Məhkəmə qərarları › İş №2-1(120)-568/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-568/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-568/2025 19.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajının və hərbi xidmət illərinin sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin etibarnamə üzrə nümayəndəsi X5 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək stajının və hərbi xidmət illərinin sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə 19 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “əmək stajının və hərbi xidmət illərinin sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1957-ci ildə anadan olmuşdur. 1973-1975,1977-1990-cı illərdə İmişli rayonunun Nizami adına kolxozunda, 1990-1995-ci illərdə İmişli rayonu "xxxx" kooperativində, 1996-2003-cü illərdə İmişli Kommunal Müəssisələr Kombinatında işləmişdir. Həmin faktlar əmək kitabçası, arxiv arayışı ilə, əmrlərin surəti ilə təsdiq olunur. İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə göndərmişdir. Ona verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, stajı 13 il 5 ay 25 gün təşkil edir. 1996-2003-cü illərin stajı mübahisələndirilir. Ona görə həmin illər əmək stajı kimi nəzərə almaq mümkün deyildir. Halbuki onun həmin illərdə iş stajı yuxarıda göstərdiyi rəsmi sənədlərlə öz təsdiqini tapır. Cavabdeh ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin cavabı onun pensiya hüququnu həyata keçirməyə maneə ola bilməz. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsində göstərilir. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: 3.2.1. əmək kitabçası; qalan hallarda məhkəmənin qərarı. İşlədiyi kolxozun sənədlərinin bir hissəsinin arxivdə yarımçıq olması, tam yazılmamasında onun təqsiri yoxdur. Əmək kitabçasında göstərilən illərdə iddiaçı işdə olmuşdur. Hərbi xidmət illəri də hərbi biletilə təsdiq olunur. Hazırda 65 yaşı tamam olmaqla pensiya hüququ yaranmışdır. Cavabdehin ona pensiya təyin etməməsi qanuna ziddir. İdiaçının sənədlərlə 30 ildən artıq əmək stajı var. Ona görə işlədiyi illər ona iş stajı kimi nəzərə alınıb pensiya təyin edilməlidir. Ona görə Azərbaycan Respublikası İPM-nin 45-46cı maddələrinə əsasən xahiş edir ki, cavabdehin qanunsuz hərəkətindən müdafiə olunmağı, qanunsuz hərəkətlərin aradan qaldırılması, 2 il həqiqi hərbi xidmət müddətini, 1973-2003-cü illərdə işlədiyi müddəti sosial sığorta stajı kimi nəzərə alınıb ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı (bundan sonra Mərkəzi Filial) "yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-62665/2023 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, beləliklə də xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi təşkil etmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası ağıdakı kimi ifadə olunmuşdur: "65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 26 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş oxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır." İstinad olunan normaların müddəaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. İddiaçının 65 yaşı tamam olmalıdır (yaş tələbi); 2. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya sığorta stajı tələbi). İnzibati icraat materiallarından da aydın olur ki, İddiaçı yaş tələbini ödəsə də, pensiya kapitalı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində yalnız 2023-cü ilin yanvar ayına münasibətdə pensiya kapitalı qeydə alınmışdır. Bu məbləğ isə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı (İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 13 il 5 ay 25 gün təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. Məlum olduğu kimi "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət Sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Sadalanan normalardan da aydın olur ki, hər hansı iş dövrünün sosial sığorta stajına daxil edilməsi üçün həmin dövrlərə münasibətdə sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Digər tərəfdən, "Əmək pensiyaları haqqında" Qanunun 4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası sığorta və yığım hissəsindən ibarətdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T- gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Qanunun 1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) xx.xx.2006-cı il tarixədək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, xx.xx.2017-ci il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Odur ki, sığortaolunanlara pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixdən sonrakı sığorta stajı yalnız sığortaolunanların fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında hesablana bilər. Fərdi hesabda pensiya kapitalının olmaması isə sığortaolunana münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini göstərir. Deməli, xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti sığorta stajı kimi o halda nəzərə alına bilər ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. Həmçinin, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığına görə pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi də mümkün deyil. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, xx.xx.2006-cı il tarixədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubomadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Məlumdur ki, cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olub-olmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı münasibətdə qanunvericiliklə tələb olunan pensiya kapitalı və sığorta stajı ilə bağlı şərtlər mövcud deyil. Qeyd olunan hallar S. Kazımova "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, pensiya kapitalı və ya sığorta stajı tələbi ilə bağlı qeyd olunan şərtlər mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. İdiaçının pensiya kapitalı ə sığorta stajı tələb olunandan az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzii Filial iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etiraza əlavəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı (bundan sonra - Mərkəzi Filial) "yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə İddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-62665/2023 nömrəli məktubla cavablandırılmış və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, beləliklə də xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi təşkil etmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: "65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır." İstinad olunan normaların müddəaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. İddiaçının 65 yaşı tamam olmalıdır (yaş tələbi); 2. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya sığorta stajı tələbi). İnzibati icraat materiallarından da aydın olur ki, İddiaçı yaş tələbini ödəsə də, pensiya kapitalı ilə bağlı şərtlər ona münasibətdə mövcud olmamışdır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində yalnız 2023-cü ilin yanvar ayına münasibətdə pensiya kapitalı qeydə alınmışdır. Kazımovun xx.xx.2006-cı il tarixədək 4 il 1 ay sığorta stajına uyğun olaraq 3320,25 manat pensiya kapitalı toplanmışdır. Bu məbləğ isə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı ilə bağlı olan tələb ödənməlidir. X9 İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-00 il tarixli 3-17-1/2-50548/2024 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 4 il 1 ay təşkil edir. Bu isə qanunvericiliklə tələb olunan 25 ildən azdır. İddiaçı mübahisələndirilməyən sığorta stajına xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət (2 il 1 ay) və 1988-1989-cu illər üzrə İmişli rayonu Nizami adına kolxozda əmək fəaliyyəti dövrü (2 il) daxildir. İddiaçının 1971-1990-cı illərdə İmişli rayonu Nizami adına kolxozdakı stajının araşdırılması ilə əlaqədar Fondun Mil-Muğan regional filialı tərəfindən İmişli rayon Dövlət Arxivi ilə birgə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən 1976 və 1984-cü illərin arxiv sənədlərində iddiaçının adı qeyd olunmamış və yalnız 1988-1989-cu illər üzrə iddiaçıya münasibətdə əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydlər öz əksini tapmışdır. Hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İmişli rayon Dövlət Arxivinin nümayəndəsi tərəfindən təqdim edilmiş arxiv sənədlərinin əslinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 140 nömrəli və xx.xx.2023-cü il tarixli 13 nömrəli arayışlarında 1983, 1985 və 1986cı illər üzrə yerinə yetirilmiş adam günü barədə qeydlər olsa da, istər məhkəmə iclasındakı baxış zamanı, istərsə də xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən göstərilən məlumatlar aşkar olunmamışdır. Bu, iddiaçıya təqdim edilmiş İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 13 nömrəli arayışının mötəbərliyinə əsaslı şübhələr yaradır. 1971- 1982-ci illər və 1987-ci il üzrə yerinə yetirilmiş adam günü barədə qeydlərin olmaması isə adıçəkilən sənədlərin hər biri ilə təsdiq olunduğundan işin mübahisəsiz halıdır. Həmçinin, hazırkı iş üzrə iddiaçı tərəfindən Mərkəzi Filiala kolxozçunun əmək kitabçası təqdim olunmamış, S. Kazımovun kolxozdakı əmək fəaliyyəti dövrü ona məxsus ИТ-І №0242342 nömrəli əmək kitabçasında əks olunmuşdur. Həmin kitabçadakı qeydlərə əsasən İddiaçı xx.xx.1974-cü il tarixdə İmişli rayonu Nizami adına kolxoza kolxozçu vəzifəsinə qəbul edildiyi göstərilmiş və əvvəlki illərlə bağlı heç bir qeyd öz əksini tapmamışdır. Bu hal iddiaçının 1971-1973-cü illərdə kolxozdakı əmək fəaliyyəti ilə bağlı subhələr yaradır. Digər tərəfdən iddiaçıya məxsus H3 №2712781 nömrəli hərbi biletə əsasən Kazımov xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu sabəbdən hətta 1977-ci il üzrə kolxozun arxiv sənədlərində iddiaçının adı qeyd olunsa belə, bu hal onun 1977-ci ildəki əmək fəaliyyətini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial Sığorta stajı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında kolxozla bağlı qeydlərə əmrlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın 3.2-ci yarımbəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Odur ki, əmək kitabçasındakı qeydlər kolxozdakı əmək fəaliyyəti dövrünü təsdiq edən mötəbər sübut qismində çıxış edə bilməz və yuxarıda qeyd edilən sənədlərə əsasən iddiaçının yalnız 1988-1989-cu illər üzrə İmişli rayonu Nizami adına kolxozdakı əmək fəaliyyəti dövrü staja daxil edilə bilər. İddiaçı əmək kitabçasında onun xx.xx.1983-cü il tarixdən 1985-ci ilin fevral ayınadək İmişli rayonu aqrokimya birliyində işləməsi ilə bağlı qeydlər əks olunmuşdur. Əmək kitabçasının surətindən də göründüyü kimi iddiaçının işdən azad olunması ilə bağlı qeydlərdə mahiyyətə təsir edən qaralamalar mövcuddur. Belə ki, işdən azad olunma tarixi və müvafiq əmrdə düzəlişlər edilmişdir. Nəticədə qaralanmış hissələr həmin qeydin mötəbərliyini şübhə altına almaqla yanaşı, hətta iddiaçının hansı tarixdə işdən azad olunmasını müəyyən etməyə də imkan verməmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayonu "Bəcirəvan" kənd təsərrüfatı və istehsalı kooperativindəki əmək fəaliyyəti ilə əlaqədar bildirilir ki, X9 İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-50548/2024 nömrəli məktubda da qeyd olunduğu kimi müəssisənin arxiv sənədləri (əmr və əməkhaqqı kitabları) Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının sığorta stajının yoxlanılması mümkün olmamışdır. Həmçinin, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli Kommunal Müəssisələr Kombinatında işlədiyini iddia etsə də, Fondun Mil-Muğan regional filialı tərəfindən müəssisə ilə birgə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən əməkhaqqı cədvəlləri saxlanılmamış və arxivə təhvil verilməmişdir. Bu səbəbdən qeyd edilən dövrlər İddiaçı sığorta stajına daxil edilməmişdir. Bundan əlavə bildirirlər ki, hətta yuxarıda qeyd edilmiş dövrlər sığorta stajına daxil edilsə belə, qanunvericiliklə tələb olunan 25 ildən az təşkil edəcəkdir. Hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı tərəfindən İmişli rayon İcra Hakimiyyəti başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 39 nömrəli arayışı təqdim edilmişdir. Həmin sənədə əsasən iddiaçının anası mərhumə X3 ölüm gününədək oğlu İddiaçı himayəsində yaşadığı və iddiaçının ona qulluq etdiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.8-ci yarımbəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə aşağıdakılara əsasən müəyyən edilir: 1. patronajın təyin edilməsi barədə qərara əsasən;2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna almaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına asasən. İddiaçı təqdim etdiyi arayış qulluqolunanın vəfatından sonra tərtib edilmişdir. Bu səbəbdən həmin sənəd hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb etmir və ahıla qulluqetmə müddətinin sığorta stajına daxil edilməsi üçün mötəbər sübut hesab oluna bilməz. Məlumdur ki, cavabdeh inzibati orqanın imtinasının hüquqi baxımdan qanuni olubolmadığını müəyyənləşdirmək üçün aşağıdakı hallar yoxlanılmalıdır: 1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin müvafiq iş üzrə mövcud olub-olmaması; 2. Cavabdehin müvafiq norma üzrə yol verilən hüquqi nəticəni seçib-seçməməsi. Mövcud icraat materiallarına əsasən İddiaçı münasibətdə qanunvericiliklə tələb olunan pensiya kapitalı və sığorta stajı ilə bağlı şərtlər mövcud deyil. Qeyd olunan hallar İddiaçı "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi üzrə pensiya təyinatına imkan verməmişdir. Müvafiq normanın bütün dispozisiya şərtlərinin hazırkı iş üzrə mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsi üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş, pensiya kapitalı və ya sığorta stajı tələbi ilə bağlı qeyd olunan şərtlər mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. İddiaçının pensiya kapitalı və sığorta stajı tələb olunandan az olduğuna görə "Əmək pensiyaları haqqında" Qanunun müddəaları əsasında iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən Mərkəzi Filialın imtinası qanunauyğundur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin nümayəndəsi X7 etiraz ərizələrinin mahiyyətinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. xx.xx.1957-ci il təvəllüdlü iddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə İmişli rayonu, Bəcirəvan kəndində anadan olmuşdur. НЗ-seriyalı, ******* nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir (2 il 5 gün). ИТ-İ seriyalı ******* nömrəli, xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1974-cü il tarixdən İmişli rayon Nizami adına kolxoza kolxozçu vəzifəsinə qəbul olmuşdur. xx.xx.1975-ci il tarixdən İmişli rayon Nizami adına kolxozdan azad edilmişdir. xx.xx.1975-ci il tarixdə hərbi xidmətə göndərilmişdir. xx.xx.1978-ci il tarixdə öz ərizəsinə əsasən İmişli rayon Nizami adına kolxoza qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə İmişli rayon “Nizami” adına kolxozdan azad edilmişdir. xx.xx.1983-cü il tarixdə İmişli rayon “Pambıqtəmizləmə” zavodunda briqadaya 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. (əmr № 20.xx.xx.1983 tarixdən) xx.xx.1983-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.(əmr №169, 20.Xİİ.1983-cü il tarixdən) xx.xx.1983-cü il tarixdə İmişli rayon aqrokimya birliyinə Böyük mühasib təyin edilmişdir.(əmr №127, xx.xx.1983-cü il tarixdən) xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.(əmr № 51, xx.xx.1983-cü il tarixdən) xx.xx.1985-ci il tarixdə öz ərizəsinə əsasən İmişli rayon “Nizami” adına kolxoza kolxozçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə kolxozun bölünməsi ilə əlaqədar “Nizami” adına kolzozun yeni ayrılmış “Bəcirəvan” kənd təsərrüfatı və istehsalı kooperativinə Baş mühasib qəbul olunmuşdur. xx.xx.1995-ci il tarixdə İmişli rayon “Bəcirəvan” kənd təsərrüfatı və istehsalı kooperativindən öz xahişi ilə Baş mühasib vəzifəsindən çıxmışdır. xx.xx.1996-cı il tarixdə İmişli Kommunal Müəssisələr Kombinatına mühasib köməkçisi vəzifəsinə təyin edilmişdir.(əmr № 07, xx.xx.1996-cı il tarixdən) xx.xx.2003-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. (əmr № 24, xx.xx.2003cü il tarixdən) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununn Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 28 mart 2023-cü il tarixli, 3-17-1/2-K-62665/2023 nömrəli imtina məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 13 il 5 ay 25 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən yaşa görə müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan (xx.xx.1996-cı il tarixindən xx.xx.2003cü il tarixinədək) sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 36 nömrəli 01 mart 2023-cü il tarixli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı Xaliq oğlunun xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il ərzində İmişli rayonunun Bəcrəvan kəndində “Bəcirəvan” kənd təsərrüfatı və istehsalı kooperativindəki əmək fəaliyyəti ilə bağlı sorğuya cavab olaraq bildirilmişdir ki, adı gedən kooperativin sənədləri mühafizəsi və saxlanması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 28 nömrəli 22 fevral 2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı Xaliq oğlunun 1996-2023-cü illər ərzində Kommunal Müəssisələr Kombinatındakı əmək fəaliyyəti dövründə məzuniyyətdən istifadəyə dair hər hansı bir Əmr aşkarlanmadı. Aşkarlanmış olan işə daxilolma və işdən azad olma barədəki Əmrlər 2 vərəqdən ibarət olmaqla məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 13 nömrəli 22 fevral 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Xaliq oğlunun İmişli rayonu Nizami adına kolxozun rayon hesablaşma kitablarında onun işləməsi haqqında məlumat aşağıdakı kimi olmuşdur. 1971,1972, 1973,1974,1975,1977,1978,1979,1980,1981,1982,1983,1985,1986,1987,1988,1989,1990 -cı illər. 1976-cı və 1984 cü illərə dair məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 140 nömrəli 27 dekabr 2022ci il tarixli arayışından görünür ki, İddiaçı Xaliq oğlunun İmişli rayonu Nizami adına kolxozun rayon hesablaşma kitablarında onun əmək fəaliyyəti haqqında məlumat aşağıdakı kimi olmuşdur: 1972,1973 və 1974 illər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 25 yanvar 2024-cü il tarixli 3-17-1/2-17523/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Xaliq oğlunun 1971-1990-cı illərdə İmişli rayon “Nizami” adına kolxozda, xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək “Bəcirvan” kooperativində, xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək “İmişli Kommunal Kombinatı” müəssisəsində olan əmək fəaliyyəti dövrlərinin (əmək haqqı alıb-almaması barədə) araşdırılması zərurəti yaranmışdır. Müvafiq araşdırma aparıldıqdan sonra ətraflı məlumat veriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 mart 2024-cü il tarixli, 3-17-1/2-50548/2024 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X8 İnzibati Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1(120)-4485/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində pensiya yaşına çatmışdır. S. Kazımovun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, əmək kitabçasının surətinə əsasən 1988-1989-cu illər əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 4 il 1 ay təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək 4 il 1 ay sığorta stajına uyğun olaraq 3320,25 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Həmçinin bildirlər ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Fondun Mil-Muğan regional filialının xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən arxiv sənədlərində İmişli rayon "Nizami" adına kolxozdakı 1971-1987-ci illər üzrə və 1990-cı il üzrə minimum adam günü normaları qeyd olunmadığından həmin dövrlər iddiaçının sığorta stajına əlavə edilməmişdir. Eyni zamanda İmişli rayon "Bərcivan" kooperativinin 1990-1995-ci illər üzrə arxiv sənədləri (əmr və əməkhaqqı kitabları) Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlər, İmişli rayon Kommunal Kombinatının əməkhaqqı cədvəlləri Dövlət Arxivində və İmişli Mənzil Kommunal X1 arixivində saxlanılmadığından xx.xx.1996-cı il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlər iddiaçının sığorta stajına əlavə edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli **********6 nömrəli Əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında qərarının surətindən müəyyən olunur ki, İddiaçı Xaliq oğlunun yaşa görə tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ yoxdur. Tərtib edilmiş akta əsasən 1971-1987-ci illərdə kolxozda tələb olunan və qazandığı adam günü aşkar olunmadığından; xx.xx.1990-xx.xx.2003-cü illərdə əmək haqqı alması haqqında məlumat olmadığından həmin dövrləri sığorta stajına əlavə edilməsi məqsədə uyğun deyil. Belə ki, İddiaçı Xaliq oğlu sosial müavinət alır. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 3-48-22 RA/2-35/2024 nömrəli 07 mart 2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, iddiaçının öncəki məhkəmə prosesi zamanı məhkəməyə əyani təqdim etmiş olduğu İmişli rayon “Nizami” adına kolxozun son hesablaşma kitablarından başqa bu kolxozun hər hansı bir sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə verilməmişdir.Vətəndaş İddiaçı verilmiş əmək haqqı arayışı da son hesablaşma kitablarda olduğu kimidir. Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 3-48-22 RA/2-66/2024 nömrəli 07 may 2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, İmişli rayonunda qeyd olunan illərdə yerinə yetirilməli minimum adam gün norması kişilər üçün 260 gün olmuşdur. Kolxozların illik qazancları isə illik gəlirlərindən asılı olaraq müxtəlif olmuşdur. Məsələn kolxoz var ki, həmin illərdə plan və tapşırıqları 100%-dən yuxarı, kolxozlarda olub ki, 50%-i belə keçə bilməmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 03 sentyabr 2024-cü il tarixli 3-17-1/2-210727/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Xaliq oğlunun iddiasına dair iş üzrə sorğuda adları çəkilən şəxslərdən X6 əmək pensiyası təyin edilərkən onun İmişli rayon Aqrokimya Birliyində olan əmək fəaliyyəti dövrü nəzərə alınmışdır. Eyni zamanda sorğuda adı çəkilən digər şəxs X4 pensiya işinin tərkibində əmək kitabçası aşkarlanmadığından ona əmək pensiyası təyin edilərkən hansı dövrlərin nəzərə alınması barədə məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Mil-Muğan Regional filialının xx.xx.2024cü il tarixli aktından görünür ki, İmişli rayon Dövlət Arxivinin müdiri X2 iştirakı ilə İddiaçı 1983, 1985, 1986 və 1990-cı illərdə İmişli rayonu Nizami adına Kolxozda işlədiyi dövr üzrə əmək stajını yerində qarşılıqlı yoxlanılmışdır.Vətəndaş İddiaçı 1983-cü ildə əmək haqqısı 48 rubl olmuşdur. Adam gününə dair qeyd sadə karandaşla yazıldığından və əmək haqqının həcmi ilə uyğun olmadığından həmin addam günü (110) sonradanəlavə olunma kimi qiymətləndirilmişdir və bu səbəbdən müvafiq aktda (xx.xx.2024-cü il tarixli) qeydiyyatı aparılmamışdır. 1985-ci ildə əmək haqqı 1905 rubldır. Adam gününə dair qeyd (360) fərqli qələmlə yazıldığından (o cümlədən kitaba sonradan əlavə olunduöundan göstərici kimi qiymətləndirildiyindən) müvafiq aktda qeydiyyatı aparılmamışdır. 1986-cı ildə əmək haqqı 1821 rubldur, son heesablaşma kitabında vətəndaşın adının qqarşısında adam gününə dair qeyd mövcud deyil. 1990-cı ilə əmək haqqı 376 rubl olmuşdur. Adam günü göstəricisinin digər göstəricilərə münasibətdə fərqliliyi hiss olunduğundan həmin göstərici qeydi müvafiq aktda aparılmamışdır. Son hesablaşma kitablarında vətəndaşın ata adı qeyd olunmamışdır. Kolxozun protokol kitabları arxivdə saxlanılmadığından vətəndaşa dair müvafiq əmrlərin qovluğunu yoxlamaq mümkün olmadı. O cümlədən minimum adam gününə dair müvafiq məlumatlar arxivdə aşkarlanmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. İİİ.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1 dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2. sosial sığorta stajı (bundan sonra- sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti: 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra– Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə– dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra– fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti– fərdi uçot məlumatlarına əsasən; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx.xx.1957-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1971-1990-cı illərdə İmişli rayonu Nizami adına kolxozdakı stajının araşdırılması ilə əlaqədar Fondun Mil-Muğan regional filialı tərəfindən İmişli rayon Dövlət Arxivi ilə birgə akt tərtib edilmiş, həmin akta əsasən 1976 və 1984-cü illərin arxiv sənədlərində iddiaçının adı qeyd olunmaması və yalnız 1988- 1989-cu illər üzrə iddiaçıya münasibətdə əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydlər öz əksini tapması, iddiaçıya təqdim edilmiş İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 13 nömrəli arayışının mötəbərliyinə əsaslı şübhələr yarandığı, 1971- 1982-ci illər və 1987-ci il üzrə yerinə yetirilmiş adam günü barədə qeydlərin olmaması isə adıçəkilən sənədlərin hər biri ilə təsdiq olunduğundan işin mübahisəsiz halı olduğu, iddiaçı tərəfindən Mərkəzi Filiala kolxozçunun əmək kitabçası təqdim olunmaması, S. Kazımovun kolxozdakı əmək fəaliyyəti dövrü ona məxsus ИТ-І №0242342 nömrəli əmək kitabçasında əks olunması, nəzərə alınan sosial Sığorta stajı xx.xx.2006-cı il tarixədək olan dövr üzrə kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən müəyyən edilməsi və iddiaçının əmək kitabçasında kolxozla bağlı qeydlərə əmrlər əlavə edilməməsi, İddiaçı əmək kitabçasında onun xx.xx.1983-cü il tarixdən 1985-ci ilin fevral ayınadək İmişli rayonu aqrokimya birliyində işləməsi ilə bağlı qeydlər əks olunmuş, Əmək kitabçasının surətindən də göründüyü kimi iddiaçının işdən azad olunması ilə bağlı qeydlərdə mahiyyətə təsir edən qaralamalar mövcud olması, nəticədə qaralanmış hissələr həmin qeydin mötəbərliyini şübhə altına almaqla yanaşı, hətta iddiaçının hansı tarixdə işdən azad olunmasını müəyyən etməyə də imkan verməməsi, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək İmişli rayonu "Bəcirəvan" kənd təsərrüfatı və istehsalı kooperativindəki əmək fəaliyyəti ilə əlaqədar Mərkəzi Filialın məktubda da qeyd olunduğu kimi müəssisənin arxiv sənədləri (əmr və əməkhaqqı kitabları) Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının sığorta stajının yoxlanılması mümkün olmaması, həmçinin, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli Kommunal Müəssisələr Kombinatında işlədiyini iddia etsə də, Fondun Mil-Muğan regional filialı tərəfindən müəssisə ilə birgə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən əməkhaqqı cədvəlləri saxlanılmamış və arxivə təhvil verilməməsi səbəbindən qeyd edilən dövrlər İddiaçı sığorta stajına daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın qeyd etdiyi hallar iddiaçının təqsiri üzündən baş verməmişdir. Əmək kitabçasının doldurulması, əmrlərin və əmək haqqı cədvəllərinin arxivə təhvil verilməsi qanunvericilikdə işə götürənin məhsuliyyəti dairəsinə aid edilmişdir. Vətəndaşa yaşa görə əmək pensiyası təyin edilərkən onun təqdim etməli olduğu sənəndlər siyahısında kolxozçunun əmək kitabçası təqdim edilməsi zərurəti qeyd edilməmişdir. İddiaçının adına verilmiş arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, İmişli rayonu “Nizami” adına kolxozda kişilər üçün minimum əmək günü (iş günü) norması 1971-1990-cı illərdə 260 adam günü olmuşdur. Buna qarşılıq, iddiaçı tərəfindən yerinə yetirilmiş minimum əmək iştirakı norması yazılmamış, lakin 1971-1990-ci illərə münasibətdə illik qazancı barədə məlumatlar yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İmişli rayon Dövlət Arxivində, saxlanılan İmişli rayonunda fəaliyyət göstərmiş “Nizami” adına kolxozun, kolxozçuların son hesablaşma kitablarında yalnız iddiaçının deyil, digər kolxozçularında yerinə yetirilmiş adam günü normaları qismən qeyd olunmuşdur. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. İddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud adam günü normasını tam yerinə yetirməməsi (minimum adam günündən aşağı həddə işləməsi), o cümlədən iddiaçının təqdim etdiyi və arxivdə aşkar olunan sənədlərin ziddiyyətli və yaxud qeyri-mötəbər olmasına dair cavabdeh inzibati orqan tərəfindən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və əmək haqqı alması halı müəyyən edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1974-cü il tarixindən xx.xx.2003-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.2003-ci il tarixinədək işlədiyi dövrlərin (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət) sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də sənədlərinin arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, əmək kitabçasının düzgün doldurulmaması səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.2003-ci il tarixədək (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət) işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi, əmək kitabçasının doldurulması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bunun yanaşı məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən yaşa görə müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən təyin edilmiş müavinət 220 manata çatdırılmışdır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı “əmək stajının və hərbi xidmət illərinin sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi (xx.xx.2022-ci il tarixdən yaşa görə təyin edilmiş və ödənilmiş müavinət fərqi çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı “əmək stajının və hərbi xidmət illərinin sığorta stajı kimi nəzərə alınması və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi (xx.xx.2022-ci il tarixdən yaşa görə təyin edilmiş və ödənilmiş müavinət fərqi çıxılmaqla) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar