Məhkəmə qərarları › İş №2-1(120)-570/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-570/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-570/2023 16.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********667500 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 may 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********619200 nömrəli və xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********729200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********667500 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 02 may 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq qısa müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi analoji qaydada 2021-ci ilin dekabr ayı üzrə 18978,98 manat əlavə dəyər vergisi, kameral qaydada 23861,05 manat məbləğində əsassız gəlir vergisi hesablamış, bununla bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********619200 nömrəli və xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli Qərarlar qəbul etmişdir. Qeyd olunan qərarlar aşağıdakılara əsasən ləğv olunmalıdır. Belə ki, 2021-ci ilin iyul ayında Çindən ƏDV-li invoys dəyəri 124374,75 manat, eyni zamanda ƏDV-li statistik dəyəri 251378,13 manat təşkil edən maşın üçün müxtəlif bəzək aksesuarları və sair malları idxal edilmiş, pərakəndə-ticarət qaydasında onların satışı aparılmış və xx.xx.2021-ci ildə o, sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmışdır. Bundan sonra əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatdan keçmək üçün xx.xx.2021-ci il tarixli, **********677900 nömrəli ərizə ilə vergi orqanına müraciət etmiş, müraciəti təmin olunaraq xx.xx.2021-ci il tarixdən əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmış və vergi orqanları ƏDV bəyannaməsinin birinci hesabat dövrünü 2021-ci ildə sentyabr ayı müəyyən etmişdir. 2021-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi xx.xx.2021-ci ildə təqdim olunmuşdur. Sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci ildə dayandırmağına baxmayaraq cavabdeh tərəfindən heç bir məntiqə sığmayan bir addım atılmış, ona xx.xx.2022-ci ildə 2021-ci ilin dekabr ayı üçün “anoloji qaydada” 18978,98 manat məbləğində ƏDV hesablanmışdır. Bundan başqa, təqdim etdiyi xx.xx.2021-ci ildə 2021-ci il üçün cari, xx.xx.2022-ci ildə dəqiqləşdirilmiş “Gəir vergisi bəyannaməsi” cavabdeh vergi orqanına təqdim olunmuş və 1539,61 manat gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. “Gəlir vergisi bəyannaməsi” təqdim edildikdən sonra onun elektron kabinetinə həmin bəyannamə ilə bağlı qeydiyyatda olmadığı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********914200 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, məktubda 191428,08 manat məbləğində malların idxal edilməsi, lakin “Gəlir vergisi bəyannaməsi”nin 1 nömrəli əlavəsinin “Dövr ərzində daxil olmuşdur” sütununun müvafiq xanalarında 105402,33 manat və ya 86025,75 manat məbləğində az göstərildiyi bildirilmiş və həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin göndərilməsi tələb olunmuşdur. Bu barədə iddiaçı tərəfindən Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2021-ci il tarixli, **********242900 nömrəli məktubla ətraflı izahat verilmiş və nəzərə alınması xahiş olunmuşdur. Belə ki, cavab məktubunda fəaliyyətinin aktiv olduğu dövrdə tərəfindən invoys dəyəri 124374,75 manat olan, statistik dəyəri isə 251378,13 manat müəyyən edilmiş malların idxal olunduğu, idxal olunmuş həmin malların, onların invoys dəyərinə gömrük orqanlarının müəyyən etdiyi statistik dəyərindən hesablanmış əlavə dəyər vergisi, idxal rüsumu və digər rüsum məbləğləri, həmçinin ticarət əlavəsi əlavə edilməklə pərakəndə satış qaydasında “onlayn” kassa aparatı vasitəsi ilə 138060,00 manata tam satıldığı və heç bir mal qalığının qalmadığı bildirilmişdir. Eyni zamanda məktubda, ƏDV ödəyicisi olduğundan 2021-ci il üçün təqdim etdiyi “Gəlir vergisi bəyannaməsi”nin 1200,1 “Malların təqdim edilməsindən gəlir” sətrində pərakəndə satış qaydasında “onlayn” kassa aparatı vasitəsi ilə satılmış malların ƏDV-siz dəyəri, bəyannamənin 1226,4-cü “Malın dəyəri” sətrində, eyni zamanda bəyannamənin 1 №-li əlavəsinin müvafiq xanasında idxal olunmuş malların dəyəri onların statistik dəyəri ilə deyil, ƏDV-siz invoys dəyəri, faktiki ödənilmiş idxal rüsumu və digər rüsum məbləğləri nəzərə alınmaqla tam olaraq əks etdirildiyi bildirilmişdir. Yuxarıda qeyd olunmuş uyğunsuzluq məktubundakı vergi orqanının tələbinə əsasən xx.xx.2022-ci ildə eyni bəyannamə təkrarən təqdim olunmuş və Lokal Gəlirlər Baş İdarəsi iddiaçının elektron kabinetinə həmin bəyannamə ilə bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********827100 nömrəli eyni məzmunlu və rəqəmli uyğunsuzluq məktubunu yenidən göndərmişdir. Bununla bağlı yenə də Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2022-ci il tarixli, **********727400 nömrəli məktubla tam ətraflı cavab verilmiş və nəzərə alınması təkrar xahiş olunmuşdur. Ardınca cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi də ona “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********910700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” bir məktub göndərmiş və heç bir əsas olmadan malların statistik qiyməti ilə invoys dəyəri arasındakı fərqi mənfəət kimi götürərək 6350,00 manat məbəğində (75% güzəşt nəzərə alınmaqla) kameral qaydada əlavə olaraq gəlir vergisi hesablanmasının nəzərdə tutulduğunu, yenidən dəqiqləşdirilmiş bəyannamə və ya izahat məktubu təqdim edilməsini tələb etmişdir. Vergi orqanının bu tələbinə xx.xx.2022-ci il tarixli, **********288500 nömrəli cavab məktubu ilə etiraz bildirilərək dəyərlərin yaranması haqqında tam ətraflı izahlar verilməsinə baxmayaraq 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən “Vergilərin sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli Qərar qəbul edilməklə 23861,05 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. Belə ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənlədirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanılmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız və yalnız gömrük məqsədləri üçün istifadə olunur. Belə ki, idxal mallarına münasibətdə malların maya dəyərinə həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin mallara sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. İdxal olunan mallara gömrük orqanları tərəfındən müəyyən olunan şişirdilmiş statistik dəyər o demək deyildir ki, vergi ödəyicisi minimum həmin məbləğə malı satmalıdır. Rəqəmlərdən aşkar şəkildə müəyyən olunur ki, gömrük orqanları malın üzərinə 100 % dəyər əlavə edib, hansı ki, mövcud bazar mühitində belə qiymətlərlə fəaliyyət mümkünsüzdür. Həmçinin, iddiaçının satış dövriyyəsini təsdiq edən NKA sənədləri qaydasında olduğu halda, məsələyə gömrük orqanlarının gözü ilə yanaşılmışdır ki, bu da tam ədalətsiz və qanunsuzdur. Əlavə olunan satış dövriyyəsinə aid NKA çekindən göründüyü kimi, onun tərəfindən satılan mallar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirir ki, vergi orqanlarına dəfələrlə ayrı-ayrı sahibkarlar tərəfindən edilən sorğulara verilən cavablarda statistik dəyərin yalnız gömrük məqsədləri üçün olduğu qeyd olunmuşdur. Nümunə üçün sorğuya verilən cavab əlavə edilir. Onu da bildirir ki, əvvəllər eyni məzmunlu müraciətlər Dövlət Vergi Xidmətinə təqdim olunduğu zaman şikayətlər təmin olunaraq əsassız hesablanmış vergilər ləğv edilsə də, onun müraciəti qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, aşağıda qeyd olunan səbəblərdən hesab edirlər ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillərlə bağlı bildirirlər ki, uçot-baza məlumatlarına əsasən, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “geyimlərin pərakəndə satışı” olduğu, xx.xx.2021-ci il tarixdən ƏDV qeydiyyatına alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2021-ci il üçün təqdim etdiyi gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə araşdırılması zamanı vergi ödəyicisinin 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021-ci il ərzində 213210,78 manat dəyərində (ƏDV-siz) (statistik dəyərlə) mallar (invoys dəyəri 86 207,40 manat (ƏDV-siz)) idxal edildiyi və təqdim edilmiş gəlir vergisi bəyannaməsində satış dövriyyəsinin 117 000,0 manat (ƏDV-siz) yəni statistik dəyərdən 96 210,78 manat az və xərclərində mal alışını 105 402,33 manat (ƏDV-siz) yəni invoys dəyərindən 19 194,93 manat çox göstərildiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********992800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığını bildirməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bu səbəbdən idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların gömrük dəyəri 213210,78 manat gəlir kimi, invoys dəyəri 86 207,40 manat xərc kimi nəzərə alınmaqla vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə 25400,68 manat vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli, **********770700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021-ci il ərzində 213210,78 manat dəyərində (ƏDV-siz) (gömrük dəyəri) mallar idxal edildiyi, lakin təqdim edilmiş ƏDV bəyannamələrində satış dövriyyəsinin 107 772,03 manat (ƏDV-siz) göstərildiyi, təqdim edilmiş ƏDV bəyannamələri üzrə satış dövriyyəsinin (ilin sonuna mal qalığı qalmaması baxımından) 105438,75 manat az göstərildiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********268100 nömrəli “Bəyannamənin təqdim edilməsi haqqında “bildiriş-xəbərdarlıq” məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməli olduğu bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığını bildirməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər və ya cari əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 18978,98 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********619200 nömrəli Qərar qəbul olunmuşdur. Həmçinin uçot baza məlumatlarının, bəyannamə göstəricilərinin və qarşılıqlı əlaqələrin təhlilinə əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə vergidənyayınma risklərinin olduğu, gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmadığı müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən ünvan 3 ünvanında ümumi sahəsi 32 kv.m olan təsərrüfat subyektinin (obyektin kodu: **********-11001) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, həmin obyektdə xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0011245 zavod nömrəli nəzarət kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, həmin ünvanda ümumi sahəsi 5 kv.m olan təsərrüfat subyektinin (obyektin kodu: **********-11002) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, müraciətinə əsasən fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırıldığı müəyyən edilmişdir. Eləcə də, iddiaçı tərəfindən gömrük orqanına təqdim edilmiş yük gömrük bəyannamələrində Çin Xalq Respublikasından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə idxal olunmuş əmtəə nişanı məlum olmayan müxtəlif növ malların (avtomobil ehtiyyat hissələri, led lampa, avtomobil üçün hava yastığı yayı, maşın üçün plyonka, vinil, karbon, Avropa istehsalı mühərrikli nəqliyyat vasitələrinin aksesuarları, idarəetmə qolu, hava borusu, tyaqa, stabilizatorun rezin qolu, asma mühərrik qolu, ön asmanın rezin qolu, su pompası, stabilizatorun tyaqası, əlavə baçok, amartizator, yanacaq pompasının halqası, əyləc kolodkasının sensoru, alışdırma kəmərinin roliki, stupiça, yanacaq forsunkası, potrubka, qazın trosu, sürət ötürmə qutusunun qolu, ara qatı rezini, qapı qulpu, stabilizatorun dirəyi, qranad, sükan üçün kalonka, debriyaj diski, termostat, çaşqanın buferi, remen, əyləc vakumu, stupiça, borular, ön amartizator, kolenvalın yağ bərkidicisi, bərkidici, silindir, su pompasının remeni, su pompasının birləşdiricisi, klapan çıxışı, separator, əyləc kolodkası və sair) invoys dəyərinin 86207,40 manat olduğu bəyan olunmasına baxmayaraq, bu malların gömrük orqanı tərəfindən statistik dəyərinin 213 210,78 manat qiymətləndirilərək 20612,7 manat idxal rüsumu, 38167,35 manat ƏDV məbləği və 2870,0 manat digər rüsum və vergilər hesablandığı müəyyən edilmişdir. Gömrük orqanına bəyan edilmiş məlumatlara əsasən fərdi sahibkar tərəfindən idxal olunmuş malların ümumi həcminin 141506,0 kq olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş 38167,35 manat (əsas məbləği 212040,85 manat) ƏDV məbləğlərinin tam olaraq əvəzləşdirildiyi, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2021-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində satış dövriyyəsinin 107772,03 manat (ƏDV-siz) göstərildiyi, təqdim edilmiş ƏDV bəyannamələri üzrə satış dövriyyəsinin (ilin sonuna mal qalığı qalmaması baxımından) 105438,75 manat az göstərildiyi müəyyən olunmuş, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir məbləğinin 117 000,0 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərdə malların dəyərinin 86.207,40 manat bəyan etməklə 2021ci il üzrə 30792,60 manat gəlir əldə edilməklə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 830,0 manat gəlir vergisi məbləği hesablanmışdır. Həmçinin, iddiaçı iri partiya ilə idxal etdiyi müxtəlif çeşidli malların iki ay ərzində (xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0011245 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının quraşdırılıb, xx.xx.2021-ci il tarixdə isə qeydiyyatdan çıxarılıb) ünvan 3 ünvanında malların tam (qalıq qalmadan) təqdim edilməsində, habelə rentabelli satış həyata keçirildiyi halda fəaliyyətinin dərhal, xx.xx.2021-ci il tarixdən beş illik müddətə dayandırılmasında qanunauyğunluq müəyyən olunmur. Qeyd olunan hal vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, müvəqqəti olaraq qısa müddətə adına nəzarət kassa aparatı qeydiyyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi, vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədi olmasını şərtləndirir. Uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən fəaliyyətinin dayandırıldığı xx.xx.2021-ci il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricisinin 392 ədəd çek üzrə 127171,0 manat, orta hesabla bir çek üzrə satış məbləğinin 324,41 manat olduğu müəyyən olunmuşdur. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaiməfaktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Eyni zamanda vergi ödəyicisi tərəfindən idxal edilmiş malların gömrük dəyərinə uyğun ödənilmiş ƏDV məbləği tam əvəzləşdirilmiş, gəlirlərin əldə edilməsində həmin malların invoys (faktiki) dəyəri ilə uçota alınmasını, bu dəyərə uyğun ticarət əlavəsi tətbiq olunmaqla gəlir vergisi bəyannaməsi təqdim etdiyini iddia edərək əvəzləşdirilmiş ƏDV məbləğindən az məbləğdə gəlir vergisi məbləği hesablamış və şəxsi hesab vərəqəsində süni olaraq yaradılmış artıq ödəmə məbləğini digər vergi öhdəlikləri ilə əvəzləşdirərək dövlət büdcəsinə 1776,0 manat vergi məbləği ödənilmişdir. Bundan əlavə vergi orqanında iddiaçının adına qeydiyyatdan keçmiş və qısa zamanda qeydiyyatdan çıxarılmış (bir ay ərzində) “Datapay Kassa” markalı, 000024P**********0011245 nömrəli nəzarət kassa aparatının müxtəlif dövrlərdə Bakı şəhərinin eyni inzibati ərazisində 4 sayda digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin adına qısa müddətdə qeydiyyata salınaraq qeydiyyatdan çıxarıldığı, bununla da müxtəlif şəxslər tərəfindən məqsədli surətdə vergidən yayınma sxemi yaradılmaqla idxal etdikləri iri həcmli mal partiyalarının nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satmasını həyata keçirməkiə, faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatı pərdələndiyi, “kölgə iqtisadiyyatı”nın genişlənməsinə şərait yaradıldığı, topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməklə faktiki olaraq həmin mallar “qara bazara” paylanıldığı üçün vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsinin nəzarətə alınmasını çətinləşdirməklə vergilərin tam həcmdə dövlət büdcəsinə hesablanmasından yayındırıldığı müəyyən edilmişdir. Belə ki, iddiaçının adına qeydiyyatda olan “Datapay Kassa” markalı, 000024P**********0011245 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının xx.xx.2021-ci il tarixdə quraşdırılmasına, xx.xx.2021-ci il tarixdə isə qeydiyyatdan çıxarılmasına baxmayaraq, fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixdə **********286 Yük gömrük bəyannaməsinə əsasən invoys dəyəri 8872,30 manat, idxal rüsumu 3148,15 manat, digər rüsum və vergilər 420,0 manat olan müxtəlif çeşiddə malların idxal olunduğu, gömrük orqanları tərəfindən idxal edilmiş malların statistik dəyərinin 39040,90 manat olduğu və buna uyğun olaraq idxal rüsumunun və əlavə dəyər vergisi məbləğlərinin hesablandığı müəyyən edilmişdir. Bundan əlavə, fərdi sahibkar tərəfindən 2021-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi təqdim edilməklə təqdim edilmiş malların (işlərin, xidmətlərin) cəmi dəyəri (ƏDV nəzərə alınmadan) 107 772,03 manat bəyan edilmişdir. Fərdi sahibkarın iri partiya ilə idxal etdiyi malların həcminin adına vergi orqanında qeydiyyata salınmış təsərrüfat subyektinin ümumi sahəsinin tutumundan dəfələrlə çox olması ilə yanaşı, malların müxtəlif çeşidli və təyinatlı olması, habelə təsərrüfat subyektinin qeydiyyatda olduğu inzibati ərazidə sahibkarlıq subyektlərinin az çeşiddə eynicinsli malların satışı üzrə ixtisaslaşdığı halda fərdi sahibkarın idxal etdiyi və qısa müddətdə satılmasını iddia etdiyi fərqli istehlak təyinatlı mal çeşidləri (avtomobil ehtiyyat hissələri, led lampa, avtomobil üçün hava yastığı yayı, maşın üçün plyonka, vinil, karbon, Avropa istehsalı mühərrikli nəqliyyat vasitələrinin aksesuarları, idarəetmə qolu, hava borusu, tyaqa, stabilizatorun rezin qolu, asma mühərrik qolu, ön asmanın rezin qolu, su pompası, stabilizatorun tyaqası, əlavə baçok, amartizator, yanacaq pompasının halqası, əyləc kolodkasının sensoru, alışdırma kəmərinin roliki, stupiça, yanacaq forsunkası, potrubka, qazın trosu, sürət ötürmə qutusunun qolu, ara qatı rezini, qapı qulpu, stabilizatorun dirəyi, qranad, sükan üçün kalonka, debriyaj diski, termostat, çaşqanın buferi, remen, əyləc vakumu, stupiça, borular, ön amartizator, kolenvalın yağ bərkidicisi, bərkidici, silindir, su pompasının remeni, su pompasının birləşdiricisi, klapan çıxışı, separator, əyləc kolodkası və sair) üzrə fəaliyyətini dayandırdıqdan sonra mal qalığının qalmamasında real iqdisadi qanunauyğuluq müəyyən olunmayaraq vergi üstünlüyü əldə edilməsi ilə bağlı əməliyyatların olmasını şərtləndirir. Beləliklə, iddiaçının istifadəsində digər təsərrüfat subyektinin olmadığı, idxal olunmuş 141506,0 kq miqdarında malların ünvan 3 ünvanında yerləşən sahəsi 32 kv.m və 5 kv.m olan “Mağaza”larda saxlanılmasının real olmadığını, idxal edilmiş malların çox çeşidli müxtəlif təyinatlı olmasına baxmayaraq, malların iki ay ərzində (xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0011245 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının quraşdırılıb, xx.xx.2021-ci il tarixdə isə qeydiyyatdan çıxarılıb) orta hesabla bir çek üzrə nağd satış dövriyyəsi 324,41 manat olmaqla ünvan 3 ünvanında satılmasının təsdiqlənmədiyi, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsinə, “kölgə iqtisadiyyatı”nın genişlənməsinə, topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməklə faktiki olaraq həmin mallar “qara bazara” paylanıldığı üçün vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsinin nəzarətə alınması çətinləşdirməklə vergilərin tam həcmdə dövlət büdcəsinə hesablanmasında məqsədli maneələr yaradılmışdır. Eyni zamanda fərdi sahibkar tərəfindən inzibati araşdırmaya idxal olunmuş malların alqı-satqı müqavilələrini, invoyslarını, malların dəyərinin ödənilməsini təsdiq edən köçürmə sənədlərinin təqdim olunmadığını, real gəlirlərin əvvəlcədən müəyyən edilərək nəzarət kassa aparatına mədaxil olunmasının mümkün olmadığını və qanunvericilikdə nəzərdə tutulmadığını, müvəqqəti olaraq qısa müddətə adına nəzarət kassa aparatı qeydiyyata salmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsinin vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olmasını şərtləndirdiyini, sahibkar olaraq fəaliyyəti dövründə dövlət büdcəsinə cəmi 1776,0 manat vergi məbləğinin ödənildiyini, vergi ödəyicisi tərəfindən idxal edilmiş malların gömrük dəyərinə uyğun ödənilmiş ƏDV məbləği tam əvəzləşdirildiyini, bununla da inzibati araşdırma dövründə fərdi sahibkarın dövriyyəsini (real gəlirlərini) müəyyən etmək mümkün olmadığı üçün Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən əlaqəli məlumat olaraq idxal olunmuş malların gömrük və invoys dəyəri barədə Dövlət Gömrük Komitəsininin məlumatları əsas götürülməklə kameral vergi yoxlaması ilə hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı1 isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən işdə olan İddiaçı1 İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli, cavabdeh təşkilata ünvanladığı xx.xx.2022-ci il tarixli məktublardan, həmçinin, cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********910700 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9992800 nömrəli məktublardan, bəyannamənin təqdim edilməsi haqqında bildiriş-xəbərdarlıqdan görünür ki, iddiaçı 2021-ci ilin iyul ayında Çindən ƏDV-li invoys dəyəri 124374,75 manat, eyni zamanda ƏDV-li satatistik dəyəri 251378,13 manat təşkil edən maşın üçün müxtəlif bəzək aksesuarları və sair malları idxal edilmiş, pərakəndə-ticarət qaydasında onların satışı aparılmış və xx.xx.2021-ci ildə o, sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırmışdır. Bundan sonra əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatdan keçmək üçün xx.xx.2021-ci il tarixli, **********677900 nömrəli ərizə ilə vergi orqanına müraciət etmiş, müraciəti təmin olunaraq xx.xx.2021-ci il tarixdən əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmış və vergi orqanı ƏDV bəyannaməsinin birinci hesabat dövrünü 2021-ci ildə sentyabr ayı müəyyən etmişdir. 2021-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi xx.xx.2021-ci ildə təqdim olunmuşdur. Sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci ildə dayandırmağına baxmayaraq cavabdeh tərəfindən ona xx.xx.2022-ci ildə 2021-ci ilin dekabr ayı üçün “anoloji qaydada” 18978,98 manat məbləğində ƏDV hesablanmışdır. Bundan başqa, təqdim etdiyi xx.xx.2021-ci ildə 2021-ci il üçün cari, xx.xx.2022-ci ildə dəqiqləşdirilmiş “Gəlir vergisi bəyannaməsi” cavabdeh vergi orqanına təqdim olunmuş və 1539,61 manat gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. “Gəlir vergisi bəyannaməsi” təqdim edildikdən sonra onun elektron kabinetinə həmin bəyannamə ilə bağlı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********914200 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, məktubda 191428,08 manat məbləğində malların idxal edilməsi, lakin “Gəlir vergisi bəyannaməsi”nin 1 nömrəli əlavəsinin “Dövr ərzində daxil olmuşdur” sütununun müvafiq xanalarında 105402,33 manat və ya 86025,75 manat məbləğində az göstərildiyi bildirilmiş və həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin göndərilməsi tələb olunmuşdur. Bu barədə iddiaçı tərəfindən Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2021-ci il tarixli, **********242900 nömrəli məktubla ətraflı izahat verilmiş və nəzərə alınması xahiş olunmuşdur. Belə ki, cavab məktubunda fəaliyyətinin aktiv olduğu dövrdə invoys dəyəri 124374,75 manat olan, statistik dəyəri isə 251378,13 manat müəyyən edilmiş malların idxal olunduğu, idxal olunmuş həmin malların, onların invoys dəyərinə gömrük orqanlarının müəyyən etdiyi statistik dəyərindən hesablanmış əlavə dəyər vergisi, idxal rüsumu və digər rüsum məbləğləri, həmçinin ticarət əlavəsi əlavə edilməklə pərakəndə satış qaydasında “onlayn” kassa aparatı vasitəsi ilə 138060,00 manata tam satıldığı və heç bir mal qalığının qalmadığı bildirilmişdir. Eyni zamanda məktubda, ƏDV ödəyicisi olduğundan 2021-ci il üçün təqdim etdiyi “Gəlir vergisi bəyannaməsi”nin 1200,1 “Malların təqdim edilməsindən gəlir” sətrində pərakəndə satış qaydasında “onlayn” kassa aparatı vasitəsi ilə satılmış malların ƏDV-siz dəyəri, bəyannamənin 1226.4-cü “Malın dəyəri” sətrində, eyni zamanda bəyannamənin 1 №-li əlavəsinin müvafiq xanasında idxal olunmuş malların dəyəri onların statistik dəyəri ilə deyil, ƏDV-siz invoys dəyəri, faktiki ödənilmiş idxal rüsumu və digər rüsum məbləğləri nəzərə alınmaqla tam olaraq əks etdirildiyi bildirilmişdir. Yuxarıda qeyd olunmuş uyğunsuzluq məktubundakı vergi orqanının tələbinə əsasən xx.xx.2022-ci ildə eyni bəyannamə təkrarən təqdim olunmuş və Lokal Gəlirlər Baş İdarəsi iddiaçının elektron kabinetinə həmin bəyannamə ilə bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********827100 nömrəli eyni məzmunlu və rəqəmli uyğunsuzluq məktubunu yenidən göndərmişdir. Bununla bağlı yenə də Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2022-ci il tarixli, **********727400 nömrəli məktubla tam ətraflı cavab verilmiş və nəzərə alınması təkrar xahiş olunmuşdur. Daha sonra cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi də iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********910700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” bir məktub göndərmiş və heç bir əsas olmadan malların statistik qiyməti ilə invoys dəyəri arasındakı fərqi mənfəət kimi götürərək 6350,00 manat məbəğində (75% güzəşt nəzərə alınmaqla) kameral qaydada əlavə olaraq gəlir vergisi hesablanmasının nəzərdə tutulduğunu bildirmiş, yenidən dəqiqləşdirilmiş bəyannamə və ya izahat məktubu təqdim edilməsini tələb etmişdir. Vergi orqanının bu tələbinə xx.xx.2022-ci il tarixli, **********288500 nömrəli cavab məktubu ilə etiraz bildirilərək dəyərlərin yaranması haqqında tam ətraflı izahlar verilməsinə baxmayaraq 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********667500 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********667500 nömrəli qərarından görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 24322,45 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanının mübahisələndirilən 10 aprel 2023-cü il tarixli, **********667500 nömrəli qərarın qəbul edilməsinə səbəb iddiaçının 2021-ci il üçün təqdim etdiyi xx.xx.2021-ci ildə cari, xx.xx.2022-ci ildə isə dəqiqləşdirilmiş “Gəir vergisi bəyannaməsi” ilə vergi orqanının razılaşmaması, aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar dəqiqləşdirilmiş bəyannamə və ya izahatın verilməsinin tələb etməsi olmuşdur. Lakin qeyd olunduğu kimi iş materialları ilə təsdiq olunur ki, vergi orqanının müəyyən etdiyi uyğunsuzluqlarla əlaqədar iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli, cavabdeh təşkilata ünvanladığı xx.xx.2022-ci il tarixli məktublarla tam aydınlıq gətirilmiş və vergi ödəyicisi tərəfindən heç bir kənarlaşmaya yol verimədiyi göstərilmişdir. İş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, vergi orqanı iddiaçının dəlilləri ilə razılaşmayaraq Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən əlaqəli məlumat olaraq idxal olunmuş malların gömrük və invoys dəyəri barədə Dövlət Gömrük Komitəsininin məlumatları əsas götürülməklə kameral vergi yoxlaması ilə iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir:

1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu aparmalıdır.

2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır.

3. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsində malların gömrük dəyərinin müəyyən edilməsinin üsulları müəyyən edilmişdir ki, onlardan birincisi malların sövdələşmə qiymətidir, yəni malların faktiki alış (invoys) dəyəri əsasında müəyyən edilməsidir. Bu üsuldan istifadə etmək mümkün olmadıqda, gömrük orqanı həmin maddədə göstərilən digər 5 üsuldan ardıcıl olaraq istifadə edir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1.sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Yuxarıda sadalananlara əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. istənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəlarının qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki: 1. Malların gömrük dəyəri gömrük orqanında malların sövdələşmə (invoys) dəyəri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi həmin malları gömrük dəyəri əsasında uçota ala bilər. 2. Malların gömrük dəyəri gömrük orqanında digər 5 üsuldan biri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi malları faktiki satınalma (invoys) dəyəri əsasında uçota alır. 3. Mallar yuxarıda qeyd olunan iki üsuldan biri ilə uçota alınarkən, həmin dəyərə daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti- inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər də əlavə edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏDV ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi, vergi orqanı gətirilmiş malların gömrük dəyərinə əsasən ƏDV-nin hesablanmasında haqlı olmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı1 barəsində qəbul etdiyi «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********667500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı1 barəsində qəbul etdiyi «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********667500 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar