Məhkəmə qərarları › İş №2-1(120)-560/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-560/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-560/2024 29.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N969-cu il təvəllüdlüdür,həqiqi hərbi xidmətini Sovet ordusu sıralarında xx.xx.N987-xx.xx.N99N-ci il tarixlərdə keçmişdir. xx.xx.N993-ci il Biləsuvar rayon Hərbi komissarlığı tərəfindən səfərbərliklə Milli Ordu sıralarına cəlb olunmuşdur. Xidmətə Fizuli rayon ərazisində N -saylı hərbi hissənin tərkibində başlamışdır, Fizuli, Xocavənd rayonları istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Bu faktlar 702-saylı hərbi hissənin komandir heyyətinin sərişdəsizliyi və savadsızlığı səbəbindən hərbi biletinin 7-ci səhifəsində N8-ci qrafada qeyd edilməmişdir. Müdafiə Nazirliyinin mərkəzi arxiv sənədlərində xidmətinin göstərilməsinə baxmayaraq hərbi biletlərdə qeydlər aparmadan hərbi komissarlıqlara göndərilmiş və əksəriyyət əsgərlərin hərbi hissəyə giriş çıxış tarixləri düzgün qeyd olunmayıb. Hətta şəhid olmuş əsgər yoldaşının adına fərari verərək hərbi prokurorluğa sənədlərini təqdim etmişdirlər. Sərişdəsiz, xain komandirlərin səhfləri səbəbində veteran adı və müvafiq vəsiqələrini ala bilmirlər. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün Müdafiə Nazirliyi aparatının nəzdində veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya tələb olunan vəsiqələri təqdim etmişdir .Ərizədə göstərilən Milli orduda xidmət illəri və arxiv arayışında göstərilən ata adı uyğunsuzluğu səbəbindən barəsində müsbət qərar qəbul edilməmişdir. Arxiv arayışları tarix səhfləri və arxivə hərbi hissələr tərəfindən sənədlərin təqdim edilməməsi onun barəsində müsbət qərar qəbul edilməsinə mane olur.Dəqiq araşdırma aparmadan qərar qəbul etməklə onların müraciətə mövqeyləri qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh təşkilatın hərəkətinin qanunsuz olduğunu düşünür və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, döyüşlərində iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür.Buna etiraz edib bildirirəm ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N -ci il oktyabrın 9dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N -ci il oktyabrın 9dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir».Hesab edirəm ki, iddia tələbi əsassızdır. Beiə ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2N963 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman İddiaçı hərbi hissəni özbaşına tərk tərk etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxlərə “Müharibə veteram” adı verilə bilməzBu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir.Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-27N9 nömrəli məktubunda göstərilmişdir ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-N963 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli N6/2566 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-N363 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı ondan ötrü ki, Biləsuvar RHK-dan toplanışa çağırılmış, N969-cu il təvəllüdlü, gizir X2 N №-li hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 363 №-li əmrilə, (əsas: səh.-405, §N3, sıra-2; qeyd: əmrdə adı “Hafis”, hərbi rütbəsi “gizir” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 6 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 6 MAT-un hərbi qulluqçusu İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 364 №-li əmrilə (əsas: səh.-4NN, §2N, sıra-2; qeyd: əmrdə hərbi rütbəsi qeyd edilməmişdir) “hərbi xidmətini davam etdirmək üçün Mühəndis-istehkam böiüyünə keçirilmişdir. Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 39 №-li əmrilə (əsas: səh.-N98, §9, sıra-N; qeyd: əmrdə adı “Hafis” yazılmış, hərbi rütbəsi qeyd edilməmişdir) hərbi xidmətini davam etdirmək üçün 3 MAT-a keçirilmişdir.N №-li hərbi hissə komandirinin N9 mart N994-cü il tarixli 78 №-li əmrində (əsas: səh,- 45, §7; qeyd: əmrdə hərbi rütbəsi “sıravi” yazılmış, atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyi üçün Mühəndis-istehkam bölüyünün sıravisi İddiaçı qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N9 aprel N994-cü il tarixli N09 №-li əmrində (əsas: səh.-N00, §N0, sıra-4; qeyd: əmrdə hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı yazılmamışdır) fərarilikdən qayıtmış Mühəndis-istehkam bölüyünün çavuşu İddiaçı xx.xx.N994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır.N №-li hərbi hissəyə müalicəyə göndərildiyi üçün Mühəndis-istehkam bölüyünün sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N99 №-li əmrilə (əsas: səh.-N0N, §5, sıra-N; qeyd: əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N №- li hərbi hissənin Tibb bölüyünün qazan təminatından çıxarılaraq, ərzaq attestatı verilmişdir.Mühəndis-istehkam bölüyünün çavuşu X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 207 №-li əmrilə (əsas: səh.-NN4, §6, sıra-2; qeyd: əmrdə adı “Hafis”, hərbi rütbəsi “çavuş” yazılmışdır) hərbi xidmətini davam etdirmək üçün N MAT komndirinin sərəncamına göndərilmişdir.N №-li hərbi hissəyə növbəti müalicəyə göndərildiyi üçün N MAT-un sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 235 №-li əmrilə (əsas: səh.-N0N, §5, sıra-N; qeyd: əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N №-li hərbi hissənin Tibb bölü; ünün qazan təminatından çıxarılmışdır.Hərbi hissəni özbaşına tərk etdiyi üçün 25 (iyirmi beş) yaş və yuxarı yaş hədli, N969-cu il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli müvafiq Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 40 №-li əmrilə (əsas: səh.-82, §7, sıra-408) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - İşdə olan НЗ5669688 nömrəli hərbi biletin surətindən görünür ki, N969-cü il təvəllüdlü İddiaçı xx.xx.N987-ci il tarixdən xx.xx.N99N-ci il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələr sıralarında xidmət etmiş və xx.xx.N993-cü il tarixdə Biləsuvar rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir. - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N969-cu ildə anadan olmuş və Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-NNN0 nömrəli məktubunda göstərilmişdir ki, Biləsuvar RHK-dan toplanışa çağırılmış, N969-cu il təvəllüdlü, gizir X2 N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 363 №-li əmrilə (əsas: səh-405, §-N3, sıra-2; əmrdə adı “Hafis”, hərbi rütbəsi “gizir” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 6-cı MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.6-cı MAT-ın hərbi qulluqçusu İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 364 №-li əmrilə (əsas: səh-4NN, §-2N, sıra-2; əmrdə hərbi rütbəsi qeyd edilməmişdir) hərbi xidmətini davam etdirmək üçün Mühəndisistehkam bölüyünə keçirilmişdir.Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 39 №-li əmrilə (əsas: səh-N98, §-9, sıra-N; əmrdə adı “Hafis” yazılmış, hərbi rütbəsi qeyd edilməmişdir) hərbi xidmətini davam etdirmək üçün 3-cü MAT-a keçirilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 78 №-li əmrində (əsas: səh-45, §-7; əmrdə hərbi rütbəsi “sıravi” yazılmış, atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə, Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N09 №-li əmrində (əsas: səh-N00, §-N0, sıra-4; əmrdə hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı yazılmamışdır) fərarilikdən qayıtmış Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçıxx.xx.N994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır.N №-li hərbi hissəyə müalicəyə göndərildiyi üçün Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N99 №-li əmrilə (əsas: səh-N0N, §-5, sıra-N; əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N №-li hərbi hissənin Tibb bölüyünün qazan təminatından çıxarılaraq, ərzaq attestatı verilmişdir. Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, çavuş X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 207 №-li əmrilə (əsas: səh-NN4, §-6, sıra-2; qeyd: əmrdə adı “Hafis”, hərbi rütbəsi “çavuş” yazılmışdır) hərbi xidmətini davam etdirmək üçün N-ci MAT komndirinin sərəncamına göndərilmişdir.N-ci MAT-ın hərbi qulluqçusu sıravi İddiaçı N №-li hərbi hissəyə növbəti müalicəyə göndərildiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 235 №-li əmrilə (əsas: səh-N0N, §-5, sıra-N; əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N №-li hərbi hissənin Tibb bölüyünün qazan təminatından çıxarılmışdır.Hərbi hissəni özbaşına tərk etdiyi üçün 25 (iyirmi beş) yaş və yuxarı yaş hədli, N969-cu il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli 08 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 40 №-li əmrilə (əsas: səh-82, §-7, sıra-408) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət müddəti göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciət əsasında aparılmışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-N2/2-367/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayonu Çaylı, kənd sakini N969-cü il təvəllüdlü İddiaçı mövcud qeydiyyat kartasına əsasən xx.xx.N987-ci il tarixdən xx.xx.N99N-ci il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələr sıralarında xidmət etmiş və xx.xx.N993-cü il tarixdə Biləsuvar rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı səfərbərliklə əlaqədar xidməti barədə Biləsuvar rayon şöbəsində heç bir məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin Nci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- N963 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 363 №-li əmrilə (əsas: səh-405, §-N3, sıra-2; əmrdə adı “Hafis”, hərbi rütbəsi “gizir” yazılmışdır) xx.xx.N993-cü il tarixdən 6-cı MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.6-cı MAT-ın hərbi qulluqçusu İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 364 №-li əmrilə (əsas: səh-4NN, §-2N, sıra-2; əmrdə hərbi rütbəsi qeyd edilməmişdir) hərbi xidmətini davam etdirmək üçün Mühəndis-istehkam bölüyünə keçirilmişdir.Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 39 №-li əmrilə (əsas: səh-N98, §-9, sıra-N; əmrdə adı “Hafis” yazılmış, hərbi rütbəsi qeyd edilməmişdir) hərbi xidmətini davam etdirmək üçün 3-cü MAT-a keçirilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 78 №-li əmrində (əsas: səh-45, §-7; əmrdə hərbi rütbəsi “sıravi” yazılmış, atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə, Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N09 №-li əmrində (əsas: səh-N00, §-N0, sıra-4; əmrdə hərbi rütbəsi “çavuş” yazılmış, atasının adı yazılmamışdır) fərarilikdən qayıtmış, Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçıxx.xx.N994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır.N №-li hərbi hissəyə müalicəyə göndərildiyi üçün Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N99 №-li əmrilə (əsas: səh-N0N, §-5, sıra-N; əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N №-li hərbi hissənin Tibb bölüyünün qazan təminatından çıxarılaraq, ərzaq attestatı verilmişdir. Mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, çavuş X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 207 №-li əmrilə (əsas: səh-NN4, §-6, sıra-2; qeyd: əmrdə adı “Hafis”, hərbi rütbəsi “çavuş” yazılmışdır) hərbi xidmətini davam etdirmək üçün N-ci MAT komndirinin sərəncamına göndərilmişdir.N-ci MAT-ın hərbi qulluqçusu sıravi İddiaçı N №-li hərbi hissəyə növbəti müalicəyə göndərildiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 235 №-li əmrilə (əsas: səh-N0N, §-5, sıra-N; əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N №-li hərbi hissənin Tibb bölüyünün qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 25 (iyirmi beş) yaş və yuxarı yaş hədli, N969-cu il təvəllüdlü, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli 08 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 40 №-li əmrilə (əsas: səh-82, §-7, sıra-408) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N995-ci il tarixli 08 №-li Direktivinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 40 №-li əmrilə xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığına görə cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, N0) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar