Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-565/2020 17.08.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)- 1520/2019 saylı qətnaməsi əsasında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinə miras payının müəyyən edildiyi 3/7 hissəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininüzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinin miras payının müəyyən edildiyi 3/7 hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2-1(120)-565/2020 saylı qərardadı ilə X21, X8, X5, X11, X15 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdurlar. Şirvan İnzibati Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2-1(120)-565/2020 saylı qərardadı ilə iddia tələbinə Masallı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi əsasında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinə miras payının müəyyən edildiyi 3/7 hissəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayon məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(050)-1520/2019 saylı qətnaməsinə əsasən onun iddia tələbi təmin edilməklə mərhum X9 və X16 mirasını faktiki qəbul etməyi tanınmaqla onlardan miras qalan 0,10 ha həyətyanı torpaq sahəsinin 3/7 hissəsinə miras payı müəyyən olunmsuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamə əsasında müvafiq sənədləri də toplamaqla miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun miras payına uyğun çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanlanan xx.xx.2019-cu il tarixli məktubunda cavabdeh xahişini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi cavabdeh təşkilata məlumat üçün daxil olmuş və icra üçün göndərilməmişdir. Bundan başqa həmin qətnamə əsasında X38 Xidmət Mərkəzinə müraciət etməsi və oradan vərəsəlik dairəsini müəyyən edən məktubun alınmasını məqsədəuyğun bilmişdir. Həmin imtina ilə razılaşmır, belə ki, məhkəmə qətnaməsi ilə onun miras əmlakı faktiki olaraq qəbul etdiyi və miras əmlakın 3/7 hissəsi üzərində pay hüququnun olması müəyyən edilmiş və artıq bu qətnamə ilə vərəsələrin dairəsi nəinki müəyyən olunmuş, hətta vərəsələr arasında pay bölgüsü də aparılmışdır. Belə olan təqdirdə cavabdeh onun mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alınmaqla ona çıxarış verməli olduğu halda bunu etməmişdir. Qeyd olunanlara əsasəniddia ərizəsinin təmin olunması barədə müvafiq qərar qəbul edilməsi məhəmədən xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər X21, X8, X5, X11, X15 və X6 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin və üçüncü şəxslər X10, X3, X1, X4, X7 və X2 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin 26 dekabr 2019-cu il tarixli, **********60 saylı məktubunda qeyd edilmişdir ki, siz 09 dekabr 2019-cu il tarixli, 23190707 qeydiyyat nömrəli ərizə ilə Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə müraciət edərək, Masallı rayonu, Ərkivan qəsəbəsində olan 0.10 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmişsiniz. Təqdim olunmuş sənədləri ekspertiza edən zaman müəyyən olunmuşdur ki, Masallı rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi ilə İddiaçı mərhum X12 və X17 miras əmlakını faktiki qəbul etməsi müəyyən edilmişdir. İddiaçı mərhum X24 və X13 miras qalmış 0.10 ha həyətyanı torpaq sahəsindən 3/7 hissədə payı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi Masallı rayon Məhkəməsi tərəfindən 30 sentyabr 2019-cu il tarixli, 2(150)-1520/2019 saylı məktubla məlumat üçün Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmuşdur. Məhkəmə qətnaməsinin icrası Cəlilabad Ərazi İdarəsinə həvalə edilməmişdir. Məhkəmə qətnaməsinə əsasən X38 Xidmət Mərkəzinin Notariat Ofisindən vərəsəlik dairəsin müəyyən edən məktubun alınması məqsədəmüvafiqdir. Məlumat üçün bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub, işin icrasından imtina edir və sənədlərin əsli (ödənişin qəbzləri, məhkəmə qətnaməsinin surəti və arayış, qəzetdə elan) sizə qaytarılır. Notariat Ofisindən vərəsəlik dairəsin müəyyən edən məktubu İdarənin Masallı rayon şöbəsinə təqdim etdikdən sonra yenidən torpaq sahəsinin sənədləşməsinə qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsinin xx.xx.2018-ci il tarixli, 156-39717-1218 nömrəli məktubda qeyd edilmişdir ki, Masallı rayon, Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-2956F nömrəli, 80510119 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni Masallı rayon ərazisində naməlum şəraitdə itirməsi ilə əlaqədar Masallı RPŞ-nə ərizə ilə müraciət olunmuşdur. Axtarış zamanı müsbət nəticə əldə olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Masallı rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(050)-1520/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı mərhum X12 və X17 mirası əmlakını faktiki qəbul etməsi müəyyən edilmiş, İddiaçı mərhum X24 və X13 miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsindən 3/7 hissədə miras payı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Masallı rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(050)-1520/2019 nömrəli məktubundan görünür ki, Masallı rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-2956F nömrəli (kod ********) dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 nömrəli qərarı ilə 0.20 hektar torpaq sahəsi X9 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin plan çizgisi və sxemi tərtib olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin etirazında qeyd edilmişdir ki, X30 Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2-1(120)-565/2020 saylı məktubuna cavab olaraq bildiririk ki, İddiaçı Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən rəsmi olaraq bildirilmişdir ki, Masallı rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi ilə İddiaçı mərhum X12 və X17 miras əmlakını faktiki qəbul etməsi müəyyən edilmişdir. İddiaçı mərhum X24 və X13 miras qalmış 0.10 ha həyətyanı torpaq sahəsindən 3/7 hissədə payı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi Masallı rayon Məhkəməsi tərəfindən 30 sentyabr 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı məktubla məlumat üçün Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmuşdur.Məhkəmə qətnaməsinin icrası Cəlilabad Ərazi İdarəsinə həvalə edilməmişdir. Məhkəmə qətnaməsinə əsasən “X38 Xidmət” Mərkəzinin Notariat Ofisindən vərəsəlik dairəsin müəyyən edən məktubun alınması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub, işin icrasından imtina edilir və sənədlərin əsli (ödənişin qəbzləri, məhkəmə qətnaməsinin surəti və arayış, qəzetdə elan) vətəndaşa qaytarılmış. Notariat Ofisindən vərəsəlik dairəsin müəyyən edən məktubu İdarənin Masallı rayon şöbəsinə təqdim etdikdən sonra yenidən torpaq sahəsinin sənədləşməsinə qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. İşdə olan 15 noyabr 2018-ci il tarixli, AZ-İ 977760 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3378/8 nömrəli arayışından görünür ki, X21 xx.xx.1957-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, 156 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3378/6 nömrəli arayışından görünür ki, X18 xx.xx.1953-cü ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, 259 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3378/5 nömrəli arayışından görünür ki, X19 xx.xx.1972-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, 179 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3378/11 nömrəli arayışından görünür ki, X8 xx.xx.1962-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, 148 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3378/4 nömrəli arayışından görünür ki, X15 xx.xx.1966-cı ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, 134 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli, 3378/1 nömrəli arayışından görünür ki, X20 xx.xx.1964-cü ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, 244 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmə araşdrıması zamanı müəyyən edildi ki, iddiaçının mərhum valideyinləri Müzəffər Rəhimov və Məryəm Rəhimovanın vəfatlarından sonra miras açılarkən miras kütləsinə ümumi birgə mülkiyyətdə olan 0,20 ha həyatyanı torpaq sahəsindən 0,10 ha miras torpaq sahəsi qalmışdır. İddiaçı vərəsə kimi həmin topraq sahəsindən payının müəyyən edilməsi üçün Masallı rayon Məhkəməsinə müraciət etmişdir. Masallı rayon məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi ilə iddia qismən edilərək İddiaçı mərhum X24 və X14 miras qalmış 0,10 ha həyatyanı torpaq sahəsindən 3/7 hissədə miras payının müəyyən edilməsi qətt edilmişdir. İddiaçı həmin qətnamə əsasında payına uyğun torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. İddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasının əsası Masallı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi olmuşdur. İddiaçı həmin qətnamə əsasında mülkiyyət hüquqlarını qeydiyyata almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə Masallı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi torpaq sahəsi (daşınmaz əmlak) üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X28 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Masallı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi əsasında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinə miras payının müəyyən edildiyi 3/7 hissəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininüzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. AzərbaycanRespublikasının İnzibatiProsessualMəcəlləsinin108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş üzrə məhkəmə xərcləri yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Masallı Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(050)-1520/2019 saylı qətnaməsi əsasında Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinin miras payının müəyyən edildiyi 3/7 hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması və torpaq sahəsinə dair çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-565/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-565/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver