Məhkəmə qərarları › İş №2-1(120)-559/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-559/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-559/2022 09.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 1 saylı X9 Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 X10 Şəxsin 1 saylı X1rşı “işlədiyi illər sığorta stajına daxil edilməklə hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 09 fevral 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 12 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1968-ci ildən 01.09.1974-cü il və 01.06.1977-ci il tarixdən 1997-ci ilin axırına kimi keçmiş “Sovet Ukraynası” kolxozunda işləməyi, 01.09.1974-cü ildən 05.05.1975-ci il tarixə kimi Kürdəmir 115 nömrəli X8 məktəbində təhsil aldığı illər və 08.05.1975-ci ildən 25.05.1977-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olduğu müddəti əks etdirən Arxiv arayışı, Attestat və Hərbi biletini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 12 saylı Regional Ərazi Filialının vəzifəli şəxslərinin qəbul etməmələri barədə hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin illər üzrə əmək stajı nəzərə alınmaqla ona hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin 12 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 1 saylı X9 Filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “onun 1971-1974, 1977-1997-ci illərdə “Sovet Ukraynası” kolxozunda işlədiyi müddət və 08.05.1975-ci ildən 25.05.1977-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 1 saylı X9 Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 12 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 1 saylı X9 filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 1969-ci ildən etibarən Kürdəmir rayonundakı keçmiş “Sovet Ukraynası” kolxozunda məktəbli kolxozçu kimi işə cəlb edilməklə 1971-ci ilin axırlarına kimi həmin kolxozdva məktəbli kolxozçu kimi fəaliyyət göstərəndən sonra, 1972-ci ildən tam hüquqlu kolxozçu kimi işə başlayıb 01.09.1974-cü il tarixə kimi həmin kolxozda kolxozçu işləmişdir. 01.09.1974-cü ildən 05.05.1975-ci ilə kimi Kürdəmir 115 nömrəli X8 məktəbini mühasib işçisi ixtisası üzrə bitrmiş, Texniki Peşə məktəbini bitirəndən sonra 08.05.1975-ci ildən 25 may 1977-ci ilə kimi keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra həmin ilin iyun ayından başlayaraq keçmiş “Sovet Ukraynası” kolxozunda əmək fəaliyyətini davam etdirib əvvəl fermada mühasib, sonra isə həmin kolxozda traktorçu olmaqla 1997-ci ilin axırın kimi həmin kolxozda işləmişdir. Respublikada aparılan Aqrar islahatla əlaqədar 1997-ci ilin axırında kolxozdan işdən çıxmışdır. Göstərdiyi kolxozda işləməyi Arxiv arayışında, Peşə məktəbində oxumağı Attestatda və həqiqi hərbi xidmətdə olmağı isə hərbi biletində açıq-aydın qeyd edilmişdir. O, 2021-ci ilin oktyabr ayında yaşa görə pensiyaya çıxmaq üçün “Asan xidmət” mərkəzinə müraciət etmişdir. Ərizəsi baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsinə göndərilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi İdarəsindən ona məktub göndərilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. O, keçmiş “Sovet Ukraynası” kolxozunda işləməyilə bağlı Arxiv arayışını, Texniki Peşə məktəbində oxumağı ilə bağlı Attestatını və hərbi xidmətdə olmağı ilə bağlı hərbi biletini onlara təqdim etsə də, onlar onun təqdim etdiyi sənədlərlə ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişlər. Onun yuxarıda qeyd etdiyi təhsil müəssisəsi, hərbi xidmətdə olmağı və kolxozda işləməyilə bağlı sosial sığorta stajı müəyyən olunmasa o, bir vətəndaş kimi pensiya almaq hüququndan məhrum ola bilər. Ona görə də əmək stajının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təqdim etdiyi rəsmi sənədlərdən görünür ki, onun təhsil və hərbi xidmət də daxil olmaqla 27 ildən çox əmək stajı var. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 1 saylı X9 Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının təqdim etdiyi Kürdəmir rayon Dövlət Arxivinin 07.10.2021-ci il tarixli, 225 nömrəli arayışında onun 1968-1974 və 1977-1997-ci illərdə Kürdəmir rayon “Sovet Ukraynası” adına kolxozda işlədiyi qeyd edilmişdir. Halbuki, iddiaçının 15 yaşı 26.10.1971-ci ildə tamam olmuşdur. Odur ki, onun 1968-1971-ci illərdə Kürdəmir rayon “Sovet Ukraynası” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün deyildir. 15.11.1922-ci ildə qüvvəyə minmiş və 1971-ci il 10 dekabr tarixli Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin qüvvəyə minməsi ilə qüvvədən düşən SSSR Əmək Qanunları Məcəlləsinin 135-ci maddəsinə əsasən 16 yaşına çatmamış şəxslərin işə qəbul edilməsi yolverilməzdir. Həmçinin, X5 SSRİ tərəfindən qəbul olunmuş “Uşaqların sənayedə işə götürülməsi üçün minimum yaş həddi haqqında” 59 nömrəli Konvensiyanın 2-ci maddəsinin 1-ci müddəasına görə “On beş yaşına çatmamış uşaqlar heç bir dövlət və ya özəl sənaye müəssisəsində və ya onun hər hansı bir şöbəsində işə qəbul oluna və ya işləyə bilməzlər.” Digər bir məsələ iddiaçının kolxozda işlədiyi illər ilə təhsil aldığı və hərbi xidmət keçdiyi illərin üst-üstə düşməsidir. Belə ki, iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən o, 1974-cü ildə 175 gün, 1977-ci ildə isə 164 gün işləmişdir. Halbuki, iddiaçının təqdim etdiyi Attestata əsasən o, Kürdəmir 115 nömrəli Mollakənd kənd texniki peşə məktəbində 01.09.1974-cü il tarixindən 05.05.1975-ci il tarixinədək (8 ay) təhsil almış və iddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən o, 08.05.1975-ci il tarixindən 25.05.1977-ci il tarixinədək (2 il) hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən “Sığortaolunanm ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.” Həmçinin iddiaçıya məxsus attestatın da mötəbərliyi şübhə doğurur. Belə ki, iddiaçının təqdim etdiyi attestatın nömrəsi qeyd edilməmiş, həm də aşkar formada qaralamalar edilmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan SSR-in 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş ASSR-in Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsində yazılır ki, əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanm əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanm arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olmuşdur. İddiaçı 08 may 1975-ci il tarixindən 25 may 1977-ci il tarixinədək keçmiş Sovet ordusunda hərbi xidmətdə olmuş (2 il 17 gün); Kürdəmir rayon sabiq “Sovet Ukraynası” adına kolxozda 1971-ci ildə 122 adam günü, 1972-ci ildə 165 adam günü, 1973-cü ildə 162 adam günü, 1974-cü ildə 175 adam günü, 1977-ci ildə 164 adam günü, 1978-ci ildə 312 adam günü, 1979-cu ildə 349 adam günü, 1980-ci ildə 303 adam günü, 1981-ci ildə 310 adam günü, 1982-ci ildə 278 adam günü, 1983-cü ildə 267 adam günü, 1984-cü ildə 278 adam günü, 1985-ci ildə 268 adam günü, 1986-cı ildə 278 adam günü, 1987-ci ildə 210 adam günü, 1988-ci ildə 223 adam günü, 1989-cu ildə 242 adam günü; 1990-cı ildə 348 adam günü, 1991-ci ildə 253 adam günü, 1992-ci ildə 267 adam günü, 1993-cü ildə 296 adam günü, 1994-cü ildə 268 adam günü, 1995-ci ildə 229 adam günü, 1996-cı ildə 312 adam günü, 1997-ci ildə 218 adam günü işləmişdir. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxivinin 07.10.2021-ci il tarixli, 225 saylı Arayışından görünür ki, Kürdəmir rayon sabiq “Sovet Ukraynası” adına kolxozda kişilər üçün 1971-ci ildə adam günləri minimum 120 gün, 1972-1977-ci illərdə adam günləri minimum 160 gün, 1978-1997-ci illərdə adam günləri minimum 200 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını tam yerinə yetirmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus NZ-2127334 saylı hərbi biletdən görünür ki, iddiaçı 08.05.1975-ci il tarixdən 25.05.1977-ci il tarixədək Sovet Ordusunda hərbi xidmət etmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 02.11.2021-ci il tarixli, **********2 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər ay 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən Sizin 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalınız olacağı təqdirdə Sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildirirlər ki, həmin dövrdə (01.01.2006-01.07.2018) Sizin pensiya kapitalınız yoxdur. Siz ərizənizlə birlikdə şəxsiyyət vəsiqənizi, diplomunuzu, hərbi biletinizin surətlərini və Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş Kürdəmir rayon keçmiş “Sovet Ukraynası” adına kolxozunda işləməyiniz barədə arayış (1968-1974 və 1977-1997) təqdim etmişsiniz. Nəzərinizə çatdırırıq ki, Sizin 15 yaşınız 26.10.1971-ci ildə tamam olub. Azərbaycan Respublikası Əmək Məcəlləsi haqqında Qanununa əsasən əmək qabiliyyətli yaş dövrü 15 yaş sayılır. Bu səbəbdən də sizin 1968, 1969, 1970 və 01.01.1970-26.10.1971-ci il tarixlərdə kolxozda işlədiyiniz illəri nəzər alıb hesablanması Qanunun tələblərinə ziddir. Eyni zamanda 01.09.1974-cü il tarixdə təhsil aldığınız illə 1974-cü il tarixdə kolxozda işləməyiniz və 25.05.1977-ci il tarixdə hərbi xidmət dövrünüzlə 1977-ci il tarixdə kolxozda işləməyiniz üst-üstə düşür. “Əmək pensiyaları haqqında” Qanunun 22-ci maddəsinin 22.2-ci bəndinə əssən Sıöortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Təqdim etdiyiniz sənədlərə baxış keçirilərkən Sizin 08.05.1975-25.05.1977-ci il tarixdə hərbi xidmət dövrünüz (2 il), 01.09.1974-cü il tarixdən 05.05.1975-ci il tarixədək təhsil dövrünüz (8 ay) və 26.10.1971-1974, 1977-1997-ci illərdə (23 il 1 ay) keçmiş “Sovet Ukraynası” adına kolxozunda işlədiyiniz illər nəzərə alınmaqla 31.12.2005-ci il tarixədək 25 il 9 ay ümumi iş stajı hesablanmışdır. Lakin bildirirlər ki, təqdim etdiyiniz arxiv arayışında qeyd olunan 26.10.1971-1974, 1977-1997-ci illər əmək kitabçasında qeyd edilməmişdir. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanıması Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajl əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanıması Qaydaları”nın 3.2-ci maddəsinin 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Xatırladırlar ki, vətəndaşların keçmiş kolxozlardakı iş stajı həmin ictimai təsərrüfatda müəyyən edilmiş əməkdə iştirakın minimum normasının yerinə yetirilib yetirilməməsindən asılı olaraq nəzərə alınır və “Kolxozçunun əmək kitabçası”ndakı, “İctimai təsərrüfatda əməkdə iştirakı” bölməsində qeyd olunur. Bu səbəbdən də Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, iddiaçının kolxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1971-1974, 1977- 1997-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Kürdəmir rayon keçmiş “Sovet Ukraynası” adına kolxozda işlədiyi Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş 07.10.2021-ci il tarixli, 225 nömrəli Arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Kürdəmir rayon keçmiş “Sovet Ukraynası” adına kolxozda işlədiyi 1971-1974, 1977-1997-ci illər onun sosial sığorta stajına tam daxil edilməklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 1 saylı X9 Filialının üzərinə qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx xxxxxxx 1956-cı il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ 26.10.2021-ci ildə yaranmışdır. İddiaçının 1971-1974, 1977-1997-ci illərdə Kürdəmir rayon keçmiş “Sovet Ukraynası” adına kolxozda işlədiyi müddət və hərbi xidmət illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Sonda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hazırki məhkəmə icraatı zamanı iddiaçının kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsinin əsasları və qaydasına dair tələblərə hüquqi qiymət verilmişdir. İddiaçının digər iş yerlərində əmək fəaliyyəti məhkəmə araşdırmasının predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən onun kolxozdan başqa işlədiyi illərin araşdırılması və üst-üstə düşən illərin olub-olmamasına dair araşdırma aparılmamışdır. Odur ki, iddiaçının ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdüyü zaman pensiya təyin edən orqan tərəfindən iddiaçının seçiminə görə iş dövrünün yalnız biri nəzərə alınmalıdır. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Kürdəmir rayon Dövlət Arxivinin 07.10.2021-ci il tarixli, 225 nömrəli arxiv arayışında göstərilən Kürdəmir rayon keçmiş “Sovet Ukraynası” adına kolxozda 1971- 1974, 1977-1997-ci illərə dair iş stajı və 08.05.1975-ci ildən 25.05.1977-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 1 saylı X9 Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Kürdəmir rayon Dövlət Arxivinin 07.10.2021-ci il tarixli, 225 nömrəli arxiv arayışında göstərilən Kürdəmir rayon keçmiş “Sovet Ukraynası” adına kolxozda 1971- 1974, 1977-1997-ci illərə dair iş stajı və 08.05.1975-ci ildən 25.05.1977-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin 1 saylı X9 Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar