Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-556/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0004 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən “Hərbi xidmət dövrü ilə əlaqdar” ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-4426/2024 nömrəli qərardadı ilə Ağdam rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1578/2024 nömrəli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin ilkin əlillik təyin edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnaməsinin, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1578/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı oglu xx.xx.2014-cü il tarixdə SHXÇDX-nin Ağcabədi rayon şöbəsindən yararlı olaraq müddətli həqiqi hərbi xidmətə çağırılıb, Azərbaycan Respublikası DİN-in DQ-da N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və xəstəliyi ilə əlaqədar xx.xx.2016-cı il tarixdən müddətli həqiqi hərbi xidmətdən hərbi xidmətə yararsız kimi və hərbi uçotdan çıxarılmaqla tərxis olunmuşdur. İddiaçı hərbi xidmət zamanı psixi xəstəlik tapmış və ilk öncə xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək 1 saylı X2 “Üzvi mənşəli şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə stasionar qaydada müalicədə olmuş, sonra isə müalicəsinin davamı olaraq xx.xx.2016-cı il tarixdən- xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası DİNnin DQ-nın Hospitalında eyni diaqnozla stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. X7 Elmir Laçın oglu müalicənin sonunda şəhadətləndirilmiş, “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” diaqnozu ilə hərbi uçotdan çıxardılmaqla, hərbi xidmətə yararsız hesab olunmuşdur. Həmin xəstəliyin hərbi xidmət dövründə alındığı öz təsdiqini tapmışdır. Bu xəstəlik üzrə İddiaçı xx.xx.2016-cı il tarixdə TSEK tərəfindən “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbilə ilkin olaraq “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu. Üzvi mənşəli şizofreniya psixoz” diaqnozu üzrə 3 dərəcə əlilliyi 5 il müddətinə təyin edilmişdir. Həmin qərarda əmək zəmanəti barədə qrafada şəxsin yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Belə ki, o, xəsarətlərlə bağlı 17.02.201l6-cı il tarixdən xx.xx.2016cı il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Üzvi mənşəli şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə X16 Dispanserində stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. X5 Elmir Laçın oğluna “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu. “F23.1” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdə 1263 nömrəli Tibbi Rəy verilmişdi. Həmçinin, qeyd olunan xəsarətlərlə bağlı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu” diaqnozu ilə Ağcabədi rayon MRX-da stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Qeyd olunan tibbi sənədlər növbəti dəfə əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin, heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən xx.xx.2022-ci il tarixdə imtina etmiş, imtinanın səbəbi kimi: “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir” qeyd edərək imtina etmişdir. Belə ki, TSEK əlilliyin təyini ilə bağlı qərəzli qərarlar qəbul edir. Necə olur ki, eyni diaqnozla 2016-cı il tarixində qiymətləndirilərək ona 3-cü dərəcəli əlillik təyin edilmiş, yalnız növbəti qiymətləndirilmə zamanı xx.xx.2022-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina olunur. Hansı əsaslar oldu ki, bu beş il ərzində onun əlilliyi aradan qalxdı. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Ağdam RƏD-in xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, X10 (Şizofreniyayabənzər) Pozuntusu Amillər”. Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Ağcabədi rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0220003AA1EH nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. (ESDAS **********0) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E.Kərimova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 23 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı şikayətləri həyəcandan, bayılmadan, əsmələrdən, baş ağrısından, şübhələrindən olmuşdur. Psixi statusu: davranışı adekvat olmuş, sayıqlama pozuntuları aşkarlanmamışdır. Qəbul etdiyi dərmanlar haqqında məlumat verə bilməmiş, SN reyestrində qeydiyyata alınmamışdır. Kəllə-beyin travması haqqında məlumat verə bilməmiş, təqdim olunmuş sənədlərdə öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olmuş, bələdliyi qorunmuş, tənqidi tam, emosional stabil olmuşdur. Şikayətlərini “Elə bilirəm hamı üstümə gəlir” kimi bildirmişdir. Qəbul etdiyi medikamentoz preparatın adını bilməmiş, ağ rəngli tablet olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyətində şəxsiyyət dəyişkənliyi, ruhi xəstəlik əlamətləri aşkarlanmamış, dinamikada ağırlaşma müşahidə edilməmişdir. Ağdam rayon X8 xx.xx.2022-ci il tarixli 1263 nömrəli Tibbi Rəyində diaqnoz “Kəskin sizofreniya bənzər psixotik pozuntu” kimi qeyd edilmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi iştirak etmir. Məhkəmə İPM-in 62.3cü maddəsini rəhbər tutaraq, işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və mahiyyəti üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin təmin edilməməsini xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmçinin buraxılmış prosessual müddət məhkəmə tərəfindən üzrlü hesab edilərək bərpa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.
Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbayacan Respublikası DİN DQ Hospitalı 165/2016 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizdə iddiaçının diaqnozu “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, 23 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Hərbi-həkim komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: Diaqnoz “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu”. “Xəstəliklər cədvəlinin 15 maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatının “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən: “D” - Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İddiaçıya dair Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinindən imtina edilmiş, xx.xx.2016-cı il tarixdə 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F4S-F4S.9,F48-F48.9) diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar olaraq 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Əlavə müalicəyə ehtiyacın olması, Əlavə ixtisaslaşmış müalicənin tövsiyə edilməsi səbəbi ilə, xx.xx.2022-ci il tarixdə diaqnozun öz təsdiqini tapmaması, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, xx.xx.2024-cü il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Ağdam X8 xx.xx.2022-ci il tarixli, 1263 nömrəli tibbi rəyindən görünür ki, İddiaçı oglu xx.xx.2022-ci il tarixdə Dispanserdə şöbə müdiri X14 oglu tərəfindən müayinə olunub. Diaqnoz: “Kəskin şizofreniyabənzər psixotik pozuntu”. F 23.1. xx.xx.2014-cü il tarixli, SX № ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı oglu xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək hərbi xidmətdə olmuş, X1 15-ci maddəsinin İİ qrafasının “C” bəndinə (hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır) əsasən vaxtından əvvəl hərbi xidmətdən azad edilib hərbi qeydiyyata alınmaq üçün SHXDX-nin Ağcbədi rayon şöbəsinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0004 nömrəli qərarından görünür ki, İddiaçı ogluna diaqnozunun öz təsdiqini tapmaması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tibb müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında iddiaçıya əsas diaqnoz F23.2. Kəskin şizofreniyaya bənzər psixotik pozuntu, üzvi mənşəli şizofreniya psixoz, Ağırlaşma F23.2. Kəskin şizofreniyaya bənzər psixotik pozuntu, yanaşı xəstəliklər Əlillik təzahürlərinin olması müəyyən edilmişdir. Tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçıya Əsas diaqnoz F23.1. Şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozğunluq (keçirilmiş) üzvi mənşəli şizofreniya bənzər psixoz, Ağırlaşma F07.0. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, davranış pozuntuları ilə, Yanaşı xəstəliklər Əlillik müddətinin qurtarması-yenidən baxmaq müəyyən edilmişdir. X16 Xəstəlikləri Dispanserinin xx.xx.2022-ci il tarixli, İ00044024ZQP nömrəli göndərişi əsasında iddiaçıya Əsas diaqnoz F06.2. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, X10 (şizofreniyayabənzər) pozuntusu müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin İ00044024ZQP nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı iiə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Ağcabədi Rayon Mərkəzi Xəstaxanasi” X12 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu, Şənlik kəndində yaşayan İddiaçı “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15in Terapiya şöbəsində “Keçirilmiş kələ beyin travmaları nəticələri” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər stasionar müalicə almışdır. Vətəndaşın xəstəliyi ilə əlaqədar olaraq əlilliklə bağlı sənədləri xx.xx.2016, xx.xx.2016 və xx.xx.2022-ci il illərdə sistemə daxil edilmişdir. Ağdam X8 xx.xx.2024-cü il tarixli, 828 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə stasionar müalicə üçün Dispanserə müraciət etmişdir. Xəstə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Dispanserdə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixində əlillik müddəti bitdiyi üçün Ağcabədi RMX tərəfindən HMK-dan keçdikdən sonra dispanserə göndərilmiş və xəstə dispanserdə Həkim Psixiatrik komisiyyası tərəfindən müayinə olunduqdan sonra onlayın forma 088 tərtib edilib TSEK-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixində göndərişə imtina qərarı verilmişdir. Ağdam X8 xx.xx.2024-cü il tarixli, 1054 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən “Şizofreniya əlamətləri ilə müşahidə olunan kəskin polimort psixotik pozğunluq” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmişdir. Xəstə yenidən xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Dispanserdə stasionar müalicədə olmuşdur. Xəstə xx.xx.2022-ci il tarixində Ağcabədi RMX-nin HMK-sı tərəfindən əlillik təyin edilməsi üçün Dispanserə göndərilmişdir. Xəstə Dispanserdə HPK-sı tərəfindən müayinə olunduqdan sonra əlillik təyin edilməsi üçün yeni qaydalara uyğun olaraq forma 088 tərtib edilib onlayn şəkildə DTSERA-nə göndərilmişdir. Göndərişə cavab olaraq 21.1 1.2022-ci il tarixində imtina qərarı verilmişdir. Səbəb: “Diaqnoz təsdiqini tapmaması” Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə qeyd olunan tarixdən sonra Dispanserə müraciət etməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X16 Xəstəlikləri Dispanserinin İ00044024ZQP nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xəstədə hazırda müşahidə olunan emosional-iradi sfera və davranışdakı dəyişikliklərin araşdırılması məqsədi ilə stasionar müşahidə altında Həkim- psixiatrik Komissiya tərəfindən dəyərləndirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-3704/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli 3726 nömrəli rəyində qeyd edilmişdir ki, hal-hazırkı psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur, Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu: Yoxlanılan şəxs zahirən bir qədər narahat görünür. Əhvali-ruhiyyəsinin aşağı olması nəzərə çarpır. Düşüncəsi kobud pozulmamış, bələdliyi özünə, zamana və ətraf mühitə görə saxlanılıb. Ünsiyyətə həvəssiz qoşulur, verilən suallara əsasən qısa cavablar verir. Sorğu zamanı əsgərlik dövründə xəstələndiyini, qulağına “səslər” gəldiyini, bununla əlaqədar hərbi xidmətdən vaxtından əvvəl azad edildiyini, sonradan psixiatrik xəstəxanalarda müalicələrdə olduğunu, evdə dərmanları qəbul etdiyini, hazırda beynində gizilti, sıxıntı olduğunu bildirərək baş ağrısına görə ona dərman verilməsini xahiş etdi. Aparılan sorğu-sual gedişatında daha sonra aşağıdakıları bildirdi: “elə bil məni kimsə çağırır, amma anam məni qoymur getməyə... hiss edirəm ki, məni izləyirlər... qorxu hissləri gəlir, başım bərk ağrıyır... yuxumda əcayib heyvanlar görürəm, ayılıram, yata bilmirəm...” Sorğu zamanı əsəbləşir, affektiv qeyri-sabitliyi biruzə verir. Yuxarıda göstərilənləri, həmçinin yoxlanılan şəxsin psixiatrik qeydiyyatda olmaqla əvvəllər psixiatrik xəstəxanada bir neçə dəfə müalicədə olmasını, İddiaçı hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək bir qədər çətin olduğu, həmçinin simulyativ davranışın olub-olmamasını müəyyən etmək üçün daha əsaslı və uzun müddətli müayinəyə ehtiyacının olmasını nəzərə alaraq stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Səhiyyə Nazirliyinin “X9” X11 xx.xx.2025-ci il tarixli, 5660 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025- ci il tarixdə həkim-psixiatr Şəbinə Nəcəfova tərəfindən müayinə olunub t.e.d. professor Fuad İsmayılova məruzə edilib. Diaqnoz: Uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər psixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.1 (2016,2019, 2021, 2022-ci il epikrizlər əsasında)
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il). … Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırma nəticəsində müəyyən edir ki, İddiaçı barəsində qəbul edilmiş Hərbi-həkim komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı ilə “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” diaqnozu müəyyən edilmiş, Xəstəliklər cədvəlinin 15 maddəsinin İİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və DİN-nin xx.xx.2008-ci il tarixli 559 nömrəli təlimatının “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma) əsasən, “D” - Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş və “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. İddiaçıya dair Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinindən imtina edilmiş, xx.xx.2016-cı il tarixdə ilkin olaraq 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F4S-F4S.9,F48-F48.9) diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar olaraq 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Əlavə müalicəyə ehtiyacın olması, Əlavə ixtisaslaşmış müalicənin tövsiyə edilməsi səbəbi ilə, xx.xx.2022-ci il tarixdə diaqnozun öz təsdiqini tapmaması, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, xx.xx.2024-cü il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. X16 Xəstəlikləri Dispanserinin xx.xx.2022-ci il tarixli, İ00044024ZQP nömrəli göndərişi əsasında iddiaçıya Əsas diaqnoz F06.2. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, X10 (şizofreniyayabənzər) pozuntusu müəyyən edilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlilliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və Komissiyanın xx.xx.2022-ci il tarixli xxxxxxx0004 nömrəli qərarı ilə İddiaçı ogluna “diaqnozun öz təsdiqini tapmaması” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Müəyyən edilir ki, Tibb müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında iddiaçıya əsas diaqnoz F23.2. Kəskin şizofreniyaya bənzər psixotik pozuntu, üzvi mənşəli şizofreniya psixoz, Ağırlaşma F23.2. Kəskin şizofreniyaya bənzər psixotik pozuntu, yanaşı xəstəliklər Əlillik təzahürlərinin olması müəyyən edilmişdir. Və həmin göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və ona ilkin olaraq xx.xx.2016-cı il tarixdə 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F4S-F4S.9,F48-F48.9) diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar olaraq 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya “diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmasına münasibətdə məhkəmə qeyd edir ki, onda olan xəsətəliklər iş materiallarında olan tibbi sənədlər və rəylər ilə öz təsdiqini tapır. Belə ki, Ağdam X8 xx.xx.2022-ci il tarixli, 1263 nömrəli tibbi rəyindən görünür ki, İddiaçı oglu xx.xx.2022-ci il tarixdə Dispanserdə şöbə müdiri X14 oglu tərəfindən müayinə olunub. Diaqnoz: “Kəskin şizofreniyabənzər psixotik pozuntu”. F 23.1. Həmçinin Səhiyyə Nazirliyinin “X9” X11 xx.xx.2025-ci il tarixli, 5660 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025- ci il tarixdə həkim-psixiatr Şəbinə Nəcəfova tərəfindən müayinə olunub t.e.d. professor Fuad İsmayılova məruzə edilib. Diaqnoz: Uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər psixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.1 (2016,2019, 2021, 2022-ci il epikrizlər əsasında). İş materialarında olan Azərbayacan Respublikası DİN DQ Hospitalı 165/2016 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizdə iddiaçının diaqnozu “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” kimi müəyyən edilmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli 3726 nömrəli rəyində qeyd edilmişdir ki, hal-hazırkı psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur, Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu: Yoxlanılan şəxs zahirən bir qədər narahat görünür. Əhvali-ruhiyyəsinin aşağı olması nəzərə çarpır. Düşüncəsi kobud pozulmamış, bələdliyi özünə, zamana və ətraf mühitə görə saxlanılıb. Ünsiyyətə həvəssiz qoşulur, verilən suallara əsasən qısa cavablar verir. Sorğu zamanı əsgərlik dövründə xəstələndiyini, qulağına “səslər” gəldiyini, bununla əlaqədar hərbi xidmətdən vaxtından əvvəl azad edildiyini, sonradan psixiatrik xəstəxanalarda müalicələrdə olduğunu, evdə dərmanları qəbul etdiyini, hazırda beynində gizilti, sıxıntı olduğunu bildirərək baş ağrısına görə ona dərman verilməsini xahiş etdi. Aparılan sorğu-sual gedişatında daha sonra aşağıdakıları bildirdi: “elə bil məni kimsə çağırır, amma anam məni qoymur getməyə... hiss edirəm ki, məni izləyirlər... qorxu hissləri gəlir, başım bərk ağrıyır... yuxumda əcayib heyvanlar görürəm, ayılıram, yata bilmirəm...” Sorğu zamanı əsəbləşir, affektiv qeyri-sabitliyi biruzə verir. Yuxarıda göstərilənləri, həmçinin yoxlanılan şəxsin psixiatrik qeydiyyatda olmaqla əvvəllər psixiatrik xəstəxanada bir neçə dəfə müalicədə olmasını, İddiaçı hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək bir qədər çətin olduğu, həmçinin simulyativ davranışın olub-olmamasını müəyyən etmək üçün daha əsaslı və uzun müddətli müayinəyə ehtiyacının olmasını nəzərə alaraq stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki halda stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi onun sağlamlığına təhlükə yaratmaqla qarşısıalınmaz halların yaranmasına səbəb olmuş olar. Buna görə də məhkəmə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsinə zərurətin mövcudluğunu təsdiq etmir. Həmçinin bu hal cavabdeh inzibati orqan tərəfindən səlahiyyəti çərçivəsində ətraflı araşdırılmalı idi. Məhkəmə qeyd edir ki, iddiaçının diaqnozunda dəyişiklik yoxdur və onda olan xəstəliyin reabilitasiyası və ya sağalması mümkün deyildir. Əksinə xroniki hal almaqla xəstəliyin ağırlaşması qaçılmazdır. Beləliklə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.6.2.1-ci bəndi ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, iddiaçının barəsində tərtib olunan sözügedən göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddia təmin edilsin. Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli xxxxxxx0004 nömrəli nömrəli qərarı ləğv edilsin. xx.xx.2022-ci il tarixdən İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqdar” ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova