Məhkəmə qərarları › İş №2-1(120)-570/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-570/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-570/2021 05.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldıraraq, Masallı Rayon İcra Hakimiyyətinin İSHŞ-nin baş məsləhətçisi X4 ciddi qanun pozuntusuna yol verib “Kütləvi İnformasiya haqqında” Qanuna hörmətsizlik nümayiş etdirməklə, məhz vəzifədən sui-istifadə edib, peşə fəaliyyətinin mahiyyəti əsaslarına ciddi maneçilik törətdiyinə görə cavabdeh təşkilatın üzərinə müvafiq məcburedici vəzifənin qoyulmasını təmin edəcək, qanunazidd hərəkətlərdən çəkinməklə, gələcək belə halların qarşısını almaq və aradan qaldırmaq məqsədilə məhkəmə qərarı qəbul edilməsini, Masallı Rayon İcra Hakimiyyətinin normal iş fəaliyyətinə ciddi hörmətsizlik gətirib, “Kütləvi İnformasiya haqqında” Qanunu pozmaqla, AR-sı Konstitusiyasının 50-ci maddəsinə qarşı ciddi hörmətsizlik göstərərək, işgüzar peşə fəaliyyətinə maneçilik törətdiyinə görə X3 barəsində müvafiq xüsusi qərardadın çıxarılmasını təmin edib, barəsində ciddi və sərt tədbirlərin, tutduğu vəzifədən kənarlaşdırıb, bu hallara son qoyulması üçün Masallı Rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, bildirdi ki, o, fiziki şəxs kimi müstəqil ictimai-siyasi hüquq qəzetinin baş redaktoru və təsisçisidir. İctimai əsaslarla fəaliyyət göstərir. Ona görə də rayonun sosial-iqtisadi durumu ilə əlaqədar məlumat əldə etmək hüququ vardır. Lakin Masallı Rayon İcra Hakimiyyətinə, eləcə də digər müəssisələrə getdikdə hansı məqsədlə gəlməsi barədə ondan ezamiyyə əmri tələb edilmişdir. Halbuki o, fiziki şəxs olduğundan onun ezamiyyə əmri olmadan ezamiyyə vərəqəsi əsasında müəssisə və təşkilatlara daxil olmaq hüququ vardır. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli M-06-316 nömrəli münasibət məktubunda qeyd olunmuşdur ki, “Həqiqətlə üz-üzə qəzeti”nin baş redaktoru İddiaçı Masallı Rayon İcra Hakimiyyəti başçısına, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə və Şirvan İnzibati Məhkəməsinə yazdığı ərizələri üzrə Rayon İcra Hakimiyyətində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin sentyabr ayının ikinci ongünlüyündə saat 10 radələrində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasına gələrək, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abbas Abbaszadəyə özünü “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru kimi təqdim edən İddiaçı adlı şəxs söhbət zamanı Masallı rayonunun idarə, müəssisə və təşkilatlarında olmaq istədiyini və rayonun iqtisadi-sosial vəziyyəti ilə bağlı müsahibə alacağı barədə danışmışdır. İddiaçı daha sonra RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarovanın qəbuluna getmək istədiyini bildirmiş, “Pandemiya” ilə bağlı A.Qafarova rayonun səhiyyə təşkilatında olduğu, kütləvi informasiya vasitələri ilə işləyən baş məsləhətçisi Qəşəm Hadiyevin isə işlə bağlı əraziyə çıxdığı və bir azdan qayıdacağı deyilsə də, bir neçə dəqiqəlik söhbətdən sonra İddiaçı inzibati binanı tərk etmişdir. Baş məsləhətçi Abbas Abbaszadə ilə İddiaçı arasında binanın giriş dəhlizində bir-iki dəqiqə ərzində söhbət zamanı sonuncu qeydiyyata alınması məqsədilə rayonun ərazisinə ezam olunması barədə əmr və ezamiyyət vərəqəsi təqdim etməmiş, yalnız söhbət zamanı idarə, müəssisə və təşkilatldardan qəzeti üçün müsahibə alacağını bildirmişdir. Masallı rayon Təhsil şöbəsində uzun müddət qüsursuz işinə görə fərqlənmiş X4, xx xxxxxx 2020-ci ildə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçi vəzifəsinə irəli çəkilmiş, işlədiyi qısa müddət ərzində özünü nümunəvi, işgüzar və bacarıqlı bir işçi kimi göstərmişdir. Masalı RİH-də İnformasiya təminatı və təhlili sektoru kütləvi informasiya vasitələri tərəfindən rəsmi tələb olunan məlumatları internet vasitəsi ilə operativ şəkildə cavablandırır. “Kütləvi informasiya vasitələri” haqqında Qanunun 7-ci maddəsində “Kütləvi informasiya vasitələri üzərinə dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirməsinə yol verilmir. Həmçinin “Yerli icra hakimiyyətləri” haqqında Əsasnamədə Rayon İcra Hakimiyyəti orqanları tərəfindən “Kütləvi informasiya vasitələri” üzərində nəzarət, rayonun inzibati ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda kütləvi informasiya azadlığı və azad fəaliyyətinə nəzarət kimi qeydiyyatının aparılması barədə hər hansı bir səlahiyyətləri yoxdur və mətbuat orqanı əməkdaşları bu hüquqları barədə yetərli məlumatlıdırlar. Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işin hallarını və mübahisənin vəziyyətini cavabdehin nümayəndəsinin iştirakı olmadan müzakirə etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Masallı rayonunun idarə, müəssisə və təşkilatlarına daxil olmaq və rayonun iqtisadi-sosial vəziyyəti ilə bağlı müsahibə almaq üçün Masallı Rayon İcra Hakimiyyətinə gəlmişdir. Lakin Masallı rayonunun ərazisinə ezam olunması barədə əmr və ezamiyyət vərəqəsi təqdim etməmişdir. Hazırda iddiaçı Masallı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin hərəkətlərindən müdafiəyə dair cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın İ bəndinin 2-ci hissəsinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Göründüyü kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş «X2»nın İ bəndinin 2-ci hissəsində işçilərin ezamiyyətə göndərilməsinin həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edildiyi və müvafiq əmrlə rəsmiləşdirilməsi nəzərdə tutulsa da, iddiaçı həmin qayadaların tələbinə uyğun olaraq ezamiyyə əmrini cavabdehə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri» haqqında Əsasnamədə Rayon İcra Hakimiyyəti orqanları tərəfindən rayonun inzibati ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda kütləvi informasiya azadlığı və azad fəaliyyətinə nəzarət kimi qeydiyyatının aparılması barədə hər hansı bir səlahiyyətə malik olması nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunınası, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahür ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququn və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur. «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik çərçivəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizimlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin hərəkətlərindən müdafiəyə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar