Məhkəmə qərarları › İş №2-1(120)-57/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-57/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-57/2021 04.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, üçüncü şəxs X10 (Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçı X7 Cavabdeh1nə qarşı Cavabdeh1 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X11 cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Cavabdeh1 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarının etibarsız hesab edilməsi və həmin qərarın əsasında verilmiş ******* və ******* nömrəli çıxarışların ləğv edilməsi, həmin torpaq sahəsinin iddiaçıların ailə üzvlərinin mülkiyyətinə verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə və sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsini təsdiq edən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçı X7 vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə Cavabdeh1nə qarşı Cavabdeh1 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarının ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2-1(120)-920/2020 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2-1(120)-920/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi, X20 və X21 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X11, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndəsi və X21 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı X7, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndəsinin və X12 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı X11 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Beyləqan şəhər Bələdiyəsinin 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarı ilə onun 11.01.1982-ci ildən qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinin 0,6 ha hissəsini X15, 0,6 ha hissəsini isə X16 ayırmışdır. X20 və X21 həmin qərar əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək sözü gedən torpaq sahələrini daşınmaz əmlakın dövlət reystrində müvafiq olaraq 72 nömrəli reystr kitabının 44 və 45 nömrəli vərəqində qeydiyyata aldıraraq xüsusi mülkiyyətlərinə keçirmiş və müvafiq olaraq 1279433, ******* nömrəli çıxarış əldə etmişdirlər. X20 və X5 rayon Məhkəməsinə müraciət edərək iddiaçı və ailə üzvlərinin həmin torpaq sahələrindən çıxarılmasını tələb etmiş, Beyləqan rayon məhkəməsi X20 və X12 iddalarının təmin edilməsi barədə 10 fevral 2020-ci il tarixdə 2(020)-35/2020 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamənin surəti 24.02.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. O, yuxarıda qeyd edilmiş məlumatları həmin qətnamənin surətini aldıqdan sonra qətnamədən əldə etmişdir. Cavabdeh1 onun və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsini X20 və X16 ayrılması barədə 29.06.2018-ci il tarixli 02 nömrəli qərarından 24.02.2020-ci ilədək məlumatı olmamışdır. Cavabdeh1 müvafiq Qərarın surətini İddiaçı və ailə üzvlərinə təqdim etməmiş, bu barədə onlara hər hansı formada məlumat verilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X26 kitabında 14.10.2010-cu il tarixdə 1771 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Beyləqan rayonu İcra hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli qərarı ilə iddiaçı X7 mərhum həyat yoldaşı X28 (Adil) oğluna həyatyanı torpaq sahəsi olaraq 599.79 kv.m torpaq sahəsi verilmişdir. Həmin həyatyanı torpaq sahəsi bələdiyyə qərarı ilə X20 və X12 iddialarında qeyd etdikləri torpaq sahələri X11 və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsi ilə 1982-ci ilən faktiki olaraq bir həyətin tərkibindədir. Nəticə etibarı ilə, cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır. Cabavdeh tərəfindən onun qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsi barədə qərar qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olub. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1nə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə heç bir yazılı münasibət bildirılməmişdir. Üçüncü şəxs X20 şifahi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Beyləqan bələdiyyəsinin 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Beyləqan bələdiyyəsinin RTS qəsəbəsi ərazisində alqı-satqı predmeti olan 0,06 ha torpaq sahəsi ona satılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12.12.2018-ci il tarixli, RX ******* nömrəli çıxarış verilmişdir. Bələdiyyənin mübahisələndirilən qərarı qanunidir və əsaslıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin əsaslı deyil. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirilən qərardan məlumatı olduğu vaxtdan qanunverciliklə müəyyən edilmiş müddətdə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Azərbaycan Respublikası vətəndaşının seriya AZE 13786269 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X11 14.02.1962-ci il tarixdə Jdanov rayonu, Kəbirli kəndində anadan olub, Beyləqan şəhəri, RTS qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, ev 10-da yaşayış yeri üzrə qeydiyyatdadır. İş materialında olan Beyləqan bələdiyyəsinin 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Beyləqan bələdiyyəsinin RTS qəsəbəsi ərazisində alqı-satqı predmeti olan 600 kv.m və ya 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan X1. İş materialında olan Beyləqan bələdiyyəsinin 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Beyləqan bələdiyyəsinin RTS qəsəbəsi ərazisində alqı-satqı predmeti olan 600 kv.m və ya 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan X2. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 12.12.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasından olan 0,06 hektar əkin torpaq sahəsi X10 xüsusi mülkiyyətindədir. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10.12.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasından olan 0,06 hektar əkin torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir. İş materialında olan Beyləqan bələdiyyəsinin 06.04.2020-ci il tarili, 72 nömrəli məktubunda qeyd edilmişdir ki, X6, həyat yoldaşı X11 və digər ailə üzvüləri 2018-ci ilədək Beyləqan Bələdiyyəsinə həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı rəsmi müraciət etməyiblər. X15 və X13 Beyləqan rayon Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə satılmış həyətyanı torpaq sahələri X6 və ailə üzvləri tərəfindən qeyri- qanuni istifadə edilirdi. Halhazırda həmin həyətyanı torpaq sahələri Beyləqan rayon Bələdiyyəsi tərəfindən başqa vətəndaşlara verilməsinə baxmayaraq X4 ailə üzvüləri qanunsuz olaraq həmin həyətyanı torpaq sahələrini istifadə etməkdə davam edir. X7 həyat yoldaşı X4 adına Beyləqan şəhərində 2004-cü ildə İslahat aparılarkən Beyləqan AİK tərəfindən sözü gedən mübahisə predmeti olan torpaqların sağ tərəfindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaqa dair verilmiş Torpaq sahəsinin plan ölçüsünün (kadastr planın) var. X4 ailə üzvülərinə torpaq sahəsinin plan və ölçüsünün (kadastr planın) əsasında verilmiş həmin torpağa görə 2004-cü ildən 01.01.2021-ci ilədək torpağa görə vergi ödənilməyib. İş materialında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06.04.2020-ci il tarili, 72 nömrəli məktubunda qeyd edilmişdir ki, qeyd olunan 0,12 ha torpaq sahəsi Beyləqan şəhəri RTS qəsəbəsi C.Məmmədquluzadə küçəsində yerləşir, həmin torpaq sahəsi Beyləqan Bələdiyyəsinin mülkiyyətindədir. Belə ki, 0,12 ha torpaq sahəsi X15 və X16 Beyləqan Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə satılana qədər qanunsuz olaraq X6 tərəfindən zəbt edilmişdir. İddiaçı X8 mərhum həyat yoldaşı X9 adına Beyləqan şəhərində 2004-2010-cu illərdə islahat aparılarkən AİK tərəfindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin ayrılmış torpağa dair kadastr planından başqa Beyləqan rayon XDS və Beyləqan səhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş hüquqi sənədi yoxdur. Hal-hazırda X4 ailəsi tərəfindən yaşadığı mənzil Beyləqan şəhər Mənzil İstismar Sahəsinin balansındadır. Həmin mənzil özəlləşərək fərdi yaşayış fonduna daxil edilməyib. İş materialında olan Məhkəmə Ekspertiza Mərkəzinin 26.12.2019-cu il tarixli, 25729 nömrəli ekspert rəyinin təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Beyləqan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 12.12.2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışla X10 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİ-nin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Beyləqan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 10.12.2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışla X12 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Beyləqan LTİnin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Beyləqan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 12.12.2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışla X10 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi və Beyləqan şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 10.12.2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışla X12 mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi cavabdeh X17 tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunur. İş materialında olan Beyləqan rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(020)- 35/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçılar X10 və X12 cavabdeh X17 və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması barədə iddia tələbi təmin edilərək, cavabdeh X3 şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən iddiaçılar X10 və X12 ümumi mülkiyyətlərində olan 12 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur (maddə 5.1.). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli,274-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin : 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. İddiaçı iddia edir ki, bələdiyyə qərarı ilə onun 11.01.1982-ci ildən qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinin 0,6 ha hissəsini X15, 0,6 ha hissəsini isə X16 ayırmışdır. Bələdiyyə qərarı ilə X20 və X12 istifadə etdikləri torpaq sahələri onun və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsi ilə 1982-ci ilən faktiki olaraq bir həyətin tərkibindədir. Cavabdeh tərəfindən onun qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsi barədə qərar qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.. Məhkəmə araşdırması zamanı müəyyən edildimişdir ki, iddiaçı X11 və onun ailə üzvləri 2018-ci ilədək Beyləqan Bələdiyyəsinə həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı rəsmi müraciət etməmişlər. Beyləqan bələdiyyəsinin 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarı ilə Beyləqan bələdiyyəsinin RTS qəsəbəsi ərazisində hər biri ayrı-ayrılıqda alqı-satqı predmeti olan 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan X15 X2. Həmin torpaq sahəslərinə dair X10 və X12 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Beyləqan rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(020)-35/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X10 və X12 cavabdeh X14 və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması barədə iddia tələbi təmin edilərək, cavabdeh X3 şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən iddiaçılar X10 və X12 ümumi mülkiyyətlərində olan 12 ha həyətyanı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Cavabdeh1 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarının qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Başqa sözlə, mübahisələndirilən qərar qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçı X7 Cavabdeh1nə qarşı Cavabdeh1 29.06.2018-ci il tarixli, 8 saylı iclas protokolunun 02 nömrəli qərarının ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar