Məhkəmə qərarları › İş №2-1(120)-5604/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5604/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5604/2025 23.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas X3, İddiaçı, Üçüncü şəxslər X7 və X12 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X7, X12, X8 və X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyatyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı Cavabdehnə qarşı “X7, X12, X8 və X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyatyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X15, X21, X16 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63.6 kv.metrdən ibarət fərdi yaşayış evi Kürdəmir rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qardaşı X21 tərəfindən ona bağışlanmış və həmin fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixdə Seriya RX ******* nömrəli çıxarış almışdır. Hazırda ünvan 1 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ ilə çıxarış alarkən həmin evdə yaşayan qardaşları X12, X7 və onun övladları X16 və X2 həmin evdə yaşamaqla, qeydiyyatda olmalarını bilsə də, onların qardaşları və qardaşı Vidadinin övladları olduqlarına görə onları mülkiyyətində olan evdən çıxartmaq istəməmişdir. X12, X7 və onun övladları X16 və X2 hazırda xüsusi mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olmalarına rəsmi qaydada heç bir razılıq verməmişdir. Sonradan qardaşı X7 mülkiyyətçi kimi xüsusi mülkiyyətində olan mübahisəli evdə hər hansı bir icazəsi olmadan bəzi əlavə tikinti işləri apardığına görə onlara xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmaları barədə xəbərdarlıq etmiş, lakin X15 ona etdiyi xəbərdarığa baxmayaraq nə özü və nə də övladları xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışdırlar. X12, X7 və onun övladları X16 ilə X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evində qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, həmin evdən sərbəst istifadə etməyinə, girov qoymağına və ya digər formada sərəncam verməyinə maneə yaradır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X15, X21, X16 və X9 tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 3 (keçmiş Oktyabr) yaşayış sahəsində 1963-cü ildə doğulmuş, 63 ildir ki, bu ünvanda yaşayır. Övladları da bu ünvanda yaşayırlar və qeydiyyatdadırlar. Hal-hazırda yaşadıqları bu mübahisəli evi də tikmiş, evin qazın, işığın və suyun xətlərini də şəxsən öz vəsaiti hesabına çəkdirmişdir. Bu evi anası ilə tikdirəndə, indi onları qeydiyyatdan çıxartmaq istəyən bacısı Natəvan da heç bir köməyi və maddi vəsaiti olmamışdır. 2009-cu il avqust ayının 11-də Kürdəmir rayon Məhkəməsinin iclasında şahidlər evin şəxsən onun tikməyinmi təsdiq ediblər. 2009-cu il noyabr tarixində Şirvan Apellyasiya Məhkəməsi, 2010-cu il mart tarixli Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası, Kürdəmir rayonunda keçirilmiş 11 avqust 2009-cu il tarixli Qətnaməsi qüvvədə saxlanılmışdır. 2010-cu il 30 sentyabr tarixdə Kürdəmir rayon Məhkəməsinin hakim Sulduz Ləzimovun sədrliyi ilə keçirilən Məhkəmə iclasında ona və ailəsinə həmin yaşayış sahəsində ünvan 3 ünvanda istifadə hüquqları müəyyən edilmişdir. Daha sonra 2012-ci il 02 fevral tarixdə Kürdəmir rayon Məhkəməsi, 2012-ci il 26 aprel tarixində Şirvan Apellyasiya Məhkəməsi, iddiaçının, 2000 manat kompensasiya verməklə bizim evdən çıxarılma tələbini rədd etmişdir. 1994-cü ildə ailə həyatı qurmuş, həmin dövrdə mülkiyyətçi anası X17 idi. Dəfələrlə anasına həyat yoldaşı X1 qeydiyyata alınması barədə müraciət etsə də, o buna razı olmamışdır. Çünki anası evə gələn gəlinlərini heç birini qeydiyyata almamışdır. Həyat yoldaşı X5 anadangəlmə 3-cü qrup əlildir, oğlu X16 da 3-cü qrup əlildir. Mütamadi olaraq hər ikisi müalicə alırlar. Kürdəmir rayon Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarını və himayəsində olan iki əlilin olmasını nəzərə alaraq, İddiaçı iddia tələbini rədd etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X15 və X21 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdirlər. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və inzibati orqan Kürdəmir rayon ərazisində yerləşdiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı iddia ərizəsində göstərilən məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab edərək icra etməkdən imtina etmişdir, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi **********20-10301 qeydiyyat nömrəli və çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63.6 kv.metrdən ibarət fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 175 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-56-12/2-173 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan ünvan 5 ünvanda X10 qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşamır. Hal-hazırda həmin ünvanda X15, X21, X18 və X6 yaşayırlar. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(041)-218/2009 nömrəli qətnaməsi ilə iddiaçı Nuriyeva Nisə Bayram qızının cavabdeh X13 qarşı onun evindən istifadə hüququna xitam verilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılmalarına dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(106)-623/2009 nömrəli qətnaməsi ilə iddiaçı Nuriyeva Nisə Bayram qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(041)-218/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-941/2010 nömrəli qərarı ilə iddiaçı Nuriyeva Nisə Bayram qızının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(106)-623/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(041)-275/2010 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ilkin iddia üzrə İddiaçı Nuriyeva X14 şəhəri M.Əsədov küçəsi 12 nömrəli ünvanda yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin 28,8 kv.metr yaşayış sahəsi olan təmirli otağına köçürülməsi, cavabdeh X13 ailə üzvləri ilə birlikdə həmin yaşayış evinin sahəsi 23 kv.metr olan otağına istifadə hüququ müəyyən edilməsi və o, ailə üzvləri ilə birlikdə həmin otağa köçürülsünməsi, yardımçı sahə və tikililərdən ümumi istifadə edilməəsi, iddianın yaşayış evinin təmirsiz 23 kv.metr sahəsi olan otağının sökülməsi tələbinə dair hissəsi təmin edilməmişdir. İlkin iddia üzrə cavabdeh X7 Nuriyeva Nisə Bayram qızına qarşı ünvan 6 ünvanda yerləşən Nuriyeva Nisə Bayram qızına məxsus yaşayış evindən istifadə hüququnun müəyyən edilməklə payların bölünməsinə dair qarşılıqlı iddia təmin edilməmişdir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(041)-405/2012 nömrəli qətnaməsi ilə iddiaçı Nuriyeva Nisə Bayram qızının cavabdehlər X13, X11ma qarşı 2000 manat kompensasiya verməklə cavabdehlərin ona məxsus ünvan 7 ünvanda yerləşən evindən istifadə hüququna xitam verilməsi, onların ailə üzvləri və əmlakları ilə birlikdə evdən çıxarılmalarına dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(106)-386/2012 nömrəli qətnaməsi ilə iddiaçı Nuriyeva Nisə Bayram qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(041)-40/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia mümkün olsa da, əsaslı deyil. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Eyni zamanda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara, yəni mənzildən qeydiyyatdan çıxarılma barədə iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Göründüyü kimi istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən qeydiyyatdan çıxarılmasını xahiş etdiyi şəxslər onun qardaşları X21, X15 və onun övladları X16 və X4r və üçüncü şəxslərin istifadə hüququna xitam verilməsi barədə məhkəmə qərarı mövcud deyil. İş materiallarına əlavə edilən sorğu cavablarına əsasən isə qeyd edilən şəxslərin həmin ünvanda hal-hazırda yaşadıqları müəyyən edilir. İddiaçının mülkiyyətində olan əmlaka üçüncü şəxslərin istifadə hüququnun hal-hazırda mövcud olub-olmaması-yəni ailə münasibətlərindən irəli gəlmiş əvvəllər mövcud olan istifadə hüququna hal-hazırda xitam və ya itirilmə əsaslarının mövcud olub-olmadığının müəyyən edilməsi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ deyil. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Ümumiyyətlə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Göründüyü kimi ailə münasibətlərindən irəli gələn istifadə hüququ mahiyyət etibarı servitutdur. Konstitusiya Məhkəməsinin qərarlarında isə ailə münasibətləri nəticəsində yaranan həmin istifadə hüququnun xitamının hansı şərtlər çərçivəsində mümkünlüyü ilə bağlı mövqe nümayiş etdirmişdir. İddiaçı isə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələr üzrə nəzərə alınmalı olan həmin mövqeyin həmin məhkəmədənkənar məhz inzibati icraat çərçivəsində həll edilməsinə iddia edir. Belə ki, iddiaçının polis orqanına hazırkı tələb üzrə müraciəti heç bir məhkəmə qərarı olmadan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, spesifik olaraq isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında adlanan 5-ci bəndin mövcudluğunun müəyyən edilməsi ilə bağlıdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadə hüququ ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun qardaşları X21, X15 və onun övladları X16 və X2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evində heç bir hüquqlarının mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni, iddiaçının qənaətinə görə ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki, həmin halların, yəni üçüncü şəxslərin digər yaşayış sahəsinə köçdükdən sonra iddia olunan yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olub-olmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Hazırkı iş üzrə isə məhkəmə yuxarıda qeyd olunan ümumi yurisdiksiyalı məhkəmələr üzrə xarakterik olan halların inzibati orqan tərəfindən araşdırılmamasının qanunsuz hesab etməsi inzibati orqanın səlahiyyətindən kənar hallara qiymət verməsinin gözlənilməsi ilə eynilik təşkil edir. Həmçinin, inzibati məhkəmələr məhz inzibati orqanların qərar və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyinə qiymət verən məhkəmə qismində çıxış etdiyindən inzibati məhkəmə icraatı qaydasında üçüncü şəxslərin istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsinə də qiymət verən məhkəmə qismində çıxış etmirlər. Bu səbəbdəndir ki, istifadə hüququna xitam və ya itirilmiş hesab edilmə və ya ümumiyyətlə istifadə hüququnun olmaması barədə ayrıca məhkəmə qətnaməsinin mövcudluğu inzibati icraatın düzgün aparılıb-aparılmamasına qiymət verilməsi əsası qismində çıxış edir. Təbii haldır ki, həmin qərarın mövcud olmasına baxmayaraq inzibati orqanın həmin qətnaməni nəzərə almaması və qeydiyyatdan şəxsi çıxarmaması inzibatı və ya inzibati məhkəmə mübahisəsinin yaranması əsası qismində çıxış etməklə polis orqanının yuxarıda istinad olunan Qanunun tələblərini pozması qismində dəyərləndirilir. Həmin qərar yoxdursa, deməli üçüncü şəxslərin istifadə hüququna xitam və ya itirilmə əsaslarının mövcud olub-olmaması da qeyri-müəyyəndir. Beləlikdə, cavabdeh əsaslı olaraq Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatdan çıxarma əsaslarını müəyyən etmədiyindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə müraciəti təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “X7, X12, X8 və X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyatyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. İddiaçıya izah olunur ki, ailə münasibətlərindən irəli gələn istifadə hüququna xitam verilməsi və ya itirilməsi barədə müvafiq ümumi rayon (şəhər) məhkəməsində iddia qaldırmalı və nəticədən asılı olaraq yenidən inzibati orqana müraciət etməlidir. Müraciətindən imtina olunacağı təqdirdi o, gələcəkdə yeni açılmış hallar üzrə yenidən iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X7, X12, X8 və X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 0.06 ha həyatyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 63,6 kv.metrdən ibarət fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar