Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-552/2022 13.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı X5, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının nümayəndəsi X7 iştirаkı ilə, İddiaçı X5 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialına qarşı “işlədiyi iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi T ə s v i r i h i s s ə: İddiaçı X13 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialına qarşı “1975-1976cı illərdə Kürdəmir rayonu “R.Axundov” adına kolxozda, xx.xx.1977-xx.xx.1998-ci illərdə X16 Emalı Müəssisəsində, xx.xx.2014-xx.xx.2018-ci illərdə Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1959-cu ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan illərin iş stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi vəkil X15 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir “Üzüm istehsalı və Emalı Müəssisəsində” işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 il yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı pensiya hüququ 62 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir, həmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq lanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının mənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri masında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən amək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Məsələnin obyektiv araşdırılması üçün tərəfimizdən Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. Milli arxiv idarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon “Üzümçülük" sovxozunun arxiv sənədləri Kürdəmir rayon Arxiv idarəsinə təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Yoxlama aktına əsasən qarşılıqlı yoxlama zamanı əmək haqqı kitablarına baxış keçirilərkən 1977-ci ildə 5 ay, 1978-ci ildə, 1982-ci ildə 5 ay, 1983-cü ildə 5 ay, 1984-cü ildə 9 ay, 1985-ci ildə 2 ay, 1986-cı ildə ümumilikdə isə cəmi 34 ay əmək haqqı alması təsdiq olunmuşdur. Digər illərdə isə əmək haqqı cədvəllərinə ətraflı baxış keçirilsə də 1979, 1980, 1981, 1987-1997-ci illərdə əmək haqqı almadığı aşkar olunmuşdur. Mübahisələndirilməyən illər- Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi illər (xx.xx.2014-xx.xx.2018) 4 il 24 gün, mübahisələndirilən illər “R.Axundov adına kolxoz”da işlədiyi illər (1975-1976), Üzüm İstehsalı və Emalı müəsisəsində işlədiyi illər (1977-1998), ümumilikdə 22 il 10 ay 26 gün, Üzüm İstehsalı və Emalı müəsisəsində işlədiyi illərdə yalnız 2 il 10 ay əmək haqqı almışdır və mübahisələndirilən və mübahisələndirilməyən illər cəmi 26 il 11 ay 19 gün təşkil edir. İş materiallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. İddiaçı ümumilikdə 4729.2 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. Şifahi məhkəmə iclasında izahatında iddiaçı X13 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X15 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. 18 yanvar 2021-ci ildə 62 yaşı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (1977-2018-ci illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə, 1975-1976-cı illərdə Kürdəmir rayonu “R.Axundov” adına kolxozunda işləməsi arxiv arayışı ilə təsdiq olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 198 nömrəli arxiv arayışının surətindən görünür ki, iddiaçı Şükürova (Salmanova) Şərgilə Azay qızı 1975-1976-cı illərdə Kürdəmir rayonu “R.Axundov” adına kolxozunda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. -İş materiallarında olan ИТ-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı X9 xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.2018-ci il tarixdə işdən azad olunması barədə qeydlər vardır. - İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən, iddiaçının əmək kitabçasında qeyd olunan X16 Emalı Müəssisəsinin şəxsi heyətə dair əmr kitabları, əmək haqqı cədvəlləri və digər sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanıldığı üçün hüquqi ünvan məlum olmadığı üçün qarşılıqlı üzləşdirmək, həmin idarədə sosial sığorta stajını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sosial sığorta stajı kimi qəbul edilməsi və beləliklə tələb olunan azı 25 il sosial sığorta stajının təsdiqlənməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. -İş materiallarında olan Kürdəmir şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 627 nömrəli arayışından görünür ki, X4 rayonunun Bürcəli kəndində yaşayır. - İş materiallarında olan İİ-ЖГ № 402953 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X9 arasında xx.xx.1981-ci il tarixdə nigah bağlanmışdır. Nigah bağlandıqdan sonra X1 götürmüşdür. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 128 nömrəli məktubunda qeyd edilmişdir: hüquqi şəxslərin qeydiyyatı Dövlət Statistika Komitəsi tərəfindən 1996-cı ildən başlayaraq aparılır. Kürdəmir rayon “Üzüm İstehsalı və Emalı Müəssisəsi” haqqında Kürdəmir rayonu üzrə hüquqi şəxslərin siyahısında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli **********286100 nömrəli məktubunda qeyd edilmişdir: Kürdəmir rayon “Üzüm İstehsalı və Emalı Müəssisəsi” 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. - Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 126 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli, 198 nömrəli arxiv arayışının verilməsinə əsas olan sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. - Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı regional ərazi filialının 21 dekabr 2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, X8 57 yaşı və 3 uşağı olduğu üçün 2019-cu ilin yanvarın 1-dək sosial müavinət təyin edilmişdir. Ona 62 yaşında xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün azı 25 il sığorta stajı və ya 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçı təqdim etdiyi lərdə sosial sığorta stajına aid 1975-1976-cı illərdə mir rayonunun keçmiş «R.Axundov» adına kolxozunda asi haqqında və Kürdəmir “Üzümçülük” sovxozunun ilkin İlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsi nda arxiv arayışları, xx.xx.1977-ci il tarixdən 06.01,1998-ci il dək Kürdəmir Üzümçülük sovxozunun “Üzüm İstehsalı və ı Müəsisəsi”ndə, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci ilədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi olunmuş əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surəti vardır. Kürdəmir Üzümçülük sovxozunun “Üzüm İstehsalı və Emalı sisəsi”nin əmr kitabları və əmək haqqı sənədlərinin tapılması onlar tərəfindən ətraflı araşdırılma aparıldıqdan sonra, məlum olmuşdur ki, sənədlər müəsisəsinin həyətində kiçik bir otaqda dağınıq halda yığılmışdır. Müəssisənin keçmiş mühasibi olmuş Eyyub Usubovun köməkliyi ilə, filialın “Pensiya Təminatı” şöbəsinin əməkdaşları birlikdə çətinliklə olsa da 1977, 1998-ci illərin əmr kitablarını və 1977-1997-ci illərdə işçilərə ödənilmiş əmək haqqlarının qeydiyyatı aparılmış kitabları və cədvəlləri dağınıq halda saxlanılmış sənədlərin arasından tapıb, baxış girmişlər. Araşdırma zamanı vətəndaş İddiaçı xx.xx.1977-ci il tarixli 51 saylı əmrlə sovxozun kənd təsərrüfatı nəsinə fəhlə işinə qəbul olunması əmr kitabına əsasən təsdiqlənsə də, əmək haqqı kitablarına baxış keçirilərkən 1977-ci ildə 5 ay, 1978-ci ildə 6 ay, 1982-ci ildə 5 ay, 1983-cü ildə 5 ay, 1984-cü ildə 9 ay, 1985-ci ildə 2ay, 1986-cı ildə 2 ay, ümumilikdə cəmi 34 ay əmək haqqı alması təsdiq olunmuşdur, qalan ərin əmək haqqı cədvəllərinə ətraflı baxış keçirilsə də 1979,1980,1981,1987-1997-ci illərdə ümumiyyətlə əmək haqqı oİmadığı aşkar olunmuşdur. İslahatla əlaqədar olaraq kənd təsərrüfatı sahəsində işlər dayandırıldığı üçün xx.xx.1998-ci il tarixli 01 saylı ümumi əmrlə bütün işçilər işdən azad olunmuşlar. Beləliklə vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək topladığı ümumi sığorta stajı (1975-1976-ci illərdə keçmiş «R.Axundov» adına kolxozda işlədiyi müddət məhkəmə qərarına əsasən sosial sığorta stajı kimi qəbul olunacağı təqdirdə 2 il, Kürdəmir Üzümçülük sovxozunun “Üzüm İstehsalı və Emalı Viüəsisəsi”ndə 1977,1978,1982-1986-cı illərdə işlədiyi aylar - 34 ay= 2 il 10 ay) cəmi 4 il 10 ay, xx.xx.2006-cı il tarixdən sonra isə sosial sığorta stajı 4 il 2 ay, toplanmış pensiya kapitalı 818.72 manat təşkil edəsəkdir. Bu isə vətəndaş İddiaçı Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunmasına imkan vermir. - DSMF-nin 12 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli akta əsasən, İddiaçı xx.xx.01977-ci il tarixli 51 saylı əmrlə işə qəbul olunmuş, xx.xx.1998-ci il tarixli 01 saylı əmrlə işdən azad olunmuşdur. Müəssisə hal-hazırda fəaliyyət göstərmir, sənədlər müəssisənin kiçik bir otaqdan tapılmışdır. Arxivə təhvil verilməmişdir. 1986-cı ilin may ayından sonrakı dövrdə əmək haqqı cədvəllərində və kitablarında İddiaçı əmək haqqı alması təsdiqlənmir. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X6 İdarəsinin 03 dekabr 2021-ci il tarixli 602 nömrəli arayışında qeyd edilmişdir: X13 xx.xx.2014-cü il tarixdən 01 noyabr 2018-ci il tarixinədək X6 İdarəsinin Kürdəmir MKS-nin Xınıslı kənd kitabxanasının xadiməsi işində çalışmışdır. Onun illər üzrə əmək haqqı cədvəldə qeyd edilmişdir. - X6 İdarəsinin Kürdəmir MKS-nin 08 oktyabr 2014-cü il tarixli 17№-li əmrindən çıxarışında göstərilmişdir ki, X5 xx.xx.2014-cu ərizəsinə əsasən o, Xınıslı kənd kitabxanasının xadiməsi işinə təyin edilmişdir. - İş materiallarında X6 İdarəsinin Kürdəmir MKS-nin 01 noyabr 2018-ci il tarixli 37№-li əmrindən çıxarışında göstərilmişdir ki, X5 xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən o, xx.xx.2018-ci il tarixində Xınıslı kənd kitabxanasının xadiməsi işindən azad edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir şəhər İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 119 nömrəli arayışında qeyd edilmişdir: X4 rayon Üzümçülük Sovxozunda işləyərək əmək haqqı qazanmışdır. Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon Üzümçülük Sovxozu və Üzüm emalı zavodunun şəxsi hesaba aid olan əmrlər və əmək haqqı kitablarına əsasən bildirilir ki, qoşma vərəqələrdə göstərildiyi kimi onun adına əmək haqqı cədvəli və işədaxilolma əmri qeyd olunmuşdur. Savxoza aid bəzi əmək haqqı kitabları qismən təhvil verilmişdir. 1977-1978-ci illər üzrə əmək haqqı siyahısında soyad “Salmanova” kimi qeyd olunmuşdur. Məktuba əlavə edilmiş 1977-1978-ci illərə aid olan işçilərin qazanc cədvəlinin siyahısında isə 4-cü, 183-cü,192-ci, 221-ci sıralarda Salmanova Şərqiyə, 1982-ci ilə aid olan 40 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 20-ci sırada Şükürova Şərgiyə,1983-cü ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 16-cı sırada Şükürova Şərgilə, 1984-cü ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 12-13-cü sırada Şükürova Şərgilə, 1985-1986-cı ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 16-cı sırada Şükürova Şərgilə göstərilmiş və 1977-1986-cı illər üzrə İddiaçı Kürdəmir rayon Üzümçülük Sovxozunda işləməsi barədə əmək haqqı cədvəli tərtib edilmişdir. xx.xx.1998-ci il tarixdə müəssisə tərəfindən Respublikada aparılan özəlləşdirmə və Torpaq islahatı ilə əlaqədar olaraq müəssisə üzrə həmin işlərin aparılması üçün xx.xx.1987-ci il tarixli 85 saylı əmrə uyğun olaraq əmr imzalanmışdır. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2014-ci ildən xx.xx.2018-ci ilə kimi Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işləmiş və işlədiyi illər (4 il 24 gün) cavabdeh orqan tərəfindən mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən 1975-1976-cı illərdə R.Axundov adına kolxozda, 1977-1998-ci illərdə Üzüm İstehsalı və Emalı müəsisəsində X5 işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1998-ci illərdə Üzüm İstehsalı və Emalı müəsisəsində, xx.xx.2014-ci ildən xx.xx.2018-ci ilə kimi Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işləmişdir. Hazırkı iş üzrə mübahisəli məsələ 1975-1976-cı illərdə və xx.xx.1977-xx.xx.1998-ci illərdə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında və arxiv arayışında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Məhkəmə Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 198 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçı Şükürova (Salmanova) Şərgilə Azay qızı 1975- 1976-cı illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 198 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi sovxozun mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən sovxozda işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Məhkəmə tərəfindən qeyd edilmişdir ki,iddiaçının Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi illər (xx.xx.2014-xx.xx.2018) 4 il 24 gün cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Məhkəmənin qənaətinə görə iddiaçı arayışdakı və əmək kitabçasındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə) nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun Kürdəmir rayon Üzümçülük Sovxozu və Üzüm Emalı zavodunun mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi Kürdəmir rayon Üzümçülük Sovxozu və Üzüm Emalı zavodu mövcud olmuş, iddiaçı həmin Kürdəmir rayon Üzümçülük Sovxozu və Üzüm Emalı zavodunda işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq zavodun sənədləri tam şəkildə arxivə təhvil verilməmiş, təhvil verilmiş sənədlər əsasında 1977-1978-ci illərə aid olan işçilərin qazanc cədvəlinin siyahısında isə 4-cü, 183-cü,192-ci, 221-ci sıralarda Salmanova Şərqiyə, 1982-ci ilə aid olan 40 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 20-ci sırada Şükürova Şərgiyə,1983-cü ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 16-cı sırada Şükürova Şərgilə, 1984-cü ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 12-13cü sırada Şükürova Şərgilə, 1985-1986-cı ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 16-cı sırada Şükürova Şərgilənin işləməsi barədə məlumat aşkar edilmiş, digər arxiv sənədləri təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 1975- 1976-cı illərdə R.Axundov adına kolxozda, xx.xx.1977-xx.xx.1998-ci illərdə Üzüm İstehsalı və Emalı müəsisəsində işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının 1975-1976-cı illərdə R.Axundov adına kolxozda, xx.xx.1977xx.xx.1998-ci illərdə Üzüm İstehsalı və Emalı müəsisəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.1977-xx.xx.1998-ci ilə kimi işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə sovxozun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı X8 hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı X5 iddiası təmin edilsin. İddiaçı X8 pensiya hüququnun yarandığı gün, yəni 62 yaşının tamam olduğu xx.xx.2021ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilsin və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi-Aran regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev k, 10) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-552/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-552/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver