Məhkəmə qərarları › İş №2-1(120)-5658/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5658/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5658/2025 26.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı “X8,X15,X9 və X4 Şirvan şəhəri, X21 küçəsi,ev 40A nömrəli (yeni qaydalarla Şirvan şəhəri,X23 giriş 28) fərdi yaşayış üzrə evin qeydiyyatından çıxarılması barədə” iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X8,X15,X9 və X4 Şirvan şəhəri, X21 küçəsi,ev 40A nömrəli (yeni qaydalarla Şirvan şəhəri,X23 giriş 28) fərdi yaşayış üzrə evin pasport qeydiyyatından çıxarılması barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-5658/2025 nömrəli qərardadı ilə X8,X15,X9 və X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilsinlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, X21 küçəsi, ev 40A (Yeni Qaydalarla: Şirvan şəhəri, X23, giriş 28 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24n tərəfindən verilmiş **********34-10301 reyestr nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun xüsusi mülkiyyətindədir. Həmin evini oğluna bağışlamaq istəyərkən Notariat ofisində ona bildirilmişdir ki, sizin evdə digər şəxslərin qeydiyyatı mövcuddur və onların razılığı olmalıdır. Lakin həmin şəxslərin onun evində qeydiyyatda olmaları barədə heç bir məlumatı yoxdur və həmin şəxsləri tanımır. Onun xüsusi mülkiyyətində olmasına baxmayaraq X8, X15, X9 və X12 həmin fərdi yaşayış evində formal olaraq qeydiyyatdadırlar. Həmin şəxslərlə qohumluq və tanışlıq əlaqəsi mövcud deyildir. Həmin şəxslərin ona məxsus fərdi yaşayış evində qeydiyyatda olmaları onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar olaraq Cavabdehnə müraciət etsə də, ona xx.xx.2025-ci il tarixli, 3-13-111/2-14260xx/xx/2025 nömrəli məktub ilə cavab verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X8,X15,X9 və X10 ona məxsus olan Şirvan Şəhəri, X21 küçəsi, ev 40A (Yeni Qaydalarla: Şirvan şəhəri, X23 , giriş 28) yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi, üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş: -İddiaçının AA*******saylı şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, X7 xx.xx.1974-cü il tarixdə anadan olmuş, Şirvan şəhəri, X21 küçəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X24 13 saylı Şirvan Ərazi İdarəsinin 24 noyabr 2025-ci il tarixli 3-21-3-38/2-4207/2025 nömrəli məktubuna əsasən, Sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq, Şirvan şəhəri, X21 küçəsi ev 40A ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34-10301 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin surəti təqdim olunmuşdur. Çıxarışa əsas olan sənədlər üzrə Əli Bayramlı şəhər X14 Rəyasət Heyətinin xx.xx.11995-ci il tarixli, 02 saylı iclasının protokolundan çıxarış və digər sənədlər mövcuddur. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-111/2-28166/2025 nömrəli məktubuna əsasən, məktubda adı göstərilən şəxs həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxslər Şirvan şəhəri, M.S.ünvan 3 ünvanında 2008-ci il tarixdən qeydiyyatdadır. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 dekabr 2025-ci il tarixli, 5-8-1/2-77-1/2025 nömrəli məktubuna əsasən, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyində olan məlumata əsasən X8, X15, X9 və X10 hal-hazırda Şirvan şəhər, Ordubadi küçəsi, ev 40A ünvanında yaşamırlar. İşdə olan ünvan 5arixli 1605 nömrəli məktubuna əsasən, sizin xx.xx.2025-ci il tarixli, 2- 1(120)-5658/2025 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı adından "Elektron notariat" informasiya sistemindən axtarış zamanı Şirvan şəhəri, M.S.Ordubadi küçəsi, 40A saylı ev(yeni qaydalarla Şirvan şəhər,X23,giriş 28) ilə əlaqədar notariat işi (alqısatqı,bağışlama,vərəsəlik) aşkarlanmadı. İşdə olan Şirvan Şəhər Qeydiyyat Şöbəsinin 09 dekabr 2025-ci il tarixli 3-16-5/7-13- 555/2025 nömrəli məktubuna əsasən, xx.xx.2025-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və (ş/v. s/n. AA******* olan) İddiaçı ilə sorğuda adları qeyd olunan şəxslərin yaxın qohumluq əlaqələri barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, yoxlama sorğu məktubu icra edilərkən informasiya sistemində aşkar edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmışdır. Bu səbəbdən müvafiq məlumata dair hansısa yanlışlığın olma ehtimalı istisna edilmir. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-111/2-M-26018/11/25 nömrəli məktubuna əsasən, yaşadığı Şirvan şəhəri, M.S.ünvan 3 ünvanından X8, X15, X9 və X4 qeydiyyatdan çıxarılması ilə əlaqədar Cavabdehnə ünvanladığı ərizəyə Qeydiyyat və X6 baxılmışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən,şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır:-- yaşayş yerini dəyişdikdə yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən,başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən,məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə,məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün,həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Ərizə mülki xarakterlidir odur ki, məhkəmə orqanına müraciət etmək tövsiyə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Şirvan şəhəri, X21 küçəsi,ev 40A nömrəli fərdi yaşayış evi X3 mülkiyyətindədir. İddiaçı X1 şəhər Polis şöbəsinə müraciət edərək, Şirvan şəhəri, X21 küçəsi,ev 40A nömrəli ünvanında qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş X5 cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 dekabr 2025-ci il tarixli, 5-8-1/2-77-1/2025 məktubundan və iddiaçının verdiyi izahat ilə müəyyən olunur ki, üçüncü şəxslər iddiaçı X5 məxsus Şirvan şəhəri, X21 küçəsi,ev 40A nömrəli ünvanında yaşamırlar. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmasına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxsin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxsin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Beləliklə, üçüncü şəxslər X8,X15,X9 və X4 Şirvan şəhəri, X21 küçəsi,ev 40A nömrəli (yeni qaydalarla Şirvan şəhəri,X23 giriş 28) fərdi yaşayış üzrə evinin qeydiyyatından çıxarılması barədə öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Üçüncü şəxslər X8,X15,X9 və X4 Şirvan şəhəri, X21 küçəsi,ev 40A nömrəli (yeni qaydalarla Şirvan şəhəri,X23, giriş 28) ünvanından qeydiyyatından çıxarılması barədə öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar