Məhkəmə qərarları › İş №2-1(120)-565/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-565/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-565/2025 02.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın X37 Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsusluğu haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X20 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsusluğu haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum həyat yoldaşı X14 məxsus olması haqqında arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və X10 iş üzrə üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Astara Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində adi cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X14 məxsus ünvan 2 ünvanında 400 kv.m (0,04 ha) torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə aşağıdakı ilkin hüquqmüəyyənedici sənədlər əsasında icazə verilmişdir (Torpaq sahəsinin ayrılması barədə Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı Qərarı, Torpaqların alqı-satqısına dair Akt, (0,04 ha torpaq sahəsinin Astara Bələdiyyəsindən alınması barədə 22 yanvar 2007-ci il tarixli 172 nömrəli qeydiyyata alınmış Akt) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Torpaq Şöbəsinin 22 iyun 2007-ci il tarixli, N2 161 nömrəli Rəyi, X18 tərəfindən torpaq alqısatqısına dair, Astara Bələdiyyəsinə 14 iyun və 24 iyun 2007-ci il tarixli ödəniş qəbzləri, Astara şəhər sakini X14 fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin təsdiq edilmiş plancizgisi, Astara Bələdiyyəsinin 12 avqust 2021-ci il tarixli, N2 3-100 nömrəli ƏMDK DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciəti, Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-401/2022 saylı Qətnaməsi, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)- 664/2023 saylı Qərardadı, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-664/2023 saylı, Qərarı). O, X11 arvadı olmuşdur. Həyat yoldaşı X18 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Odur ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-664/2023 saylı Qərardadı ilə o, X11 prosessual hüquq varisi kimi tanınmışdır. Eyni zamanda Ali Məhkəmənin xx.xx.2023cü il tarixli, 2(102)-664/2023 saylı, Qərarı ilə cavabdeh X10 tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir. Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında 400 kv.m (0,04 ha) torpaq sahəsinin ölçülməsinə X10 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə Astara rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qərarları qüvvədə saxlanılmışdır. Odur ki, yuxarıda qeyd olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında, Astara Bələdiyyəsi 12 avqust 2021-ci il tarixli, N2 3-100 nömrəli məktubla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin rəisi İmran Əzizova müraciət edərək, “X3 bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə verilmiş sənədlər Dövlət Reyestrində qeydiyyata alınması”nı qanunamüvafıq hesab etmişdir. Bu səbəblərdən yuxarıda qeyd olunmuş ilkin hüquqmüəyyənedici sənədlər əsasında, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 400 kv.m (0,04 ha) həyətyanı torpaq sahəsi üzərində yaranmış xüsusi mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışın və plan və ölçü sənədlərinin, onun adına dövlət qeydiyyatına alınmasından ötrü ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti N2 ********** sayla qeydiyyata götürməklə, xx.xx.2023-cü il tarixli, N 3- 21-3-43/2- 2186/2023 saylı **********86 qeydiyyat nömrəli, 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” imtina cavabı verilmişdir. Bir sözlə “Daşınmaz Əmlakın X37 Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin ümumi formal, cavabından belə başa düşmək olur ki, Torpaq sahəsinin ayrılması barədə Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı Qərarı, Torpaqların alqı-satqısına dair Akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon Torpaq Şöbəsinin 22 iyun 2007-ci il tarixli, N2 161 nömrəli rəyi, həmin torpaq sahəsinin təsdiq edilmiş plan-cizgisi və DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinə 12 avqust 2021-ci il tarixli, N 3-100 nömrəli müraciəti əsasında ümimi sahəsi 400 kv.m kateqoriyası yaşayış məntəqələri həyətyanı torpaq sahəsinin mülkiyyət hüquqlarının onun adına, dövlət qeydiyyatına alınmasından imtina edilməsini aşağıdakı səbəblərə görə, qanunamüvafıq hesab etmişdir: 10 saylı Lənkəran Ərazi İdarəsi 07 avqust 2023-cü il tarixli, N **********86 qeydiyyat nömrəli imtina cavab məktubunun 2-ci abzasında: “Sənədlərin qanunamüvafıqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 400 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim etdiyi sənədlərlə əlaqədar müəyyən uyğunsuzluqlar mövcuddur” olmasını qeyd etmişdir. Lakin konkret olaraq 10 saylı Lənkəran Ərazi İdarəsinə, təqdim olunmuş sənədlərlə, “faktiki vəziyyət” arasında hansı uyğunsuzluğun olmasını xx.xx.2023-cü il tarixli, imtina cavab məktubunda göstərmir. 10 saylı Lənkəran Ərazi İdarəsi 07 avqust 2023-ci il tarixli, N2 **********86 qeydiyyat nömrəli imtina cavab məktubunun 3-cü abzasında: “İcraatda olan sənədlərin ekspertizasının, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, yuxarıda göstərilən Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı iclas protokolu əsasında ayrılmış həmin 400 kv.m torpaq sahəsinin qeydiyyata alınmasına dair tələb olunan mühüm əhəmiyyətli sənədlərdən sayılan plan və ölçü sənədi (kadastr planı) tərəfinizdən təqdim olunmamasını” qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, “kadastr planı”nı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara Rayon Şöbəsi verməli idi. Lakin 05 fevral 2015-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara Rayon Şöbəsi ləğv edildiyi üçün onun səlahiyyətləri halhazırki iş üzrə cavabdeh “Daşınmaz Əmlakın X37 Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə olunmuşdur. Yəni faktiki istifadə vəziyyətinə uyğun plan və ölçü sənədi olan kadastr planını cavabdeh “Daşınmaz Əmlakın X37 Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərtib etməli idi. Odur ki, ünvan 2 ünvanında fərdi yaşayış evinin tikintisindən ötrü ayrılmış 400 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququna dair müvafıq çıxarışın, plan və ölçü sənədlərinin verilməsi barədə müraciətinə cavabdeh heç bir tutarlı əsaslandırılmış fakt, mütləq sübut növü göstərmədən imtina cavab məktubu vermişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mərhum X18 tərəfindən Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən, ünvan 3 ona ayrılmış 400 kv.m həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar iki halda olmaqla (ayrı-ayrılıqda 2021-ci il 13 avqust tarixli, ********** və 2021-ci il 22 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizələrlə) 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Hər iki halda faktiki yerində tərəflər arasında mübahisə olduğundan müayinə (çöl ölçmə işləri) təmin olunmamış və həmin şəxsin ünvanına səbəblər göstərilməklə müvafiq “İmtina” bildirişləri göndərilmişdir. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. İş üzrə məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X5 etirazı: Etiraz onunla əsaslandırmışdır ki, iş üzrə İddiaçı həyat yoldaşı X18 (hal-hazırda ölüb) sözügedən torpaq sahəsini 2007-2008-ci illər ərzində həmin vaxt Astara şəhər bələdiyyəsinin sədri olmuş Məmmədov Məmməd (o da ölüb) ilə əlbir olub cinayət əməli törətmək yolu ilə əldə etmək istəyirdi. Hətta özlərinin əməllərinə “hüquqi libas” geyindirmək üçün X30 Rayon Polis Şöbəsinə müraciət edərək xahiş etmişdir ki, guya onun aldığı torpağa daxil olmasına onun maneçiliyinin qarşısını almaq üçün tədbir görülsün. Bunula bağlı Kərimovun bu torpaq sahəsinə dair heç bir hüququ olmadığı üçün xx.xx.2008-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Astara Rayon Polis Şöbəsi rədd etmişdir. Kərimov öldükdən sonra biləndə ki, onun həyat yoldaşı İddiaçı yenidən həmin torpağı adına sənədlədirməyə cəhd edir, bu zaman Astara Rayon Prokurorluğuna yazılı ərizə ilə müraciət etmişdir. Astara Rayon Prokurorluğu bu işi tam, hərtərəfli və obyektiv araşdıraraq müəyyənləşdirmişdir ki, X4 şəhər bələdiyyəsinin sədri olmuş Məmmədov Məmməd ilə əlbir olub onun 50 ildən artıq müddətdir ki, istifadəsində olan torpaq sahəsini iki dəfə saxta olaraq sənədləşdirib. Bu əmələ hüquqi qiymət verilməklə cinayət tərkibi olduğunu qərarda qeyd edilmişdir. Cinayəti törətmiş Kərimov Vidadi və Məmmədov Məmməd öldükləri üçün Cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd olunması və işə xitam verilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin üçüncü şəxslər iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Astara rayon ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçının nümayəndəsi eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2007-ci il tarixli, 161 saylı Rəyə əsasən, X1 nəzərdə tutulan torpaq sahəsi 0.04 ha olmaqla Astara Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir və satılması məqsədəmüvafiqdir. Ödəniş barədə qəbzlərin surətindən müəyyən edilir ki, X18 14 iyun 2007-ci il və 24 iyun 2007-ci il tarixlərdə torpaq alqı-satqısına görə Astara Bələdiyyəsinin hesabına ödənişlər etmişdir. Astara rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 saylı iclas protokolundan çıxarışdan görünür ki, Astara bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Astara şəhəri, Gənclər küçəsində kateqoriyası yaşayış məntəqəsi, fərdi yaşayış evi tikmək məqsədilə ümumi sahəsi 400 kv.m olan torpaq sahəsi alıcı X11 mülkiyyətinə verilmişdir. 12 dekabr 2007-ci il tarixli Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Astara Bələdiyyəsi ilə X18 arasında 0.04 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Astara rayonu Astara bələdiyyəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin rəisi cənab İmran Əzizova ünvanladığı xx.xx.2021-ci il tarixli, 3-100 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara şəhər sakini X4 bələdiyyəsindən 22 iyun 2007ci il tarixli, 37 nömrəli qərarı ilə fərdi yaşayış ev tikintisi məqsədilə alqı-satqı yolu ilə 400 m2 torpaq sahəsi satılmışdır. Həmin alqı-salqı aktı rayon torpaq şöbəsində 22 yanvar 2008-ci il tarixdə 172 nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənədlər Azərbaycan Respublikası Astara rayonu Dövlət Arxivi tərəfindən təsdiqlənmişdir. Bildirilir ki, X3 bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə verilmiş sənədlər Dövlət Reyestrində qeydiyyata alınması qanuna müvafiqdir. Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-401/2022 nömrəli Qətnaməsi ilə iddiaçı X11 cavabdeh X6 qarşı “Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü, Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında 400 kv.m (0,04 hektar) torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, DƏDRX-ın 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün cavabdeh X10 tərəfindən yaradılan, süni maneələrin (400 kv.m torpaq sahəsinin ölçülməsinə və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi) və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh X10 tərəfindən Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən 400 kv.m (0,04 hektar) torpaq sahəsinin ölçülməsinə edilən süni maneələr aradan qaldırılmış, iddia tələbinin fərdi yaşayış evinin tikintisindən ötrü, Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında 400 kv.m (0,04 hektar) torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi və qanunsuz hərəkətlərinə son qoyulması barədə hissəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1938/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-401/2022 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-664/2023 nömrəli qərardadından görünür ki, İddiaçı 2(102)-664/2023 nömrəli iş üzrə iddiaçı X11 prosessual hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-664/2023 nömrəli Qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1938/2022 nömrəli mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1938/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X37 Reyestri publik huquqı şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin X16 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Astara şəhəri, Z.Bünyadov küçəsi ərazisində yerləşən, Astara bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı iclas protokolu əsasında miras əmlak olaraq etibarlı nümayəndəsi olduğunuz şəxsin (İddiaçı) hüquqi varisi olduğu (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü ii tarixli, 2(102)-664/2023 saylı qərardadına münasibətdə) X14 ayrılmış 400 kv.m həyətyanı torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 400 kv.m həyətyanı torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə əlaqədar müəyyən uyğunsuzluqlar mövcuddur. İcraatda olan sənədlərin ekspertizasının, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, yuxarıda göstərilən Astara bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı iclas protokolu əsasında ayrılmış həmin 400 kv.m torpaq sahəsinin qeydiyyata alınmasına dair tələb olunan mühüm əhəmiyyətli sənədlərdən sayılan plan və ölçü sənədi (kadastr planı) tərəfinizdən təqdim olunmamışdır. Qeyd olunan səbəblərdən hazırki ərizənizin icrası Ərazi İdarəsinin imkanları xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində etibarlı nümayəndəsi olduğunuz şəxsin (İddiaçı) adına vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina ediiməsi qanunamüvafiq hesab edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Astara şəhər bələdiyyəsinin sabiq sədri X17 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə əlaqədar sonuncunun ölməsi əsası ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti şikayətçi Zübeydə Mirzəyevaya göndərilməklə, qərardan şikayət etmək hüququ izah edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Astara rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(018)-401/2022 nömrəli mülki iş üzrə iddiaçı X18 cavabdeh X6 qarşı “Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü, Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında 400 kv.m (0,04 hektar) torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, DƏDRX-ın 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, cavabdeh X10 tərəfindən yaradılan, süni maneələrin (400 kv.m torpaq sahəsinin ölçülməsinə və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi) və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh X10 tərəfindən Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən 400 kv.m (0,04 hektar) torpaq sahəsinin ölçülməsinə edilən süni maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən həmin iş baxılması üçün 16 avqust 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(106)- 1938/2022 nömrəli Qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(102)-664/2023 nömrəli qərarı ilə Astara rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(018)-401/2022 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qətnamə icra edilməsi üçün 12 iyun 2023-cü il tarixdə Astara rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və Astara rayon İcra və Probasiya Şöbəsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə iş üzrə icraata başlanması qərara alınmışdır. Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, X7 miras qalmış ünvan 7 ünvanında yerləşən əmlakdan payı İddiaçı miras kimi qəbul etmişdir. Astara rayonu Astara Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, o, 18 fevral 2025-ci il tarixində Astara bələdiyyəsinə sədr vəzifəsinə seçilmişdir (çıxarış əlavə olunur). Astara bələdiyyəsinin keçmiş bələdiyyə sədri X34 rayon Məhkəməsinə ünvanladığı 03 iyun 2022-ci il tarixli 3-54 saylı məktubuna əsasən Astara bələdiyyəsinin 2000-2014-cü illərə dair bütün sənədləri, protokolları, o cümlədən Vidadi Orucəli oğluna alqı-satqısına görə qərarı Astara rayon Arxiv İdarəsinə təhvil verildiyini göstərmişdir. X14 Astara bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı və 11 yanvar 2008-ci il tarixli, 42 saylı iclas qərarına əsasən, Gənclər küçəsində 400 kvadrat metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasına dair qərarın qəbul edilməsini Astara rayon Arxiv İdarəsi möhrü və imzası ilə təsdiqlənməsini qeyd etmişdir. Məktubda 10 iyun 2008-ci il tarixli Astara rayon Polis şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda Astara bələdiyyəsinin sabiq sədri X8 izahatında 11 yanvar 2008-ci il tarixində bələdiyyə iclas protokolunun qərarı ilə Astara şəhər sakini X14 fərdi ev tikməkdən ötrü 0,04 ha torpaq sahəsi verildiyini, lakin sonralar “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli qanunu ilə “bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AzərbaycanRespublikası Qanununun 9.1-ci maddəsində dəyişilik edilərək, bundan sonra bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsi ilə verilməsini göstərildiyinə görə 29 aprel 2008-ci il tarixdə Astara şəhər bələdiyyəsinin 43 saylı iclas protokunda Astara bələdiyyəsi tərəfindən 17 nəfər Astara şəhər sakinlərinə verilmiş torpaq şəhadətnamələrinin ləğv olunması barədə qərar qəbul olunduğundan, bununla bərabər V.Kərimova da şifahi surətdə bildirdiyini göstərdiyini qeyd etmiş, keçmiş bələdiyyə sədrinin verdiyi ifadəyə görə 29 aprel 2008-ci il tarixdə Astara şəhər bələdiyyəsinin 43 saylı iclas protokolunda V.Kərimova verilmiş torpaq şəhadətnamələrinin ləğv olunması barədə qərar qəbul olunmasını qeyd etmiş, lakin Astara bələdiyyəsinin sabiq, mərhum sədri X17 tərəfindən Astara rayon Arxiv İdarəsinə 29 aprel 2008-ci il tarixli 43 saylı iclas qərarı təhvil verilməməsi səbəbindən Astara rayon Arxiv idarəsində aşkar olunmaması məktubda qeyd olunmuşdur. Astara bələdiyyəsinin keçmiş bələdiyyə sədri X35 İnzibati Məhkəməsinə ünvanladığı 2023-cü il tarixli, 3-82 saylı məktubuna əsasən 21 aprel 2021-ci il tarixli 207 nömrəli ekspertizanın rəyinə istinad olaraq X14 Astara şəhər ərazisində satılmış 0,04 ha torpaq sahəsinin naturadakı coğrafi yerləşməsi barədə İş materiallarına əlavə edilmiş planda qonşu həyətyanı torpaq istifadəcisi X21 göstəilmiş, lakin həmin qonşuluqda JN - 1151A kod 80101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnəmə əsasında X10 və onun ailə üzvlərinin yaşamasi və həmçinin plan üzrə naturada yerləşməsini müəyyənləşdirmək mümkün olmasını, lakin baxış zamanı iddiaçı tərəfindən göstərilən 0.04 ha torpaq sahəsinin hüdudları X10 və onun ailə üzvlərinin daş hasar daxllində faktiki istifadəsində olan torpaq sahəsi daxilində olması müəyyənləşdirilmiş, naturada ərazinin ümumi xəritəsi və aerofotoplan üzərində aparılan tədqiqat zarnanı Astara Rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş JN- 1151A kod 80101004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X10 və onun ailə üzvlərinə Astara şəhəri ərazində verilmiş 0,14 ha torpaq sahəsinin sərhədləri müəyyən edildiyini, iddiaçı X5 Astara Bələdiyyəsinə qarşı qaldırdığı iddiaya qarşı etirazı yoxdur qeyd olunmuşdur. Bildirmək istəyir ki, sözügedən faktiki istifadələrində olan torpaq sahəsinə görə X12 və X15 ərizələri 14 dekabr 2023-cü il tarixində 17 saylı iclas protokolunda müzakirə olunmuş, aidiyyatı orqanlara rəylərin alınmasından ötrü müraciət olunmuş və bəzi rəylər alınmışdır. Sonradan həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanması barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın X37 Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuş, mütəxəssislərin faktiki vəziyyətə görə rəy verilməsindən ötrü həmin torpaq sahəsinə baxış keçirtdiyi zaman sözügedən torpaq sahəsi üzərində mübahisəli işin olduğunu və həmin iş hal-hazırda məhkəmədə olduğundan rəy verilməmişdir. Nəzərə çatdırmaq istəyir ki, Astara şəhər sakini X14 ev tikmək üçün ayrılmış torpaq sahəsinin cizgi planında ayrılmış torpaq sahəsinin torpaq sahəsi üzrə qonşuları Dadaşova Zəhranın, Qasımova Sonanın həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Faktiki vəziyyətdə həmin torpaq sahəsinin iddia etdikləri torpaq sahəsinin qonşularında Dadaşova Zəhra şəxsində vətəndaş yoxdur. 25 aprel 2025-ci il tarixli 10/6466 saylı Məhkəmə Ekspert rəyinə əsasən iddia edilən torpaq sahəsi faktiki olaraq X5 istifadəsində olması, sözügedən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətində olması müəyyən edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-1151A, KOD 80101004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı ilə X13 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün 0.14 ha torpaq sahəsi verilmişdir. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X37 Reyestri Publik Hüquqi Şəxsi 10 saylı idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli məktubda qeyd edilmişdir ki, sorğuda barəsində qeyd olunan JN-1151A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq edilmiş surəti baxılmasından ötrü Sizə tqdim olunur. Qeyd edilir ki, JN-1151A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin verilməsinə əsas olan sənədlər Ərazi İdarəsinin arxivində mövcud deyildir. Həmçinin bildirilir ki, hazırki iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi JN-1151A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin koordinatları ilə üst-üstə düşmür. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir və X5 zəbt torpaq sahəsində yerləşir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 10/6466 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 saylı qərarı ilə X14 ayrılmış ünvan 12 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxeminin sxematik, miqyassız tərtib olunması, sxemdə torpaq sahəsinin sərhədlərinin həndəsi ölçülərinin əks olunmaması və xüsusilə də torpaq sahəsinin sənəd üzrə koordinatlarının mövcud olmaması səbəblərindən həmin 400 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 37 saylı qərarı ilə X14 ayrılmış ünvan 12 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növünün həyətyanı torpaq sahəsi olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 37 saylı qərarı ilə X14 ayrılmış ünvan 12 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 37 saylı qərarı ilə X14 ayrılmış ünvan 12 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst- üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 37 saylı qərarı ilə X14 ayrılmış ünvan 12 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) faktiki olaraq X5 istifadəsində olması müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15-ci maddəsinə əsasən : 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Torpaq Məcəlləsi: Maddə 3 . Torpaq münasibətləri

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Maddə 4 7 . Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Maddə 4 9 . Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 4 8 . Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 5 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər.

4. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

5. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir.

7. Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq sahələri hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə həmin sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə verilə bilər.

8. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhaliyə məlumat verməli və mediada hər il hesabat dərc etdirməlidirlər.

9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

10. Tikinti məqsədləri üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və məbləğdə xidmət haqqı ödəyir. Bu bəndin birinci cümləsində nəzərdə tutulmuş xidmət haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11. Torpaq sahəsinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı məqsədləri üçün əldə edilməsinin xüsusiyyətləri “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

12. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6 . Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.5-1. Bu Qanunun 6.5-ci maddəsinin birinci cümləsində müəyyən edilmiş qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 6.10. Xüsusi mülkiyyətdə, habelə istifadədə və icarədə olan bələdiyyə torpaqları qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün alına bilər. 6.10-1. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində yeni yaşayış sahələrinin tikilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsində müəyyən edilmiş hallar əsasında məqsədəuyğun hesab edilmədikdə və müvafiq məqsədlər üçün torpaq sahələrinin dövlət ehtiyat fondu torpaqlarından ayrılması mümkün olmadıqda torpaq sahələri mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılır. 6.11. Bələdiyyələr tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilən torpaq sahələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklər, servitutlar və digər məhdudiyyətlər qoyula bilər. Maddə 7 . Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Maddə 8 . Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində - 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə; Maddə 9 . Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının hüquqi marağı onun mərhum əri X11 mülkiyyətinə verilmiş Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsusluğu haqqında arayışın verilməsinə nail olmaqdan ibarətdir. O, həmin tələblə cavabdeh inzibati orqana müraciət etmiş və Astara bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı iclas protokolu əsasında ayrılmış həmin 400 kv.m torpaq sahəsinin qeydiyyata alınmasına dair tələb olunan mühüm əhəmiyyətli sənədlərdən sayılan plan və ölçü sənədi (kadastr planı) təqdim edilməməsi və tərəflər arasında mübahisə olması əsası ilə cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmiş və iddiaçı məhkəmə qaydasında həmin imtinanı mübahisələndirmişdir. Məhkəmə iş materiallarından müəyyən edir ki, xx.xx.2007-ci il tarixli, 161 saylı Rəy ilə X1 nəzərdə tutulan torpaq sahəsi 0.04 ha olmaqla Astara Bələdiyyəsinin mülkiyyətinə aid olması, alqı-satqı predmeti olduğu və satılması məqsədəmüvafiq hesab edilmişdir. Və ödəniş barədə qəbzlərin surətindən müəyyən edilir ki, X18 14 iyun 2007-ci il və 24 iyun 2007-ci il tarixlərdə torpaq alqı-satqısına görə Astara Bələdiyyəsinin hesabına ödənişlər etmişdir. Bundan sonra Astara rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 saylı iclas protokolundan çıxarışdan görünür ki, Astara bələdiyyəsinin mülkiyyətində olan və alqı-satqı predmeti olan Astara şəhəri, Gənclər küçəsində kateqoriyası yaşayış məntəqəsi, fərdi yaşayış evi tikmək məqsədilə ümumi sahəsi 400 kv.m olan torpaq sahəsi alıcı X11 mülkiyyətinə verilmiş və 12 dekabr 2007-ci il tarixli Torpaqların alqısatqısına dair akt tərtib edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranmasına əsas olmuş sözügedən hüquqmüəyyənedici sənədlər Bələdiyyə tərəfindən və ya məhkəmə qaydasında ləğv edilməmiş, geri çağırılmamış və ya etibarsız hesab edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, həmin mübahisəli torpaq sahəsinin iddiaçının mərhum həyat yoldaşı X18 tərəfindən qanuni əsaslarla əldə edildyi və onun mülkiyyətində olduğu və dövlət tərəfindən mülkiyyət hüququnun tanınması öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından və bu barədə mübahisə olmadığından mötəbər sayılır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə həmçinin iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/6466 nömrəli ekspert rəyində bildirilmişdir ki, Astara rayonu, Astara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 37 saylı qərarı ilə X14 ayrılmış ünvan 12 ünvanında yerləşən 400 kv.m həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növünün həyətyanı torpaq sahəsi olması müəyyən edilmiş, həmin torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuş və sözügedən həyətyanı torpaq sahəsinin (iddia edilən faktiki koordinatlarına əsasən) faktiki olaraq X5 istifadəsində olması müəyyən olunmuşdur. Məhkəmə tərəflər arasında mövcud olan mübahisə ilə bağlı kifayət qədər araşdırma aparmış və müəyyən etmişdir ki, iş materiallarında olan Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-401/2022 nömrəli Qətnaməsi ilə iddiaçı X11 cavabdeh X6 qarşı “Astara Bələdiyyəsinin 22 iyun 2007-ci il tarixli, 37 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisindən ötrü, Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında 400 kv.m (0,04 hektar) torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, DƏDRX-ın 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün cavabdeh X10 tərəfindən yaradılan, süni maneələrin (400 kv.m torpaq sahəsinin ölçülməsinə və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi) və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh X10 tərəfindən Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında yerləşən 400 kv.m (0,04 hektar) torpaq sahəsinin ölçülməsinə edilən süni maneələr aradan qaldırılmış, iddia tələbinin fərdi yaşayış evinin tikintisindən ötrü, Astara şəhəri, Ziya Bünyadov küçəsi ünvanında 400 kv.m (0,04 hektar) torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasına, digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyi və qanunsuz hərəkətlərinə son qoyulması barədə hissəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1938/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(018)-401/2022 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-664/2023 nömrəli qərardadından görünür ki, İddiaçı 2(102)-664/2023 nömrəli iş üzrə iddiaçı X11 prosessual hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-664/2023 nömrəli Qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1938/2022 nömrəli mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1938/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X37 Reyestri Publik Hüquqi Şəxsi 10 saylı idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli məktubda qeyd edilmişdir ki, sorğuda barəsində qeyd olunan JN-1151A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin təsdiq edilmiş surəti baxılmasından ötrü Sizə tqdim olunur. Qeyd edilir ki, JN-1151A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin verilməsinə əsas olan sənədlər Ərazi İdarəsinin arxivində mövcud deyildir. Həmçinin bildirilir ki, hazırki iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi JN-1151A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin koordinatları ilə üst-üstə düşmür. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir və X5 zəbt torpaq sahəsində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN-1151A, KOD 80101004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı ilə X13 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün 0.14 ha torpaq sahəsi verilmişdir. Belə olan halda məhkəmə müəyyən edir ki, iddiaçının mərhum ərinin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsi iş üzrə icraata cəlb edilmiş 3-cü şəxs X13 və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı ilə ayrılmış 0.14 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən JN-1151A nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin koordinatları ilə üst-üstə düşmür və iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir və X5 zəbt torpaq sahəsində yerləşir. Və həmin torpaq sahəsinə dair X5 mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud deyildir. X2 mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər X10 tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bundan əlavə iş materiallarında olan Astara rayonu Astara bələdiyyəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin rəisi cənab İmran Əzizova ünvanladığı xx.xx.2021-ci il tarixli, 3-100 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara şəhər sakini X4 bələdiyyəsindən 22 iyun 2007-ci il tarixli, 37 nömrəli qərarı ilə fərdi yaşayış ev tikintisi məqsədilə alqı-satqı yolu ilə 400 m2 torpaq sahəsi satılmışdır. Həmin alqı-salqı aktı rayon torpaq şöbəsində 22 yanvar 2008-ci il tarixdə 172 nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənədlər Azərbaycan Respublikası Astara rayonu Dövlət Arxivi tərəfindən təsdiqlənmişdir. Bildirilir ki, X3 bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə verilmiş sənədlər Dövlət Reyestrində qeydiyyata alınması qanuna müvafiqdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X37 Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra-çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinasında göstərilən dəlillər öz təsdini tapmır və beləliklə də, iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin imtina əsasları iddiaçının təqsiri nəticəsində baş vermiş hal hesab oluna və onun məsuliyyət sferasına aid edilə bilməz. Əks halda bu ədalət prinsipi baxımından iddiaçıya münasibətdə konstitusion hüquqlarının, yəni mülkiyyət və bərabərlik hüququnun pozulması ilə nəticələnmiş olardı. Çünki iddiaçının mərhum ərinə münasibətdə mülkiyyət hüququ kifayət qədər mötəbər sənədlər əsasında dövlət tərəfindən tanınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuş və iddiaçının hüquqularını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Bütün qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Astara rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 saylı Qərarı və 12 dekabr 2007-ci il tarixli Torpaqların alqı-satqısına dair akt əsasında ünvan 13 ünvanında fərdi yaşayış evi tikmək məqsədilə X11 mülkiyyətinə verilmiş ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı mərhum həyat yoldaşı X14 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı: İddia təmin edilsin. Astara rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 37 saylı Qərarı və 12 dekabr 2007-ci il tarixli Torpaqların alqı-satqısına dair akt əsasında ünvan 13 ünvanında fərdi yaşayış evi tikmək məqsədilə X11 mülkiyyətinə verilmiş ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı mərhum həyat yoldaşı X14 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X37 Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X9, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar