyyəti yoxlanmışdır. Agentliyin Nizamnaməsinin 3.1.19-cu bəndi: Yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə "Lisenziyalar və icazələr haqqında" və "Yerin təki haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək Agentliyin vəzifələrindən biridir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlıq maraqlarının müdafiəsi haqqında AR Qanununun 1.1.1-ci maddəsi: Sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Agentliyin apardığı monitorinq yerin təkinə münasibətdə faydalı qazıntı yatağının vəziyyətinin araşdırılması və həmin yatağa dair hesabatlılığın təmin edilməsinə xidmət edir. Monitorinq qrupu tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektin sahibkarlıq fəaliyyəti yoxlanılmamışdır. Belə ki, monitorinq qrupu tərəfindən sahibkarlıq subyektinin vergi hesabatlığı, fəaliyyətini əks etdirən digər sənədlərin yoxlanması həyata keçirilməmişdir. Odur ki, məhkəmə işin hallarını araşdırarkən Agentliyin fəaliyyət istiqamətini, idarə Heyətinin qəbul edilmiş qərarlarının əsas mahiyyətini nəzərə almadan qanunsuz və əsasız qərar qəbul etmişdir. "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin: 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı mübahisənin həllinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 21-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Məhkəmə araşdırması zamanı tətqiq edilən sübutlarla müəyyən olunur ki, İddiaçı MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar cavabdeh tərəfindən 2020ci il tarixində aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cababdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan iddia təmin edilməli, qanunsuz yoxlama nəticəsində müəyyən edilmiş nəticəyə əsasən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt isə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən yerin təkindən istifadənin qadağan edilməsi və monitorinqin iddiaçının istifadəsində olan ərazinin hüdudları daxilində aparılması sahibkarlıq fəaliyyətinə bir başa təsir edən amildir. Çünki iddiaçı yerin təkindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş və mənfəət əldə etmişdir. Eləcə də, iddiaçının ərazisinə baxış keçirilmədən istismar işlərinin onun istifadəsində olan ərazinin hüdudları daxilində aparılmasını müəyyən etmək mümkün olmazdı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. İddiaçı tərəfindən mübahisələndirilən “qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X4 üzərinə qoyulması” hissəsində məhkəmə tərəfindən aşağıdakılar nəzərə çatdırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə müəyyən edir ki, iddiaçının nümayəndəsinin dəqiqləşdirilmə barədə ərizəsində qeyd etdiyi kimi, 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsindən istifaə etmək üçün 5 il müddətinə icazə verilmişdir, bundan sonra cavabdeh orqanın mübahisələndirilən qərarı əsasında torpaq sahəsindən istifadə hüququ dayandırılmış və İddiaçı MMC qeyd edilən torpaq sahəsindən istifadə etməmişdir. Bununla da İddiaçı MMC-nin 2.0 ha torpaq sahəsindən 2 il 1 ay 29 gün müddəti (xx.xx.2020-ci ildən xx.xx.2023-dək) qalmışdır. Hal-hazırki vəziyyətdə məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun Müvafiq 67.3cü maddəsinin müvafiq normasına uyğun olaraq hesab edir ki, iddiaçıya verilmiş icazə sənədi üzrə verilmiş ümumi müddətin ötməsi səbəbindən qeyd edilən istifadə edilməmiş dövr üzrə icazə sənədinin bərpası zərurəti yaranmışdır. Əks halda mübahisələndirilən inzibati aktların ləğv edilməsi ilə iddiaçıya arzuladığı inzibati aktın qəbuluna nail olunması mümkün olunmayacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6-cı bəndinə əsasən, İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Buna görə məhkəmə qənaətə gəlir ki, mübahisələndirilən qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ- Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X3 üzərinə qoyulmalıdır. Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir.İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə, icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir. Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən, lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: 25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; 25.1.3. bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş digər hallarda. 25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. 25.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur. 25.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya və icazə verən orqana yazılı məlumat verməlidir. 25.5. Bu Qanunun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya və icazə lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya və icazə isə həmin halların aradan qaldırılması barədə lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X6rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-999/2022 nömrəli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən, prosessual xərc məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı İddiaçınə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 22 nömrəli qərarı ləğv edilsin və mübahisələndirilən qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ- Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 X3 üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-551/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-551/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver