Məhkəmə qərarları › İş №2-1(120)-557/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-557/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-557/2025 18.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Tibbisosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının kodu F62.0 üzrə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozu üzrə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Beyləqan rayon Mərkəzi Xəstəxanası iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh inzibati orqana 30 gün vaxt verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Respublika Neyrocərrahiyyə Xəstəxanası X6 tapşırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X6 tapşırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia müddəti bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə SHXÇDXnin Beyləqan rayon şöbəsindən hərbi xidmətə çağırılıb, xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanaraq “Sağ diz oynağının qəlpə yarası” xəsarəti almış və ilkin tibbi yardım olunduqdan sonra Biləsuvar RMX-yə göndərilmiş, xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək Biləsuvar RMX-də “Sağ diz oynağının qəlpə yarası” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən tərxis edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası SQ BKH-nin Baş Otorinolorinqoloqu tərəfindən müayinə olunmuş və “Barotravma nəticəsində (xx.xx.2020) Sol təbil pərdəsinin quru perforasiyası. Soltərəfli xroniki koxlear nevrit. Soltərəfli qarışıq ağıreşitmə, pıçıltı nitqi sağ qulaqda 6 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə isə, Azərbaycan Respublikası SQ BKH-nin travmatoloqu tərəfindən müayinədə olmuş, “Partlayış yaralanması (xx.xx.2020).Sağ diz nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılan yaraların birincili -cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapıgı” diaqnozu təyin edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində Psixi Sağlamlıq Mərkəzində mərkəzin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və “Posttravmatik stress pozuntusu” diaqnozu təyin edilmişdir. Bundan başqa Respublika Diaqnostika Mərkəzində audioloji dəyərləndirmə müayinəsində olmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 5563 nömrəli qərarı ilə şəhadətləndirilərək “Kəskin (ağır) dərəcədə ifadə olunmuş depressiv epizod, anamnezində suisidal cəhdlərlə. Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Gərginlik tip baş ağrısı. Barotravma (xx.xx.2020). Soltərəfli xroniki koxlear nevrit. Sol təbil pərdəsinin quru perforasiyası. Soltərəfli qarışıq tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ diz oynağı nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı dəri çapığı” diaqnozu verilmiş və həmin travmanın hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. Həmçinin qərarda bu xəsarətlər üzrə şəxsin sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qeyd edilmişdir. Həmçinin bir nəfər müşayiətçiyə ehtiyacı olduğu qeyd edilmişdir. İddiaçı həmin xəsarətlərlə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında “Fəlakətli hadisədən sonra (İİ Qarabağ müharibəsi zamanı) davamlı şəxsiyyət dəyişikliyi. Ağır depressiv epizod, anamnezində suisidal cəhdlərlə. Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Yuxarıda qeyd olunan diaqnozlar üzrə tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş lakin, heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir, qeyd edərək imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Posttravmatik stress pozuntusu”;. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Beyləqan rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0230003AARJG nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021ci il tarixli 14467 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), sağ diz oynağı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı. Barotravma (xx.xx.2020), sol təbil pərdəsinin quru perforasiyası, soltərəfli xroniki koxlear nevrit, soltərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 6 (altı) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2022-xx.xx.2022-ci il tarixli 5037/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2021-ci il tarixli 2948 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından, əllərin və ayaqların uyuşmasından, başında küydən şikayətlənmişdir. Agentliyin həkim-ekspert-travmatoloqun əyani müayinəsi zamanı sağ dizdə çapıq izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Ünsiyyət zamanı sualları həvəssiz cavablandırmış, zahirən həyəcanlı, əhvalının dəyişkən olması izlənilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Uzungedişli posttravmatik stress pozuntusu, psixopatabənzər davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər iclasa gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə istinadən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Həmçinin iddiaçı tərəfindən ötürülmüş prosessual müddət bərpa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür.

Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 5563 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, “Kəskin (ağır) dərəcədə ifadə olunmuş depressiv epizod anamnezində suisida cəhdlərlə. Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişkikliyi. Gərginlik tip baş ağrısı. Barotravma (xx.xx.2020). Soltərəfli xroniki koxlear nevrit. Sol təbil pərdəsinin quru perforasiyası. Soltərəfli qarışıq tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 (dörd metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ diz oynağı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı dəri çapığı.”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" DİAQNOZ:” Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1.25D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla”. “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunur. Səhiyyə Nazirliyinin “X3” X4 t.e.d. professoru Fuad İsmayılovun xx.xx.2023-cü il tarixli, 979 nömrəli müayinə aktında iddiaçıya Diaqnoz :Fəlakətli hadisədən sonra (İİ Qarabağ müharibəsi zamanı) yaranan davamlı şəxsiyyət dəyişikliyi F 62.0 Ağır depressiv epizod Anamnezində suisidal cəhdlərlə müəyyən olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarında qeyd edilmişdir ki, Beyləqan rayon sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron alt sistemdən çıxarışlardan görünür ki: Beyləqan rayon Mərkəzi Xəstəxanasının 0230003AARJQ nömrəli, xx.xx.2022ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinindən imtina edilmiş, X9 Dispanserinin İ00023845KZR nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli qərarı ilə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlillik təyinindən imtina edilmişdir, Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərarı qüvvədə saxlanılmışdır. X9 Dispanserinin İ00023845KZR nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçıya əsas diaqnoz F43.1 Posstravmatik stress pozuntusu. Posstravmatik stress pozuntusu, postkommosion pozuntusu kimi qeyd edilmişdir. Beyləqan rayon Mərkəzi Xəstəxanasının 0230003AARJQ nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçıya əsas diaqnoz Y36.2, ağırlaşma F43.1, F07.2, H90.7, S06.0 və L91.0 kimi məyyən olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı ilkin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat aşkarlanmadı. Müəyyən olunmuşdur ki, vətəndaş orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə X9 Xəstəiikiəri Dispanserinin İ00023845KZR nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci ii tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Beyləqan Rayon Mərkəzi Xəstəxanasi” X4 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən “Postravmatik stress pozuntusu. Postkqntuzion sindrom. Barotravma (xx.xx.2020) Sol təbil pərdəsinin quru perforasiyası. Sol tərəfli xroniki koxlear nevrit. Sol tərəfli qarışıq tip ağıreşitmə” diaqnozu ilə “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi səxsində qeydiyyatdadır. Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 253 nömrəli travma haqqında arayışında qeyd edilmişdir ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər (ehtiyyatdan hərbi toplanışa çağrılmış) İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Sağ diz oynağının qəlpə yarası” xəsarətini almışdır. Təxirəsalınmaz yardım göstərildikdən sonra dərhal sanitar avtomobillə həkim müsaiyəti altında Füzuli xəstəxanasına təxliyyə olunmuşdur. Əsas: Zədələnmələrin (yaralanmaların) qeydiyyat kitabı (xx.xx.2020) səhifə 39 sıra sayı B53. Səhiyyə Nazirliyinin “X3” X4 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 181 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə mərkəzə müayinə və müalicə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub və Diaqnoz: Fəlakətli hadisədən sonra (İİ Qarabağ Müharibəsi zamanı) yaranmış davamlı şəxsiyyət dəyişikliyi F62.0 Ağır depressiv epizod. Anamnezində suisidal cəhdlərlə kimi müəyyən edilmişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə X9 Xəstəlikləri Dispanserinin İ00023845KZR nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə nəticəsindən narazı olan vətəndaş qərardada uyğun olaraq xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, T 253/2024 nömrəli rəyində qeyd edilmişdir ki, əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə TSEK-ə göndərilərkən qeyd edilmiş “Əsas diaqnoz: “F43.1- Posttravmatik stress pozuntusu, posttravmatik stress pozuntusu, postkommosion pozuntusu” diaqnoz xəstə stasionarda müalicədə olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. İş materiallarındakı tibbi sənədlərdə qeyd edilən əsas xəstəliyin hər- hansı bir ağırlaşmasına rast gəlinmədi. Qeyd edilən diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəlik tam reabilitasiya olunmur, lakin, kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli, 1688 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “FƏLAKƏT KEÇİRDİKDƏN SONRA DAVAMLİ ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ, DEPRESSİV DAXİLOLMALARLA” (F 62.0) aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”ni X5 “Fəlakətli hadisədən sonra (İİ Qarabağ müharibəsi zamanı) yaranan davamlı şəxsiyyət dəyişikliyi. F62.0. Ağır depressiv epizod. Anamnezində suisidal cəhdlərlə” diaqnozu qeyd edilməsi) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, enməyə meylli olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. İddiaçı müəyyən edilən pozuntu fəlakət (İİ Qarabağ müharibəsi zamanı) keçirdikdən sonra yaranmışdır. Respublika Diaqnostika Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə BERA müayinəsi üçün Mərkəzə müraciət etmişdir. BERA müayinəsinin nəticəsi olaraq qeyd edilmişdir ki, Sağ qulaqda 20 dB nHl-də V. dalğa forması əldə edildi. Sol qulaqda 50 dB nHl-də V. dalğa forması əldə edildiyi halda dalğaların latent dövründə ləngimə qeyd edildi.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.7 Spesifik şəxsiyyət pozuntuları Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. 7.7.1. spesifik şəxsiyyət pozuntuları F 60 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F 62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F 62.1 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski (35-60 faiz, 2 il); 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması (65-80 faiz, 2 il). …

Məhkəmənin mövqeyi:

Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşin araşdırılması nəticəsində müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti bir neçə dəfə cavabdeh tərəfindən qiymətləndirilmiş və müxtəlif tarixlərdə fərqli əsaslarla əlillik təyinindən imtina edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti X9 Dispanserinin İ00023845KZR nömrəli, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli qərarı ilə “diaqnozun öz təsdiqini tapmaması, diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinindən imtina edilmişdir, İddiaçı qərarla razı olmamış və məhkəmədə barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktı mübahisələndirmişdir. Məhkəmə araşdırma nəticəsində müəyyən edir ki, İddiaçı xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etmiş və düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralanaraq xəsarət almışdır. Onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 5563 nömrəli Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, “Kəskin (ağır) dərəcədə ifadə olunmuş depressiv epizod anamnezində suisida cəhdlərlə. Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişkikliyi. Gərginlik tip baş ağrısı. Barotravma (xx.xx.2020). Soltərəfli xroniki koxlear nevrit. Sol təbil pərdəsinin quru perforasiyası. Soltərəfli qarışıq tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 (dörd metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ diz oynağı nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yad cismin xaric edilməsi əməliyyatından sonrakı dəri çapığı”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" DİAQNOZ:” Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1.25D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla”. “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə “ təsdiq Olunur” Həmçinin iş materiallarında olan Səhiyyə Nazirliyinin “X3” X4 t.e.d. professoru Fuad İsmayılovun xx.xx.2023-cü il tarixli, 979 nömrəli müayinə aktında iddiaçıya Diaqnoz :Fəlakətli hadisədən sonra (İİ Qarabağ müharibəsi zamanı) yaranan davamlı şəxsiyyət dəyişikliyi F 62.0 Ağır depressiv epizod Anamnezində suisidal cəhdlərlə kimi müəyyən olunmuşdur. Məhkəmə iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin etmiş və Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli, 1688 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “FƏLAKƏT KEÇİRDİKDƏN SONRA DAVAMLİ ŞƏXSİYYƏT DƏYİŞİKLİYİ, DEPRESSİV DAXİLOLMALARLA” (F 62.0) aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”ni X5 “Fəlakətli hadisədən sonra (İİ Qarabağ müharibəsi zamanı) yaranan davamlı şəxsiyyət dəyişikliyi. F62.0. Ağır depressiv epizod. Anamnezində suisidal cəhdlərlə” diaqnozu qeyd edilməsi) və halhazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, enməyə meylli olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. İddiaçı müəyyən edilən pozuntu fəlakət (İİ Qarabağ müharibəsi zamanı) keçirdikdən sonra yaranmışdır. Beləliklə də, məhkəmə iş materiallarında olan müvafiq tibb müəssisəsinin arayışlarını və rəyləri mötəbər sübut kimi qəbul edərək iddiaçıda həmin diaqnozun və diaqnoz nəticəsində əlilliyin təyin edilməsinin mümkünlüyünü müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlər ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə də, iddiaçı barəsində qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin hal-hazırda iddiaçıda həkim və ekspert rəyləri ilə aşkar edilmiş diaqnoz ona göndəriş rəsmiləşdirilən zaman təyin edilmiş diaqnozdan ağır olmuş və onun sağlamlıq vəziyyətinin daha da pisləşdiyini göstərməkdədir. Həmin diaqnoz, yəni fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F 62.0 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.7-ci bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Həmçinin qiymətləndirməsi isə həmin Əsasnamənin 7.7.1.1- ci bəndi ilə uyğunluq təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, ididaçıya əlillik təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə bağlı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar