Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-563/2025 26.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X4» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən “X4» Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “İddiaçı təyin edilmiş xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X4» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən “X4» Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1959-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cü il tarixədək hərbi xidmətdə olmuş, 1976-cı ildən 1981-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin F.Ə.Məlikov adına X5 texnikomunun aqronom ixtisası üzrə tam təhsilini bitirmişdir. Həmçinin sənayenin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən neft sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “neft və qaz çıxatma operatoru” və “neft və qaz hasilatı üzrə operator” peşələrində işləmişdir. Ümumi iş stajı 25 ildən artıqdır və onun 10 ildən artıq güzəştli əmək stajı vardır. Sığortaolunanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi sığorta stajı olduğundan və bundan 10 ili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın X.Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı bəndinin 1100000a-15824 yarımbəndində nəzərdə tutulduğundan, ona əvvəllər qüvvədə olmuş müvafiq qanunvericiliklə müəyyən edilmiş 52 yaş həddinə çatdığı 18 sentyabr 2011-ci il tarixdən “X4” Azərbaycan Respublikası Qanununun 9.8-ci və 32.1-ci maddələrinə əsasən müraciəti əsasında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı gündən Qanunun müvafiq maddələri ilə müəyyən olunan qaydada və məbləğlərdə əmək pensiyası təyin edilir. O, 2011-ci ildən güzəstli sərtlərlə yasa görə əmək pensiyası alır. Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Bundan başqa xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 64-cü maddəsinə əsasən yeraltı işlərdə və açıq mədən işlərində çalışan işçilərin pensiya hüququnun müəyyən edilməsi şərtləri şaxtaların, tunellərin, mədənlərin tikintisində, faydalı qazıntıların çıxarılmasında bilavasitə yeraltı və açıq mədən işlərində (mədən-xilasetmə hissələrinin şəxsi heyəti də daxil olmaqla) tam iş günü ərzində çalışan işçilər bu işlərdə azı 25 il çalışdıqda, həmin işlərdə aparıcı peşələrin sahibi olanlar - Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə - bu işlərdə azı 20 il çalışdıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar. Həmin Qanunun 65-ci maddəsinə əsasən xidmət illərinə görə pensiyaların məbləği xidmət illərinə görə pensiyaların əsas məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi məbləqində hesablanır. Qaçqın və məcburi köçkünlərin xidmət illərinə görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə müəyyən edilmiş orta aylıq əmək haqqına görə hesablanır. Xidmət illərinə görə pensiyaların əsas məbləği yaşa görə minimum pensiyanın 100 faizindən az olmamalıdır. Xidmət illərinə görə pensiyaların maksimum məbləği pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 80 faizindən artıq olmamalıdır. Xidmət illərinə görə pensiyaların əsas məbləği xidmət illərinə görə tələb edilən xüsusi stajdan artıq hər tam il üçün minimum pensiyanın 1 faizdən az olmamaq şərtilə orta aylıq əmək haqqının 1 faizi qədər artırılır. Səhhətinə görə uçuş işindən azad olmuş uçuş və uçuş-sınaq heyətindən olan şəxslərə xidmət illərinə görə pensiyalar təyin edilərkən kişilərin 25 il, qadınların 20 il tələb olunan xüsusi iş stajının çatışmayan hər ili üçün pensiyanın əsas məbləği iki faiz azaldılır. Bundan başqa xx.xx.2008-cı il tatixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddənin “a” və “b” bəndlərinə əsasən iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır; Qeyd: xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında DSMF-nun DSMF Xüsusi sərtlərlə Təyinat İdarəsinə vuxanda qeyd olunmus hüquqi və faktiki əsaslarla bağlı müraciət ərizəsi ünvanlamısdır. Lakin bu günə kimi cavabdeh heç bir cavab məktub göndərməmişdir. İnzibati Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və va sikayət instansiyasına verilmiş sikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmus müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia galdırılmasına vol verilmir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən məhkəmə ƏƏSMN yanında DSMF-nun DSMF Xüsusi şərtlərlə Təyinat İdarəsinin üzərinə ona əmək pensiyasının yenidən hesablanması üçün qərar qəbul edilməsi öhdəliyi qoya bilər. Məcburetmə haqqında iddia ona əmək pensiyasının yenidən hesablanması üçün zəruridir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya verilmiş cavab məktubunda iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün bütün sənədlərin təqdim olunmasının zəruri olduğu qeyd edilmişdir. Belə ki iddiaçı təhsil dövrünün əyani və ya qiyabi şəkildə olduğunu təsdiq edən sənəd təqdim etmədiyindən yenidən hesablama mümkün olmamışdır. Bununla bağlı tərəflərindən müvafiq orqana sorğu göndərilmişdir. Bildirirlər ki, iddiaçıya 18 sentyabr 2011-ci il tarixdə “X4” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “X4” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ərizəsində qeyd etdiyi əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildirirlər ki, “X4” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “X4” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəvə mindiyi günədək güzəstli sərtlərlə pensiya hüququ verən tam əmək stajı olan səxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yasa və staja görə əvvəllər qüvvədə olmus qanunvericiliyə uygun güzəstli sərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. “X4” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar həmin maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “X4” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2022-ci il tarixdə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli “X4” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanununun” (qüvvəyə mindiyi tarix 29 iyun 2022-ci il) 1.11-ci maddəsinə əsasən “X4” Qanunun 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinin tələblərinə əsasən həmin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial Əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı “X4” Qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 oktyabr 1977-ci il tarixli, НЗ-3594651 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 18 oktyabr 1977-ci il tarixdən 20 noyabr 1979-cu il tarixədək 2 il 1 ay 03 gün keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1981-ci il tarixli, BT-030169 nömrəli diplomun surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1976-ci il tarixdə X5 Texnikumuna daxil olmuş və 25 fevral 1981-cu il tarixdə həmin təhsil müəssisəsində aqranomluq ixtisası üzrə tam kursu bitirmiş, hərbi xidmət illəri çıxılmaqla təhsil müddəti 2 il 5 ay 02 gün təşkil etmişdir. İş materiallarında olan xx xxxxxxxx 1959-cu il tarixdə doğulmuş İddiaçı adına xx.xx.1992-ci il tarixdə tərtib olunmuş ЛЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixli, 198 nömrəli əmrə əsasən həmin tarixdən xx.xx.1994-cü il tarixədək X7 Birliyinin “Moskva” üzümçülük sovxozunda fəhlə və briqadir vəzifələrində çalışmış, ərizəsinə əsasən xx.xx.1994-cü il tarixli, 59 nömrəli əmrlə sovxoz üzvlüyündən azad edilmiş və həmin müəssisədə 13 il 3 ay 20 gün iş stajı toplamış, xx.xx.1994-cü il tarixli, 294 nömrəli əmrə əsasən NQÇ üzrə 1№-li, daha sonra 4№-li X9 zavodunda neft və qaz çıxarma, neft və qaz hasilatı üzrə 2-ci, 3-cü və 4-cü dərəcəli operator vəzifələrində işləmiş, xx.xx.2009-cu il tarixli, 855 nömrəli əmrə əsasən xx.xx.2009-cu il tarixdən işdən azad edilmiş və bu müəssisələrdə 15 il 10 gün iş stajı toplamışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla İddiaçı xx.xx.2009-cu il tarixə ümumi sığorta stajı 32 il 10 ay 5 gün, güzəştli iş stajı 15 il 10 gün, o cümlədən xx.xx.2006-cı il tarixə ümumi sığorta stajı 29 il 23 gün, güzəştli iş stajı 11 il 2 ay 28 gün müəyyən olunur. İş materiallarında olan iddiaçının adına tərtib olunmuş 291456 nömrəli “Pensiya işi”ndən görünür ki, DSMF Cəlilabad rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 aprel 2012-ci il tarixli, 219 nömrəli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2011-ci il tarixdən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X4» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yenidən hesablanmaqla pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir və cavabdeh inzibati orqan isə iddia tələbinin əsassız olduğunu, İddiaçı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunauyğun təyin edildiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə iddiaçının tələbini hüquqi baxımdan əsassız hesab edir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “X4” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 7-ci maddəsinin qeyd hissəsində kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İş materiallarında olan iddiaçının adına tərtib olunmuş 291456 nömrəli “Pensiya işi”ndən görünür ki, İddiaçı 17 fevral 2012-ci il tarixdə ərizə ilə DSMF Cəlilabad rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, DSMF Cəlilabad rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 aprel 2012-ci il tarixli, 219 nömrəli qərarı ilə İddiaçı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən onun bütün sığorta stajı (o cümlədən 2 il 4 ay 18 gün təhsil müddəti) nəzərə alınmışdırmı? Həmin pensiya məbləği pensiya qanunvericiliyinə uyğun hesablanmışdırmı? Əgər düzgün hesablanmamışdırsa, hansı hissədə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 26 dekabr 2024-cü il tarixli, 9/8897 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan və Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisinin tədqiqata təqdim etdiyi, İddiaçı pensiya işi ilə əlaqədar sənədlər nəzərə alınmaqla, ekspert qarşısında qoyulmuş suala cavab olaraq bildirilir ki, İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən onun 1976-cı ilin sentyabrın 1-dən universitetə daxil olması, 1981-ci ilin 28 fevral tarixində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin F.Ə.Məlikov adına X5 texnikomunun Aqronom ixtisası üzrə tam təhsilini bitirməsi, təhsil dövrü ərzində xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olması və həmin dövr üst-üstə düşdüyü üçün iddiaçıya pensiya hesablanarkən onun xeyrinə təhsil dövrü tam şəkildə nəzərə alınması (o cümlədən 2 il 4 ay 18 gün təhsil müddətinin də nəzərə alınması) müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 26 dekabr 2024-cü il tarixli, 9/8897 nömrəli ekspert rəyinə əsasən inzibati iş materiallarında olan sənədlər və rəyin tədqiqat hissəsidə göstərilənlər nəzərə alınmaqla İddiaçı hazırkı aylıq pensiya məbləği hesablanarkən bütün sığorta stajı nəzərə alınmış və pensiya məbləği pensiya qanunvericiliyinə uyğun olaraq təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2011-ci il tarixdən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X4» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yenidən hesablanmaqla pensiya təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassızdır və cavabdeh inzibati orqan tərəfindən İddiaçı xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya qanunvericiliyinə uyğun olaraq təyin edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı hazırki iddia tələbi ilə bağlı istədiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X4» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən “X4» Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 200 (iki yüz) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X4» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən “X4» Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-563/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-563/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver