Məhkəmə qərarları › İş №2-1(120)-554/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-554/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-554/2021 08.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “İddiaçı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq İddiaçı satılmış 190.7 kv.m ibarət qeyri-yaşayış (çayxana) binasına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq sahəsindən istifadə hüququnun tanınması və qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(120)-554/2021 saylı qərardadı ilə X3, Qasımova (Həsənova) Nazilə Mehti qızının, Mirzəyeva (Həsənova) Mərziyyə Mehti qızının, X4, Lənkəran şəhər İcra Hakimiyyəti və Lənkəran rayon Aşağı- Nüvədi bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(120)-554/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “torpaq sahəsindən istifadə hüququnun tanınması və qeyriyaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “İddiaçı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq İddiaçı satılmış 190.7 kv.m ibarət qeyri-yaşayış (çayxana) binasına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiа ərizəsi üzrə bахılmаsı qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1968-cı il tarixdə, tikilib istifadəyə verilmiş Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində 0.02203 ha. torpaq sahəsi üzərində yerləşən çayxananı qədim zamanlardan babası, atası sonrada 15 ildən artıq müddətdir ki, özü tərəfindən işlədilir. Yəni, vətəndaşlara, kənd əhalisinə, qonaqlara yüksək keyfiyyətli ictimai-iaşə xidməti göstərir. Odur ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən həmin bir mərtəbəli, ümumi sahəsi 190.70 kv.m. ölçülərində qeyriyaşayış binası olan çayxananı qohumları və özünə çatası əmlak payı hesabına özəlləşdirməkdən ötrü ərizə ilə Lənkəran rayonu X21 İslahat Komissiyasına ərizə ilə müraciət etmişdir. Lənkəran rayonu X21 İslahat Komissiyası 15 may 2000-ci il tarixli, 04 saylı iclas protokolundan Çıxarışa əsasən həmin qeyri yaşayış obyekti olan çayxananı 5 nəfər qohumunun və iddiaçının əmlak payı hesabına özəlləşdirməkdən ötrü qərar qəbul etmişdir. Bununla bağlı 16 may 2000-ci il tarixli, 05 saylı Qaimə ilə Lənkəran rayonu X21 İslahat Komissiyasına köhnə pul ilə 1.050.000 (bir milyon əlli min) manat məbləğində pul ödəyərək, qeyri yaşayış obyekti olan çayxananı özəlləşdirmişdir. Yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlərə əsaslanaraq Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən həmin qeyri yaşayış obyektinə (çayxanaya) mülikyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından və buna dair çıxarışın, plan və ölçüsü sənədinin alınmasından ötrü 03 dekabr 2020-ci il tarixli ərizə ilə DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” məktub verilmişdir. DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq imtina cavab məktubunda səbəb kimi “aidiyyəti sənədlər arasında mühüm əhəmiyyətli sənədlərdən sayılan sözü gedən qeyri-yaşayış binasının (çayxana) tikintisinə dair ilkin torpaq ayırma sənədinin tərəfinizdən təqdim edilməməsi” qeyd edilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyi üçün hazırda məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran ərazi idarəsinin nümayəndəsi X17 məhkəmə iclasında izahatında bildirmişdir ki, mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar qəbul ediləcəyi təqdirdə, icrası tərəfimizdən təmin olunacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X15, Qasımova (Həsənova) Nazilə Mehti qızı, Mirzəyeva (Həsənova) Mərziyyə Mehti qızı, X16, Lənkəran şəhər İcra Hakimiyyətinin və Lənkəran rayon Aşağı-Nüvədi bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, üçüncü şəxslər X3, Qasımova (Həsənova) Nazilə Mehti qızının, Mirzəyeva (Həsənova) Mərziyyə Mehti qızının, X4, Lənkəran şəhər İcra Hakimiyyətinin və Lənkəran rayon Aşağı-Nüvədi bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran ərazi idarəsinin iddiaçıya göndərdiyi 07 dekabr 2020-ci il tarixli, **********39 nömrəli məktubunda qeyd edilmişdir: sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2020-ci il 03 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsi ərazisində yerləşən, Lənkəran rayonu X21 İslahat Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq etibarlı nümayəndəsi olduğunuz şəxsə (İddiaçı) ayrılmış qeyri-yaşayış binasına (çayxana) dair daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, aidiyyəti sənədlərin sırasında mühüm əhəmiyyətli sənədlərdən sayılan sözü gedən qeyri-yaşayış binasının (çayxana) tikintisinə dair ilkin torpaq ayırma sənədi tərəfinizdən təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Xidmət orqanı olaraq bildiririk ki, həmin qeyri-yaşayış (çayxana) binası üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə tərəfinizdən təqdim edilmədiyindən, icrası təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində etibarlı nümayəndəsi olduğunuz şəxsin adına əmlakdan pay hüququna dair yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 04 dekabr 2020-ci il tarixli, 12-30 /792 nömrəli məktubunda qeyd edilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Lənkəran rayonu X21 İslahat Komissiyasının 16 may 2000-ci il tarixli, 13 nömrəli əmrdən görünür ki, 1968-ci ildə tikilmiş qəsəbə çayxanası, həmin çayxanada 15 ildən artıq müdir işləyən İddiaçı və 5 (beş) nəfər qohumunun əmlak payı hesabına İddiaçı adına özəlləşdirildiyinə görə Aşağı-Nüvədi istehsal kooperativinin balansından çıxarılmışdır. İş materiallarında olan Lənkəran rayonu X21 İslahat Komissiyasının 15 may 2000-ci il tarixli, 04 saylı protokoluna əsasən verilmiş Lənkəran rayonu X21 İslahat Komissiyasının sərəncamından görünür ki, 1968-ci ildə tikilmiş qəsəbə çayxanası, həmin çayxanada 15 ildən artıq müdir işləyən Aşağı-Nüvədi qəsəbə sakini İddiaçı adına, qohumlarının əmlak payı hesabına özəllərdirilmişdir. İş materiallarında olan 16 may 2000-ci il tarixli aktdan görünür ki, 1968-ci ildə tikilmiş qəsəbə çayxanası, orada 15 ildən artıq müdir işləyən İddiaçı adına, qohumlarının əmlak payı hesabına özəllərdirildiyi üçün təhvil-təslim işi aparılmış, çayxana təhvil verilərkən istifadəyə yararlı olmuşdur. İş materiallarında olan 16 may 2000-ci il tarixli, 05 nömrəli qaimədən görünür ki, Əliyev X7 rayonu X21 İslahat Komissiyasının hesabına 1.050,000 (bir milyon əlli min) manat pul ödəmişdir. İş materiallarında olan əmlakdan pay haqqının verilməsi barədə 16 may 2020-ci il tarixli, 05 nömrəli aktdan görünür ki, Əliyev X7 rayonu X21 İslahat Komissiyasının hesabına 1.050,000 (bir milyon əlli min) manat pul ödəmişdir. İş materiallarında olan Lənkəran rayonu X21 İslahat Komissiyasının 15 may 2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, 1968-ci ildə tikilmiş, babasının və atasının işlədikləri, hazırda 15 ildən artıq özünün işlədiyi qəsəbə çayxanası, özünün və 5 (beş) nəfər qohumunun əmlak payları hesabına İddiaçı adına özəlləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan X19 Filialının 13.05.2020-ci il tarixli, a/191 nömrəli arxiv çıxarışından görünür ki, 1968-ci ildə tikilmiş qəsəbə çayxanası, həmin çayxanada 15 ildən artıq müdir işləyən Aşağı-Nüvədi qəsəbə sakini İddiaçı adına, qohumlarının əmlak payı hesabına özəllərdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi 22 fevral 2021-ci il tarixli, 10-54/7-266 nömrəli məktubunda qeyd edilmişdir ki, hazırda Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində 0,02203 ha torpaq sahəsi üzərində 1968-ci ildə tikilmiş çayxana binası yerləşir və həmin çayxana Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini İddiaçı istifadəsindədir. İş materiallarında olan X19 Filialının 15.02.2021-ci il tarixli, b/65-1 nömrəli arxiv çıxarışından görünür ki, 1968-ci ildə tikilmiş qəsəbə çayxanası, həmin çayxanada 15 ildən artıq müdir işləyən İddiaçı və 5 (beş) nəfər qohumunun əmlak payı hesabına İddiaçı adına özəlləşdirildiyinə görə Aşağı-Nüvədi istehsal kooperativinin (X33 komissiyasının) balansından çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə göndərdiyi 16 fevral 2021-ci il tarixli, 12-19/05 nömrəli məktubundan görünür ki, 1968-ci ildə tikilmiş Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində 0.02203 ha torpaq sahəsi üzərində yerləşən çayxana binası hal-hazırda mövcuddur və Aşağı Nüvədi qəsəbə sakini İddiaçı tərəfindən istifadə olunur. İş materiallarında olan Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin məhkəməyə göndərdiyi 16 fevral 2020-ci il tarixli, 09 nömrəli məktubunda qeyd edilmişdir ki, 1968-ci ildə tikilmiş Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən çayxana binası mövcuddur, Aşağı Nüvədi qəsəbə sakini İddiaçı istifadəsindədir. İş materiallarında olan X19 Filialının 15.02.2021-ci il tarixli, b/56-1 nömrəli arxiv çıxarışından görünür ki, 1968-ci ildə tikilmiş qəsəbə çayxanası, həmin çayxanada 15 ildən artıq müdir işləyən İddiaçı və 5 (beş) nəfər qohumunun əmlak payı hesabına İddiaçı adına özəlləşdirildiyinə görə Aşağı-Nüvədi istehsal kooperativinin (X33 komissiyasının) balansından çıxarılmışdır. İş materiallarında olan X19 Filialının 15.02.2021-ci il tarixli, b/56-2 nömrəli arxiv çıxarışından görünür ki, 1968-ci ildə tikilmiş qəsəbə çayxanası, həmin çayxanada 15 ildən artıq müdir işləyən İddiaçı adına, qohumlarının əmlak payı hesabına özəlləşdirilmişdir. İş materiallarında olan İddiaçı Aşağı Nüvədi X33 Komissiyasının sədrinə göndərdiyi ərizədən görünür ki, iddiaçının babasının və atasının işlətdiyi 1968-ci ildə inşa edilmiş çayxananı ailəsinin və qohumlarının əmlak payı hesabına onun adına özəlləşdirilməsi xahiş olunmuşdur. İş materiallarında olan X5 Aşağı Nüvədi X33 Komissiyasının sədrinə göndərdiyi ərizədən görünür ki, ona düşən əmlak payının, çayxananın kürəkəni İddiaçı adına özəlləşdirilməsi xahiş olunmuşdur. İş materiallarında olan X3 Aşağı Nüvədi X33 Komissiyasının sədrinə göndərdiyi ərizədən görünür ki, ona düşən əmlak payının, çayxananın həyat yoldaşı İddiaçı adına özəlləşdirilməsi xahiş olunmuşdur. İş materiallarında olan X12 Aşağı Nüvədi X33 Komissiyasının sədrinə göndərdiyi ərizədən görünür ki, ona düşən əmlak payının, çayxananın kürəkəni İddiaçı adına özəlləşdirilməsi xahiş olunmuşdur. İş materiallarında olan X31 Nüvədi X33 Komissiyasının sədrinə göndərdiyi ərizədən görünür ki, ona düşən əmlak payının, çayxananın kürəkəni İddiaçı adına özəlləşdirilməsi xahiş olunmuşdur. İş materiallarında olan X4 Aşağı Nüvədi X33 Komissiyasının sədrinə göndərdiyi ərizədən görünür ki, ona düşən əmlak payının, çayxananın dayısı oğlu İddiaçı adına özəlləşdirilməsi xahiş olunmuşdur. İş materiallarında olan X13 Şirvan İnzibati Məhkəməsinə göndərdiyi notarial qaydada verilmiş **********501 nömrəli ərizədən görünür ki, X18 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, torpaq sahəsindən istifadə hüququnun və qeyri yaşayış binasının üzərində mülkiyyət hüququnun iddiaçının tələbi üzrə adına tanınmasına və iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. İş materiallarında olan X2 Şirvan İnzibati Məhkəməsinə göndərdiyi notarial qaydada verilmiş **********500 nömrəli ərizədən görünür ki, X14 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, torpaq sahəsindən istifadə hüququnun və qeyri yaşayış binasının üzərində mülkiyyət hüququnun iddiaçının tələbi üzrə adına tanınmasına və iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. İş materiallarında olan X3 Şirvan İnzibati Məhkəməsinə göndərdiyi notarial qaydada verilmiş **********414 nömrəli ərizədən görünür ki, X15 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, torpaq sahəsindən istifadə hüququnun və qeyri yaşayış binasının üzərində mülkiyyət hüququnun iddiaçının tələbi üzrə adına tanınmasına və iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. İş materiallarında olan X4 Şirvan İnzibati Məhkəməsinə göndərdiyi notarial qaydada verilmiş **********502 nömrəli ərizədən görünür ki, X16 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, torpaq sahəsindən istifadə hüququnun və qeyri yaşayış binasının üzərində mülkiyyət hüququnun iddiaçının tələbi üzrə adına tanınmasına və iddianın təmin olunmasına etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsinin 25 may 2021-ci il tarixli 21 nömrəli məktubunda qeyd edilir ki, Aşağı Nüvədi qəsəbə sakini İddiaçı iddia tələbinə dair iş üzrə yəni ona X36-İslahat Komissiyası tərəfindən əmlak payı kimi verilən qeyri-yaşayış obyektinin altındakı və ətrafındakı torpaq sahəsi Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətində saxlanılmışdır. Əgər İddiaçı qeyd olunan qeyri-yaşayış obyektinə istifadə üçün hüquqları tanınarsa, Aşağı Nüvədi bələdiyyəsinin tərəfindən istifadəsində qeyri-yaşayış obyektinə məxsus olan torpaq sahəsinin gələcəkdə İddiaçı satılmasını qanunamüvafiq hesab edirik. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə göndərdiyi 02 mart 2021-ci il tarixli, **********16 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 11 yanvar tarixli, 2-1 (120)-554/2021 saylı inzibati iş üzrə sərəncamın icrası olaraq Lənkəran rayonu Aşağı- Nüvədi qəsəbəsi ərazisində yerləşən, Lənkəran rayonu X21 İslahat Komissiyasının 15.05.2000-ci il tarixli 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq istifadədə olan tikintialtı sahəsi 220.3 kv.m-dən ibarət torpaq sahəsində ümumi sahəsi 190.7 kv.m-dən ibarət qeyri- yaşayış binası (çayxana binası) üzərində vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərimizə qoyulmasına dair hazırki iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəfimizdən aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırıldı. Məlumat üçün bildiririk ki, hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsi X9 təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2020-ci il 03 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmiş və Ərazi idarəsinin ekspertiza komissiyasında sözü gedən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, Ərazi İdarəsinin icraatında olan sənədlərin sırasında mühüm əhəmiyyətli sənədlərdən sayılan sözü gedən qeyriyaşayış binasının (çayxana binası) tikintisinə dair ilkin torpaq ayırma sənədi iddiaçının etibarlı nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu baxımdan bildiririk ki, sözü gedən qeyri-yaşayış binası əmlak payı olaraq hazırki iş üzrə iddiaçının mülkiyyətinə verildiyi halda, lakin yerləşdiyi torpaq sahəsinə dair hər-hansı bir torpaqayırma qərarı təqdim olunmamışdır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Xidmət orqanı olaraq bildiririk ki, həmin qeyri-yaşayış (çayxana) binası üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsi tərəfindən təqdim edilmədiyindən, həmin dövrdə sözü gedən şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına tərəfimizdən 07.12.2020-ci il tarixli, **********39 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki iş üzrə sərəncamın icrası olaraq bildiririk ki, Lənkəran rayonu Aşağı- Nüvədi qəsəbəsi ərazisində yerləşən, Lənkəran rayonu X21 İslahat Komissiyasının 15.05.2000-ci il tarixli 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq iddiaçının mülkiyyətinə verilmiş ümumi sahəsi 190.7 kv.m-dən ibarət qeyri- yaşayış binasının (çayxana binası) yerləşdiyi istifadədə olan tikintialtı sahəsi 220.3 kv.m- dən ibarət torpaq sahəsinin həmin şəxsin istifadəsinə verilməklə sözü gedən qeyri-yaşayış binasının iş üzrə iddiaçının adına qeydiyyata alınması barədə qərar qəbul edildiyi təqdirdə, icrası tərəfimizdən təmin olunacaqdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə göndərdiyi 27 may 2021-ci il tarixli, **********92 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 26 aprel tarixli, 2-1 (120)-554/2021 saylı inzibati iş üzrə sorğunun icrası olaraq Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində yerləşən, Lənkəran rayonu X21 İslahat Komissiyasının 15.05.2000-ci il tarixli 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq İddiaçı istifadəsində olan tikintialtı sahəsi 220.3 kv.m-dən ibarət torpaq sahəsində yerləşən, ümumi sahəsi 190.7 kv.m-dən ibarət qeyri-yaşayış binası (çayxana binası) üzərində vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki sorğuda barəsində qoyulmuş sualların cavablandırılmasına münasibətdə, tərəfimizdən aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırıldı. Sorğunun 1-ci sualına münasibətdə bildiririk ki, islahatın müvafiq qərarı əsasında əmlak payı olaraq hazırki iş üzrə İddiaçı verilmiş qeyri- yaşayış binasının (çay evi) koordinatları (döngə nöqtələri) Sizə təqdim olunur. Sorğunun 2-ci sualına cavab olaraq bildiririk ki, sözü gedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri üçün ayrılmış sahibkarlıq təyinatlı torpaq sahəsi olmaqla Lənkəran rayonu, Aşağı-Nüvədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Sorğunun 3-cü sualına cavab olaraq bildiririk ki, sözü gedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi təyinatına uyğun istifadə edilir. Sorğunun 4-cü sualına cavab olaraq bildiririk ki, əmlak payı olaraq hazırki iş üzrə İddiaçı mülkiyyətinə verilmiş sözü gedən qeyri-yaşayış binası (çayxana binası) tikinti norma və qaydalarına uyğundur və təyinatı üzrə istifadəyə yararlıdır. Sorğunun 5-ci sualına cavab olaraq bildiririk ki, əmlak payı olaraq özəlləşdirilmiş həmin qeyri-yaşayış binasının yerləşdiyi tikintialtı torpaq sahəsi 15.05.2000-ci il tarixindən hal-hazıradək iş üzrə İddiaçı istifadəsindədir. Sorğunun 6-cı sualına cavab olaraq bildiririk ki, əmlak payı olaraq Lənkəran rayon X21 İslahat Komissiyasının 15.05.2000-ci il tarixli, 04 nömrəli protokolundan çıxarış əsasında iddiaçının mülkiyyətinə verilmiş həmin qeyriyaşayış binası, habelə yerləşdiyi torpaq sahəsi digər şəxslərin mənafeyinə toxunmur və hər-hansı bir şəxsə məxsus tikili ilə, yaxud yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Hazırki iş üzrə sorğunun icrası olaraq bildiririk ki, Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində yerləşən, Lənkəran rayonu X21 İslahat Komissiyasının 15.05.2000-ci il tarixli 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq iddiaçının mülkiyyətinə verilmiş ümumi sahəsi 190.7 kv.m-dən ibarət qeyri-yaşayış binasının (çayxana binası) yerləşdiyi istifadədə olan tikintialtı sahəsi 220.3 kv.m- dən ibarət torpaq sahəsinin həmin şəxsin istifadəsinə verilməklə sözü gedən qeyri-yaşayış binasının vahid daşınmaz əmlak obyekti olaraq İddiaçı adına qeydiyyata alınması barədə qərar qəbul edildiyi təqdirdə, icrası tərəfimizdən təmin olunacaqdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə göndərdiyi 30 iyun 2021-ci il tarixli, **********16 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 02 iyun tarixli, 2- 1(120)-554/2021 saylı inzibati iş üzrə qəbul edilmiş qərardadın icrası olaraq Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində yerləşən, Lənkəran rayonu X21 İslahat Komissiyasının 15.05.2000-ci il tarixli 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq iddiaçı X1, onun istifadəsində olan tikintialtı sahəsi 220.3 kv.m-dən ibarət torpaq sahəsində yerləşən, ümumi sahəsi 190.7 kv.m-dən ibarət qeyri-yaşayış binası (çayxana binası) üzərində vahid daşınmaz əmlak obyekti kimi iddiaçının adına müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar qəbul edilmiş hazırki qərardada münasibətdə, tərəfimizdən aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırıldı. Xidmət orqanı olaraq bildiririk ki, islahatın müvafiq qərarı əsasında əmlak payı olaraq hazırki iş üzrə iddiaçı X10 verilmiş qeyri-yaşayış binasına (çayxana binası) dair iddia tələbinə dəqiqləşmə aparılmaqla “X6 Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən, Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq ona satılmış 190.7 kv.m-dən ibarət qeyri-yaşayış (çayxana) binasına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh olaraq 10 saylı Lənkəran Ərazi idarəsinin üzərinə qoyulması” kimi baxılmaqla inzibati işin davam etməsini qanunamüvafiq hesab edirik. Hazırki iş üzrə dəqiqləşmə aparılmaqla davam edən iddia tələbinə münasibətdə bildiririk ki, İddiaçı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən, Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq ona satılmış 190.7 kv.mdən ibarət qeyri-yaşayış (çayxana) binasına mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar qəbul edildiyi təqdirdə, icrası tərəfimizdən təmin olunacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadə də olan 220.3 kv.m ərazidə yerləşən,190.7 kv.m-dən ibarət qeyri-yaşayış (çayxana) binası Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq dəyəri tam ödənilməklə İddiaçı adına özələşdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış (çayxana) binasının yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri üçün ayrılmış sahibkarlıq təyinatlı torpaq sahəsi olmaqla Lənkəran rayonu, Aşağı-Nüvədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir, yerləşdiyi torpaq sahəsi təyinatına uyğun istifadə edilir, tikinti norma və qaydalarına uyğundur və təyinatı üzrə istifadəyə yararlıdır, həmin qeyri-yaşayış binası, habelə yerləşdiyi torpaq sahəsi digər şəxslərin mənafeyinə toxunmur və hər-hansı bir şəxsə məxsus tikili ilə, yaxud yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmür və 15.05.2000-ci il tarixindən hal-hazıradək iş üzrə İddiaçı istifadəsindədir. İddiaçı sözügedən Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarışı rəhbər tutaraq həmin qeyri-yaşayış binası üzərinə özünün mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq ona satılmış (özəlləşdirilmiş) 190.7 kv.m ibarət qeyri-yaşayış (çayxana) binası üzərində özünün mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən qeyri-yaşayış (çayxana) binası üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, iddiaçı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən 190.7 kv.m ibarət qeyri-yaşayış (çayxana) binasını Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında özəlləşdirmişdir. İddiaçı həmin qərar əsasında sözügedən qeyri-yaşayış (çayxana) binasına öz adına çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış sözügedən qeyri-yaşayış (çayxana) binasına hüququn qeydə alınması üçün əsasdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının qeyri yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X20 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “İddiaçı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq İddiaçı satılmış 190.7 kv.m ibarət qeyriyaşayış (çayxana) binasına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsi ərazisində faktiki istifadəsində olan 220.3 kv.m ərazidə yerləşən Lənkəran rayon X33 Komissiyasının 15.05.2000-ci il tarixli, 04 saylı iclas protokolundan çıxarış əsasında əmlak payı olaraq İddiaçı satılmış (özəlləşdirilmiş) 190.7 kv.m ibarət qeyri-yaşayış (çayxana) binasına mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar