Məhkəmə qərarları › İş №2-1(120)-566/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-566/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-566/2024 08.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqının 85 faizi həcmində yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, “iddiaçıya təyin edilmiş xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyası alır, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona xüsusi şərtlərlə əmək pensiyası təyin edilib. Cavabdeh tərəfindən ona xüsusi şərtlərlə əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. xx.xx.1978-ci il tarixdən xx.xx.2018ci il tarixə kimi “Azneftgeofizika” trestinin X10 Kontorunda (X2) işləmişdir. Lakin cavabdeh onun işlədiyi 40 ildən artıq olan stajını düzgün hesablamayıb və nəticədə verilən pensiya məbləği həddən artıq çox az olmuşdur. Cavabdehə müraciət edərək verilən pensiyanın yenidən hesablanaraq əmək haqqının 85 faizi dərəcəsiylə yenidən hesablanmasını xahiş etmişdir. Onun müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına xx.xx.2022-ci il tarixdə daxil olub, lakin hazırki vaxtadək ona heç bir məlumat verilməmişdir. “Vətəndaşların əmək pensiyasının əmək haqqına uyğun hesablanması xx.xx.2010-cu il tarixdən qanunla ləğv edilmişdir” müddəası (norması) ilə bağlı qeyd edir ki, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı, o cümlədən 12 il 6 ay güzəştli iş stajı güzəştli şərtlərlə qazanılmış pensiya hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən pensiya məbləğinin hazırkı qanunvericiliyin tələbləri baxımından indeksləşdirilməsi və ona əvvəlki qanunvericiliklə təyin olunmalı olan pensiya məbləğindən daha az pensiyanın təyin edilməsi vətəndaşın konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır ki, bu hüquq da onun qazanılmış hüququ olduğundan yolverilməz hesab edilməlidir. Aşağıdakılara əsasən hesab edirik ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsində baxılmalı və cavabdehin imtinaedici qərarı mahiyyət üzrə mənim hüquqlarımı pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və buna uyğun olaraq məcbuetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. İddiaçının iddiasının məqsədi “İnzibati İcraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Belə ki, o, əsassız olaraq pensiyasının bir hissəsindən məhrum edilmiş və uzun müddətdir həmin hissəni ala bilməmişdir. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. İPM-in 38.2-ci maddəsinə əsasən iddiaçı qərardan qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırır. Buna görə də iddia müddəti ötürülməyib. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. Digərləri ilə bərabər, məcburetmə haqqında iddialara ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin yerləşdiyi yer Şirvan İnzibati Məhkəməsinin ərazi aidiyyətindədir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Konstitusiyaya görə hər kəsin sosial təminat hüququ vardır (maddə 38.1). Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38.İİİ). Avropa İnsan Hüquqları Konvensiyasına Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən üzv Dövlətin sosial təminat hüququna dair qanunvericiliyi mövcuddursa və sosial təminat ödənişi aparılması nəzərdə tutulursa, bu halda bu ödənişlər mülkiyyət sayılır (Stec və başqaları Böyük Britaniyaya qarşı (qərardad) [BP], paraqraf 53-55; Andrejeva Litvaya qarşı [BP], paraqraf 77; Moskal Polşaya qarşı, paraqraf 38). Azərbaycan Respublikası əmək pensiyalarına təminat verən qanunvericilik qəbul edib və bununla da pensiya təminatı mənim üçün həmçinin mülkiyyət hüququ təşkil edir. Əmək pensiyalarına dair hüquq münasibətləri “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir və bu tənzimləmə bu işlə əlaqədar aşağıdakı müddəaları nəzərdə tutur. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (maddə 1.0.1). Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər (maddə 3.1). Əmək pensiyasının növlərindən biri yaşa görə əmək pensiyasıdır (maddə 4.1.1). Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi şərti qanunla müəyyən edilmiş yaş həddinə çatmaq və qanunla nəzərdə tutulmuş sığort stajının toplanılmasıdır. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir (maddə 1.0.14). Əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir (maddə 1.0.15). “Dövlət qulluğu haqqında" Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Yuxarıda göstərilən hüquq normalarından aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərindən biri müəyyən müddət əmək stajına malik olmaq və buna uyğun olaraq sosial sığorta stajının ödənilməsi və hesablanmasıdır. Belə ki, mənim müvafiq əmək stajım qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir (Əmək pensiyaları haqqında Qanun, maddə 31.2 və İnzibati icraat haqqında Qanun, maddə 19). Belə ki, cavabdeh güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır və o, Əmək pensiyaları haqqında Qanuna uyğun olaraq pensiyanı təyin etməli və yenidən hesablamalıdır (Əmək pensiyaları haqqında Qanun, maddə 30.1). Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması zamanı bütün əmək stajı və ona uyğun olaraq bütün sosial sığorta stajı nəzərə alınmalıdır (Əmək pensiyaları haqqında Qanun, maddə 1.0.2 və 7). Belə ki, cavabdeh mənim qanuni tələbimi icra etməkdən boyun qaçırır və mənim mənafeyimə uyğun olaraq əlverişli inzibati akt qəbul etməkdən yayınıq. Bununla da cavabdeh mənim sosial təminat və mülkiyyət hüququmu pozub. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (İPM, maddə 73.1). Bu qanunsuzdur və cavabdehin üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı 11 noyabr 2012-ci il tarixdən “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə riasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Mərkəzi filialın xx.xx.2022-ci il tarixli, **********4 nömrəli, xx.xx.2022-ci il tarixli, **********9 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-20342/2023 nömrəli məktublarla ərizəçiyə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, İddiaçı tərəfindən Mərkəzi filiala ünvanlanan müraciət ərizəsində ona təyin edilmiş əmək pensiyasının əməkhaqqının 85 faizi ilə yenidən hesablanması xahiş edilmişdir. Mərkəzi filial tərəfindən ərizəçiyə təqdim edilmiş cavab məktublarında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan səxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Bu səbəbdən güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ərizədə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 avını həmin islərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi is stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır islərdə çalısan 52 yası tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər Hi üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Yuxarıda sadalanan maddələrin məzmunundan da göründüyü kimi əməkhaqqının 85 faizi həcmində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı qanunvericilikdə hər hansı norma nəzərdə tutulmamışdır. Qeyd olunan səbəblərdən İddiaçı təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət ərizəsində göstərilən əsaslarla (əməkhaqqının 85 faizi həcmində) yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əməkhaqqının 85 faizi həcmində yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ona təyin edilmiş xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan xx.xx.1976-cı il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan xx.xx.2017-ci il tarixli, SOCAR**********80020123X00112 nömrəli arxiv arayışından görünür ki, İddiaçı pensiya hesablanması üçün nəzərə alınacaq əmək haqqı 16937212 (on altı milyon doqquz yüz otuz yeddi min iki yüz on iki AZM) təşkil edir. İşdə olan xx.xx.2018-ci il tarixli, SOCAR**********30020123X00007 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən “Azneftgeofizika” trestinin X8 (indiki X3) arxiv sənədlərində onun 62/57 saylı Mədən Partiyasında geofiziki işlərdə fəhlə, karotajçı, Dispetçer qrupunda texnık, 52/48 saylı Mədən Partiyasında texnik-operator, mühəndis operator, “Əli Bayramlı” X4 geofizik, 85/83 saylı karotaj partiyasında mühəndis-operator, geofizik işləməsi haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1978-ci ıl tarixli 164-k saylı əmrə əsasən “Azneftgeofizikia” trestinin 62/57 saylı Mədən Partiyasına (MP) geofiziki işlərdə 3-cü dərəcəli fəhlə peşəsinə işə qəbul olunub.xx.xx.1979-cu il tarixli 149k saylı əmrə əsasən 72/63 saylı Mədən Partiyasına karotajçı-perforatorçu (4-cü dər) keçirilib. xx.xx.1980-ci il tarixli 8-k saylı əmrə əsasən 52/48 saylı Karotaj Partiyasına (KP) karotajçı - perforatorçu (4-cü dər.) keçirilib. xx.xx.1981-ci il tarixli 11-k saylı əmrə əsasən Dispetçer qrupuna texnik keçirilib. 13 04.1981-ci il tarixli 56-k saylı əmrə əsasən 52/48 saylı karotaj partiyasına texnik-operator keçirilib. xx.xx.1982-ci ıl tarixli 8-k saylı əmrə əsasən 52/48 saylı karotaj partiyasına mühəndis-operator keçirilib. xx.xx.1995-ci il tarixli 98-k saylı əmrə əsasən 85/83 saylı karotaj partiyasına geofizik (9-cu dər.) keçirilib. xx.xx.1996-cı il tarixli 138-k saylı əmrə əsasən “Azərneftmədəngeofizika” Trestinin “Əli Bayramlı” X6 (MGE) geofizik (10-cu dər.) keçirilib. xx.xx.2003-cı il tarixli 177-k saylı əmrə əsasən Şırvan X5 63 №li kompleks mədən geofiziki dəstəsinə geofizik (9-cu dər.) keçirilib. xx.xx.2011-ci il tarixli 328-k saylı omrə əsasən “Şirvan” X5 65 №lı kompleks mədən geofiziki dəstəsinə geofizik (10-cu dər.) keçirilib. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 89-k saylı əmrə əsasən xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əmək müqaviləsi ləğv edilib. İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 390-k saylı əmrə əsasən xx.xx.2014-cü il tarixindən X1 “Şırvan” mədən-geofizikı ekspedisiyasının mədən-geofizıkı ekspedisiyasına 1 0 - c u dərəcəli geofizik vəzifəsinə işə qəbul edilib. Hal-hazırda həmin vəzifədə işləyir. Cəmi: xx.xx.1978-ci il tarixdən xx.xx.2016 - ci ilə qədər 40 il 10 gün. Adlandırma: ARDNŞ-nin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinə əsəsən “Azərneftmədənqeofizika” və “Xəzərdənizneftgeofizıka” trestləri birləşdirilərək, onların bazasında “Mədəngeofizika” İdarəsi yaradılmışdır. Geofizika və geologiya İdarəsinin tabeliyində olan “Mədəngeofizika” İdarəsi ARDNŞ/13-1000-01-SM- 05-000033 saylı xx.xx.2013-cü il tarixli əmri ilə X2 adlandırılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-20342/2023 nömrəli məktubundan görünür ki, iddiaçıya 11 noyabr 2012-ci il tarixindən Fondun Şirvan şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəsində qeyd etdiyi əmək pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyanın ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-93996/2023 nömrəli məktubunda qeyd etmişdir ki, vətəndaş İddiaçı xx.xx.2012-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-171339/2023 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı 11 noyabr 2012-ci il tarixindən Fondun Şirvan şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə olaraq bildiririk, adıçəkilən şəxsin ümumi iş stajı 43 il 8 ay 10 gün (01.01,2006-cı il tarixinədək 29 il 4 ay 10 gün əmək stajı (xx.xx.1979- 15.06.i978-ci il, xx.xx.1978-xx.xx.2005-ci ii tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 4 ay sığorta stajı) təşkil edir. Eyni zamanda, İddiaçı əmək pensiyası təyin olunan tarixdən xx.xx.2018-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 19844,76 manat, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək (xx.xx.2020) olan dövr üzrə 3524,51 manat təşkil edir. Həmin tarixdən hazıradək isə adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində istifadə olunmamış pensiya sığorta kapitalı qeydə alınmayıb. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-282582/2023 nömrəli məktubuna əlavə edilmiş İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Bildiririk ki, İddiaçı 11 noyabr 2012-ci il tarixindən Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya sığorta kapitalına uyğun olaraq təyin edilmişdir. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddia predmeti olan pensiyanın əmək haqqından hesablanmasına dair qoyulmuş tələb qanunazidd və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir”. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının iddiada göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işiəraə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi is stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır islərdə çalısan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər Hi üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilim həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 i! iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd. xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, İddiaçı 11 noyabr 2012-ci il tarixdən “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə riasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etmişdir. Ona xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-20342/2023 nömrəli məktubla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığını bildirilmişdir. Cavabdeh inzibati orqanının imtinasında “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir”. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından imtina olunmuşdur. Məhkəmə tərəfindən tam araşdırılma aparılması məqsədilə mütəxəssis dəvət olunmuş və İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən təqdim edilən rəyə əsasən müəyyən edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Bildiririk ki, İddiaçı 11 noyabr 2012-ci il tarixindən Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya sığorta kapitalına uyğun olaraq təyin edilmişdir. Qanunun 27ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddia predmeti olan pensiyanın əmək haqqından hesablanmasına dair qoyulmuş tələb qanunazidd və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablanması ilə bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir”. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının iddiada göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hazırkı iş üzrə mütəxəssis rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, mütəxəssis rəyi də mötəbər sübut qismində qəbul edilir. Əlavə olaraq məhkəmə bildirir ki, iş üzrə iddiaçı məhkəmə iclaslarında “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1-ci maddəsində göstərilənlərə əsasən onun aldığı əmək haqqına əsasən hesablanmanın aparılmasını xahiş etdiyi müəyyən edilir. Lakin iddiaçı nəzərə almamışdır ki, Qanunun 9.8-ci maddəsi həmin Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əmək pensiyasının hansı qaydada hesablanmasını deyil, yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini müəyyən edir. Normanın məzmununda pensiyanın əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada hesablanması nəzərdə tutulmamış, əvvəllər qüvvədə olmuş qanunvericiliyin məhz yaşa və staja görə müəyyən edilmiş normalarının tətbiqi nəzərdə tutulmuşdur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1043/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe) Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin “imtina”sı güzəştli şərtlərlə bağlı hissə də qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar