Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-560/2023 16.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarının X9 aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 may 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 adının nənəsinə məxsus şəhadətnamədən çıxarılması və şəhadətnamənin birbasa onun adına verilməsi öhdəliyinin cavabdenin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarının X9 aid hissədə ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Masallı Rayon İcra Hakimiyyəti ilə ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, atası X18 25 oktyabr 2021-ci ildə dünyasını dəyişib və Bakı şəhəri 4 saylı Asan xidmətdə onun vərəsəlik işi açılıb. Atasının anası, yəni nənəsi X10 isə 05 mart 2003-cü ildə dünyasını dəyişmişdir və atası onun yeganə oğludur. Atasının yeganə varisi o olduğu üçün nənəsinin Masallı rayonunun Musaküçə kəndindəki torpaq sahəsinin mülküyyətinə keçirmək üçün Masallı Asan xidmətinin notariat şöbəsinə müraciət etdiyində qohumluq münasibətinin təyin olunmadığı və vərəsəlik müddətinin bitdiyini nəzərə alaraq ona imtina məktubu verərək məhkəməyə müraciət etməyini məsləhət verdilər. O, Masallı torpaq və ərazi şöbəsindən şəhadətnamənin surətini götürərkən şəhadətnamənin nənəsinin adına deyil, Musaküçə kəndində heç kimin tanımadığı X9 aid olduğunu və nənəsi X2 onun himayəsində olduğunu şahidi olmuşdur. Nənəsinin, atasının, onun heç vaxt X13 adlı qohumları olmayıb. Hətta qohumluqlarından əlavə kənd camaatı belə bir şəxsi tanımamışdır. Qeyd olunan torpaq sahəsi nənəsinə məxsus olmuş, nənəsinin istifadəsində olmuşdur. Daha sonra onun vəfatından sonra isə atasının faktiki istifadəsində olmuşdur. Hal-hazırda nənəsindən qalan mülkü adına keçirtmək üçün lazımı sənədləri toplayır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim olunmuş 02 fevral 2023-cü il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edirdilər. Rayon Aqrar İslahat Komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirdi. Fiziki və hüquqi şəxslər rayon X5 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət etmək hüququ var idi. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirdi. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmayan fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilərdi. Rayonda Yerli Aqrar İslahat Komissiyasiyaları 1999-cu ildə ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı Fərmanı ilə «X26 Komissiyasının yaradılması haqqında» 1995-ci il 02 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş və Rayon X5 da fəaliyyətlərinə xitam verilmişdir. Bu və ya digər fərmanla Rayon İcra Hakimiyyətləri rayon X5 varisi kimi müəyyən edilməmişdir. Odur ki, Rayon icra Hakimiyyətini rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi kimi cavabdeh qismində tanınmasına etiraz edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubundan görünür ki, Masallı rayonu Musaküçə kəndində yerləşən 0,06 ha torpaq sahəsinə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-599A nömrəli X1 adının çıxarılması və Sizin adınızın şəhadətnaməyə bərpa edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 15-ci maddələrinin tələblərinə əsasən mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-599A nömrəli X1 adının çıxarılması və Sizin adınızın şəhadətnaməyə bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 25/9849 nömrəli arayışından görünür ki, DT və XK-nin təqdim etdiyi elektron məlumat bazasına əsasən mərhum X2 adına Masallı rayonu, Musaküçə kəndində 2 nəfər ailə üzvləri ilə ümumi birgə 0,06 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Masallı rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 216 nömrəli arayışından görünür ki, X4 ilə X2 nikahı haqqında xx.xx.1938-ci il tarixdə 29 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Masalıı rayon zaqs şöbəsi tərəfindən verilmiş HE № 933206 nömrəli, xx.xx.1952-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1936-cı ildə Masallı rayonunda doğulmuş, ata qrafasında X16, ana qrafasında X11 yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon zaqs şöbəsi tərəfindən verilmiş АЗ № ******* nömrəli, xx.xx.1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1965-ci ildə doğulmuş, ata qrafasında X18, ana qrafasında X8 yazılmışdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnanənin surətindən görünür ki, X18 xx.xx.2021-ci ildə ölmüşür. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 373 saylı Arayışından görünür ki, İddiaçı həqiqətən mərhumə X3 nəvəsidir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 374 saylı Arayışından görünür ki, həqiqətən Masallı rayon Musaküçə kəndində X13 adlı adam qeydiyyatda yoxdur və olmayıbdır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-599A saylı, kod 80516018 olan Şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarı ilə X7 və X3 ümumi birhgə mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0009 saylı, kod 80516018 olan Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarı ilə X3 mülkiyyətinə 0.16 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********48 saylı məktubdan görünür ki, Arxivdə aparılmış araşdırma nəticəsində Masallı rayonu, Musaküçə kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X7 adı aşkar edilməmişdir. İş materiallarında olan “4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 831 nömrəli məktubundan görünür ki, “Elektorn notariat” İnformasiya Sistemində axtarış zamanı “4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində X3 adına vərəsəlik işinin açılması, ondan qalmış mirasa dair vərəsəlik şəhadətnaməsinin verilməsi, İddiaçı bununla bağlı müraciət etməsi aşkar edilməmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 5-66-23/1-37/2023 saylı Arayışından görünür ki, İddiaçı nənəsi X12 ilə babası Muxtar Məmmədovun nikahlarından Alış adlı bir övladı dünyaya gəlmişdir. X3 X4 ilə birgə nikahından olan övladları və ya vərəsələri barədə heç bir məlumatları yoxdur. X12 ilə Muxtar Məmmədovun birgə nikahlarından olan vərəsəsi İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarı Masallı rayonunun Musaküçə təsərrüfatının Aqrar İslahat Komissiyasının qərarı təsdiq edilmiş və X25 Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Masallı rayonu Musaküçə kənd inzibati ərazi vahidi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 130 sıra sayı ilə X3 adı qeyd edilmiş, həmçinin Masallı rayonu Musaküçə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 599 sıra saylı ilə X7 və X3 adları qeyd edilmiş, X3 adına Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarına əsasən 0,16 ha pay torpaq sahəsi ilə bağlı JN-0009 nömrəli, Kod 80516018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, X7 və X3 adlarına Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarına əsasən 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı JN-599A nömrəli, Kod 80516018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanunu müəyyən edir. Həmin Qanunun tələbinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddəsinin 1-ci abzası). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunvericliyin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların xüsusi mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini də müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkməsi Pelnumunun 16 iyul 2012-ci tarixli qərarınında qeyd edilir ki, “Topraq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi islahat aparılan zaman dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsinin torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbir kimi qiymətləndirmiş, torpaq sahəsinin əvəzsiz mülkiyyətə verilməsi üçün şəxslərin həmin ərazidə qeydiyyatda olmasını vacib hesab etmişdir. Göründüyü kimi həyətyanı torpaq sahələrinin üzərində vətəndaşların mülkiyyət hüququnun təmin edilməsi zamanı, torpaq sahəsinin qanuni istifadəçisi olan subyektlərin dairəsinə orada qeydiyyatda olan şəxslər daxil edilməklə torpaq sahəsi üzərində məhz həmin şəxslərin mülkiyyət hüquqlarının əldə edilməsi imkanı yaradılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələbləri baxımından X7 qanuni istifadəsində həyətyanı torpaq sahəsi olmamış, ümumiyyətlə islahat zamanı Masallı rayon Musaküçə kəndində həmin adda vətəndaş yaşamamış və qeydiyyatda olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən məhkəmə hesab edir ki, X13 adlı şəxs Masallı rayon Musaküçə kəndində aparılan Aqrar islahat zamanı həmin kənddə yaşamadığından və eləcə də qeydiyyatda olmadığından Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarına əsasən onun mülkiyyətinə həyətyanı torpaq sahəsi verilə bilməzdi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarının X9 aid hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarının X9 aid hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-560/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-560/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver