Məhkəmə qərarları › İş №2-1(120)-565/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-565/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-565/2023 23.02.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə (Azərbaycan Respublikası Gömrük Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********239800 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********788600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1804/2022 saylı qərardadı ilə iddiaçının ərizsəsinə əsasən, iddia tələbinə dəqiqləşmə aparılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********239800 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması davam etdirilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********754400 nömrəli “Kamera! vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək 2021 -ci il üçün təqdim olunan gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə araşdırılması zamanı vergi ödəyicisinin 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021 -ci il ərzində 233833,9 manat dəyərində(ƏDV-szi, statistik dəyərlə) mallar (invoys dəyəri 101652,88 (ƏDV-siz)manat) idxal edildiyi və təqdim edilmiş gəlir vergisi bəyannaməsində satış dövriyyəsinin 132332,2 manat (ƏDV- siz), yəni statistik dəyərdən 101501,7 manat az və xərclərində mal alışını 115732,19 manat (ƏDV- siz), yəni invoys dəyərindən 14079,31 manat çox göstərildiyinin müəyyən olunduğu qeyd olunaraq statistik dəyər məbləği satış dövriyyəsi kimi götürülmüş və alınan malların invoys dəyəri xərc kimi nəzərə alınaraq yekunda 26436,2 manat ( 233833,9-101652,88*20%) gəlir vergisi hesablanmışdır. Qeyd olunan hesablama ilə bağlı xx.xx.2022-ci il tarixli **********788600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Aşağıda qeyd olunanlara görə həmin qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir: vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanılmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya yalnız gömrük məqsədləri üçün istifadə olunur. Belə ki, idxal mallarına münasibətdə malların maya dəyərinə həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin mallara sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Buna baxmayaraq 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən malların statistik dəyəri ilə invoys dəyəri arasındakı fərqi gəlir və ya mənfəət kimi qəbul edərək heç bir əsası olmayan vergi hesablamışdır. İddiaçı malların satışını bazarda pərakəndə-ticarət qaydasında nəzarət kassa aparatı vasitəsi ilə aparmışdır. Satışdan əldə olunmuş gəlirə görə xx.xx.2021 -ci ildə 2021 -ci il üçün “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. 6 saylı Ərazi Vergilər Baş idarəsindən təqdim eddilən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********754400 N-li məktubda qeyd olunan malların statistik qiyməti ilə invoys dəyəri arasındakı fərq anlayışı Vergi qanunvericiliyinə tamamilə ziddir. İdxal olunan mallara gömrük orqanları tərəfindən müəyyən olunan şişirdilmiş statistik dəyər o demək deyildir ki, vergi ödəyicisi minimum həmin məbləğə malı satmalıdır. Rəqəmlərdən aşkar şəkildə müəyyən olunur ki, gömrük orqanları malın üzərinə 100 % dəyər əlavə edib, hansı ki, mövcud bazar mühitində belə qiymətlərlə fəaliyyət mümkünsüzdür. Həmçinin, satışı təsdiq edən NKA sənədləri qaydasında olduğu halda məsələyə gömrük orqanlarının gözü ilə yanaşmaq tam ədalətsiz və qanunsuzdur. Əlavə olunan satış dövriyyəsinə aid NKA çekindən göründüyü kimi, iddiaçı tərəfindən satılan mallar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmişdir. Vergi orqanlarına dəfələrlə ayrı-ayrı sahibkarlar tərəfindən edilən sorğulara verilən cavablarda statistik dəyərin yalnız gömrük məqsədləri üçün olduğu qeyd olunmuşdur. Nümunə üçün sorğuya verilən cavab əlavə edilir. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir. Həmin Qərar xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir və Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə görə 3 iş günü müddətində çatdırılmış sayılır. Əvvəllər eyni məzmunlu müraciətlər Dövlət Vergi Xidmətinə təqdim olunduğu zaman şikayətlər təmin olunaraq əsassız hesablanmış vergilər ləğv edilsə də, iddiaçının müraciəti qərəzli olaraq təmin edilməmişdir. Nümunə olaraq həmin qərarlardan biri əlavə edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, vergi ödəyicisi əmtəə- material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanılmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız və yalnız gömrük məqsədləri üçün istifadə olunur. Belə kı, idxal mallarına münasibətdə malların maya dəyərinə həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin mallara sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Buna baxmayaraq 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən malların statistik dəyəri ilə invoys dəyəri arasındakı fərqi gəlir və ya mənfəət kimi qəbul edərək heç bir əsası olmayan vergi hesablamışdır. İddiaçı malların satışını bazarda pərakəndə-ticarət qaydasında nəzarət kassa aparatı vasitəsi ilə aparmışdır. Satışdan əldə olunmuş gəlirə görə xx.xx.2021-ci ildə 2021-ci il üçün “Gəlir vergisi bəyannaməsi" təqdim edilmişdir. 6 saylı Ərazi Vergilər Baş idarəsindən təqdim eddilən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" 11 02.2022-ci il tarixli **********754400 N-li məktubda qeyd olu.ıan malların statistik qiyməti ilə invoys dəyəri arasındakı fərq anlayışı Vergi qanunvericiliyinə tamamilə ziddir. İdxal olunan mallara gömrük orqanları tərəfindən müəyyən olunan şişirdilmiş statistik dəyər o demək deyildir ki, vergi ödəyicisi minimum həmin məbləğə malı satmalıdır. Rəqəmlərdən aşkar şəkildə müəyyən olunur ki, gömrük orqanları malın üzərinə 100 % dəyər əlavə edib, hansı ki, mövcud bazar mühitində belə qiymətlərlə fəaliyyət mümkünsüzdür. Həmçinin, satışı təsdiq edən NKA sənədləri qaydasında olduğu halda məsələyə gömrük orqanlarının gözü ilə yanaşmaq tam ədalətsiz və qanunsuzdur. Əlavə olunan satış dövriyyəsinə aid NKA çekindən göründüyü kimi, iddiaçı tərəfindən satılan mallar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmişdir. Uçot-baza məlumatlarına əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “qadın geyimlərinin pərakəndə satışı” olduğu, xx.xx.2021ci il tarixdən ƏDV qeydiyyatına alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən hesabat ilində invoys dəyəri (İdxal rüsumu və Digər rüsum və vergilər daxil olmaqla) 101652,88 manat dəyərində malların idxal edildiyi, elektron qaiməfaktura ilə mal alışının olmadığı, xx.xx.2022-ci il tarixdə 2021 -ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.4-cü (Malın dəyəri) sətrində 115732,19 manat məbləğin bəyan edildiyi, hesabat ilinin sonuna mal qalığının olmadığı, fərdi sahibkar tərəfindən 2021 -ci il ərzində idxal edilmiş malların gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərinin (idxal rüsumu və Digər rüsum və vergilər daxil olmaqla) 233833,9 manat olduğu halda xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsində 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 132332,20 manat məbləğin bəyan edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********754400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığını bildirməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bu səbəbdən idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların gömrük dəyəri 233833,9 manat gəlir kimi, invoys dəyəri 101652,88 manat xərc kimi nəzərə alınmaqla vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə 25606,20 manat vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********788600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir.Həmçinin, iddiaçı tərəfindən ünvan 1 ünvanında ümumi sahəsi 32 m2 olan təsərrüfat subyektinin (obyektin kodu: **********- 11001) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, həmin obyektdə xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0010587 zavod nömrəli nəzarət kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, həmin ünvanda ümumi sahəsi 5 m2 olan təsərrüfat subyektinin (obyektin kodu: **********-11002) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, müraciətinə əsasən fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırıldığı, təqdim etdiyi bəyannaməyə əsasən fəaliyyətinin xx.xx.2021-ci il tarixdən bərpa olunduğu, xx.xx.2022-ci tarixdən xx.xx.2070-ci il tarixədək yenidən dayandırıldığı müəyyən edilmişdir. Eləcə də iddiaçı tərəfindən gömrük orqanına təqdim edilmiş yük gömrük bəyannamələrində Çin Xalq Respublikasından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə idxal olunmuş əmtəə nişanı məlum olmayan müxtəlif növ malların (qapı kilidinin aksessuarları, kağız və kartonları formalı kəsən maşın (qrafika düzəldən), eynək şüşəsi, ledlər, qapı kilidi, kişi şalvarı, uşaq tərlikləri, USB naqil, ev kondisioneri filteri, adapter, internet modern, qadın şalvarı, qulaqcıq, qadın çantası, eynək aksessuarları, baseyn aksessuarları, termometr otaq üçün, PUBJ djostiki, avtomobil təkəri üçün qurquşun, avadanlıq remeni, mobil tel bataraeykası, qol saatı qulpu, avtomobil üçün dam baqajı, avtomobil monitoru kvadrat, tütün bükmək üçün kağızlar, HDMİ kabel, qadın sumkası, bujiterya, optik eynək, led işiq üçün ayaqlar, balaca toz dəsmalı, kalkulyator, maşın buferi üçün lip, televizor üçün plastinka, eynək opravası, tütün bükmək üçün kağızlar və sair) invoys dəyərinin 101652,88 manat olduğu bəyan olunmasına baxmayaraq bu malların gömrük orqanı tərəfindən statistik dəyərinin 206688,31 manat qiymətləndirilərək 23525,59 manat idxal rüsumu, 41830,88 manat ƏDV məbləği və 3620,0 manat digər rüsum və vergilər hesablandığı müəyyən edilmişdir. Gömrük orqanına bəyan edilmiş məlumatlara əsasən fərdi sahibkar tərəfindən idxal olunmuş malların ümumi həcminin 83,218 m3 olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş 41830,88 manat (əsas məbləği 232393,76 manat) ƏDV məbləğlərinin tam olaraq əvəzləşdirildiyi, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir məbləğinin 132332,20 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərdə malların dəyərinin 115732,19 manat bəyan etməklə 2021 -ci il üzrə 18507,44 manat gəlir əldə edilməklə 830,0 manat gəlir vergisi məbləği hesablanmışdır. Həmçinin, iri partiya ilə idxal etdiyi müxtəlif çeşidli malların iki ay ərzində (xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0010587 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının quraşdırılıb, xx.xx.2021-i il tarixdə isə qeydiyyatdan çıxarılıb), ünvan 1 ünvanında malların tam (qalıq qalmadan) təqdim edilməsində, habelə rentabelli satış həyata keçirildiyi halda fəaliyyətinin dərhal, xx.xx.2021-ci il tarixdən beş illik müddətə dayandırılmasında qanunauyğuluq müəyyən olunmur. Qeyd olunan hal vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, müvəqqəti olaraq qısa müddətə adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozulmaqla malların çeşidlər üzrə adlarının nəzarət kassa aparatına mədaxil edilməməsi (çeklərdə malın adının əks etdirilməməsi) yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədi olmasını şərtləndirir. Uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən fəaliyyətinin dayandırdığı xx.xx.2021-ci il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricisinin 414 ədəd çek üzrə 156152,0 manat, orta hesabla bir çek üzrə satış məbləğinin 377,17 manat olduğu müəyyən olunmuşdur. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidənyayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Eyni zamanda vergi ödəyicisi tərəfindən idxal edilmiş malların gömrük dəyərinə uyğun ödənilmiş ƏDV məbləği tam əvəzləşdirilmiş, gəlirlərin əldə edilməsində həmin malların invoys (faktiki) dəyəri ilə uçota alınmasını, bu dəyərə uyğun ticarət əlavəsi tətbiq olunmaqla gəlir vergisi bəyannaməsi təqdim etdiyini idda edərək əvəzləşdirilmiş ƏDV məbləğindən az məbləğdə gəlir vergisi məbləği hesablamış və şəxsi hesab vərəqəsində süni olaraq yaradılmış artıq ödəmə məbləğini digər vergi öhdəlikləri ilə əvəzləşdirərək dövlət büdcəsinə 726,0 manat vergi məbləği ödənilmişdir. Bundan əlavə iddiaçının adına qeydiyyatdan keçmiş və qısa zamanda qeydiyyatdan çıxarılmış (bir ay ərzində) Datapay Kassa” markalı, 000024P**********0010587 nömrəli nəzarət kassa aparatı müxtəlif dövrlərdə Bakı şəhərinin eyni inzibati ərazisində 4 sayda digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin adına qısa müddətdə qeydiyyata salınaraq qeydiyyatdan çıxarıldığı, bununla da müxtəlif şəxslər tərəfindən məqsədli surətdə vergidən yayınma sxemi yaradılmaqla idxal etdikləri iri həcmli mal partiyalarının nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satmasını həyata keçirməklə, faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatı pərdələndiyi, “kölgə iqtisadiyyatının genişlənməsinə şərait yaradıldığı, topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməklə faktiki olaraq həmin mallar “qara bazara” paylanıldığı üçün vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsinin nəzarətə alınmasını çətinləşdirməklə vergilərin tam həcmdə dövlət büdcəsinə hesablanmasından yayındırıldığı müəyyən edilmişdir. Eyni zamanda “Datapay Kassa” markalı, 000024P**********0010587 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının xx.xx.2021-ci il tarixdə quraşdırılmasına, xx.xx.2021 -i il tarixdə isə qeydiyyatdan çıxarılmasına baxmayaraq, fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixdə **********224 Yük gömrük bəyannaməsinə əsasən invoys dəyəri 4049,0 manat, idxal rüsumu 882,02 manat, digər rüsum və vergilər 240,0 manat olan müxtəlif çeşiddə malların idxal olunduğu, gömrük orqanları tərəfindən idxal edilmiş malların statistik dəyərinin 8713,50 manat olduğu və buna uyğun olaraq idxal rüsumunun və əlavə dəyər vergisi məbləğlərinin hesablandığı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən 2021-ci ilin sentyabr və dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələri təqdim edilməklə təqdim edilmiş malların (işlərin, xidmətlərin) cəmi dəyəri (ƏDV nəzərə alınmadan) 233833,9 manat bəyan edilmişdir. İddiaçı iri partiya ilə idxal etdiyi malların həcminin adına vergi orqanında qeydiyyata salınmış təsərrüfat subyektinin ümumi sahəsinin tutumundan dəfələrlə çox olması ilə yanaşı, malların müxtəlif çeşidli və təyinatlı olması, habelə təsərrüfat subyektinin qeydiyyatda olduğu inzibati ərazidə sahibkarlıq subyektlərinin az çeşiddə eynicinsli malların satışı üzrə ixtisaslaşdığı halda fərdi sahibkarın idxal etdiyi və qısa müddətdə satılmasını iddia etdiyi fərqli istehlak təyinatlı mal çeşidləri (qapı kilidinin aksessuarları, kağız və kartonları formalı kəsən maşın (qrafika düzəldən), eynək şüşəsi, ledlər, qapı kilidi, kişi şalvarı, uşaq tərlikləri, USB naqil, ev kondisioneri filteri, adapter, internet modern, qadın şalvarı, qulaqcıq, qadın çantası, eynək aksessuarları, baseyn aksessuarları, termometr otaq üçün, PUBJ djostiki, avtomobil təkəri üçün qurquşun, avadanlıq remeni, mobil tel bataraeykası, qol saatı qulpu, avtomobil üçün dam baqajı, avtomobil monitoru kvadrat, tütün bükmək üçün kağızlar, HDMİ kabel, qadın sumkası, bujiterya, optik eynək, led işiq üçün ayaqlar, balaca toz dəsmalı, kalkulyator, maşın buferi üçün lip, televizor üçün plastinka, eynək opravası, tütün bükmək üçün kağızlar və sair) üzrə fəaliyyətini dayandırdıqdan sonra mal qalığının qalmamasında real iqdisadi qanunauyğuluq müəyyən olunmayaraq vergi üstünlüyü əldə edilməsi ilə bağlı əməliyyatların olmasını şərtləndirir. İddiaçının istifadəsində digər təsərrüfat subyektinin olmadığı, idxal olunmuş 83,218 m3 həcmdə malların ünvan 1 ünvanında yerləşən sahəsi 32 m2 və 5 m2 olan “Mağazalarda saxlanılmasının real olmadığını, idxal edilmiş malların çox çeşidli müxtəlif təyinatlı olmasına baxmayaraq malların iki ay ərzində (xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0010587 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının quraşdırılıb, xx.xx.2021-i il tarixdə isə qeydiyyatdan çıxarılıb), orta hesabla bir çek üzrə nağd satış dövriyyəsi 377,17 manat olmaqla ünvan 1 ünvanında satılmasının təsdiqlənmədiyi, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassaaparatının çeki ilə rəsmiləşdirilməklə satması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaiməfaktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsinə, “kölgə iqtisadiyyatının genişlənməsinə, topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməklə faktiki olaraq həmin mallar “qara bazara” paylanıldığı üçün vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsinin nəzarətə alınması çətinləşdirməklə vergilərin tam həcmdə dövlət büdcəsinə hesablanmasında məqsədli maneələr yaradılmışdır. Eyni zamanda iddiaçı tərəfindən idxal olunmuş malların alqı-satqı müqavilələrini, invoyslarını, malların dəyərinin ödənilməsini təsdiq edən köçürmə sənədlərinin təqdim olunmadığını, real gəlirlərin əvvəlcədən müəyyən edilərək nəzarət kassa aparatına mədaxil olunmasının mümkün olmadığını və qanunvericilikdə nəzərdə tutulmadığını, müvəqqəti olaraq qısa müddətə adına nəzarət kassa aparatı qeydiyyata salmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi, nəzarət kassa aparatında Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozulmaqla malların çeşidlər üzrə adlarının nəzarət kassa aparatına mədaxil edilməməsinin (çeklərdə malın adının əks etdirilməməsi) vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olmasını şərtləndirdiyini, sahibkar olaraq fəaliyyəti dövründə dövlət büdcəsinə dövlət büdcəsinə cəmi 726,0 manat vergi məbləğinin ödənildiyini, hesabat dövrü üzrə dəfələrlə dəqiqləşdirilmiş bəyannamələr təqdim olununaraq göstəricilərinin dəyişdirildiyini, bununla da inzibati araşdırma dövründə fərdi sahibkarın dövriyyəsini (real gəlirlərini) müəyyən etmək mümkün olmadığı üçün Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən əlaqəli məlumat olaraq idxal olunmuş malların gömrük və invoys dəyəri barədə Dövlət Gömrük Komitəsininin məlumatları əsas götürülməklə kameral vergi yoxlaması ilə hesablanmışdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-33/2-001653/2023 saylı məktuba əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi “YİWU CHAORİ İMPORT&EXPORT CO.,LTD” arasında bağlanmış müqavilə əsasında Çin Xalq Respublikasından Azərbaycan Respublikasına mənşə ölkəsi Çin Xalq Respublikası olan müxtəlif adlı mallar idxal edilmişdir. İdxal edilmiş mallar İddiaçı tərəfindən aşağıdakı gömrük bəyannamələri ilə bəyan edilib gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********5428 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1256 ədəd kosmetik kaşelok” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420292 9100, 42ci qrafasında invoys dəyəri 654,63 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1150,00 manat, 46-cı qrafasında statistik dəyər 676,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “10343 ədəd bijuteriya (sırğa, üzük)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 711790 0000, 42-ci qrafasında invoys dəyəri 100,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 183,00 manat, 46-cı qrafasında statistik dəyər 107,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “10 ədəd səsgücləndirici (usilitel)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851840 8000, 42-ci qrafasında invoys dəyəri 165,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1460,00 manat, 46-cı qrafasında statistik dəyər 858,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “6827 ədəd mobil telefon üçün çexollar, kaburalar” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 1296,55 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5256,00 manat, 46-cı qrafasında statistik dəyər 3091,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “80 ədəd blutuz qulaqcıq” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851830 9500, 42-ci qrafasında invoys dəyəri 70,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 408,00 manat, 46-cı qrafasında statistik dəyər 240,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “300 ədəd USB kabel” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 854442 9000, 42-ci qrafasında invoys dəyəri 108,30 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 358,00 manat, 46-cı qrafasında statistik dəyər 210,59 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “120 ədəd televizor üçün plastinka” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 852990 9700, 42-ci qrafasında invoys dəyəri 600,0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3069,00 manat, 46-cı qrafasında statistik dəyər 1805,29 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “2 ədəd həyət üçün çətir” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 660110 0000, 42-ci qrafasında invoys dəyəri 64,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1005,00 manat, 46-cı qrafasında statistik dəyər 591,18 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd güzgü” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 700992 0000, 42-ci qrafasında invoys dəyəri 52,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 186,00 manat, 46-cı qrafasında statistik dəyər 109,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5428 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “6265 ədəd mobil telefon üçün şüşə üzlük” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9200, 42-ci qrafasında invoys dəyəri 315,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1041,00 manat, 46-cı qrafasında statistik dəyər 612,35 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1256 ədəd kosmetik kaşelok” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 172,50 manat, əlavə dəyər vergisi 281,25 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 120,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat, müvafiq olaraq “10343 ədəd bijüteriya (sırğa, üzük)” adlı mallar üçün idxal gömrük rüsumu 27,45 manat, əlavə dəyər vergisi 37,88 manat, müvafiq olaraq “10 ədəd səsgücləndirici (usilitel)” adlı mallar üçün idxal gömrük rüsumu 219,00 manat, əlavə dəyər vergisi 302,22 manat, müvafiq olaraq “6827 ədəd mobil telefon üçün çexollar, kaburalar” adlı mallar üçün idxal gömrük rüsumu 788,40 manat, əlavə dəyər vergisi 1087,99 manat, müvafiq olaraq “80 ədəd blutuz qulaqcıq” adlı mallar üçün idxal gömrük rüsumu 61,20 manat, əlavə dəyər vergisi 84,46 manat, müvafiq olaraq “300 ədəd USB kabel” adlı mallar üçün idxal gömrük rüsumu 53,70 manat, əlavə dəyər vergisi 74,11 manat, müvafiq olaraq “120 ədəd televizor üçün plastinka” adlı mallar üçün idxal gömrük rüsumu 460,35 manat, əlavə dəyər vergisi 635,28 manat, müvafiq olaraq “2 ədəd həyət üçün çətir” adlı mallar üçün idxal gömrük rüsumu 150,75 manat, əlavə dəyər vergisi 208,04 manat, müvafiq olaraq “1 ədəd güzgü” adlı mallar üçün idxal gömrük rüsumu 27,90 manat, əlavə dəyər vergisi 38,50 manat, müvafiq olaraq “6265 ədəd mobil telefon üçün şüşə üzlük” adlı mallar üçün idxal gömrük rüsumu 156,15 manat, əlavə dəyər vergisi 215,49 manat, ümumilikdə cəmi 5464,22 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021 -ci il tarixdə gömrük orqanına elektron formada 0**********240 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 0**********240 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “2828 ədəd kişi şalvarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610349 0000, 42-ci qrafasında invoys dəyəri 3636,60 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7752,0 manat, 46-cı qrafasında statistik dəyər 4560,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 — ehtiyat üsulu, müvafiq olaraq 0**********240 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “1047 ədəd qadın şalvarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 610469 0000, 42-ci qrafasında invoys dəyəri 1169,21 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2391,90 manat, 46-cı qrafasında statistik dəyər 1407,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********240 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “2000 cüt uşaq tərlikləri” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 640520 9100, 42-ci qrafasında invoys dəyəri 685,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2466,00 manat, 46-cı qrafasında statistik dəyər 1450,59 ABŞ dolları, 43-cü qrafasında gömrük eləyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “2828 ədəd kişi şalvarı” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 1162,80 manat, əlavə dəyər vergisi 1647,86 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 10,80 manat, müvafiq olaraq “1047 ədəd qadın şalvarı” adlı mallar üçün idxal gömrük rüsumu 358,78 manat, əlavə dəyər vergisi 495,12 manat, müvafiq olaraq “2000 cüt uşaq tərlikləri” adlı mallar üçün idxal gömrük rüsumu 369,90 manat, əlavə dəyər vergisi 510,46 manat, ümumilikdə cəmi 4855,72 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********1029 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “7500 ədəd mobil telefon üçün şüşə üzlük” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9200,42-ci qrafasında invoys dəyəri 363,85 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1630,00 manat, 46-cı qrafasında statistik dəyər 958,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1500 ədəd mobil telefon üçün kabura (çexol)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 257,45 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1153,00 manat, 46-cı qrafasında statistik dəyər 678,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “40000 ədəd eynək çexolu (parça), 860 ədəd eynək futulyarı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420292 9809, 42-ci qrafasında invoys dəyəri 672,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 4396,20 manat, 46-cı qrafasında statistik dəyər 2586,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “60 ədəd kömür götürmək üçün dəmir kuruşka” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 732399 0000, 42-ci qrafasında invoys dəyəri 123.0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 640,00 manat, 46-cı qrafasında statistik dəyər 376,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “2 dəst eynək şüşəsini yonmaq üçün aparat” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 846420 1100, 42ci qrafasında invoys dəyəri 160.0ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3383,00 manat, 46-cı qrafasında statistik dəyər 1990.0 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “330 ədəd HDM perexodnik” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 853669 9000, 42-ci qrafasında invoys dəyəri 51,87 ABŞ dolları, 45- ci qrafasında gömrük dəyəri 100,00 manat, 46-cı qrafasında statistik dəyər 58,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3130 ədəd göz üçün Linza” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900130 0000, 42-ci qrafasında invoys dəyəri 300,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5321,00 manat, 46-cı qrafasında statistik dəyər 3130,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “15608 ədəd optik şüşələr” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900140 8000, 42-ci qrafasında invoys dəyəri 738,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7961,10 manat, 46-cı qrafasında statistik dəyər 4683,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “2600 ədəd eynək opravası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900319 0000, 42-ci qrafasında invoys dəyəri 600,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1270,00 manat, 46-cı qrafasında statistik dəyər 747,06 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “16110 ədəd eynək ehtiyyat hissələri (aksesuar)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900390 0000, 42-ci qrafasında invoys dəyəri 220,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1870.0 manat, 46-cı qrafasında statistik dəyər 1100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********1029 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “1500 ədəd qol saatı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 910219 0000, 42-ci qrafasında invoys dəyəri 289,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2040,00 manat, 46-cı qrafasında statistik dəyər 1200,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “7500 ədəd mobil telefon üçün şüşə üzlük” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 244,50 manat, əlavə dəyər vergisi 380,61 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 240,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 43,20 manat, müvafiq olaraq “1500 ədəd mobil telefon üçün kabura (çexol)” adlı mallar üçün idxal gömrük rüsumu 172,95 manat, əlavə dəyər vergisi 238,67 manat, müvafiq olaraq “40000 ədəd eynək çexolu (parça), 860 ədəd eynək futulyarı” adlı mallar üçün idxal gömrük rüsumu 659,43 manat, əlavə dəyər vergisi 910,01 manat, müvafiq olaraq “60 ədəd kömür götürmək üçün dəmir kuruşka” adlı mallar üçün idxal gömrük rüsumu 96,00 manat, əlavə dəyər vergisi 132,48 manat, müvafiq olaraq “2 dəst eynək şüşəsini yonmaq üçün aparat” adlı mallar üçün əlavə dəyər vergisi 608,94 manat, müvafiq olaraq “330 ədəd HDM perexodnik” adlı mallar üçün idxal gömrük rüsumu 15,00 manat, əlavə dəyər vergisi 20,70 manat, müvafiq olaraq “3130 ədəd göz üçün Linza” adlı mallar üçün əlavə dəyər vergisi 957,78 manat, müvafiq olaraq “15608 ədəd optik şüşələr” adlı mallar üçün əlavə dəyər vergisi 1433,00 manat, müvafiq olaraq “2600 ədəd eynək opravası” adlı mallar üçün idxal gömrük rüsumu 63,50, əlavə dəyər vergisi 240,03 manat, müvafiq olaraq “16110 ədəd eynək ehtiyyat hissələri (aksesuar)” adlı mallar üçün idxal gömrük rüsumu 93,50, əlavə dəyər vergisi 353,43 manat, müvafiq olaraq “1500 ədəd qol saatı” adlı mallar üçün idxal gömrük rüsumu 306,00 manat, əlavə dəyər vergisi 422,28 manat, ümumilikdə cəmi 7872,01 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********5021 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********5021 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1560 ədəd təhlükəsizlik kamerası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 852580 9900, 42-ci qrafasında invoys dəyəri 3521,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 18564,00 manat, 46-cı qrafasında statistik dəyər 10920,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5021 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “300 ədəd kompyuter üçün qulaqcıq” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851830 9500, 42-ci qrafasında invoys dəyəri 501,10 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1263,00 manat, 46-cı qrafasında statistik dəyər 742,94 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5021 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “100 ədəd avtomobil üçün telefon tutacağı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 84,92 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 149,01 manat, 46-cı qrafasında statistik dəyər 87,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********5021 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “700 ədəd mobil telefon üçün foto tutacağı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900699 0000, 42-ci qrafasında invoys dəyəri 852,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2123,00 manat, 46-cı qrafasında statistik dəyər 1248,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1560 ədəd təhlükəsizlik kamerası” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240.0 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10.0 manat, idxal gömrük rüsumu 2784,60 manat, əlavə dəyər vergisi 3887,75 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 90,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 16,20 manat, müvafiq olaraq “300 ədəd kompyuter üçün qulaqcıq” adlı mallar üçün idxal gömrük rüsumu 189,45 manat, əlavə dəyər vergisi 261,44 manat, müvafiq olaraq “100 ədəd avtomobil üçün telefon tutacağı” adlı mallar üçün idxal gömrük rüsumu 22,35 manat, əlavə dəyər vergisi 30,84 manat, müvafiq olaraq “700 ədəd mobil telefon üçün foto tutacağı” adlı mallar üçün idxal gömrük rüsumu 318,45 manat, əlavə dəyər vergisi 439,46 manat, ümumilikdə cəmi 8290,54 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada 0**********261 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 0**********261 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “645 ədəd qadın sumkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420229 0000, 42-ci qrafasında invoys dəyəri 1122,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1950,00 manat, 46-cı qrafasında statistik dəyər 1147,06 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********261 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1000 ədəd tütün bükmək üçün kağızlar” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 480269 0000, 42-ci qrafasında invoys dəyəri 241,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 880,00 manat, 46-cı qrafasında statistik dəyər 517,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********261 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “5000 ədəd bijuteriya” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 711790 0000, 42-ci qrafasında invoys dəyəri 291,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 580.0 manat, 46-cı qrafasında statistik dəyər 341,18 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq 0**********261 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “50 ədəd HDMİ kabel” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 854442 9000, 42-ci qrafasında invoys dəyəri 14,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 40,00 manat, 46-cı qrafasında statistik dəyər 23,53 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********261 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “4720 ədəd P.S jostikinin zapçastı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950450 0000, 42-ci qrafasında invoys dəyəri 150,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 300,00 manat, 46-cı qrafasında statistik dəyər 176,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “645 ədəd qadın sumkası” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,00 manat, idxal gömrük rüsumu 292,50 manat, əlavə dəyər vergisi 425,25 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 120,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat, müvafiq olaraq “1000 ədəd tütün bükmək üçün kağızlar” adlı mallar üçün idxal gömrük rüsumu 132,00 manat, əlavə dəyər vergisi 182,16 manat, müvafiq olaraq “5000 ədəd bijuteriya” adlı mallar üçün idxal gömrük rüsumu 87,00 manat, əlavə dəyər vergisi 120,06 manat, müvafiq olaraq “50 ədəd HDMİ kabel” adlı mallar üçün idxal gömrük rüsumu 6,00 manat, əlavə dəyər vergisi 8,28 manat, müvafiq olaraq “4720 ədəd P.S jostikinin zapçastı” adlı mallar üçün idxal gömrük rüsumu 45,00 manat, əlavə dəyər vergisi 62,10 manat ümumilikdə cəmi 1621,95 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada 0**********287 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1 ədəd avtomobil üçün dam baqajı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392630 0000, 42-ci qrafasında invoys dəyəri 38,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 850,00 manat, 46-cı qrafasında statistik dəyər 500,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “13 ədəd baseyn aksesuarları, 100 ədəd plastik qəliblər, 3084 ədəd mobil telefon kaburası, 90 ədəd mobil telefon tutacağı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 695,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3438,00 manat, 46-cı qrafasında statistik dəyər 2022,35 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1 ədəd avadanlıq remeni” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 401039 0000, 42-ci qrafasında invoys dəyəri 7,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 45.0 manat, 46cı qrafasında statistik dəyər 26,47 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “140 ədəd qadın çantası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 420229 0000, 42-ci qrafasında invoys dəyəri 541,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 960,99 manat, 46-cı qrafasında statistik dəyər 565,29 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “280 ədəd şkurka” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 680530 0000, 42-ci qrafasında invoys dəyəri 120,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 320,01 manat, 46-cı qrafasında statistik dəyər 188,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “20000 ədəd avtomobil təkəri üçün qurquşun” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 732690 9800, 42-ci qrafasında invoys dəyəri 22,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 333,20 manat, 46-cı qrafasında statistik dəyər 196,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “6 ədəd ev kondisioneri filteri” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 842139 2000, 42-ci qrafasında invoys dəyəri 13,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 48,99 manat, 46-cı qrafasında statistik dəyər 28,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1400 ədəd adapter, 1000 ədəd avtomobil üçün adapter” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 850440 5509,42-ci qrafasında invoys dəyəri 407,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3304,00 manat, 46-cı qrafasında statistik dəyər 1943,53 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “315 ədəd mobil telefon batareykası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 850650 9000, 42-ci qrafasında invoys dəyəri 124,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 721,00 manat, 46-cı qrafasında statistik dəyər 424,12 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “2 ədəd internet modern” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851762 0009, 42-ci qrafasında invoys dəyəri 10,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 340,00 manat, 46-cı qrafasında statistik dəyər 200,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “2800 ədəd qulaqcıq” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851830 9500, 42-ci qrafasında invoys dəyəri 200,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 952,00 manat, 46-cı qrafasında statistik dəyər 560,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “100 ədəd avtomobil monitoru kvadrat” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 852859 9000, 42-ci qrafasında invoys dəyəri 350,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5100,00 manat, 46-cı qrafasında statistik dəyər 3000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “2900 ədəd USB naqil, 600 ədəd OTG naqil, 400 ədəd avtomobil lent işığının naqili” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 854442 9000,42-ci qrafasında invoys dəyəri 340,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1206,00 manat, 46-cı qrafasında statistik dəyər 709,41 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “5436 ədəd eynək şüşəsi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900140 8000, 42-ci qrafasında invoys dəyəri 300,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2772,70 manat, 46-cı qrafasında statistik dəyər 1631,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “4570 ədəd eynək aksessuarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900319 0000, 42-ci qrafasında invoys dəyəri 199,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1195,00 manat, 46-cı qrafasında statistik dəyər 702,94 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3 ədəd termometr otaq üçün” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 902511 8000, 42-ci qrafasında invoys dəyəri 5,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 13,1 manat, 46-cı qrafasında statistik dəyər 7,65 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “120 ədəd qol saatı qulpu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 911390 0000, 42-ci qrafasında invoys dəyəri 35,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 102,00 manat, 46-cı qrafasında statistik dəyər 60,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********287 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “100 ədəd PUBJ djostiki” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 950450 0000, 42-ci qrafasında invoys dəyəri 70,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 195,99 manat, 46-cı qrafasında statistik dəyər 115,29 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6- ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1 ədəd avtomobil üçün dam baqajı” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,0 manat, idxal gömrük rüsumu 42,50 manat, əlavə dəyər vergisi 203,85 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 270,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 48,60 manat, müvafiq olaraq “13 ədəd baseyn aksesuarları, 100 ədəd plastik qəliblər, 3084 ədəd mobil telefon kaburası, 90 ədəd mobil telefon tutacağı” adlı mallar üçün idxal gömrük rüsumu 515,70 manat, əlavə dəyər vergisi 711,67 manat, müvafiq olaraq “1 ədəd avadanlıq remeni” adlı mallar üçün idxal gömrük rüsumu 6,75 manat, əlavə dəyər vergisi 9,32 manat, müvafiq olaraq “140 ədəd qadın çantası” adlı mallar üçün idxal gömrük rüsumu 144,15 manat, əlavə dəyər vergisi 198,93 manat, müvafiq olaraq “280 ədəd şkurka” adlı mallar üçün idxal gömrük rüsumu 48,00 manat, əlavə dəyər vergisi 66,24 manat, müvafiq olaraq “20000 ədəd avtomobil təkəri üçün qurquşun” adlı mallar üçün idxal gömrük rüsumu 49,98 manat, əlavə dəyər vergisi 68,97 manat, müvafiq olaraq “6 ədəd ev kondisioneri filteri” adlı mallar üçün idxal gömrük rüsumu 2,45 manat, əlavə dəyər vergisi 9,26 manat, müvafiq olaraq “1400 ədəd adapter, 1000 ədəd avtomobil üçün adapter” adlı mallar üçün idxal gömrük rüsumu 165,20 manat, əlavə dəyər vergisi 624,46 manat, müvafiq olaraq “315 ədəd mobil telefon batareykası” adlı mallar üçün idxal gömrük rüsumu 36,05 manat, əlavə dəyər vergisi 136,27 manat, müvafiq olaraq “2 ədəd internet modern” adlı mallar üçün idxal gömrük rüsumu 51,00 manat, əlavə dəyər vergisi 70,38 manat, müvafiq olaraq “2800 ədəd qulaqcıq” adlı mallar üçün idxal gömrük rüsumu 142,80 manat, əlavə dəyər vergisi 197,06 manat, müvafiq olaraq “100 ədəd avtomobil monitoru kvadrat” adlı mallar üçün idxal gömrük rüsumu 255,00 manat, əlavə dəyər vergisi 963,90 manat, müvafiq olaraq “2900 ədəd USB naqil, 600 ədəd OTG naqil, 400 ədəd avtomobil lent işığının naqili” adlı mallar üçün idxal gömrük rüsumu 180,90 manat, əlavə dəyər vergisi 249,64 manat, müvafiq olaraq “5436 ədəd eynək şüşəsi” adlı mallar üçün əlavə dəyər vergisi 499,09 manat, müvafiq olaraq “4570 ədəd eynək aksessuarları” adlı mallar üçün idxal gömrük rüsumu 59,75 manat, əlavə dəyər vergisi 225,86 manat, müvafiq olaraq “3 ədəd termometr otaq üçün” adlı mallar üçün əlavə dəyər vergisi 2,34 manat, müvafiq olaraq “120 ədəd qol saatı qulpu” adlı mallar üçün idxal gömrük rüsumu 15,30 manat, əlavə dəyər vergisi 21,11 manat, müvafiq olaraq “100 ədəd PUBJ djostiki” adlı mallar üçün idxal gömrük rüsumu 29,40 manat, əlavə dəyər vergisi 40,57 manat, ümumilikdə cəmi 6602,45 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********2375 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “207 ədəd maşın buferi üçün lip” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392630 0000, 42-ci qrafasında invoys dəyəri 678,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3662,00 manat, 46-cı qrafasında statistik dəyər 2154,12 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “3300 cüt PUBJ əlcəyi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 611699 0000, 42-ci qrafasında invoys dəyəri 350,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 603,50 manat, 46-cı qrafasında statistik dəyər 355,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “400 ədəd led işıq üçün ayaqlar” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 732690 9800, 42-ci qrafasında invoys dəyəri 150,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1360,00 manat, 46-cı qrafasında statistik dəyər 800,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “10000 ədəd dırnaq pilkası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 821420 0000, 42-ci qrafasında invoys dəyəri 100,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 289,00 manat, 46-cı qrafasında statistik dəyər 170,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “5000 ədəd kalkulyator” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 847010 0000, 42ci qrafasında invoys dəyəri 4430,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 8500,00 manat, 46-cı qrafasında statistik dəyər 5000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “238 ədəd smestitel” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 848180 1900, 42-ci qrafasında invoys dəyəri 1050,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 3119,00 manat, 46-cı qrafasında statistik dəyər 1834,71 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “220 ədəd smestitel zapçast” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 848190 0000, 42-ci qrafasında invoys dəyəri 30,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 80,00 manat, 46-cı qrafasında statistik dəyər 47,06 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “500 ədəd kompyuter nauşniki” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 851830 9500, 42ci qrafasında invoys dəyəri 517,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1394,00 manat, 46-cı qrafasında statistik dəyər 820,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “16000 ədəd USB kabel, 11000 AUX kabel” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 854442 9000, 42-ci qrafasında invoys dəyəri 1354,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 6035,00 manat, 46-cı qrafasında statistik dəyər 3550,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “10435 ədəd optik eynək” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900490 9000, 42-ci qrafasında invoys dəyəri 1422,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 10643,70 manat, 46-cı qrafasında statistik dəyər 6261,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1600 ədəd qol saatı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 910219 0000, 42-ci qrafasında invoys dəyəri 156,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2176,00 manat, 46-cı qrafasında statistik dəyər 1280,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********2375 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “82 ədəd led işıq” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 940540 9900, 42-ci qrafasında invoys dəyəri 295,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 2377,01 manat, 46-cı qrafasında statistik dəyər 1398,24 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “207 ədəd maşın buferi üçün lip” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 183,10 manat, əlavə dəyər vergisi 735,32 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 180,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 32,40 manat, müvafiq olaraq “3300 cüt PUBJ əlcəyi” adlı mallar üçün idxal gömrük rüsumu 90,52 manat, əlavə dəyər vergisi 124,92 manat, müvafiq olaraq “400 ədəd led işıq üçün ayaqlar” adlı mallar üçün idxal gömrük rüsumu 204,00 manat, əlavə dəyər vergisi 281,52 manat, müvafiq olaraq “10000 ədəd dırnaq pilkası” adlı mallar üçün idxal gömrük rüsumu 43,35 manat, əlavə dəyər vergisi 59,82 manat, müvafiq olaraq “5000 ədəd kalkulyator” adlı mallar üçün idxal gömrük rüsumu 1275,00 manat, əlavə dəyər vergisi 1759,50 manat, müvafiq olaraq “238 ədəd smestitel” adlı mallar üçün idxal gömrük rüsumu 467,85 manat, əlavə dəyər vergisi 645,63 manat, müvafiq olaraq “220 ədəd smestitel zapçast” adlı mallar üçün idxal gömrük rüsumu 4,00 manat, əlavə dəyər vergisi 15,12 manat, müvafiq olaraq “500 ədəd kompyuter nauşniki” adlı mallar üçün idxal gömrük rüsumu 209,10 manat, əlavə dəyər vergisi 288,56 manat, müvafiq olaraq “16000 ədəd USB kabel, 11000 AUX kabel” adlı mallar üçün idxal gömrük rüsumu 905,25 manat, əlavə dəyər vergisi 1249,24 manat, müvafiq olaraq “10435 ədəd optik eynək” adlı mallar üçün idxal gömrük rüsumu 532,18 manat, əlavə dəyər vergisi 2011,66 manat, müvafiq olaraq “1600 ədəd qol saatı” adlı mallar üçün idxal gömrük rüsumu 326,40 manat, əlavə dəyər vergisi 450,43 manat, müvafiq olaraq “82 ədəd led işıq” adlı mallar üçün idxal gömrük rüsumu 356,55 manat, əlavə dəyər vergisi 492,04 manat, ümumilikdə cəmi 13163,46 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. X1 tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********4841 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********4841 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “1200 ədəd paltaryuyanın zapçastı (salnik, podşibnik)” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 845090 0000, 42-ci qrafasında invoys dəyəri 90,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 333,20 manat, 46-cı qrafasında statistik dəyər 196,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4841 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1988 ədəd eynək opravası” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900319 0000, 42-ci qrafasında invoys dəyəri 334,40 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1013,20 manat, 46-cı qrafasında statistik dəyər 596,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4841 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “33 ədəd elektro pianino” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 920710 3000, 42-ci qrafasında invoys dəyəri 3000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 12835,00 manat, 46-cı qrafasında statistik dəyər 7550,00 ABŞ dolları, 43cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********4841 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “33 ədəd pianino stulu” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 940180 0000, 42-ci qrafasında invoys dəyəri 132,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 561,0 manat, 46-cı qrafasında statistik dəyər 330,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “1200 ədəd paltaryuyanın zapçastı (salnik, podşibnik)” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, idxal gömrük rüsumu 49,98 manat, əlavə dəyər vergisi 112,17 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 120,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat, müvafiq olaraq “1988 ədəd eynək opravası” adlı mallar üçün idxal gömrük rüsumu 50,66 manat, əlavə dəyər vergisi 191,49 manat, müvafiq olaraq “33 ədəd elektro pianino” adlı mallar üçün idxal gömrük rüsumu 1925,25 manat, əlavə dəyər vergisi 2656,84 manat, müvafiq olaraq “33 ədəd pianino stulu” adlı mallar üçün idxal gömrük rüsumu 84,15 manat, əlavə dəyər vergisi 116,13 manat, ümumilikdə cəmi 5568,27 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada **********3497 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********3497 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “11500 ədəd qol saatının aksessuarları və 4190 ədəd mobil telefon aksessuarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 392690 9709, 42-ci qrafasında invoys dəyəri 505,65 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1655,00 manat, 46-cı qrafasında statistik dəyər 973,53 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6-ehtiyat üsulu, müvafiq olaraq **********3497 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “5000 ədəd balaca toz dəsmalı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 630710 9000, 42-ci qrafasında invoys dəyəri 299,0 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1039,00 manat, 46-cı qrafasında statistik dəyər 611,18 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 16- ehtiyat üsulu, müvafiq olaraq **********3497 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “10 ədəd eynək çərçivəsi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900319 0000, 42ci qrafasında invoys dəyəri 2,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5,10 manat, 46-cı qrafasında statistik dəyər 3,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3497 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “11360 ədəd optik eynək” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 900490 9000, 42-ci qrafasında invoys dəyəri 1603,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 11587,20 manat, 46-cı qrafasında statistik dəyər 6816,00 ABŞ dolları, 43cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq **********3497 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33cü qrafasında “6927 ədəd qol saatı” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 910219 0000, 42-ci qrafasında invoys dəyəri 2003,55 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 24469,80 manat, 46-cı qrafasında statistik dəyər 14394,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “11500 ədəd qol saatının aksessuarları və 4190 ədəd mobil telefon aksessuarları” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 240,00 manat, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımları 10,00 manat, idxal gömrük rüsumu 248,25 manat, əlavə dəyər vergisi 387,58 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 120,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat, müvafiq olaraq “5000 ədəd balaca toz dəsmalı” adlı mallar üçün idxal gömrük rüsumu 155,85 manat, əlavə dəyər vergisi 215,07 manat, müvafiq olaraq “10 ədəd eynək çərçivəsi” adlı mallar üçün idxal gömrük rüsumu 0,26 manat, əlavə dəyər vergisi 0,96 manat, müvafiq olaraq “11360 ədəd optik eynək” adlı mallar üçün idxal gömrük rüsumu 579,36 manat, əlavə dəyər vergisi 2189,98 manat, müvafiq olaraq “6927 ədəd qol saatı” adlı mallar üçün idxal gömrük rüsumu 3670,47 manat, əlavə dəyər vergisi 5065,25 manat, ümumilikdə cəmi 12904,63 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük orqanına elektron formada 0**********224 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 0**********224 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında “5 ədəd kağız və kartonları formalı kəsən maşın” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 844230 9900, 42ci qrafasında invoys dəyəri 200,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 4250,00 manat, 46-cı qrafasında statistik dəyər 2500,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********224 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “360 ədəd qapı kilidi” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 830140 1900, 42-ci qrafasında invoys dəyəri 775,55 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1419,50 manat, 46-cı qrafasında statistik dəyər 835,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********224 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “1800 ədəd qapı kilidinin aksessuarları” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 830160 0000, 42-ci qrafasında invoys dəyəri 571,40 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1244,00 manat, 46-cı qrafasında statistik dəyər 731,76 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu, müvafiq olaraq 0**********224 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 33-cü qrafasında “300 ədəd əmtəə nişanı məlum olmayan led yeraltı lampa və 4000 ədəd Led modul” adlı malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodu 940540 9900, 42-ci qrafasında invoys dəyəri 834,79 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 1800,00 manat, 46-cı qrafasında statistik dəyər 1058,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən “5 ədəd kağız və kartonları formalı kəsən maşın” adlı mallar üçün mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 120,00 manat, idxal gömrük rüsumu 212,50 manat, əlavə dəyər vergisi 824,85 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 120,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 21,60 manat, müvafiq olaraq “360 ədəd qapı kilidi” adlı mallar üçün idxal gömrük rüsumu 212,92 manat, əlavə dəyər vergisi 293,84 manat, müvafiq olaraq “1800 ədəd qapı kilidinin aksessuarları” adlı mallar üçün idxal gömrük rüsumu 186,60 manat, əlavə dəyər vergisi 257,51 manat, müvafiq olaraq “300 ədəd əmtəə nişanı məlum olmayan led yeraltı lampa və 4000 ədəd Led modul” adlı mallar üçün idxal gömrük rüsumu 270,00 manat, əlavə dəyər vergisi 372,60 manat, ümumilikdə cəmi 2892,42 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yuxarıda qeyd olunan mallara gömrük baxışı keçirilərək xx.xx.2021 -ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Yuxarıda qeyd olunan gömrük bəyannamələrinin 43cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 1 6 - ehtiyat üsulu İddiaçı tərəfindən seçilərək bəyan olunmuşdur. Yuxanda qeyd olunan gömrük bəyannamələri ilə İddiaçı tərəfindən idxal edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsi məhkəmə icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikası Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. İşdə olan Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********239800 saylı qərarına əsasən, İddiaçı 24.902.23 manat hesablanmış vergi və siğorta haqqı hesablanmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəəmaterial ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir: 1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu aparmalıdır.2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır. 3. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsində malların gömrük dəyərinin müəyyən edilməsinin üsulları müəyyən edilmişdir ki, onlardan birincisi malların sövdələşmə qiymətidir, yəni malların faktiki alış (invoys) dəyəri əsasında müəyyən edilməsidir. Bu üsuldan istifadə etmək mümkün olmadıqda, gömrük orqanı həmin maddədə göstərilən digər 5 üsuldan ardıcıl olaraq istifadə edir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1.sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Yuxarıda sadalananlara əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. istənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəlarının qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki: 1. Malların gömrük dəyəri gömrük orqanında malların sövdələşmə (invoys) dəyəri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi həmin malları gömrük dəyəri əsasında uçota ala bilər. 2. Malların gömrük dəyəri gömrük orqanında digər 5 üsuldan biri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi malları faktiki satınalma (invoys) dəyəri əsasında uçota alır. 3. Mallar yuxarıda qeyd olunan iki üsuldan biri ilə uçota alınarkən, həmin dəyərə daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər də əlavə edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Qanunvericilik normalarına əsasən idxal olunan malların mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Həmçinin, qeyd olunmalıdır ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Beləliklə, ölkə ərazisinə idxal edilmiş malın faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Maddi hüquq normalarında da müəyyən edildiyi kimi vergi orqanı gətirilmiş malın gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Beləliklə, həmin hissədə cavabdehin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242-ci maddəsinə əsasən, gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Maddə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. zərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Maddə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri 302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********239800 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. İnzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktların özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2025/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022ci il tarixli **********239800 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar