Məhkəmə qərarları › İş №2-1(120)-556/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-556/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-556/2023 19.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 19 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək stajını və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 1 saylı Şirvan-Salyan regional filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. Bildirmək istəyir ki, o, hazırda müavinət alır. Lakin onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyası almaq hüququ vardır. Belə ki, qanunvericilikdə tələb olunan əmək stajı vardır. O, 2022-ci ilin aprel ayında cavabdeh orqana müraciət etmiş və xx.xx.2022-ci il tarixdə cavabdeh orqan onun müraciətini qəbul etmiş, lakin 1 aydan uzun müddətdir ki, onun müraciətini cavablandırmır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olınaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa 1974-cü il tarixdən 1976-cı il tarixədək keçmiş sovet orduları sırasında hərbi xidmətdə olmuşdur. Qeyd etmək istəyir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onun yaşa görə əmək pensiyası almağı üçün tələb olunan iş stajı 25 ildən çoxdur. Odur ki, onun yaşa görə əmək pensiyası almağına heç bir maneə yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun l saylı Şirvan-Salyan regional filialına ərizə ilə müraciət etmiş və həmin ərizəyə cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mərkəzləşdirilmiş Avtodaşımalar İdarəsindəki, xx.xx.1996-cı il tarixdən xx.xx.2001 -ci il tarixədək “Yerlitikinti materialları” birliyindəki iş stajını yoxlamaq mümkün olmamışdır. X3 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin "xxxx" firmasının 2002- 2003-cü illərə aid arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd edilən səbəblərdən həmin dövrlərin sığorta stajına daxil edilməsi tərəflərindən mümkün hesab edilməmişdir. Bu səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə pensiya hüququ qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 64 yaş 6 ayla xx.xx.2020-ci il tarixdə yaranır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasınm əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi döviət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilətəsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasma cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Hazırda iş üzrə mübahisə predmetini iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mərkəzləşdirilmiş Avtodaşımalar İdarəsindəki, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək “Yerlitikinti materialları” birliyi və 2002-2003-cü illərdə "xxxx" ASC-nin "xxxx" firmasındakı iş stajı təşkil edir. Belə ki, iş materiallarına əlavə olunmuş X3 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin "xxxx" firmasınm 2002-2003-cü illərə aid arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mərkəzləşdirilmiş Avtodaşımalar İdarəsindəki, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək “Yerlitikinti materialları” birliyindəki iş stajını isə yoxlamaq mümkün olmamışdır. Belə olduğu halda isə iddiaçının təqdim etdiyi hərbi biletin surətinə, əmək kitabçasına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978- ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci iltarixədək, xx.xx.1082-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 15 il 7 ay 11 gün sığorta stajı müəyyən edilmişdir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan "xxxx" ASC "xxxx" Firmasının xx.xx.2019-cu il tarixli, 012/1 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında "xxxx" İdarəsinin Atbulaq Təssərüfathesablı avtobazasında yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında "xxxx" İdarəsinin Atbulaq Daş karxanasında yüklərin karxanadan daşınmasında sürücü, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Sanqaçal Daş karxanasında yüklərin karxanadan daşınmasında sürücü, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "xxxx" İdarəsinin Sənaye Müəssisələri İdarəsi Qaradağ Daş karxanasından vaqon yükləmə meydançasına daş daşıyan avtomaşında sürücü, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək "xxxx" İdarəsinin Mərkəzləzmiş Avtoyükdaşımalar İdarəsində yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azəraqrarsənayetikinti” kooperativ istehalat birliyinin Mərkəzləzmiş Avtoyükdaşımalar İdarəsində yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" kooperativ istehalat birliyinin Sanqaçal Daş karxanasında yüklərin karxanadan daşınmasında sürücü, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Azəraqrartikinti,,Dövlət Şirkətinin Mərkəzləzmiş Avtoyükdaşımalar İdarəsində yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin Bakı ”Yerlitikintimaterialları” filialının 1 №-li istehsal sahəsinin daş karxanasında daş daşıyan avtomaşında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-ni "xxxx" fırmasında avtomaşında sürücü işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 03 dekabr 1985-ci il tarixli 392 saylı qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti yanında “Başkolxozsovxoztikinti” kooperativ istehalat idarəsi “Azəraqrarsənayetikinti” kooperativ istehalat birliyi adlandırılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarxili, 150 №-li qərarı ilə “Azəraqrarsənayetikinti” kooperativ istehalat birliyi "xxxx" kooperativ istehalat birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cıi il tarixli 617 saylı Fərmanı ilə "xxxx" kooperativ istehalat birliyi "xxxx" Dövlət Şirkəti adlandırılmışdır. "xxxx" Dövlət Şirkətinin xx.xx.1996-cı il tarixli 24 saylı əmrinə əsasən "xxxx" Dövlət Şirkətinin “Bakı Yerlitikintimaterialları” birliyinin struktur dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq “Bakı “Yerlitikintimaterialları” birliyinin tərkibində olan struktur vahidləri birliyə birləşdirilərək istehsalat sahələri olmuşlar. O cümlədən Hacıvəlli daş karxanası, Sanqaçal Daş karxanası, Bəklə Daş karxanası, Atbulaq Daş karxanası, Qaradağ Yükləmə-Boşaltma Kontoru, bu karxanalara xidmət edən X1 İdarəsi “Yerlitikintimaterialları” Birliyinə birləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci tarixli 6460 saylı Fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv edilmiş və onun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin struktur vahidləri isə filiala çevrilmişdir. "xxxx" Firması isə “Azəraqrartikinti “ASC-nin struktur vahidi olaraq onun fıliallarından biridir. Bununla da İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixində təsdiq edilmiş 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ qazanmışdır. Bölmə 1.2.1 “Açıqda dağ-mədən işləri və yer səthində işlər” a) fəhlələr; 1. kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər-texnoloji prosesdə dağ-mədən kütləsini nəqli ilə məşğul olan avtomobil sürücüləri. İş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 36 nömrəli arayışından görünür ki, Hacıqabul rayon Dövlət Arxivində fond-21-də qorunub saxlanılan Nəvahı üzümçülük sovxozunun 1983-1984-cü il tarixli əmr kitablarında İddiaçı adı məktuba əlavə olunmuş arayışda və əmr kitablarından çıxarışlarda olduğu kimi qeyd edilmişdir. 1) xx.xx.1983-cü il əmr № 172 sovxoza fəhlə qəbul edilsin. 2). xx.xx.1984-cü il tarixdən öz xahişi ilə işdən azad edilsin. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/1196 nömrəli arayışından görünür ki, “Mərkəzləşdirilmiş Avtodaşımalar” İdarəsinin (vətəndaşın əmək kitabçasına əsasən) “Azəraqrartikinti “ATSCnin "xxxx" Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının monitorinq və araşdırma şöbəsinin baş mütəxəssisi Z.G.Baxşıyevanın, monitorinq və araşdırma şöbəsinin böyük mütəxəssisi R.Y.Manafovun, “Azəraqrartikinti “ASC-nin "xxxx" Firmasının rəisi X2 iştirakı ilə tərtib edilmiş 16 iyun 2022ci il tarixli Aktdan görünür ki, İddiaçı 2002-2003-cü illərdə "xxxx" Firmasında işləməsi barədə qarşılıqlı araşdırma zamanı müəyyən edildi ki, “Azəraqrartikinti “ASC-nin "xxxx" Firmasının 2002-2003-cü illərə aid arxiv sənədləri saxlanılmadığı üçün həmin illərin sığorta stajını araşdırmaq mümkün olmamış, sənədlər Milli Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan “Azəraqrartikinti “ASC-nin 01 sentyabr 2022-ci il tarixli, 07/196 saylı məktubundan görünür ki, şirkətin 24 saylı xx.xx.1996-cı il tarixli əmrinə əsasən “Yerli Tikinti materialları” Birliyinin 02 saylı xx.xx.1996-cı il tarixli əmrinə əsasən “Mərkəzləşdirilmiş Avtodaşımalar” İdarəsinin ləğv olunması ilə əlaqədar sürücü-İddiaçı köçürmə yolu ilə Birliyin Avtodaşımalar sahəsinə köçürülmüşdür. 16 avqust 2001-ci il tarixli, 12 №-li əmrilə sürücü İddiaçı "xxxx" Firmasına keçirilmişdir. Qeyd olunan idarələrin ləğvi və yaxud birləşdirilməsi zamanı şirkət və birlik tərəfindən arxiv sənədləri hal-hazırda fəaliyyət göstərən “Azəraqrartikinti “ASC-nin arxivinə verilmədiyindən qeyd edilənlərdən başqa sorğu etdiyiniz sənədləri tam şəkildə aşkar etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin 24 avqust 2022-ci il tarixli, **********433100 saylı məlumatların təqdim edilməsi haqqında Arayışından görünür ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən “Azəraqrartikinti “X9 Cımiyyətinin "xxxx" Firması (VÖEN: **********) xx.xx.2000-ci ildə 06 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış lakin, təşkilati hüquqi formasının dəyişdirilməsi və hüquqi varisliyi barədə reyestr məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Bundan əlavə bildirirlər ki, “Azəraqrartikinti “X9 Cımiyyətinin "xxxx" Firması tərəfindən təqdim edilmiş ərizəyə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, 04.01,1082-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 15 il 7 ay 11 gün sığorta stajı müəyyən edilmişdir. Həmçinin bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi araşdırmanın nəticəsinə əsasən vətəndaşın əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək Mərkəzləşdirilmiş Avtodaşımalar idarəsindəki, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək “Yerlitikinti materialları” birliyindəki iş stajını yoxlamaq mümkün olmamışdır. X3 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin "xxxx" firmasının 2002-2003-cü illərə aid arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd edilən səbəblərdən həmin dövrlərin sığorta stajına daxil edilməsi tərəfimizdən mümkün hesab edilməmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan НЗ-3072289 saylı hərbi biletdən görünür ki, İddiaçı 13 noyabr 1974-cü il tarixdən 22 noyabr 1976-cı il tarixədək 2 il 9 gün keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan İddiaçı təqdim etdiyi 26 mart 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, 04.01,1082-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixindən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 23 il 9 ay 27 gün sığorta stajı müəyyən edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı hərbi xidmət (2 il 9 gün) və əmək kitabçasında qeyd olunmuş iş illəri (23 il 9 ay 27 gün) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 il 10 ay 6 gün sığorta stajı toplamış, yaşa görə pensiya təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat tərəfindən iddiaçının hərbi xidmət və əmək kitabçası üzrə xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 15 il 7 ay 11 gün sığorta stajı müəyyən edilmiş, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixədək Mərkəzləşdirilmiş Avtodaşımalar İdarəsindəki, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək “Yerlitikinti materialları” birliyindəki iş stajının yoxlanılmasının mümkün olmadığı, X3 və araşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin "xxxx" firmasının 2002-2003-cü illərə aid arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, qeyd edilən səbəblərdən həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün hesab edilmədiyi bildirilmiş və ona yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, işdə olan İddiaçı məxsus 26 mart 1979-cu il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, onun xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mərkəzləşdirilmiş Avtodaşımalar İdarəsində 3 il 5 ay, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək “Yerlitikinti materialları” birliyində 5 il 5 ay 16 gün və "xxxx" ASC-nin "xxxx" firmasında xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 1 il 5 ay 29 gün sürücü vəzifəsində işləməsi, bu müddət ərzində topladığı 10 il 4 ay 15 gün iş stajı həmin müəssisələrin müvafiq əmr və möhürləri ilə təsdiq olunmuşdur. Beləliklə, İddiaçı hərbi xidmət və əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə 25 il 10 ay 6 gün sosial sığorta stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Mərkəzləşdirilmiş Avtodaşımalar İdarəsindəki, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək “Yerlitikinti materialları” birliyindəki iş stajının yoxlanılmasının mümkün olmamasının, habelə, "xxxx" ASC-nin "xxxx" firmasının 2002-2003-cü illərə aid arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsinin məsuliyyətinin iddiaçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iddiaçının 25 ildən artıq sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1955-ci ildə doğulmuş İddiaçı əmək kitabçasına və hərbi biletinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar